Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə26/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   22   23   24   25   26   27   28   29   ...   48
Kadrlar 

 

 



 

 

132



Son illərdə Naxçıvan respublikasında tibb 

müəssisələrinin  şəbəkəsinin genişlənməsi ilə  əlaqədar olaraq 

tibbi kadrların da sayı artmışdır. 1958-ci ildə respublikada 155 

həkim, onlardan 131-i şəhərlərdə, 24-ü kənd yerlərində 

olmuşdur. 1965-ci ildə isə onların sayı artaraq 191-ə, onlardan 

156-sı şəhərlərdə, 35-i kəndlərdə olmuşdur. 

4-cü diaqramda həkimlərin artması müqayisəli 

dinamikada göstərilib. 

 

NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ 

HƏKIMLƏRIN ÜMUMI SAYI (ilin axırına) 

 

 



 

 

4- cü diaqram 



 

Bununla bərabər qeyd etmək lazımdır ki, həkimlər şəhər 

və  kəndlərdə qeyri-bərabər bölünmüşlər. 1965-ci ildə ümumi 

işləyən həkimlərin sayından 81,7%-i şəhər həkimləri, 18,3%-i 

isə  kənd həkimləridir. Həkimlərin  əksəri Naxçıvan  şəhərində 

işləyirlər. Bu, onunla izah olunur ki, respublika və başqa 

müalicə – profilaktika müəssisələri Naxçıvan  şəhərində 

yerləşir. 

1965-ci ildə respublikada əhalinin 10000 nəfərinə 10 

həkim düşür. Qeyd etmək lazımdır ki, Naxçıvan MSSR-i 




 

 

 



133

hələlik həkim kadrları ilə kifayət qədər təmin edilməmişdir. 

Əyani olaraq aşağıdakı  cədvəldə respublikada 1965-ci ildə 

əhalinin 10000 nəfərinə düşən həkimlərin sayı müqayisəli 

şəkildə göstərilmişdir. 

 

31-ci cədvəl 



Naxçıvan MSSR-nin həkim kadrları ilə 

təmin olunması (10000 nəfərə görə) 

 

 1965-ci 



il 

Naxçıvan MSSR-i 

10,4 

Azərbaycan SSR-i 



23,7 

SSRI 23,9 

 

Naxçıvan MSSR-də  həkimlərin sayı  həkim  ştat 



vəzifələrinə uyğun gəlmir. 1965-ci ildə  həkim kadrlarla 

komplektləşdirmə 83,2%, bu da yalnız  əvəzçilik hesabına 

olmuşdur. 

1965-ci ildə tutulan həkim vəzifələrindən bir həkimə 1,5 

vəzifə düşür. 

Respublikada həkimlərin ayrı-ayrı ixtisaslar üzrə sayı 

artmışdır. 1965-ci ildə həkimlərin ümumi sayından

x

 terapevtlər  



- 48 , cərrahlar – 17, mama – ginekoloqlar – 13, pediatrlar – 

28, göz həkimləri – 10, burun-qulaq-boğaz həkimləri – 4, 

ftiziatrlar – 9, dəri-zöhrəvi həkimlər – 4, rentgenoloqlar – 5, 

nevropatoloqlar – 3, sanitar-epidemioloji qruplar – 21, 

stomatoloqlar – 15 və s. 

Naxçıvan Respublikasında mütəxəssislərin təcrübi və 

elmi-nəzəri  hazırlanmasına  böyük  diqqət  yetirilir.  Hər   il 

həkimlərin bir qismi ölkənin müxtəlif  şəhərlərində – Bakıda, 

Moskvada, Leninqradda, Kiyevdə, Xarkovda və başqa 

şəhərlərdə  təkmilləşmə  və ixtisaslaşma kurslarında olurlar. 

________________ 

x

 Terapevtlərin sayına birləşdirilib: terapevtlər, fizioterapevtlər, 



infeksionistlər; cərrahların sayına – cərrahlar, travmatoloqlar, 

onkoloqlar və uroloqlar; sanitar-epidemioloji qruplara – sanitar 

həkimlər (bütün profildən olanlar – epidemioloqlar, parazitoloqlar, 

bakterioloqlar və virusoloqlar).

 

 

 



 

134


Son 10 il ərzində (1956-1965-ci illər) 184 həkim və 389 orta 

tibb işçisi öz ixtisasını artırmışdır. Azərbaycan SSR-i Səhiyyə 

nazirliyinin planına əsasən hər il həkimlərin 7 faizdən 10 faizə 

qədəri öz ixtisasını artırır. 

Respublikada ixtisaslı  həkimlərin sayı ilbə-il artır. 

Onlardan bir neçəsi alim, Azərbaycan SSR-nin və Naxçıvan 

MSSR-in əməkdar həkimi, səhiyyə təşkilatçısı, yüksək ixtisaslı 

həkim olmuşlar. 

Respublikada bir çox həkimlər öz fədakar  əməyi ilə 

xalqın rəğbətini və hörmətini qazanmışlar. 

Naxçıvan zəhmətkeşləri böyük məhəbbət və  səmimi 

minnətdarlıq hissilə görkəmli səhiyyə  işinin təşkilatçılarını – 

Əli Abbasovu, Məmməd Ismayıl (Baba) Qədimovu, Nadir 

Məmmədlini, Həmid  Əsədovu,  Ələkbər Ismayılovu, Hüseyn 

Abbasovu, Süleyman Süleyman-zadəni, Tofiq Sultanovu, 

Abbas  Əliyevi, Fikrət Qədimovu və s. xatırlayırlar ki, 

Naxçıvan MSSR-də  əhaliyə tibbi xidmət göstərilməsində  və 

xalq səhiyyəsinin inkişaf etdirilməsində  əldə edilən böyük 

nailiyyətlər onların adı ilə bağlıdır. 

Respublikanın zəhmətkeşləri Azərbaycan SSR-nin 

əməkdar həkimi, Naxçıvan MSSR-i Ali Sovetinin deputatı 

olmuş Anna Suslovanı yaxşı tanıyırlar. O, ömrünün 45 ilini 

Naxçıvanda uşaqların sağlamlığının qorunmasına sərf edib. 

25 ildən artıq respublikada qadınlara yüksək ixtisaslı 

tibbi xidmət göstərmiş Naxçıvan MSSR-in əməkdar həkimi, 

Naxçıvan MSSR-i  Ali Sovetinin deputatı seçilmiş Valentina 

Qnedkovanı bütün qadınlar və tibb kollektivi hörmətlə 

xatırlayırlar. Bir çox həkimləri gösitərmək olar ki, (Mehdi 

Bağırovu, Ruxsara Bayramovanı, Mehdi Sultanovu, Sultan 

Sultanovu,  Əkbər Nağıyevi, Arif Hacıyevi,  Əqil Mehdiyevi, 

Əli Xəlfə-zadəni,  Əliheydər Qənbərovu, Yəmən Cəfərlini, 

Şəfiqə  Məmmədəliyevanı, Məmmədtağı Sultanovu, Yaqub 

Budaqovu, Valentina Suxovanı, Aleksandra Kulakovanı, 

Qurban Qasımovu, səimə  Əliyevanı, Hacı Mehdiyevi, Hacı 

Tahirovu, Nəsib Nəbiyevi, Rəhim Bağırovu, Sona 

Qədimovanı, Hüseynqulu Hüseynovu, Cabbar Əliyevi, Tələt 

Musayevi, Klavdiya Simoninanı və s.) onlar öz fədakar əməyi 

nəticəsində əhali arasında hörmət qazanmışlar. 




 

 

 



135

Partiya və hökumət tibb işçilərinin  əməyini yüksək 

qiymətləndirərək səhiyyə  işlərində  səylə  və  səmərəli 

çalışdıqlarına görə 8 həkimə Azərbaycan SSR-nin, 24 həkimə 

isə Naxçıvan MSSR-nin əməkdar həkimi adı verilmişdir. 60 

tibb işçisi Sovet Ittifaqının orden və medalları ilə 57 nəfəri isə 

«Səhiyyə  əlaçısına» nişanı ilə  təltif olunmuşdur. 50 nəfərə 

yaxın tibb işçisi SSRI-nin, Azərbaycan SSR-nin, Naxçıvan 

MSSR-nin Ali Sovetlərinə,  şəhər, rayon və  kənd sovetlərinə 

deputat seçilmişlər. 

Tibb müəssisələri şəbəkəsinin artması respublikada orta 

tibb işçilərinin çoxalmasına səbəb olmuşdur. Respublikada orta 

tibb işçiləri kadrlarını əsasən Naxçıvan tibb məktəbi tərəfindən 

hazırlanır. Tibb məktəbi 30 il ərzində (1931-1961) 1300 

nəfərdən çox orta tibb işçisi buraxmışdır. 

5-ci diaqramda respublikada 1913-1960-cı illərdə orta 

tibb işçilərinin artması göstərilib. 

Buradan görünür ki, 1913-1930-cu illərdə orta tibb 

işçilərinin sayı 56 nəfərə  qədər artmışdır, bu artım sonrakı 

illərdə də qeyd olunmuşdur. Məsələn 1940-cı ildə bu say 200, 

1950-ci ildə 458, 1960-cı ildə 933 və 1966-cı ildə 1031 nəfər 

olmuşdur. 

 

 

 



 

 

 



 

136



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin