Maraq İfadələrinin təqdimatına dəvət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında



Yüklə 13.09 Kb.
tarix21.03.2017
ölçüsü13.09 Kb.


Maraq İfadələrinin təqdimatına dəvət
Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi yanında

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

YÜKSƏK PATOGEN Quş QRİpİnə Hazırlıq Layİhəsi
Azərbaycanda Quş Qripi barədə məlumatlILIĞA Dair Bilik, Davranış və Yanaşma üzrə Sahə sorğuLARININ KEÇİRİLMƏSİ



  1. Azərbaycan Hökuməti və Dünya Bankı Institusional Quruculuğa İkinci Texniki Yardım Layihəsini Quş Qripi (QQ) təhlükəsini azaltmaq məqsədilə onun restrukturizasiyası üzrə razılaşmışlar.

Yaradılmış layihə QQ infeksiyasının və ev quşlarında digər zoonoz xəstəliklərin insanlar üçün yaratdığı təhlükəni azaldaraq QQ pandemiyası və digər infeksion xəstəliklərə nəzarət və cavab tədbirlərinin hazırlanmasını həyata keçirəcəkdir. Bu məqsədlə, layihə aşağıdakı dörd yeni komponenti maliyyələşdirəcəkdir: 1) Baytarlıq xidmətləri, 2) İnsan sağlamlığı, 3) İctimaiyyətin məlumatlandırılması, 4) Layihənin icrasına dəstək, Monitorinq və Qiymətləndirmə.


İctimaiyyətin məlumatlandırılması və kommunikasiya komponenti QQ üzrə tədbirlər planı və vahid kommunikasiya strategiyasının icra olunması məqsədilə yaradılmışdır. Tədbirlər planındakı fəaliyyətlərdən biri kommunikasiya materiallarının hazırlanması və hədəf dinləyicilər arasında yayılmasından ibarətdir. Belə ki, təşviqat kampaniyasını təşkil etməmişdən əvvəl, xəstəliyin qarşısının alınması barədə əhalinin müəyyən təbəqəsinin bilik, davranış və yanaşması (BDY) müəyyənləşdirilməli və təhlil olunmalıdır.

Aparılacaq BDY sorğusu aşağıdakı məqsədi daşıyır: (i) Ümumi əhali arasında mövcud quş qripi barədə məlumatlılığın icmalı; (ii) QQ layihəsi çərçivəsində keçiriləcək informasiya kampaniyasının yekun təsiri bu sorğunun nəticələrinə əsaslanacaqdır.




  1. Xidmətlərə: 1) Sorğunun dizaynının tərtibatı; 2) əldə olunmuş məlumatların redaktə və emal olunması daxil olmaqla, məlumatların daxil edilməsi xidmətinin göstərilməsi və sahə sorğuları məlumatlarının kompüterə daxil edilməsi üçün məlumat bazasının yaradılması, məlumat axtarışının təmin edilməsi; 3) verilmiş sxematik cədvəllər vasitəsilə bütün statistik nəticələrin (orta rəqəm, median, tezliklərin paylanması, və s) təmin edilməsi üçün SPSS proqramı üzrə mütəxəssisin təyin edilməsi daxildir. Sxematik cədvəllər BDY sorğusundan toplanmış məlumatların təhlili üçün tələb olunan informasiyanın növünü göstərəcəkdir və s.




  1. Kənd təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlər Agentliyi/Quş Qripinə Hazırlıq Layihəsinin İdarəetmə Qrupu xidmətlərin həyata keçirilməsində müvafiq şirkətləri maraq göstərməyə dəvət edir. Maraqlanan təşkilatlar onların xidmətləri həyata keçirə biləcəklərini sübut edən informasiya təqdim etməlidirlər (oxşar tapşırıqların təsviri, oxşar şərtlərlə təcrübə, müvafiq bacarıqların olması və s.).




  1. Qalib gələn təşkilatla yuxarıda göstərilən xidmətlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi/QQL-İQ arasında müqavilə bağlanılacaqdır.




  1. Təşkilat, Dünya Bankının Təlimatına əsasən seçiləcəkdir: Dünya Bankı Borcalanları tərəfindən Məsləhətçilərin Seçilməsi və işə götürülməsi, May 2004.




  1. Maraqlanan təşkilatlar əlavə məlumat almaq üçün həftənin bazar ertəsi-cümə günü daxil olmaqla 900-dan 1700 –dək aşağıdakı ünvana müraciət edə bilərlər:




  1. Maraq ifadələri 19 mart 2007-ci il tarixdə göstərilmiş ünvana çatdırılmalıdır.



Solmaz Hüseynova, Satınalmalar üzrə Mütəxəssis

Layihənin İdarəetmə Qrupu/ Yüksək Patogen Quş Qripinə Hazırlıq Layihəsi

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

Ü. Hajibəyov küç. 40, Hökumət evi, otaq 807-A

Bakı 1016-Az, Azərbaycan

Tel: + 994 12 493 46 93

Fax: + 994 12 498 13 95

E-mail: shuseynova@agroagency.gov.az




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə