4.Əhalinin faktiki qidalanmasının öyrənilməsi üsulları



Yüklə 60,25 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü60,25 Kb.
#46043
1   2   3   4   5
4.Rengli Faktiki qidalanmanın öyrənilmə üsulları. Word

İ stifadə olunan yeyinti məhsullarının səciyyəvi xüsusiyyətləri qidaların rəngarəngliyi.

  • Qidanın kimyəvi tərkibi bioloji dəyəri.

  • Qidalanmanın rejimi.

  • Yeyinti məhsullarının seçilməsində qidaların hazırlanmasında milli adət-ənənələrin gözlənilməsi.

    Faktiki qidalanmanı öyrənmək üçün bir sıra üsullar tövsiyə olunur ki, bunlardan balans üsulu, büdcə üsulu, anket üsulu, sorğu-çəki üsulu, çəki üsulu, menyu cədvəllərinin statistik işlənməsi üsulu, qida rasionlarının laborator müayinə üsullarına daha çox istinad edilir.

    Bu üsulların ilk ikisi- balans üsulu, büdcə üsulu əhalinin qidalanmasında iqtisadi amilin öyrənilməsinə yönəldilmiş üsullar olub iqtisadiyyatın, yeyinti sənayesi və heyvandarlığın perspektiv planlaşdırılması ilə məşğul olan dövlət qurumları, statistika orqanları tərəfindən daha çox istifadə olunur. İqtisadi əhəmiyyət kəsb edən bu üsullar əsasən yeyinti məhsullarına tələbatın aşkar edilməsi, məhsul tədarükü və ehtiyatının yaradılması, kənd təsərrüfatı və heyvandarlığın planlaşdırılması məsələlərinin proqnozlaşdırılmasına, ölkənin ərzaq təhlükəsizliyinin təminatına xidmət edir.



    Balans üsulu müəyyən bir rayonda, vilayət və yaxud ölkədə istehsal olunan və başqa yerlərdən buraya gətirilən yeyinti məhsullarının miqdarı, onların sərf olunması barədə dövlət statistika idarələrində mövcud olan məlumatdan istifadə etmək prinsipinə əsaslanmışdır. Bu məlumat həmin yerin əhalisinin sərf etdiyi yeyinti məhsullarının ancaq orta hesabla miqdarını təyin etməyə imkan verir. Belə hesablamada əhalinin peşəsi, əmək intensivliyi, yaş qrupları, mənzil-məişət şəraiti və s. nəzərə alınmadığı üçün ancaq orta hesabla əhalinin bir nəfərinin sərf etdiyi məhsulun miqdarını əks etdirir ki, bu da onların faktiki qidalanma vəziyyətini tam səciyyələndirən göstərici hesab oluna bilməz.

    Büdcə üsulu ilə müayinə apardıqda, əhalinin müxtəlif qruplarına mənsub olan ailələrin büdcəsi – onların illik gəlir və çıxarı, hasil etdikləri məhsullardan və pul gəlirindən ailənin qidalanmasına sərf etdikləri miqdar hesaba alınıb təhlil edilir.

    Hər iki üsul əhalinin qidalanmasında iqtisadi amilin öyrənilməsinə yönəldilmiş üsullar olub dövlət statistika orqanları tərəfindən tətbiq olunur. Bu üsullarla aparılan müayinələrin materialları, əhalinin qidalanmasını öyrənən və səmərələşdirmək üçün tədbirlər işləyib hazırlayan tibb işçiləri üçün də faydalı ola bilər.

    Əhalinin faktiki qidalanmasını tibbi və ya gigiyenik cəhətdən öyrənməyin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, belə yanaşma müxtəlif əhali qruplarının qidalanmasını elmi əsaslar üzrə səmərəli təşkil etməyə imkan verir.

    Əhalinin faktiki qidalanmasının tibbi cəhətdən öyrənilməsinə aşağıdakı məsələlər aiddir:




    1. Yüklə 60,25 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin