Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə28/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   24   25   26   27   28   29   30   31   ...   48
III FƏSIL 

 

NAXÇIVAN MSSR-də KƏND ƏHALISININ ÜMUMI 

XƏSTƏLIK HALININ ÖYRƏNILMƏSI 

 

Səhiyyə orqanlarının  ən vacib göstəricilərindən biri 



xəstəliklərin aşağı salınması ilə mübarizə aparmaqdan 

ibarətdir. 

1962-ci ilə  qədər Naxçıvan MSSR-də  əhalinin 

xəstələnmə  vəziyyəti öyrənilməmişdir. Məlumdur ki, 

xəstəliyin öyrənilməsi ayrı-ayrı yollarla aparılır. 

Xəstəliyin vəziyyətinə qiymət vermək üçün bizim 

tərəfimizdən 1962-ci ildə respublikanın kənd  əhalisinin 

xəstəliyi kənd sahə  xəstəxanalarının materialları  əsasında 

öyrənilib. 

Apardığımız tədqiqat kənd  əhalisinin xəstəxanaya 

müraciəti materiallarına əsaslanmışdır, hansı ki, bu bizə imkan 

verdi ki, respublikada kənd  əhalisinin xəstəliyini  ətraflı 

öyrənək. Xəstəliyin formasını  təyin etmək üçün dəqiq həkim 

diaqnozu əsas götürüldü, feldşer diaqnozu nəzərə alınmadı. 

Öyrənilən  əhalinin sayını, yaş-cinsinin tərkibi kənd 

deputatları sovetində olan 9№-li «kənd» formasından  əldə 

olunub. Xəstəliyi öyrənmək üçün bizim tərəfimizdən xüsusi 

metodika tərtib edilmişdir. Bunun üçün statistik kart işlənib 

hazırlanmışdır. Belə kart kənd xəstəxanasına və ona təhkim 

olunmuş 2 kilometr radiusunda olan kəndlərdən müraciət edən 

xəstələrin, habelə rayon və respublika müalicə müəssisələrinə 

müraciət edən xəstələrin hər birinə doldurulub. 

Məlumatların karta köçürülməsi bilavasitə bizim 

nəzarətimiz altında və  kənd xəstəxanasının baş  həkiminin 

(şöbə müdirinin), xəstəxananın baş feldşerinin iştirakı ilə 

aparılmışdır. 

Əsas hesabat sənədləri, hansılardan ki, materiallar 

köçürülüb, bunlardır: - ambulator xəstənin tibbi və ya fərdi 

kartası (f.№25), xəstəlik tarixi (f.№3), yeni doğulmuşun 

inkişaf tarixi (f.№97), uşağın inkişaf tarixi (f.№112), hamilə və 

zahı qadının fərdi kartası (f.№110), yoluxucu xəstəliklərin 

qeydi jurnalı (f.№60). Bundan başqa müraciət edənlərin bəzi 

 

 

 



140

məsələlərini aydınlaşdırmaq üçün: - xəstələrin qəbulu və 

hospitalizədən imtina jurnalından (f.№1), hamilə  və zahı 

qadınların qəbulu jurnalından (f.№2), dispanser müşahidəsinin 

kartından (f.№30), həkimin evdə yardım və  təxirə salınmaz 

köməyə çağırış qeydiyyat kitabından (f.№31),  əmək 

qabiliyyətini itirmək vərəqinin qeydiyyatı kitabından (f.36), 

HƏEK göndərmə vərəqindən (f. №88), poliklinikanın  xidmət 

zonasında yaşayıb evdə ölənlərin qeydiyyat jurnalından 

(f.№279), kolxozçulara  (kolxozçu qadınlara)  əmək 

qabiliyyətini itirmə  və doğuşdan sonra verilən arayışların 

qeydiyyat jurnalından (f.№289), tələbələrə  və  şagirdlərə 

müvəqqəti  əmək qabiliyyətini itirmə arayışlarının qeydiyyat 

kitabından (f.№295) və habelə tibbi və profilaktik yoxlama 

materiallarından da istifadə edilmişdir. 

Materialların mükəmməl yığılmasını  və köçürülməsini 

düzgün aparmaq məqsədilə bu işlə bilavasitə məşğul olan tibb 

işçiləri ilə seminar keçirildi. Bundan başqa köçürülən 

materialların asanlaşması üçün «Kənd xəstəxanalarında ilkin – 

hesabat sənədlərindən köçürmə haqqında metodik göstəriş» də 

işlənib hazırlandı. 

Beləliklə  kənd  əhalisinin xəstəlik halının öyrənilməsi 9 

kənd sahə  xəstəxanasında və bir kənd rayon xəstəxanasında 

aparıldı. Aşağıda  onların adları göstərilib. 

Əhalinin sayına görə kənd xəstəxanalarını kiçik kəndlərə 

aid etmək olar, ona görə ki, 6 kənddə əhalinin sayı 500-lə 1000 

nəfər arasında, 3 kənddə 1500-lə 2000 arasında, bir kənddə isə 

2000-dən çoxdur. Bunu nəzərə alaraq məqsədə uyğun saydıq 

ki, əhalinin kənd xəstəxanalarına olan müraciətini birləşdirərək 

və bütün kəndlər üzrə bir yerdə verək. 

 

 



 

 

 



141

 

Rayonla-



rın adı 

Xəstəxanaların adı 

Onlarda çar-

payıların sayı 

Həkimlə- 

rin sayı 

Şahbuz 

Şahbuz kənd rayon 

xəstəxanası 

35 6 


1.

 

Cəhri kənd sahə 



xəstəxanası 

25 1 


Naxçıvan 

2. Qahab kənd sahə 

xəstəxanası 

10 1 


1. Sədərək kənd sahə 

xəstəxanası 

10 1 

2. Mahmudkənd kənd 



sahə xəstəxanası 

10 1 


3. Çərçiboğan kənd sahə 

xəstəxanası 

15 1 

4. Aralıq kənd sahə 



xəstəxanası 

15 1 


Noraşen 

(Şərur) 


5. Tumaslı kənd sahə 

xəstəxanası 

10 1 

Ordubad 


1. Aza kənd sahə 

xəstəxanası 

10 1 

Culfa 


1. Əbrəqunus kənd sahə 

xəstəxanası 

25 1 

 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin