Klinik tapşırıq 1



Yüklə 47.97 Kb.
tarix25.12.2016
ölçüsü47.97 Kb.
Klinik tapşırıq 1.

Həkimə 56 yaşında xəstə müraciət edib. Xəstənin A/T yüksək olduğundan həkim ona sağrıya əzələ daxili inyeksiya təyin edir. Dərmana qarşı xəstənin fərdi allergik reaksiyasının olmadığına əmin olduqdan sonra, xəstəni tibb bacısının yanına göndərir.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.

Şəkil 1.


Suallar:


  1. Xəstəyə hansı vəziyyət almağa kömək etmək lazımdır?

  1. Əzələ daxili inyeksiya sağrı əzələsinin hansı nahiyəsinə vurulmalıdır? (İynə şəkil 1-də göstərilən sahələrdən hansına vurulmalıdır)?

  1. İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”  “Çıraq” 2008.
Klinik tapşırıq 2.

Həkimə 47 yaşlı, əlil arabasında xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim ona bud nahiyəsinə əzələ daxili inyeksiya təyin edir.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.



Şəkil 2.
Suallar:


  1. Bu xəstəyə məcburi uzanıqlı vəziyyət vermək lazımdırmı?

  1. Əzələ daxili inyeksiya bud əzələsinin hansı nahiyəsinə vurulmalıdır? (İynə şəkil 2-də göstərilən sahələrdən hansına vurulmalıdır)?

  1. İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”,“Çıraq” 2008.
Klinik tapşırıq 3.

Həkimə 36 yaşlı xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim ona bazu nahiyəsinə əzələ daxili inyeksiyanı təyin edir.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.


şək.3


Suallar:


  1. Xəstəyə hansı vəziyyət almağa kömək etmək lazımdır?

  2. Əzələ daxili inyeksiya bazunun hansı nahiyəsinə vurulmalıdır? (İynə şəkil 3-də göstərilən sahələrdən hansına vurulmalıdır)?

  3. İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?

Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”, “Çıraq”, 2008.
Klinik tapşırıq 4.

Həkimə 66 yaşlı şəkərli diabeti olan xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim ona dərialtı insulin inyeksiyası təyin edir.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.



Şəkil 4.
Suallar:


  1. Xəstəyə hansı vəziyyət almağa kömək etmək lazımdır?

  2. Dərialtı insulin inyeksiyasının şəkil 4-də göstərilən hansı nahiyəyə vurulması daha məqsədə uyğundur?

  3. İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”, “Çıraq”, 2008.
Klinik tapşırıq 5.

Həkimə 57 yaşlı xəstə müraciət edib. Xəstəni müayinə etdikdən sonra həkim onun qoluna dərialtı B6 vitamini təyin edib.

Tibb bacısı manipulyasiyaya hazırlıq görür. O, inyeksiyanı icra etməzdən əvvəl həkimin təyinatını nəzərdən keçirir, təyin vərəqi ilə dərmanın etiketinin uyğunluğunu yoxlayır. Xəstəyə manipulyasiya barədə məlumat verir, razılığını alır, bildirir ki, iynə ağrılı ola bilər.

Sonra əllərini gigiyena qaydalarına riayət edərək yuyur.



Şəkil 5.
Suallar:


  1. Xəstəyə hansı vəziyyət almağa kömək etmək lazımdır?

  2. Dərialtı inyeksiya hansı nahiyəyə vurulmalıdır? (İynə şəkil 5-də göstərilən sahələrdən hansına vurulmalıdır)?

  3. İynə hansı dərəcəli bucaq altında vurulmalıdır?


Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”  “Çıraq” 2008.

Mama
Klinik tapşırıq 1.

Qadın məsləhətxanasına 27 yaşlı qadın ilk hamiləliklə müraciət edir. Axırıncı aybaşısı 01. 09. 2015 olub. Qadının qan qrupu I (0) Rh mənfidir (Rh-) ilk gəlişidir. Bütün müayinələrin nəticələri toplanılıb. Hamilənin fərdi müşahidə kartı doldurulub.



Suallar:

1. Doğuşun güman edilən vaxtını təyin edin.



2. Rezus uyğunsuzluq hansı halda yaranır.

3. Rezus uyğunsuzluq dölün vəziyyətinə necə təsir göstərir və hansı xəstəlik baş verir.
Ədəbiyyat: "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq" üzrə klinik protokol (Bakı 2013) və "Hamiləlikdə rezus-izoimmunizasiya" üzrə klinik protokol (Bakı 2014).
Klinik tapşırıq 2.

Qadın məsləhətxanasında 30 yaşlı hamilə qadın qan qrupu II (A), Rh (-) ilə risk qrupuna daxil edilmişdir. Həyat yoldaşında qan qrupu I (0), Rh (+). Axırıncı aybaşısı 05. 03. 2015 olub. Gəlişlərə uyğun bütün klinik müayinələr aparılıb. Hamilənin fərdi müşahidə kartına qeydlər edilib. Doğuşun güman edilən vaxtı 12. 12. 2015.

Ümumi vəziyyəti kafidir. Xroniki hipertenziyası var. A/T 130/90 mm.c.süt., 3-cü hamiləliyi 2-ci doğuşudur. 1-abort olub. Qarnı oval formadadir. Uşaqlıq dibinin hündürlüyü 38 sm, qarının çevrəsi 75 sm. Dölün ürək döyüntüsü eşidilir.

Suallar:

1. Dölün təxmini çəkisini hesablayın.



2 Rutin (antenatal) anti-D immunoprofilaktika hamiləliyin hansı həftələrində aparılmalıdır?

3. Hemoliz nə deməkdir və qanda nə təyin edilir?
Ədəbiyyat: "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq" üzrə klinik protokol (Bakı 2013). "Hamiləlikdə rezus-izoimmunizasiya" üzrə klinik protokol (Bakı 2014).
Klinik tapşırıq 3.

Doğum evində 19 yaşlı hamilə qadın 21.05.2015 ildə saat 1500 çəkisi 3200 qram olan diri qız uşağı doğub. Doğuşun III dövrü aktiv idarə edildi. İtirilən qanın miqdarı 250-300 ml.

Ümumi vəziyyəti kafidir. A/T - 115/70 mm.c. süt., nəbzi 78 vurğu/dəq., dəri və görünən selikli qişalarının rəngi doğuşun gedişinə uyğundur. Uşaqlıq bərk, yumrudur, ifrazat azacıq qanlıdır.
Suallar:

1. Doğuşun III dövrünün aktiv aparılmasında məqsəd nədir?

2. Yenidoğulmuşda qonoblenoreyanın profilaktikası necə aparılır?

3. “İstilik zənciri”nin qorunması üçün mama nə etməlidir?
Ədəbiyyat: " Normal doğuş" üzrə klinik protokol (Bakı 2012). Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında təlimat Bakı 2013.
Klinik tapşırıq 4.

Doğum evinə təkrari doğan qadın doğuşun II dövrü aktiv fazada daxil olur və diri 3000 qr qız uşağı doğulur. Doğuşun III dövrü aktiv aparılır, itirilən qanın miqdarı 250-300 ml -dir.

Ümumi vəziyyəti kafidir. A/T 120/ 75 mm.c. süt., nəbz 79 vurğu/dəq. Uşaqlıq yaxşı yığılıb, bərkdir, son tamdır, qanın laxtalanması normaldır, lakin qanaxma davam edir.

Suallar:
1. Qanaxmaya nə səbəb ola bilər?

2. Mamanın taktikası necə olmalıdır ?

3. Doğuşdan sonrakı qanaxmalarda 4T faktoru necə izah edilir?
Ədəbiyyat: "Zahılıq dövrünün qanaxmaları" üzrə klinik protokol (Bakı 2011) .
Klinik tapşırıq 5.

Doğum evinə 21 yaşlı qadın doğum sancıları ilə daxil olur. 2-ci hamiləliyi, 2 – ci doğuşudur. Evdə 1 uşağı var. Ümumi vəziyyəti kafidir. A/T- 125/ 85 mm c. süt., nəbz 65 vurğu/dəq., t0-37,60.

Qarnı oval formada, döl boylama vəziyyət, I mövqe, gələcək hissə başdır və kiçik çanaq girəcəyinə pərçim olub. Dölün ürək döyüntüləri eşidilir. Qarnın çevrəsi 80 sm, uşaqlıq dibinin hündürlüyü 38 sm-dir.

Suallar:

1. Mövqe nədir və mövqedən asılı olaraq döl hansı görkəmdə doğula bilər?

2. Döl doğularkən göbək ciyəsinin I-li və II-li işlənməsi necə icra edilir?

3. Yenidoğulmuş hansı əlamətlərə görə Apqar cədvəli ilə qiymətləndirilir?


Ədəbiyyat: V.İ. Bodyajina "Mamalıq" Mövzu- uşaqlıq boşluğunda dölün vəziyyəti. "Normal doğuş"üzrə klinik protokol (Bakı 2012). Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında təlimat (Bakı 2013).


*********************************************************************
: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə