4.Əhalinin faktiki qidalanmasının öyrənilməsi üsulları



Yüklə 60,25 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü60,25 Kb.
#46043
1   2   3   4   5
4.Rengli Faktiki qidalanmanın öyrənilmə üsulları. Word

Qidalanmaları müayinə olunan şəxslər yaş, peşə stajına görə düzgün seçilməlidirlər.

  • Seçilmiş şəxslərin peşə stajına, yaş cinsinə görə sayı 100 nəfərdən az olmamalıdır.

  • Anketdə olan suallar bilavasitə qidalanmanın kəmiyyət keyfiyyətini səciyyələndirməli, aydın ifadə olunmalıdır.

  • Anketləri paylamazdan əvvəl müayinəyə cəlb olunan şəxslərə müayinənin məqsədi, anketi doldurmaq, ayrı-ayrı sualların mənası onlara cavab yazmaq qaydası ətraflı izah edilməlidir.

    Anket vasitəsilə fərdi və ya ailəvi qidalanmanı öyrəndikdə, həmin şəxslərin sərf etdikləri yeyinti məhsullarının miqdarını və çeşidlərini, ictimai qidalanma müəssisələrində tez-tez və ya arabir qidalanmalarını, yedikləri xörəklərin adlarını, bütün ailənin və onun ayrı-ayrı üzvlərinin qidalanma rejimini və bir sıra başqa xüsusiyyətləri də müəyyən etmək olar.

    Hər bir ailənin və ya ayrı-ayrı şəxslərin qidalanmasının bu üsulla müayinə müddəti 7-10 gün olmalıdır. Bu müddət ərzində aparılan müayinə qidaların çeşid müxtəlifliyi, həftə ərzində rasiona daxil edilən ayrı-ayrı yeyinti məhsullarının və onlardan hazırlanan xörək növlərinin necə təkrarlandığını öyrənməyə imkan verir.



    Qidalanmanı öyrənmək üçün təklif olunan başqa üsullara nisbətən anket üsulunun üstün cəhəti ondan ibarətdir ki, bu üsulla müayinə apardıqda az qüvvə və vəsait sərf etməklə müxtəlif əhali qruplarının və kifayət qədər çox insanların qidalanma xüsusiyyətləri barədə səhih məlumatlar əldə etmək olur. Anket üsulu ilə əhalinin faktiki qidalanmasını tibb universiteti tələbələrinin timsalında öyrənməklə müayinə təcrübəsini mənimsəmək məqsədəuyğun hesab oluna bilər. Bu məqsədlə tərtib olunmuş xüsusi anket vasitəsilə aparılan müayinələrin nəticələri tələbələrin faktiki qidalanmasını, onun kəmiyyət və keyfiyyət göstəricilərini hərtərəfli səciyyələndirə bilər.
    Azərbaycan Tibb Universiteti tələbələrinin faktiki qidalanmasını öyrənməyə dair
    A N K E T


    1. 1.Müayinənin tarixi.

    2. 2.Soyadınız, adınız və atanızın adı.

    3. 3.Yaşınız (doğulduğunuz il və ay).

    4. 4.Ailə vəziyyətiniz (subay, ailəli).

    5. 5.Ünvanınız (evdə, ümumi yataqxanada).

    6. 6.Ailənizin tərkibi (ailə üzvlərinizin sayı).

    7. 7.Harada işləyirsiniz (dərsdən əlavə).

    8. 8.Həftə ərzində iş günlərinizi və saatlarınızı göstərin (işləyənlərə aiddir).

    9. 9.İdmanla məşğul olursunuzmu (hansı növü ilə, müntəzəmmi, məşğələnin müddəti).

    10. 10.Çəkiniz və boyunuz.

    11. 11.Çəkinizi qiymətləndirin: (müəlliminizin köməyindən istifadə edə bilərsiniz). Çəkinizi a) normal; b) normadan artıq; v) normadan aşağı hesab edirsiniz (altından xətt çəkin).

    12. 12.Gündə orta hesabla neçə dəfə qida qəbul edirsiniz?

    13. 13.Həmişə eyni vaxtdamı qida qəbul edirsiniz, yoxsa müxtəlif vaxtlarda (qeyri-müntəzəm) qidalanırsınız?

    14. 14.Yeməkxanadan istifadə edirsinizmi (müntəzəm surətdə, yoxsa hərdən bir). Gündə neçə dəfə?

    15. 15.Gündə neçə dəfə isti xörək yeyirsiniz (I, II isti xörəklər, çay və ya qəhvə ilə yemək qəbulu)?

    16. 16.Ancaq quru yeməklərlə qidalanan günləriniz olurmu (hə, yox)?

    17. 17.Səhər yeməyi, nahar və axşam yeməkləri arasında əlavə qida qəbul edirsinizmi?

    18. 18.Universitetdə dərsarası fasilələrdə qida qəbul edirsinizmi?

    19. 19.Özünüzlə universitetə yemək aparırsınız, yoxsa bufetdən, yeməkxanadan istifadə edirsiniz?

    20. 20.Həzm orqanlarının vəziyyətinə dair şikayətiniz varmı (hə, yox), əgər vardırsa, aşağıdakı əlamətlər tez-tezmi müşahidə olunur?

    21. Həmçinin bu qidanın yeyilməsi ilə əlaqədardırsa, qida qəbulundan nə qədər sonra başlanır?

      • qıcqırma

      • gəyirmə

      • epiqastral nahiyədə ağırlıq hissiyyatı

      • mədə nahiyəsində ağrılar

      • meteorizm (köp)

      • qəbizlik

      • ishal.

    22. 21.Aşağıdakı əlamətlərə dair şikayətiniz varmı, vardırsa daimi, yaxud vaxtaşırılığı, eləcə də əsasən ilin hansı vaxtlarında?

      • Süstlük, əzginlik, həddən artıq yorğunluq, eyni zamanda dişləri yuduqda diş ətindən qanaxma (C vitamininin çatışmazlığı).

      • Tez zehni və fiziki yorğunluq (əzələ zəifliyi, ayaqlarda ağrılar, yeriyəndə tez yorulma, baldır əzələlərində ağrılar (B1 vitamininin çatışmazlığı).

      • İşıqdanqorxma (B2 vitamininin çatışmazlığı).

      • Tez həyəcanlanma, əsəbilik, yuxusuzluq, ağızda, dildə quruluq (PP vitamininin çatışmazlığı.

      • Axşamlar (toran vaxtı) görmə qabiliyyətinin pisləşməsi (A vitamininin çatışmazlığı).

    23. 22.Dünən qəbul etdiyiniz yeməklərin menyu cədvəlini göstərilən forma üzrə tərtib edib kimyəvi tərkibini, kaloriliyini hesablayın və yaşınıza, peşənizə müvafiq tövsiyə olunan norma ilə müqayisə edin. Bu zaman xörəkləri hazırlayan şəxsdən hazırladığı xörəklərin ümumi miqdarını, sərf etdiyi məhsulların netto (xalis-tullantısız) və ya brutto (tərəzi) çəkisini, növ və çeşidlərini, eləcə də hazır xörək paylarının (porsiya) sayını və yeyilən hər porsiyaya düşən məhsulların miqdarını da aydınlaşdırmaq lazımdır.

    Kollektiv qidalanmanı öyrənmək üçün menyu cədvəllərinin statistik işlənməsi qida rasionlarının laborator təhlili üsullarından istifadə olunur.

    Kollektiv qidalanma yerlərində kollektivin bütün üzvləri ya tam rasionla (körpələr evləri, gecə-gündüz rejimli uşaq bağçaları, uşaq evləri, internat məktəbləri, texniki peşə məktəbləri, liseylər, pioner düşərgələri, xəstəxanalar, sanatoriya və istirahət evləri), yaxud da rasionun bir hissəsi ilə- səhər yeməyi və ya naharla (açıq yeməkxana, restoran, bir və ya iki dəfəli qidalanma tətbiq olunan uşaq müəssisələri, sənaye və kənd təsərrüfatı işçiləri) təmin olunurlar. Belə qidalanma yerlərində qidalanmanın vəziyyəti haqqında tam təsəvvür yaratmaq və onu hərtərəfli səciyyələndirmək üçün müayinələr ilin müxtəlif fəsillərində aparılmalıdır.



    Kollektiv qidalanma yerlərində qidalanmanın vəziyyətini iki yolla: sərf olunan məhsulların aylıq, yaxud illik hesabatını təhlil etmək menyu cədvəllərindəki materiallara (cədvəl 1) əsaslanmaqla öyrənmək olar.

    Yüklə 60,25 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin