Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə16/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   12   13   14   15   16   17   18   19   ...   295
25.LƏNƏT14

(Komediya 1 məclisdə)


Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili qoşa vərəqin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. 1-ci səhifəsində «Lənət» sözü qeyd olunmuşdur. Mətn boyu rus dilində hissələr var. Əsər üzərində qara mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.

Başlanır: Əvvəlinci məclis başlanır uçitel…

Bitir: … Aban bəy qah-qah çəkib gülür.

Ölçüsü: 21,5x36 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 31.
26.ÖLÜLƏR

(Dörd məclisli və beş pərdəli komediya)


I
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi 12 iyun, 1909-cu il, Tiflis. Əsər qara sapla tikilmiş bir cizgili ümumi dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnməmişdir. Bəzi səhifələrdə əsərdə iştirak edən surətlərin adlarının altından qırmızı karandaşla xətt çəkilmişdir.
Başlanır: Hacı Həsənin evi…

Bitir: …Yavaş-yavaş pərdə enir.

Ölçüsü: 18x21 sm; həcmi: 49 vərəq; fond 6, s.v. 3.
27.ÖLÜLƏR

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 12 iyun, 1909-cu il, Tiflis. Əsər ağ sapla bir-birinə bənd olunmuş cizgili 6 dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Əsərin sonunda yazılış tarixindən sonra «Cəlil Məhəmmədquluzadə (Molla Nəsrəddin) qeyd olunmuşdur. Son səhifədə Mətbuat işləri üzrə Komitənin üzvü M.Ş.Mirzəyevin15 qırmızı mürəkkəblə «14 avqust 1909. Tiflis» tarixində əsərin səhnələşdirilməsinə etiraz edilmədiyi barədə rus dilində ştampla təsdiqlənmiş qeydi vardır. Avtoqrafın ikinci səhifəsində əsərin Qafqazda səhnədə oynanılması üçün verilən rəy Komitənin sədri V.Kolobov tərəfindən qara mürəkkəblə «27 avqust 1909»-cu ildə təsdiqlənmişdir. Bəzi səhifələr üzərində qara mürəkkəb və qara karandaşla təshih işi aparılmışdır.


Başlanır: Hacı Həsənin evi…

Bitir: … pərdə enir və muzıka ha çalır.

Ölçüsü: 18x22 sm; həcmi: 75 vərəq; fond 6, s.v. 4.
28.ÖLÜLƏR

III
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 12 iyun, 1909-cu il, Tiflis. Əsər ağ sapla bir-birinə bənd olunmuş 4 cizgili dəftər və dağınıq vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. Üz qabığında «Ölülər. 1909-cu il, müəllif nüsxəsi. Tiflis» sözləri qeyd olunmuşdur. 90-91 səhifələr kəsilmişdir. Əsər üzərində qara karandaş, qırmızı və qara mürəkkəblə təshih işi aparılmışdır.


Başlanır: Hacı Həsənin evi…

Bitir: …Yavaş-yavaş pərdə enir.

Ölçüsü: 17x22 sm; həcmi: 56 vərəq; fond 6, s.v. 5.
29.ÖLÜLƏR

IV
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və yazıldığı yer qeyd edilməmişdir. Əsər qalın cildlənmiş dama-dama dəftər vərəqlərinin hər iki üzünə qara və qırmızı mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Əlyazmanın birinci səhifəsində qara mürəkkəblə «Ölülər», «Pyesa (dörd məclis beş pərdədə)», «Əsər Məhəmmədquluzadə (Molla Nəsrəddin)» sözləri qeyd edilmişdir. Həmin səhifənin dərkənarında bənövşəyi karandaşla rus dilində «Suflёrskiy» yazılmışdır. Qara və bənövşəyi karandaşla müxtəlif cümlələrin altından xətt çəkilmişdir. Bir çox səhifələrdə bənövşəyi karandaşla bəzi sözlərin qarşısında bu (X) və (+) şəkildə işarələr qoyulmuşdur. Cildin içərisində ayrı-ayrı rolların mətnləri yazılmış 20 yarıbükülü vərəq vardır.


Başlanır: Hacı Həsənin evi…

Bitir: …Yavaş-yavaş pərdə enir.

Ölçüsü: 17x21 sm; həcmi: 40 vərəq; fond 6, s.v. 6.
30.ÖLÜLƏR

V
Azərbaycan dilində latın əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla bir-birinə bənd olunmuş üç on səhifəlik cizgili dərtər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Mətn üzərində heç bir təshih işi aparılmamışdır. Natamamdır. İkinci məclis sona çatdırılmamışdır.


Başlanır: Hacı Həsənin evi…

Bitir: … iştəhayi-təam nə mibaşəd…

Ölçüsü: 17x21 sm; həcmi: 26+4 (boş) vərəq; fond 6, s.v. 7*.
31.ÖLÜLƏR

VI
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Yazılış tarixi 15 aprel, 1916-cı il, Bakı. Əsər pərakəndə cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. Əlyazmanın əvvəllindən 4 səhifə düşmüşdür. 9, 18, 20, 36-cı səhifələrdə bənövşəyi karandaşla «Mirzağa Əliyev», sonuncu səhifədə isə «Şəhri-Bakı» qeyd olunmuşdur. Əlyazmanın səhifələrində müxtəlif şəxslər tərəfindən bənövşəyi, qırmızı, yaşıl və qara karandaşla təshih işi (bəzi cümlə və ifadələr mötərizəyə alınmış, altından xətt çəkilmiş, bir çox hissələr pozularaq mətndən kənarlaşdırılmışdır) aparılmışdır.


Başlanır: Allahın iti də mənim sözümə baxmır…

Bitir: …Yavaş-yavaş pərdə enir.

Ölçüsü: 18x22 sm; həcmi: 38 (eyni xətlə)+5 (2 müxtəlif xətlə yazılıb: biri bənövşəyi, ikincisi isə yaşıl mürəkkəblə) vərəq; fond 6, s.v. 8.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin