Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə11/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   7   8   9   10   11   12   13   14   ...   295

(Komediya 4 məclisdə)


I

Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Bir cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə, 5-ci vərəqin bir üzü və 6-cı vərəqin hər iki üzü qara karandaşla yazılmışdır. Vərəqlər qara karandaşla nömrələnmişdir. Əsər 2-ci vərəqdən başlanır. Əsərin adı heç bir yerdə qeyd olunmamışdır. Əlyazmanın ilk 1-22 və 29-cu vərəqlərinin hər iki üzü, 30-cu vərəqinin isə bir üzü bənövşəyi mürəkkəblə bu (/), (X) şəkildə pozulmuşdur. 7-ci ( hər iki üzü) və 13-cü (bir üzü) vərəqlər boş saxlanılmış, lakin o da bu (/) şəkildə pozulmuşdur. Dəftərin sonundakı vərəqlər kəsilmişdir. Əsər üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır. Natamamdır.



Başlanır: Həsrət xanım qolu çırmalı…

Bitir: … ancaq bizim xidmətçimizdir...

İlçüsü: 22,5x35 sm; həcmi: 34+1 (boş) vərəq; fond 6, s.v. 28.


Əlyazmanın 1-ci vərəqində isə «Oyunbazlar»12 əsəri verilmişdir. Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili dəftər vərəqinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmış və sonradan bu (/) şəkildə pozulmuşdur. Üzərində təshih işi aparılmışdır.



Başlanır: Kəndin kənarından…

Bitir: … Amin!

Ölçüsü: 22,5x35 sm; həcmi: 1 vərəq; fond 6, s.v. 28.
16.ƏR

II

Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər qalın cildli, cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə, 29-31-ci vərəqlər isə qara karandaşla yazılmışdır. Vərəqlər qara karandaşla nömrələnmişdir. Əlyazmanın əvvəlindən 2, sonundan 8 vərəq, mətn boyu isə bəzi səhifələr boş saxlanılmışdır. 20-22 vərəqlərdə Azərbaycan dilində latın əlifbası ilə sözlər vardır. Natamamdır.



Başlanır: Mərcan xanım qolu çırmalı…

Bitir: … yoldaşlarının içində xar edə…

Ölçüsü: 22x30 sm; həcmi: 31+10 (boş) vərəq; fond 6, s.v. 29.

17.ƏR

III
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Səliqəsizdir. Vərəqlər bir-birini tamamlamadığı üçün məzmun ardıcıllığı pozulmuşdur. 2-ci və 8-ci vərəqlər yarımçıqdır. Əsər üzərində bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır. Əsərin əvvəli yoxdur.


Başlanır: … bir ad qoya bilmirik…

Bitir: … və səni almaq istəyirəm.

Ölçüsü: 26,5x36 sm; həcmi: 17 vərəq; fond 6, s.v. 30.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin