Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə26/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   22   23   24   25   26   27   28   29   ...   295
23.ŞƏHƏR VƏ KƏND
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində hekayənin adı əvvəl «Xəbərdarlıq» yazılmış, sonra pozularaq «Şəhər və kənd»lə əvəz olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Bir ay bundan qabaq övrətim…

Bitir: … amma qəlbim inciməsin.

Ölçüsü: 21,5x36,5 sm; həcmi: 3 vərəq; fond 6, s.v. 38.
24.TAXIL HƏKİMİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Dəftərin üz vərəqində göy karandaşla «Taxıl həkimi» yazılaraq altından xətt çəkilmişdir. İlk səhifəsində «Taxıl həkimi», onun altından isə «(hekayə)» qeyd olunmuşdur. Əsər üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Başlanır: İki il bundan qabaq Pirsaqqız…

Bitir: … tollasın çölə və belə də eləyir.

Ölçüsü: 17,5x21,5 sm; həcmi: 7+5 (boş) vərəq; fond 6, s.v. 42.

25.TOY
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk və son səhifəsində «Toy» başlığı qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Mənim adətimdir: bir yerdə…

Bitir: … üç ağaclığından qaçıram.

Ölçüsü: 18x36,5 sm; həcmi: 10 vərəq; fond 6, s.v. 66.
26.UCUZLUQ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi 28 noyabr. İli və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində sərlövhə əvvəlcə «Yaylaq» olmuş, sonradan pozularaq «Ucuzluq»la əvəz olunmuşdur. Son səhifəsində isə «noyabr 28» qeyd edilmşdir. Əsər üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır.
Başlanır: Naxçıvan şəhərindən bir…

Bitir: … hara getdi və başına nə iş gəldi.

Ölçüsü: 18x30 sm; həcmi: 5 vərəq; fond 6, s.v. 67.
27.YAN TÜTƏYİ
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər cizgili dəftər vərəqlərinin hər iki üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Üz vərəqində qara mürəkkəblə, 1-ci səhifəsində isə qara karandaşla «Yan tütəyi» başlığı qeyd olunmuşdur. Əsər üzərində qara karandaş və bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır.
Başlanır: Cavan vaxtlarımda mən…

Bitir: … yan tütəyi alsın versin…

Ölçüsü: 17,5x22 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 56.
28.YUXU
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər müxtəlif ölçülü pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Səliqəsizdir. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Yuxu» başlığı qeyd olunmuşdur. Sonuncu iki vərəq təkrar olaraq 5 rəqəmilə nömrələnmişdir. Əsər üzərində təshih işi aparılmışdır.
Başlanır: Hacı Mirzəli ağa vəfat etmişdi…

Bitir: … uşaq səsini kəsdi.

Ölçüsü: 17,5x34,5–23x36,5 sm; həcmi: 6 vərəq; fond 6, s.v. 58.
29.ZƏLZƏLƏ

I
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə sarı saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Zəlzələdən indi on yeddi il…

Bitir: … sübhə kimi rahatsız oluram.

Ölçüsü: 18x30,5 sm; həcmi: 16 vərəq; fond 6, s.v. 52.


30.ZƏLZƏLƏ

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla bir-birinə tikilmiş saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Üz səhifəsində «Zəlzələ», onun altından «(hekayə)», sol tərəfdə «Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin)» sözləri qeyd olunmuşdur. Sərlövhə ilə imza arasında qara mürəkkəblə çəpinə belə bir qeyd «hekayə bir az qısaldılmalı və cümlələr sadələşdirilməli» yazılmış, sonradan isə bənövşəyi mürəkkəblə pozulmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Zəlzələdən indi on yeddi il…

Bitir: … «Ax, yazıq uşaqlar!»

Ölçüsü: 17,5x30 sm; həcmi: 14 vərəq; fond 6, s.v. 53.

FELYETON VƏ MƏQALƏLƏRİ





Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin