Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə22/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   18   19   20   21   22   23   24   25   ...   295
15.PROLETAR ŞAİRİ
Azərbaycan dilində latın əlifbası ilə avtoqraf. Yazılış tarixi 22 fevral, 1929-cu il. Harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Proletar şairi», son səhifəsində isə «22 fevral 29 il» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Mənə dedilər ki, iki adam…

Bitir: … o qədər əhəmiyyəti yoxdur.

Ölçüsü: 18,5x35,5 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 45.

16.RUS QIZI

I
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər cizgili dəftər vərəqlərinin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Dəftərin üz vərəqində C.Məmmədquluzadənin xətti ilə bənövşəyi mürəkkəblə «Rus qızı», onun altından «(hekayə)», «Yazanı: Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)», vərəqin yuxarı küncündə isə çəpinə qara karandaşla «Maarif və mədəniyyətdə getmədi. 27/V.26» sözləri qeyd olunmuşdur. Mətn boyu kiril və latın əlifbası ilə sözlər işlənmişdir. Əsər üzərində müəllif tərəfindən təshih işi aparılmışdır. Natamamdır. Sondan bir neçə vərəq çatmır.


Başlanır: Tarixi-İsəvinin min səkkiz…

Bitir: … kişilər kimi özü yavuqlaşdı…

Ölçüsü: 17x22 sm; həcmi: 11 vərəq; fond 6, s.v. 41.
17.RUS QIZI

II
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə dama-dama vərəqlərin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Əsər üzərində C.Məmmədquluzadə tərəfindən təshih işi aparılmış, qara mürəkkəb və qırmızı karandaşla bəzi ixtisar və əlavələr edilmişdir. Natamamdır.


Başlanır: Tarixi-İsəvinin min səkkiz…

Bitir: … bal qayqanağına bizi qonaq elədi…

Ölçüsü:17x21,5; həcmi: 8 vərəq; fond 6, s.v. 60.




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin