4.Əhalinin faktiki qidalanmasının öyrənilməsi üsulları



Yüklə 60,25 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü60,25 Kb.
#46043
1   2   3   4   5
4.Rengli Faktiki qidalanmanın öyrənilmə üsulları. Word

Qəbul olunan qida rasionunun kimyəvi tərkibi kaloriliyi Cədvəl 1

Qida qəbulu

vaxtları

Xörəklərin və qəbul olunan ayrı-ayrı məhsulların, çörək, qənd, kolbasa və s. adı


Xörəyə və rasiona daxil

edilən məhsulların adı və çeşidi


Məhsulların qramla miqdarı (brutto)

Məhsulların qramla miqdarı (netto)

Məhsulların kimyəvi tərkibi

Vitaminlər (mq)

Mineral maddələr (mq)

zülallar

yağlar

Karbohidratlar


Kalorilik (kkal)

A

β -karotin

B1

B2

PP


C

Ca

P

Mq

Fe

Y

Zn

Ümumi miqdarı


O cümlədən heyvani

Ümumi miqdarı


O cümlədən bitki yağları

Səhər yeməyi




































































Yekunu


























































Nahar




































































Yekunu


























































Şam yeməyi





































































Yekunu


























































Cəmi

gün ərzində



































































Zülalların, yağların, karbohidratların mənimsənilmə dərəcəsini və kulinariya emalında vitaminlərin itkisini hesablamaqla faktiki miqdarı























































Konkret şəxsin (ya tələbənin) düzgün çəkisinə görə (boyunu nəzərə almaqla) tövsiyə olunan norma























































Normanı 100% hesab etməklə faktiki miqdarın %-lə göstəriciləri























































Normaya nisbətən izafiliyin (+) və ya azlığın (-)

%-lə miqdarı























































Sərf olunan məhsulların hesablanmasına və qidalanan şəxslərin sayına əsasən bir nəfərə düşən məhsulların gündəlik miqdarını, rasionun kimyəvi tərkibini hesablamaqla onun qidalandırıcı və bioloji dəyərini müəyyən edirlər. Menyu cədvəllərindəki materiallar kollektivin gündəlik qidalanmasını əks etdirməklə bərabər, həmçinin ayrı-ayrı günlərdə qidalanma rejimini, eləcə də rasionun müxtəlifliyini (rəngarəngliyini) səciyyələndirməyə imkan verir.

Menyu cədvəllərinin materialı əsasında qidalanmanı öyrənmək üçün müəyyən miqdarda menyu cədvəli seçilməlidir. Elmi araşdırmalara görə qidalanmanı bütün il ərzində səciyyələndirmək üçün azı 70-80, fəsillər üzrə səciyyələndirmək üçün isə 20-40 günün menyu cədvəli seçilməlidir.

Menyu cədvəllərini hər ay, ya bir neçə gün (7-8) dalbadal, yaxud da bütün ay ərzində müəyyən fasillərlə (məsələn, hər ayın 1, 5, 10, 15, 20, 25 və 30-da) seçmək olar.

Seçilmiş menyu cədvəlləri diqqətlə yoxlanılmalı, menyuda qeyd olunmuş hər bir yeyinti məhsulunun adının və çəkisinin, növünün və çeşidinin düzgün yazılmasına xüsusi diqqət yetirilməlidir. Məsələn, mal əti I çeşid, 72%-li buğda unundan bişirilmiş çörək və s.

Tədqiqatın məqsədindən asılı olaraq menyu cədvəllərini tək-tək işləmək və ya istənilən müddət üçün müvafiq sayda menyu cədvəllərinin orta göstəricisinin təyini üçün menyulardakı hər bir məhsulun orta rəqəmi çıxarılaraq hesablama aparıla bilər. Bu məqsədlə «yeyinti məhsullarının kimyəvi tərkibi»-nə dair cədvəllərdən (əlavə 1) istifadə etməklə menyunun tərkibi və kaloriliyi hesablanır. İndi müasir elektron hesablama vasitələrinin geniş imkanları şəraitində menyu cədvəllərinin statistik işlənməsi üsulunun tətbiqinin heç bir problemi yoxdur.

Kollektiv qidalanmanı öyrəndikdə menyu cədvəlinin statistik işlənməsi ilə yanaşı, rasionların laborator müayinəsi nəticələrinin təhlili aparılan müayinələrin effektini xeyli artıra bilər.

Qida rasionları və ayrı-ayrı xörəklərin laborator müayinəsi üsulu kifayət qədər dəqiqliyi və mövcud sənədə (menyuya) əsasən həyata keçirildiyindən dəyərli olmaqla bərabər, menyuya daxil edilməsi nəzərdə tutulan məhsulların tam sərfi barədə daha səhih nəticə verdiyindən kollektiv qidalanmanın qiymətləndirilməsi üçün kifayət qədər əlverişliliyi ilə bərabər, kollektiv qidalanma üzərində nəzarət aparan dövlət orqanlarının işində də geniş tətbiq oluna bilər.

Üsul tədqiqatın məqsədindən asılı olaraq gündəlik, yaxud müəyyən bir qida qəbulu vaxtı rasionunun, eləcə də ayrı ayrı xörəklərin kimyəvi tərkibini və enerjisini qiymətləndirməyə də imkan verir.



Qida rasionunun kimyəvi tərkibini təhlil etməyin faktiki qidalanmanın həqiqi vəziyyəti haqda daha düzgün məlumat verdiyini nəzərə alaraq, menyu cədvəllərinin statistik işlənməsi ilə birlikdə qida rasionlarının vaxtaşırı olaraq (müvafiq səhiyyə qurumu tərəfindən qəbul edilən reqlamentə müvafiq) laborator müayinəsi də aparılmalıdır. Müayinə nəticəsində əldə edilən məlumat menyu cədvəllərinin nəzəri hesablanmasından alınan məlumatla muqayisə edilməli və onların bir-birinə nə dərəcədə uyğun olduğu müəyyənləşdirilməlidir. Belə araşdırma kollektiv qidalanmaya nəzarətin effektivliyini kifayət qədər dəyərləndirə bilər.



Yüklə 60,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin