Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə15/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   11   12   13   14   15   16   17   18   ...   295
21.KAMANÇA

IV
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tari­xi yanvar, 1920-ci il, Şuşa. Əsər yarıdan bükülmüş vərəqlə­rin hər iki üzünə mixəyi mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər qara mürəkkəblə nömrələnmişdir. 1-ci səhifəsində «Kamança», «faciə 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Üz vərəqində bənövşəyi rəngdə ştamp vardır: «A.D.M.A.Q.M. Liter. Teat­ralğnoqo Otdela. İnv. № 2208-488. Data postuplen. «__» ____ 1929». Əsər üzərində heç bir təshih işi aparılmamışdır.


Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 19x23 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 12.
22.KAMANÇA

V
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Bir cizgili dəftər vərəqlərinin hər iki üzünə mixəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Üz vərəqində «Kamança», son səhifəsində isə «yanvar, 1920 miladi», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x22 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 13.
23.KİŞMİŞ OYUNU

(Komediya 1 pərdədə)


Azərbaycan dilində ərəb əlifbası ilə surət. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər əvvəlcə qara mürəkkəblə, sonra isə qara karandaşla nömrələnmişdir. Üz səhifəsində qırmızı karandaşla «Kişmiş oyunu» yazılaraq altından xətt çəkilmişdir. Həmin səhifənin aşağısında bənövşəyi mürəkkəblə C.Məmmədquluzadənin öz xətti ilə «(Əziz dostum mərhum Sidqinin13 xətti ilə yazılıbdır. Cəlil)» sözləri qeyd olunmuşdur. 2-ci vərəqin başında «Kişmiş oyunu», onun altından isə «Güzarişat – bir məclisdə. Təsnifi-Mirzə Əliməhəmməd Elçizadə Qarabaği. Sənə 1892. Şəhri-Bakı» yazılmışdır. Bəzi söz və cümlələr qara mürəkkəblə pozulmuş, yaxud başqa sözlərlə əvəz olunmuşdur.
Başlanır: Əhvalat vaqe olur…

Bitir: … Sağ ol, Nurəli!

Ölçüsü: 18x22,5 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 2.
24.LAL

(Teatr üçün 1 pərdə)


Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 30 avqust, 1921-ci il, Bakı. Cizgili qoşa vərəqin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. 1-ci səhifəsində «Lal», «teatr üçün bir pərdə», son səhifəsində isə «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», «30 avqust 1921. Bakı» sözləri qeyd olunmuşdur. Əsər üzərində qara mürəkkəblə təshih işi aparılmışdır.
Başlanır: Şəhərin küçəsində, divarın dibində…

Bitir: … buna münasib hava çalır.

Ölçüsü: 21x34 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 20.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin