Афаг Ялийева


DANABAŞ KƏNDİNİN ƏHVALATLARI



Yüklə 2,33 Mb.
səhifə20/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   16   17   18   19   20   21   22   23   ...   295
4.DANABAŞ KƏNDİNİN ƏHVALATLARI
Azərbaycan dilində ərəb əlifbası ilə surət. Katibi məlum deyil. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə cizgili dəftər vərəqlərinin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Səliqəlidir. Natamamdır. Əsərin başlanğıc hissəsidir.
Başlanır: Mənim adım Cəlil və…

Bitir: … əhvalatdan xəbəri yoxdu…

Ölçüsü: 18,5x21,5 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 33*.
5.DANABAŞ KƏNDİNİN MƏKTƏBİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 10 yanvar, Nehrəm. İli oxunaqsızdır. Ağ sapla tikilmiş saya vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. «Yazılıbdı Danabaş kəndində, yanvarın 10-da, 18..» (son iki rəqəm oxunmur) şəkildə qeyd edilmiş, lakin sonradan pozulmuşdur. 2-ci vərəqdə «Danabaş kəndinin məktəbi» sözü qeyd olunmuşdur. 1-ci və axırıncı vərəqlərin ikisi yarıdan uzununa cırılmışdır. 1-ci vərəqin iki, 2-ci vərəqin isə bir üzü bu (/) şəkildə pozulmuşdur. 5-ci vərəqin bir üzü boş saxlanılmışdır. Əsər üzərində qara və qırmızı mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Dünən mən kənddə deyil idim…

Bitir: … ondan ötrü zərər toxunurdu.

Ölçüsü: 17x22 sm; həcmi: 21+8 (boş) vərəq; fond 6, s.v. 34.
6.EYDİ-RƏMƏZAN
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İki vərəq təkrar olaraq 6 rəqəmilə nömrələnmişdir. 1-ci səhifədə «Eydi-rəməzan», son səhifədə isə «Molla Nəsrəddin» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Şükür olsun haman…

Bitir: … mən də yoruldum.

Ölçüsü: 17,5x36 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 51.
7.XANIN TƏSBEHİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Xanın təsbehi», son səhifəsində isə «Molla Nəsrəddin» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Bakı ilə Tiflisin arasında…

Bitir: … getdim Əhər şəhərinə.

Ölçüsü: 13,5x36 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 44.

8.İKİ ALMA
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər cizgili vərəqlərin hər iki üzünə qara mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir. 1-ci səhifəsində «İki alma», son səhifəsində isə «Tamam» sözləri qeyd olunmuşdur. Bəzi söz və cüm­lələr pozulmuşdur.
Başlanır: Axşam vaxtları gəzməyə çıxanda…

Bitir: … almanın birini yetim uşağa verir.

Ölçüsü: 22x34,5 sm; həcmi: 2 vərəq; fond 6, s.v. 54.
9.İKİ QARDAŞ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «İki qardaş» sözü qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Gürcüstan yaylaqlarının birindən…

Bitir: … bunu dəxi söyləmək istəmirəm.

Ölçüsü: 21,5x36,5 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 55.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin