Aparan yol kimi


AZƏRBAYCAN  MƏDƏNİYYƏTİNİN



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə173/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   169   170   171   172   173   174   175   176   ...   182
AZƏRBAYCAN 
MƏDƏNİYYƏTİNİN 
MODERNLƏŞDİRİLMƏSİNİN  AKTUAL  PROBLEMLƏRİ 
HAQQINDA
Müasir  dünya  sivilizasiyası  mədəniyyətdə  yaradıcı  və  destruktiv 
proseslərin,  mədəniyyət  və sivilizasiyanın qarşılıqlı  təsiri,  mədəniyyət 
və  antimədəniyyətin  mübarizəsi  ilə 
şərtlənən, 
məzmun-dəvər 
dəyişiklikləri  ilə  səciyyələnir.  Müasir  həyatın  dialektikası  özündə 
mədəniyyətin  klassik,  ənənəvi,  milli,  ümumbəşəri,  intellektual,  bədii, 
siyasi,  mənəvi,  dini  və  digər dəyərlərini  əxz  etmiş  fəaliyyətinin  yeni 
sintetik  forma  və  üsullarının  yaranması  ilə  müşayiət  olunan,  inkişafin 
təbii  ziddiyyətlərinin  yaranması  və  onların  həll  edilməsi  ilə  bağlıdır. 
Müasir  informasiya  texnologiyaları  ilə  stimullaşdınlan  bu  prosesdə 
təhsil,  elm,  texnoloji  inkişaf,  həyat  tərzi,  əxlaq,  incəsənət,  dəyişən 
dünyagörüş,  mentalitet,  təfəkkür,  planetin  milyonlarla  insanının
373


N a d   Mwnmadot
Kullurologiva cffektlvli havat 
уэ
 
faallvvata aparan vol
davranışda  yeni  dəyər 
eyniliyinin  formalaşdırılması  mənzərəsi 
müşahidə  olunur.  Bu  dəyişikliklər  zamanı  bəşəriyyətin  elə  qlobal 
problemləri  yaranır  ki,  onların  effektiv  həlli  üçün  insanların  ümumi 
maraqlarının,  müxtəlif ölkə  və  xalqların  qüvvələrinin  birləşdirilməsi 
tələb olunur.  Bununla bərabər, yeni qlobal tələbat, şərait və dəyərlərin, 
həyat  və  kommunikasiya  qaydalarının  formalaşdırılması  milli 
səviyyədə 
yeni 
həyatfəaliyyət  texnologiyalarının  kulturoloji 
baxımdan  hazırlanması  və  tətbiqi  zərurətini  yaradır.  Sosial-mədəni 
inkişaf prosesinin  optimallaşdınlması  və  həm  qlobal,  həm  də  milli 
səviyyədə yaranan böhran  hadisələri  və destruktiv proseslərin  aradan 
qaldırılması  aktual  elmi  və  idarəetmə  məsələsinə  çevrilir.  Ənənəvi 
mədəniyyətin  modernləşdirilməsi  şəraitində,  həmçinin  mədəniyyətin 
unifikasiyasının aradan  qaldırılması  və  xalqların mədəni  müxtəlifliyi, 
mədəni  plüralizm,  mədəni  özünəməxsusluq  və  ümumbəşəri  dəyərləri 
özündə  ümumiləşdirən  dünya  mədəniyyətinin 
polisentrikliyinin 
qorunmasına nail olmaq zəruridir.
Şüur və hissin, bilik və etikanın  birliyi  olan ruhi  mədəniyyət insan 
inkişafının  dinamik, universal hərəkətverici  qüvvəsidir.  Mədəniyyətin 
inkişafının  müəyyənedici  faktoru  olan  sosial  mühit  iki  əsas  şərtdən 
asılıdır  :  dövlətin  siyasi  sistemi  və  dövlətin  sosial-mədəni  siyasəti. 
Əgər dövlətin sisyasi  sistemi  demokratiyadırsa, sosial  mühitin  pozitiv 
inkişafi  üçün  şərait  yaranır.  Ölkənin  sosial-mədəni  siyasətinin 
kulıturoloji  elmin  nailiyyətləri  əsasında  qurulmasına,  siyasi  və  sosial 
qərarları  isə  uyğun  kulturoloji  ekspertizadan  keçirilməsinə  yardım 
etmək  zəruridir.  Demokratik  dövlətlərin  novasiyalı  mədəniyyət 
standartlarından  istifadə  edilməsi  inkişaf  etməkdə  olan  ölkələrin 
ənənəvi  mədəniyyətinin  inkişafi  üçün 
xüsusi  dəyərə  malikdir. 
Bununla  belə,  Yaponiya  təcrübəsi  göstərir  ki,  milli  kulturogenez 
prosesində  seçkili  yanaşmanın  gözlənilməsi  vacibdir.  Yad  təcrübəni 
milli  dəyər  və  maraqlar  baxımından  dəyişdirmədən  istifadə  olunması 
nəinki  milli  özünəməxsusluğun  itirilməsinə,  eləcə  də,  həyat  fəaliyyəti 
texnologiyaları  sahəsində  bu  və  ya  digər  ölkə  üçün  lazım  olan 
özünəməxsus 
kəşf  və 
işləmələrin 
hazırlanması 
imkanlarının 
itirilməsinə  səbəb  ola bilər.  Bunu,  təqribən,  ibtidai  sinif şagirdləri  ilə 
yuxan  sinif  və  ay  ali  məktəb  tələbələri  tədrisinin,  sonunculann 
proqramı  üzrə, təşkil  edilməsi  kimi  izah etmək olar.  Başqa sözlə, milli
374
Fuad  Mammadov
Kullurologiva effektivli həyal  va faalivvala aparan  vol
təhsil  modul  və  standartlannda 
xalqın  intellektual  potensialının 
tərəqqipərvər ənənələrinin  və onun daxili  inkişaf tələbatlanm, sosial- 
mədəni  təcrübəsini  nəzərə  alan  öz  həyat  fəlsəfəsinin  hazırlanıb 
təkmilləşdirilməsi nəzərə alınmalıdır.
İnsan  inkişafının  milli  və  qlobal  problemlərinin  effektiv  həllində 
kulturologiya  mühüm  rol  oynayır. 
Kulturologiya  -   dövlətin  və 
cəmiyyətin  yüksək  texnologiyalarının  dünyanın  dəyişən  tələblərinə 
uyğun  olaraq  yaradılmasını,  eləcə  də  cəmiyyətin  sosial  terapiyasını, 
dialektik  ziddiyyətlərin  həllini  təmin  edən  mürəkkəb  problemlərin 
sistemli  təhlilini  keçirməyə  imkan  verən  bir  elmdir.  O,  qloballaşma 
şəraitində  milli  özünəməxsusluğun  qorunması  yollarının  aşkar 
edilməsinə,  müasir  mərhələdə  milli  mədəniyyətin,  onun  irsinin, 
nailiyyət  və  inkişaf  imkanlarının  hərtərəfli  tədqiqinə  imkan  yaradır. 
Bununla  bərabər,  o,  dünya  mədəniyyəti  tarixi  və  nəzəriyyəsinin 
interaktiv  öyrənilməsinin  yardımı  ilə  tarixi  inkişaf  prosesində 
yaradılan bu və  ya digər dərəcədə əhəmiyyətli  ruhi  xəzinə, təcrübə və 
sosial  texnologiyaların  mənimsənilməsinə,  dünya  təcrübəsinin  milli 
tərəqqisi naminə yaradıcı  istifadəsinə yardım edir.
Kulturoloji  tədqiqatın  dəyəri,  çox  zaman,  milli  və  dünya 
mədəniyyətinin 
inkişaf 
qanunauyğunluqlarının 
və 
tarixi 
mərhələlərinin  aşkar  edilməsi,  düzgün  şərh  bacarığı,  məlum  və  yeni 
faktların  birgə  ümumiləşdirilməsi,  elmi  əsaslı  nəticələr  çıxarmaq 
bacarığı  və  sosial-mədəni  siyasət,  sosial  və  dövlət  idarəçiliyi  üçün 
əməli  əhəmiyyətli  tövsiyələrin  formula  edilməsi  ilə  müəyyən  olunur. 
Kulturoloji  təhlil  həm  milli,  həm  də  qlobal  inkişafin  obyektiv  elmi 
mənzərəsinin  yaradılmasına,  birtərəfli  qiymətləndirmələrin  aradan 
qaldırılmasına,  müxtəlif  Şərq  və  Qərb  dövlətlərinin  inkişafındakı 
sosial-mədəni  qeyri-bərabərliklərin  aradan  qaldırılması  yollarının 
müəyyənləşdirilməsinə,  dünya  sivilizasiyası  kontekstində  cəmiyyətin 
pozitiv 
obrazının 
düzgün 
formalaşdınlmasına 
və 
proqnozlaşdınlmasına  imkan verir.
İnsanın həyat fəaliyyəti  inkişafinın sosial  texnologiyaları  və nəzəri 
problemlərini  öyrənən  elm  olan  kulturologiya  vətəndaş  cəmiyyəti, 
sülh  və  demokratiya  mədəniyyətinin  universal  elmi-informativ  və 
nəzəri-metodoloji  rolunda  çıxış  edir.  Demokratiyanın  inkişafi  üçün 
kulturoloji  təhsilin  mühüm beynəlxalq əhəmiyyəti  onunla şərtlənir ki.
375


l-uad  Mammado'
Kulluroloüiva cffcklivli hoval  va faalivtala aparan  vol
o.  xalqlann  həyatfəaliyyət  texnologiyalannın,  həyat  fəlsəfələrinin  və 
mədəniyyət  tarixi  haqqında  elmi  biliklərinin  genişlənməsində 
müxtəlif etiqada və milliyyətə malik  müxtəlif insanların din, maraq və 
mədəniyyətlərinin  harmonizasiyasının effektiv alətidir.
Qloballaşma  Azərbaycan  respublikasının  mədəniyyətinə  də  öz 
təsirini  göstərmişdir.  Bununla  bağlı,  bizim  milli  mədəniyyətimizin 
dünya  sivilizasiyası 
kontexstində 
kulturoloji 
ekspertizasının 
keçirilməsi,  inkişaf etmiş  ölkələrin  informasiyalı  cəmiyyətə  keçidi 
şəraitində  rəqabətəqabil  və təhlükəsiz inkişafı  aktual  əhəmiyyət kəsb 
etməyə başlamışdır.
Demokratik  cəmiyyət  və  hüquqi  dövlət 
quruculuğu  dövründə 
A/ərbaycanda  düzgün  mədəni  siyasət  və  ruhi  mədəniyyətin  inkişafı 
problemi  strateji  əhəmiyyət  kəsb  etmişdir.  Azərbaycan  xalqının  və 
dö\iətinin  bu  günü  və  gələcəyi,  bizim  ölkənin  dinamik  inkişafını 
təmin  elmək  qabiliyyətimiz, 
dünya  mədəniyyəti  və  sivilizasiyası 
inkişafının 
müasir  dialektikasının 
yaratdığı 
bizim 
milli 
mədəniyyətimizin  hansı  sosial  texnologiyaların  yardımı  ilə,  hansı 
'əyər və prioritetlər əsasında  inkişaf edəcəyindən asılıdır.
Milli  mədəniyyətin  inkişafına  dövlət  yardımını  təmin  edən 
Л/.ərhuycan 
Respublikasının 
Konstitusiyasına 
uyğun 
olaraq, 
azərbaycan dövləti  və cəmiyyətinin  təhlükəsiz və davamlı  inkişafının 
əldə  edilməsi  məqsədi  ilə  mədəniyyətimizin  modernləşdirilməsi  və 
milli  irsin  qorunmasına  vətəndaş  yardımı  üçün  Azərbaycan  ziyalılan 
öz  qüvvələrini  birləşdirirlər.  Müstəqil  Azərbaycan  Respublikasının 
yüksək  intellektual,  etik,  hüquqi  və  idarəetmə  mədəniyyətinə  malik 
şəxsiyyətlərə  və  yeni  nəsi  liderlərinə  xüsusi  ehtiyacı  vardır.  İstehsal, 
istehlak  mədəniyyəti, 
fiziki,  tibbi,  ekoloji  mədəniyyət,  məişət 
mədəniyyəti 
və  şəxsiyyətlərarası 
və 
beynəlxalq 
münasibət 
mədəniyyətləri  intellektual,  etik,  hüquqi  və  idarəetmə  mədəniyyətinin 
səviyyəsindən asılıdır.
Bu  yaradıcı  missiyanın  yerinə  yetirilməsi  üçün 
kulturologiya 
sahəsində 
beynəlxalq 
əməkdaşlığın 
inkişafı, 
Azərbaycan 
kulturoloq larinin  elmi-pedaqoji  fəaliyyətinin 
konsolodasiyası  və 
koordinasiyası,  milli  və dünya  mədəniyyəti  və sivilizasiyasının tarixi, 
nəzəriyyəsi  və  praktikası  sahəsində 
biliklərin  yayılması  və 
tədqiqatların  genişləndirilməsi  üzrə 
fəaliyyət  mühüm
376
Fuad jVfomm.'xkv
Kulturologiya cffcklivli hay at  vo foalivvota aparan vol
əhəmiyyət  daşıyır.  Bir  sıra 
dövlət  strukturları  -   Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəetmə  Akademiyası, 
Milli  Elmlər Akademiyası  İnstitutları, Azərbaycan Dövlət Mədəniyyət 
və  İncəsənət  Universiteti,  Bakı  Dövlət  Universiteti,  Milli  Aviasiya 
Akademiyası  və  respublikanın  bir  sıra  digər  ali  təhsil  müəssisələri 
alim  və  müəllimlərinin  yaradıcı 
cəhdləri  buna  yardım  edir. 
Mədəniyyət,  mədəni  siyasət  və  kulturologiyanın  inkişafında  dövlət 
strukturları  ilə bərabər bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin 
Azərbaycan  Mədəniyyəti  Dostlan  Fondu, 
“Simürğ”  Azərbaycan 
Mədəniyyət  Assosiasiyası,  Azərbaycan  Kulturoloqlar  Cəmiyyəti, 
vətəndaş  cəmiyyəti  mədəniyyəti  Beynəlxalq  Forumunun  maarifçilik 
və tədqiqatçılıq fəaliyyəti mühüm rol oynayır.
Demokratik, 
hüquqi 
dövlət 
quran 
müasir 
Azərbaycan 
Respublikasının  təbii  maraqlarına  cavab  verən  həyat  keyfiyyəti, 
inkişaf  sürəti  yüksəldilməsi  üçün  demokratiyanın  üstünlüklərindən 
şüurla istifadə etməyə imkan  verən  həyat  fəaliyyəti  texnologiyalannın 
formalaşdınlmasmın  universal  elmi  mənbəyi  olan  kulturologiyanın 
elmi  dəyərini  qiymətləndirməmək  çətindir.  Lakin,  təəssüf  ki, 
azərbaycan  kulturologiyasının  inkişafında  müəyyən  nailiyyətlərlə 
bərabər, mədəniyyətin bütöv sosial sistem kimi anlanılmasından ibarət 
səhv  anlamla  əlaqədar  ,  Azərbaycanın  insan,  ictimai  və  dövləti 
inkişafının  universal  strateji  rolunun  qiymətləndirilməməsi  ilə  bağlı 
bir  sıra  çatışmamazlıqlar  vardır.  Belə  ki,  1996-cı  ildə  kulturologiya 
kafedraları -  Bakı sosial  idarəetmə və politologiya institutunda, N.Tusi 
adına  Azərbaycan  pedaqoji  universitetində,  eləcə  də  Bakı  Dövlət 
Universitetində  etika kafedrası  bağlanmışdır.  Sonrakı  illərdə ölkənin 
ali  təhsil  müəssisələrində 
“mədəniyyətin  tarixi  və  nəzəriyyəsi" 
(kulturologiya)  fənni  əsassız olaraq, kulturologiya elminin  bir hissəsi 
olan  “mədəniyyətşünaslıq”  adı  ilə  əvəz  edilmiş,  fənnin  saatlarının 
həcmi  isə,  72  -   dən  18  saata  qədər  milli  və  dünya  mədəniyyətinin 
nəzəriyyəsi  və  tarixi  üzrə  imtahan  və  referatlann  ləğv  edilməsi  ilə) 
azaldılmışdır.  Hal-hazırda  Azərbaycanın  ali  təhsil  müəssisələrində 
müxtəlif profilli  mütəxəssislərin  yüksək  peşə  və  etik  mədəniyyətinin 
formalaşdırılmasında  mühüm  əhəmiyyəti  olan 
kulturologiyanın 
tədrisi  minimuma  endirilmişdir. 
2004-2005-ci  illərdə  “boloniva 
sisteminin  tələblərinə”  istinadən  kulturologiya  Tikinti  və  memarlıq
377


Fuad  Maroroadov
Kulturologiya cffcklivli hayat va faalivvata aparan vol
institutunda,  Texniki  universitetində,  Azərbaycan  Respublikasının 
Prezidenti  yanında  Dövlət  idarəetmə  Akademiyası  və  Azərbaycanın 
digər  ali  təhsil  müəssisələrində  kulturologiya  ləğv  edilmişdi.  Şəxsi 
ambisiya  və  ya  anlaşılmazlıqla  bağlı  olan 
belə  mədəni  siyasətə, 
Azərbaycanın milli  maraqlan baxımından, bəraət qazandırmaq olmaz.
Bu  gün  Azərbaycanda kulturologiyanın  institutlaşdınlmasına mane 
olan,  ictimai  və  dövlət  həyatında  ona  olan  tələb  nədən  yaranmışdır? 
Onun  mahiyyətini  və  ölkənin  modernləşdirilməsi  üçün  onun 
möhtəşəm dəyişdirici  imkanlannı  anlamamaq, biganəlik, yeniliyə əks- 
təsir  göstərmək,  bəzi  məsul  siyasətçi  və  məmurlann  dəyişmək 
istəməməsidir.
Əfsuslar  olsun  ki,  bizim  ayn-ayn  məmurlarımız  hələ  də  “sovet” 
düşüncə 
stereotiplərindən 
imtina 
etməyərək, 
ölkənin 
inkişaf 
proseslərini  əvvəlki  kimi,  real  həqiqətlərdən  uzaq,  sovet  dövrünün 
monopol  totalitar  ruhunda  qiymətləndirməyə  davam  edirlər.  Belə 
mövqe  müasir  dövlət 
və 
cəmiyyətin  həyatında 
dialektik 
qanunauyğunluq  kimi,  kulturoloji  idarəetmə böhranlarının  qurulduğu 
tənqidi  təhlili inkar edir.  O,  millətin tərəqqipərvər inkişafında mühüm 
rol  oynayan,  sosial-mədəni  inkişafin  obyektiv  böhran  hadisələrini 
izləməyə  mane  olur.  Buna  görə  də,  vətənpərvər  ziyalıların  sosial  - 
mədəni  inkişaf proseslərinin  tənqidi  elmi  təhlili  respublikada  ictimai 
tərəqqinin  əldə  edilməsi  və  çatışmamazlıqlann  sosial  terapiyasına 
istiqamətlənmiş 
fəaliyyəti  düşmənçiliklə  qarşılanır.  Belə  mədəni 
siyasət  üçün  məsuliyyəti  kim  daşıyır?  Yəqin  ki,  Azərbaycanın  milli 
maraqlan  və  sağlam  düşüncə  tələb  edir  ki,  respublikanın  apancı 
ekspert-kulturoloqlannm  iştirakı  ilə  bu  məsələyə  bir  də  baxılsın. 
Azərbaycan  xalqının 
davamlı  milli-mədəni  inkişafı  mənafeyinə 
uyğun  olaraq,  kulturologiyanın  inkişafına  dövlət  yardımını  tezliklə 
təmin  etmək  və  Azərbaycanda  onun 
tədris  fənni  və  elm  kimi 
institutlaşdınlmasım 
təmin  etmək  vacibdir  . 
Həyatın  özünün 
dialektikası  bizdən,  hər şeydən  əvvəl  ziyalılardan,  həmçinin  siyasətçi 
və  məmurlardan  insan,  sosial,  dövlət  inkİşafi  öproseslərinin 
təkmilləşdirilməsini  tələb  edir.  Sosisal-mədəni  inkişafin  mürəkkəb 
proseslərinin elmi  təminatı  kulturoloq-alimlər qarşısında ciddi  tələblər 
qoyur.  Tədqiqatçı-kulturoloqlar nəinki cəmiyyət qarşısında problemlər 
qoymalı,  həm  də  onların  həllinin 
düzgün  yollarını  və  effektiv
378
Fuad  Manunadov
Kulturologiya effcktivli havat уд faalivvata aparan  vol
texnologiyalarım,  obyektiv  ziddiyyətlərin  həllinə  yeni  yanaşmaları, 
tərəqqinin  əldə  edilməsi  və 
böhran 
hadisələrinin  aradan 
qaldırılmasına  yardım  edən,  daxili  və  xarici  siyasəti,  iqtisadiyyat  və 
insan  münasibətlərini  sağlamlaşdıran  yeni  yanaşmalar  tapmalıdır.  O, 
elmi  tədqiqatın  yeniliyinin  yalnız  yeni  faktlann  aşkar  edilməsindən 
ibarət  deyil,  həm  də,  hər  şeydən  əvvəl,  mədəniyyətin  və  onun  insan 
inkişafındakı,  düzgün  siyasətin  formalaşdınlmasındakı  və  düzgün 
idarəetmədəki  tərəqqipərvərliyini  görüb  elmi  əsaslandırmaqdan  çıxış 
etməlidir.
Buna görə də mədəniyyətin tarix və nəzəriyyəsinin tədqiqi  məkan, 
zaman,  komparativ,  struktur,  keyfiyyət  və  kəmiyyət  təhlilini  həyata 
keçirib, tədqiqatda tarixi, dialektik və məntiqi prinsiplərə dəqiq istinad 
edib,  tədqiqatın  mövzusu  üzrə 
bütün  əsər  və  anlayışların 
məzmununun  tənqidi  təhlilini  keçirməyi  tələb  edir.  Elmi  müddəa  və 
kulturoloji  tezislər  konkret  faktlar və  onların  düzgün  şərhi  ilə  təsdiq 
edilməli,  mədəniyyətin  inkişafında  bu  və  ya  digər  şəxsiyyətlərin, 
hadisələrin  rolunun  düzgün  qiymətləndirilib  aşkarlanması  ilə 
təsdiqlənməlidir.  Mədəniyyət  yalnız  qazanılmış  keyfiyyətlər  kimi 
deyil, həm də  müəyyən sosial mühitdə aşkar edilmiş genetik yaddaş -  
valideynlərin  “genetik  yaddaşından”  (bəlkə  də  şüuraltı  səviyyədə) 
ötürülmüş  potensial  qabiliyyətlər  kimi  təhlil  edilməlidir.  Kulturoloji 
tədqiqatlar  mədəniyyətin  idraki,  dəyişdirici,  normativ-tənzimləyici, 
maarifçi,  dünyagörüş, aksioloji, humanist,  ideoloji, istehsalat-praktiki, 
idarəetmə,  proqnostik  və  digər 
funksiyalarının  konkret  sistemli 
təhlilinin  keçirilməsini  tələb  edir.  Mədəniyyətin  gələcək  inkişafinı 
proqnozlaşdırmağa imkan verən qarşıya qoyulan məqsədlərə nail olma 
yollarını, siyasi  və idarəetmə texnologiyalarının hazırlanmasına imkan 
verən  tarixi(arxiv) və sosiolojif respondentlərin sorğusu) tədqiqatlann 
aparılması mühüm əhəmiyyət daşıyır.
Kulturologiya  və  ölkənin  mədəni  sitasətində  azərbaycan  dilində 
“əqli  mədəniyyət”-lə  “mənəvi  mədənityyəf’-in  birliyindən  ibarət  olan 
“ruhi  mədəniyyət”  termininin  işlənməsi  effektiv  idarəetmə  üçün 
mühüm  əhəmiyyət  daşıyır.  Belə  yanaşma  “mənəvi  mədəniyyət” 
terminini  nəinki  düzgün  anlamağa,  eləcə  də  effektiv  sosial-mədəni 
siyasət,  xalqın  davamlı  mənəvi  inkişafının,  ölkənin  iqtisadi  və  sosial 
rifahının  tərəqqisi,  şəxsiyyətin  düzgün  inkişafını  təmin  edilməsində
379


Kuad  Mamıtı-xlov
Kulturologiva effeklivli haval va foalivvata aparan  vol
“intellektual  mədəniyyət”  anlayışının  zəruriliyini diqqətə çatdınr.  O, 
mədəniyyətin  ayn-ayn  komponentləri  və  sosial  institutlarının 
diferensial 
olaraq 
nəzərdən 
keçirilməsinə, 
mədəni 
siyasətin 
prioritetlərini  düzgün  müəyyənləşdirilməsinə,  dövlət,  cəmiyyət  və 
insan  inkişafi  naminə 
mədəniyyətin  müxtəlif  funksiyalarından 
effektiv istifadə edilməsinə imkan verir.
İnkişafın  beynəlxalq  təcrübəsinin  çoxillik  öyrənilməsi  təcrübəsi 
qloballaşma  şəraitində  Azərbaycanın 
sosial-mədəni  inkişafının 
effektiv modelinin hazırlanmasına imkan  yaradır.  Mədəniyyətin sosial 
fenoman  və  noumen  kimi  düzgün  anlanılması  bu  model  əsasını  təşkil 
etməlidir. Mədəniyyət -  intellektual, etik, estetik, intellektual və maddi 
sərvətlərin,  eləcə  də,  insanın  ağlı,  hissi  və  fiziki  əməyi  ilə  yaradılan 
ruhi  və  maddi  dəyər  və  normaların  istehsalı,  istehlakı,  tədarükü  və 
ötürülməsindən  ibarət  tarixi  prosesdir.  Bu,  insanın  yaşaması  üçün 
əlverişli  mühitin, yəni  “ikinci  süni  təbiətin” formalaşdırılması, insanın 
həyatını  yaxşılaşdıran,  zənginləşdirən,  qoruyan,  cilovlayan  inkişaf 
texnologiyaları  və  idarəetmə  metodlarıdır.  Bununla  belə,  mədəniyyət 
-   insanın  ətraf aləmin  şüurlu  dərki,  dəyişdirilməsi  ilə  yaranan  həyat 
fəaliyyətinin  fəlsəfəsi, texnologiyası, şəraiti və nəticəsi  deyil, həm də, 
hər  şeydən  əvvəl,  fərdi,  sosial  və  qlobal  səviyyədə  insan  kapitalının 
fəaliyyəti  və  əsas  məqsədi  olan  insanın  özünün  inkişafı  və 
təkmilləşməsi  prosesidir.  Qeyd  edək  ki,  canlı  və  böyük  rus  dilinin 
izahlı  lüğətinin müəllifi Vladimir Dal  mədəniyyətin mühüm mahiyyəti 
olaraq,  təbiəti  emal  edib,  hazırlamağı,  qurmağı,  təbii  mənbələrdən 
yeni, süni  əşyaları  yaratmağı, hər şeydən əvvəl, insanın əqli və mənəvi 

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin