Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə25/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   21   22   23   24   25   26   27   28   ...   48
NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ 

XƏSTƏXANA ÇARPAYILARININ 

ÜMUMI SAYI (ilin axırına) 

 

 



 

 

 



 

3- cü diaqram 

 

 

 



 

1965-ci ildə  xəstəxana çarpayıları ilə  təminat belə 

olmuşdur:  əhalinin 10000 nəfərinə 82,1 çarpayı düşmüşdür. 

Hər il respublikada şəhər xəstəxanalarının çarpayı fondunun 

müəyyən hissəsi kənd  əhalisinin hospitallaşması üçün istifadə 

olunur. 1965-ci ildə 67,5% kənd yerlərindən gələn xəstələr 

 

 

 



130

şəhər xəstəxanalarında müalicə olmuşlar. Ona görə çarpayıları 

bölüşdürəndə bu xüsusiyyəti nəzərə alsaq aydın olar ki, şəhər 

və  kəndlərdə faktiki olaraq çarpayı ilə  təminat bir-birindən o 

qədər də fərqlənmir. 

Qeyd etmək yerinə düşər ki, Naxçıvan MSSR-də 

əhalinin çarpayı ilə  təminatı ilbə-il artdığı halda onunla 

həmsərhəd olan xarici ölkələrdə bu, çox aşağı  səviyyədə 

olmuşdur.

1

   



 

30-cu cədvəl  

 

Əhalinin 10000 nəfərinə düşən xəstəxana 



çarpayıları ilə təminat 

 

 Illər 



Əhalinin 10000 nəfərinə görə 

Naxçıvan MSSR-i 

1965 

82,1 


Türkiyə 1964 

17,0 


Iran 1964 10,6 

 

Məlumatların analizi göstərir ki, Naxçıvan 



respublikasında stasionarlar əhalinin böyük hissəsinə xidmət 

edir. Belə ki, 1958-ci ildə respublikanın xəstəxanalarında 17,0 

min nəfər müalicə olmuşdur ki, bu da əhalinin ümumi sayının 

12,1%-ni təşkil edir. 1965-ci ildə  xəstəxanalarda müalicə 

olunanların sayı 27,0 minə çatmışdır ki, bu da  əhalinin ümumi 

sayının 14,8%-ni təşkil edir. 

Əhalinin xəstəxanaya qəbulunun həcmi  böyümüşdür. 

Əgər 1958-ci ildə 100 nəfər sakindən 12,1%-i xəstəxanaya 

qəbul olunmuşdursa, 1965-ci ildə bu göstərici 14,8-ə çatmışdır.  

Səhiyyənin nailiyyətlərindən biri də  əhaliyə ixtisaslaşdı-

rılmış növ tibb xidmətinin təmin edilməsi və onun inkişaf 

etdirilməsidir. 

 

_________________ 



1

 Beynəlxalq səhiyyə təşkilatının illik məlumatı, 1965-ci il.

 

Respublikada bu vacib məsələyə böyük diqqət yetirilib. 



Son illərdə ayrı-ayrı ixtisaslaşdırılmış xəstəxana çarpayılarının 

sayı artmışdır. 




 

 

 



131

1965-ci ildə 1958-ci ilə nisbətən çarpayı fondu terapiya

cərrahiyyə, onkologiya, doğum, uşaq, göz, vərəm və 

infeksionist ixtisasları üzrə artmışdır. 

Ixtisaslaşdırılmış  xəstəxana çarpayıları  kəndlərə nisbətən 

şəhərlərdə daha səmərəli sürətlə artmışdır. 

Əhalinin stasionar köməyinə olan ehtiyacını təmin etmək 

üçün çarpayı fondundan səmərəli istifadə etmək əsas şərtdir. 

Respublikada 1965 – ci ildə çarpayılardan istifadə – şəhər 

xəstəxanalarında 264,4 gün, kənd xəstəxanalarında isə 246,4 

gün olmuşdur. Göründüyü kimi kənd xəstəxanasında 

çarpayılardan bir qayda olaraq aşağı  səviyyədə istifadə 

olunmuşdur. 

Çarpayı fondundan istifadə olunmasının əsas şərtlərindən 

biri də  xəstənin, orta hesabla, neçə gün çarpayıda yatmasıdır. 

1965-ci ildə bir xəstə orta hesabla 13,5 gün xəstəxanada 

yatmışdır (şəhər xəstəxanalarında 14,1 gün, kənd 

xəstəxanalarında 12,4 gün). 

1965-ci ildə 1958-ci ilə nisbətən  şəhər xəstəxanalarında 

ayrı-ayrı ixtisaslar üzrə xəstələrin çarpayıda qalma müddəti bir 

qədər artmışdır. Buna misal olaraq terapevtik (1958-ci ildə 

14,1 gündən 1965-ci ildə 14,2 günədək), onkoloji (18,3 gündən 

28,6 günədək), göz (21,3 gündən 54,1 günədək), dəri-zöhrəvi 

(20,6 gündən 37,5 günədək), vərəmli (43,2 gündən 54,1 

günədək) xəstələri göstərmək olar. 

Kənd yerlərində  xəstələrin çarpayıda qalma müddəti 

vərəmli xəstələrdə (1958-ci ildə 30,6 gündən 1965-ci ildə 56,3 

günədək) və ümumi şöbələrdə (9,6 gündən 12,4 günədək) 

artmışdır. 

Xəstələrə tibbi xidmət göstərilməsinin  ən vacib 

göstəricilərindən biri də «xəstəxanada ölüm hadisəsi» 

göstəricisidir. 1965-ci ildə respublikanın bütün stasionarlarında 

yatan və oradan çıxarılan 27653 xəstədən bütün xəstəliklər 

üzrə 138-i ölmüşdür. Başqa sözlə  xəstəxanaların ölüm 

göstəricisi 1958-ci ildə 0,9%-dən 1965-ci ildə 0,5%-ə 

enmişdir. 




Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin