Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə30/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   26   27   28   29   30   31   32   33   ...   295
1.CİB DƏFTƏRÇƏLƏRİ
Bu şifrə altında 4 dəftərçə saxlanılır:

I dəftərçə. Rus dilində. Dama-dama vərəqlərin hər iki üzünə qara, bənövşəyi karandaş və bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir.

Məzmunu: 1924-cü ildə uşaqları ilə Bakıya gəlişi barəsində, ayların günləri və saatları üzrə özünün şəxsi işləri, müxtəlif şəxslərin adları, onlarla bağlı bəzi qeydlər edilmişdir.
Ölçüsü: 7,5x12 sm; həcmi: 17+18 (boş) vərəq; fond 6, s.v. 82*.
II dəftərçə. Saya vərəqli dəftərçə boş saxlanılmışdır. İçərisindən bir vərəq cırılıb götürülmüşdür.
Ölçüsü: 11x15,5 sm; həcmi: 15 vərəq; fond 6, s.v. 82*.
III dəftərçə. Rus dilində. Cizgili dəftər vərəqlərinin hər iki üzünə qara və bənövşəyi mürəkkəblə yazılmışdır. Səhifələr nömrələnmişdir.

Məzmunu: 1920-ci illə bağlı, ilin ayları və günləri üzrə iş planı, ərzaq siyahısı və pul hesablamaları, müxtəlif şəxslər barəsində qeydlər edilmişdir.
Ölçüsü: 11,5x15 sm; həcmi: 66 vərəq; fond 6, s.v. 82*.
IV dəftərçə. Azərbaycan dilində ərəb əlifbası ilə və rus dilində. Cizgili dəftər vərəqlərinin hər iki üzünə qara karandaş və bənövşəyi mürəkkəblə yazılmışdır. Səliqəsizdir. Səhifələr nömrələnmişdir. Vərəqlərin bir hissəsi cırılıb götürülmüşdür.

Məzmunu: Həmidə xanımın C.Məmmədquluzadə və başqa müəlliflərin əsərlərinin tərcümələri, onların nəşr olunma mənbələri, həcmi, Mirzə Cəlilin bəzi əsərlərinin Əlyazmalar İnstitutunun arxivinə təhvil verilməsi barədə qeydləri, ərzaq siyahısı və hesablamalar vardır.
Ölçüsü: 11x17,5 sm; həcmi: 9 vərəq; fond 6, s.v. 82*.


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin