Афаг Ялийева



Yüklə 2,33 Mb.
səhifə24/295
tarix26.12.2016
ölçüsü2,33 Mb.
#3423
1   ...   20   21   22   23   24   25   26   27   ...   295
19.SAQQALLI UŞAQ

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər bir-birinə yapışdırılmış saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Saqqallı uşaq» başlığı qeyd olunmuşdur. Sonuncu vərəq yarıdan eninə kəsilmişdir. Əsər üzərində cüzi təshih işi aparılmışdır.


Başlanır: Bu hekayəni nəql eləməmişdən…

Bitir: … oxucuya aşkar olsun gərək.

Ölçüsü: 18x29 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 63.
20.SARI

I
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə qara karandaşla yazılmışdır. Vərəqlər nömrələnmişdir. İlk səhifəsində «Sarı», son səhifəsində isə «Molla Nəsrəddin» sözləri qeyd olunmuşdur. Əsər üzərində təshih işi aparılmışdır.


Başlanır: Bir neçə il bundan əqdəm…

Bitir: … o hamama yolum düşmədi.

Ölçüsü: 17,5x26 sm; həcmi: 8 vərəq; fond 6, s.v. 64.
21.SARI

II
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər ağ sapla tikilmiş saya vərəqlərin bir üzünə qara mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnməmişdir. Üz və 1-ci səhifəsində «Sarı», onun altından «(hekayə)», son səhifəsində isə «Cəlil Məmmədquluzdə (Molla Nəsrəddin)» sözləri qeyd olunmuşdur. Əsər üzərində qara və bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır.


Başlanır: Bir neçə il bundan əqdəm…

Bitir: … o hamama yolum düşmədi.

Ölçüsü: 16,5x29,5 sm; həcmi: 7+1 (boş) vərəq; fond 6, s.v. 65.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   295




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin