Афаг Ялийева


PEREVOD OTKRITOQO PİSĞMA «MOLLA



Yüklə 2,33 Mb.
səhifə14/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   10   11   12   13   14   15   16   17   ...   295
20.KAMANÇA

III
Arxivdə s.v. 11 şifri altında əsərin iki əlyazma variantı saxlanılır. İki ümumi dəftərdən ibarət olan əlyazma (A) və (B) variantları ilə bir-birindən fərqləndirilmişdir.



(A) variantı. Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Yarıdan eninə kəsilmiş, qara sapla tikilmiş cizgili dəftər vərəqlərinin bir üzünə qara və bənövşəyi (yalnız 8-11-ci vərəqlər) mürəkkəblə yazılmışdır. Səliqəlidir. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Kamança», «faciə 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», səhifənin aşağı küncündə rus dilində «Kartina v 1 d. Soç. Mamed Kuli Zade», «Kemança», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Mətn boyu surətlərin adları altından qara və bənövşəyi mürəkkəblə xətt çəkilmişdir. Əsər üzərində qara mürəkkəblə cüzi təshih işi aparılmışdır.
Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x21,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 11.

(B) variantı. Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi yanvar, 1920-ci il, Şuşa. Bir cizgili dəftər vərəqlərinin hər iki üzünə qara və bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz vərəqində «Kamança», «faciə – 1 pərdədə», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», son səhifəsində isə «yanvar, 1920», «Şuşa qalasında» sözləri qeyd olunmuşdur. Surətin sonuncu – 7-ci vərəqinin hər iki üzü bənövşəyi karandaşla bu (X) şəkildə pozulmuşdur. Surətin mətni üzərində C.Məmmədquluzadə tərəfindən qara mürəkkəblə təshih işi aparılmışdır. 7 vərəqlik surətin sonuna yazıçının xətti ilə qara mürəkkəblə daha iki vərəq (8-9) əlavə olunmuşdur.
Başlanır: Qarabağda, dağın ətəyində…

Bitir: … Eh, namərd dünya!

Ölçüsü: 17x22 sm; həcmi: 9 vərəq; fond 6, s.v. 11*.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin