4.Əhalinin faktiki qidalanmasının öyrənilməsi üsulları



Yüklə 60,25 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü60,25 Kb.
#46043
1   2   3   4   5
4.Rengli Faktiki qidalanmanın öyrənilmə üsulları. Word

Əhalinin faktiki qidalanmasının öyrənilməsi nəticəsində əldə edilmiş məlumatın fizioloji normalarla müqayisə edilməsi.

  • Faktiki qidalanmanın xüsusiyyətləri ilə əlaqədar olaraq sağlamlıq vəziyyətinin qiymətləndirilməsi.

  • Əhalinin faktiki qidalanmasını səmərələşdirmək üçün tədbirlərin işlənib hazırlanması həyata keçirilməsi.


    Əhalinin faktiki qidalanması tibbi cəhətdən iki istiqamətdə öyrənilir:

    1. ailəvi fərdi qidalanmanın öyrənilməsi;

    2. kollektiv qidalanmanın öyrənilməsi.




    1. Ailəvi və fərdi qidalanmanı öyrənmək üçün aşağıdakı üsullardan istifadə olunur:

    1. Sorğu çəki üsulu ilə qidalanmanı öyrəndikdə müayinə aparılan rayon və ya şəhərdə azı 50-60 ailə seçilməlidir. Bu ailələrdə ayrı-ayrı fəsillər üzrə ildə 3-4 dəfə və hər dəfə 7-14 gün müddətində ailələrin qidalanması öyrənilməlidir.

    Müayinə aparmaq üçün seçilmiş ailələrdə təsərrüfat işi ilə məşğul olan şəxsdən (bazarlıq edən, xörək hazırlayan) soruşmaq və istifadə olunan məhsulların çəkisini təyin etmək yolu ilə hər gün sərf olunan yeyinti məhsulları haqqında dəqiq məlumatlar alınmalıdır.

    1. Çəki üsulunda ailədə xörək hazırlamaq üçün istifadə olunan bütün yeyinti məhsullarının xalis (tullantısız) çəkisi, hazır və yeyilən xörəyin hər payı, eləcə də xörək qalığının çəki miqdarı təyin edilir.

    2. Anket üsulunda qidalanması tədqiq olunan şəxslərə (və ya ailə üzvlərinə) qidalanmanın vəziyyətini səciyyələndirən və eləcə də qidalanma ilə əlaqədar sağlamlıq vəziyyətinə dair suallar yazılmış xüsusi anketlər paylanır. Bu əlverişli və geniş tətbiq edilən üsuldur. Üsulun dəqiqliyi anket sorğuya cəlb edilənlərlə müvafiq izahat işlərinin düzgün aparılması və anketi dolduranın işə vicdanlı münasibətindən çox asılıdır.

    Anket üsulu ilə müayinə, əhalinin ayrı-ayrı qruplarının qidalanmasının səciyyəvi və fərdi xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

    Anket üsulu ilə aparılan müayinələrdə statistikanın əsas qaydalarına ciddi riayət olunmalıdır:




      1. Yüklə 60,25 Kb.

        Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin