Mövzu 12. M. Montessorinin məktəbəqədər təhsil pedaqogikasının inkişafına pedaqoji töhfəsi



Yüklə 28,36 Kb.
tarix21.05.2023
ölçüsü28,36 Kb.
#119020
Mövzu 12


Mövzu 12.
M. Montessorinin məktəbəqədər təhsil
pedaqogikasının inkişafına pedaqoji töhfəsi


PLAN

  1. M.Montessorinin pedaqoji fəaliyyəti və məktəbəqədər tərbiyəsinin nəzəriyyəsi.

  2. M. Montessori pedaqogikasının nəzəri əsasları.

  3. M. Montes­sorinin pedaqoji sistemin mahiyyəti, məqsəd və vəzifələri.

  4. M. Montes­sorinin pedaqoji prinsipləri.

  5. M. Montessorinin pedaqoji ideyalarının praktiki tətbiqi: "Uşaq evləri"nin yaradılması.

  6. M. Montessori sisteminin dünya təhsilinin inkişafına təsiri.


Görkəmli İtalyan pedaqoqu Mariya Montassori 1870-ci ilda Italiyada anadan olmuşdur. Roma universitetinin tibb fakültəsini bitirdikdon sonra univeristetin psixiatriya klinikasında işləyir. O, tez-tez psixi xəstxənaya gedir. Onun diqqətini əqli kəm uşaqlar cəlb edir. Əqli kəm uşaqlarla aparılan iş metodlarini öyrənir va bu problemlə maşğul olmağa başlayır. O, əqli kəm uşaqlarla iş aparır, bir sıra pedaqoji priyomlar işloyib hazırlayır. Bu metodla bir neçə usaği sağaldır, onlar normallaşır. Montassori belə qənaətə gəlir ki, bu metodu sağlam uşaqlara da tətbiq etmək olar. Bu fikirlə də o psixologiya və pedaqogikanı dərindən öyrənməyə başlayır. Seqena, Itavr kimi psixiatrların esərlərini öyrənir. Universitetdə xüsusi eksperimental kurs keçir. Onun metodu müsbət nəticə verdiyindən tezliklə onun şöhrəti artır. 1907-ci ilda Romada 3 yaşından 7 yaşına qədar olan uşaqlar üçün özü “Uşaq evi” açır. Bu evin nümunəsində tezliklə belə evlər həm İtaliyada, həm da başqa ölkələrdə açılır. O, çalışır ki, müasir pedaqogikanın tələb etdiyi tərbiya sistemində birinci növbədə uşaq orqanizminin psixi-fiziki inkişafinı təbii təsir etsin, organizmin düzlük inkişafina kömək edən metodlardan istifadə etsin. Onun fikrincə, «Uşaq evinin tərbiyəçisi uşağın təbii inkişafı prosesinə az müdaxilə etməli va ancaq ona təməli ilahi tərəfindən qoyulmuş təbii qüvvələrin üzə çıxmasına şərait yaratmalıdır. Tərbiyəçinin vəzifəsi uşaqların özünü tərbiyə şaraitini təşkil etməkdir. Montassori bu qənaətə gəlir ki, pedaqogika işi tədricən uşağı yaxsı öyrənmak və müşahidə etmək üzərində qurulmalıdır. Mariya deyir ki, əgər təbiət özü uşağı əzib, şikəst edibsə biz uşağı necə müşahidə edək? Onu necə öyrənək? Ona göra də uşağa azadlıq vermək lazımdır ki, onun daxili qüvvələri üzə çıxsın. Məktəbdə azadlığı verməyi tələb edir.
Başlanğıca Montassori tələb edir ki, azad məktəbin tərbiyə həm xaricdən, həm də daxildə təşkil olunmalıdır. Bunun üçün sinifdə uşaq üçün xüsusi stol, stul var idi ki, uşaq tərpənmədən bütün günü işləyir.
Montassori bunu «Qul məktəbi» adlandırır.
Uşaq bu stuldan o zaman tərpənə bilərdi ki, o yerinin narahat olduğunu dərk etsin. 
Uşaq üçün hər şey var idi və onların boylarına müvafiq idi. Uşağa lazım deyil, o ətrafdakaların köməyi olmadan azı götürməli idi.
Məktəbin içərisində hər cür tövsiyə edildi ki, uşaq qorxusundan, çəkinəmədən fəalliq göstərsin. Çünki uşaq məktəbə yox, hayata hazrlaşır. Burada uşaqlara nəzakətlə rəftar edilir. Kobud hərəkət uşaq psixikasına pis təsir edir, onu daha da əsəbləşdirər. Montasori bunu öz zorakı hissəsi hesab edir. Əgər uşaq bir görəndə çətinlik cəkirsə ona kömək etmək lazım deyil. Deməlı hələ uşağın bu işi etmə imkanı hələlik yaranmayıb.
Beləlıklə, Montassorinin yeni metodunun əsasini üç şey təşkil edir:
1. uşağın fərdi öyrənənmasi; 
2. azadliq
3.özünüfəaliyyət
Yəni fərdiçilik, azadlıq, müstəqillik uşağın özünü tərbiyəsinda usağa verilən didaktik materialdan uşaq nə düzəldəcək, nə edəcək onu uşaq özü bilməlidir. Bu metodun tətbiqi prinsipi tətbiq olunmalıdır. Uşaq uşaqlığını uşaq kimi yaşamalıdır. Onu vaxtından əvvəl böyük etmə olmaz.
Montassorinin pedaqoji sistemi 3-7 yaşlı uşaqların ümumi xüsusiyyətlərinə cavab verirmi?
Montassori bu metodunu işlədərkən Fransa həkimi Itar və Seneqin təcrübəsindən istifadə etmişdir. Montassori ailədə ağıldan kəm uşaqlar üçün tərtib edilmiş metodu sağlam uşaqlara tərtib edir.
Uşaq bağçasında əsas diqqəti o deffektli uşaqlarda olduğu kimi hiss orqanlarının inkişafına yönəlir. Bu vəzifə "Sensor mədəniyyət” adlanır. Bu əsasən uşaqlarda.marağın, emosiyanın və təxəyyülün inkişafına kömək edir. Didaktik materiallar bir vasitə, forma kimi uşaqların hər bir hiss üzvünü ayrılıqda inkişafına kömək edir, say və yazı yazmaq qabiliyyətini artiran yegana vasaitdir ki, yaşlı uşağa verir. Bu materiallar uşağın marağını və görüş dairəsini məhdudlaşdırır
Didaktik materiallarla aparılan iş eyni şeyi dədəfələrlə təkrar etməyi tələb edir.
Xüsusi dərslər, məsələn silindirləri müəyyən olunmuş yerlərə qoymaq, ağac tıxacları öz yerinə taxmaq, rəngli sarıqları çalarlarına görə düzmək, müxtəlif çubuqları ölçülərinə görə ardıcıl düzmək. Deffektli uşaqlarla işləyənlər yaxşı bilir ki, əqli cəhətdən zəif inkisaf etmiş uşaqlar dəfələrə təkrarın nəticəsində steorotitlar yaranır, yalnız uzun müddət aparilan təmrinlər ağıldan kəmlərdə vərdiş yaradir. Onlarda sensor mədəniyyət inkişaf edir. Ən yüksək əqli inkişafa, əql və iradənin inkişafina kömək edir. Belə terminlər uşaqlarda təkrar olduqca onlarda tədricən vərdişlər əmələ gəlir. Bela təmrinləri normal uşaqlara tətbiq etmək lazımdırmı?
Bu cür təlimatlar normal uşaqlarda onu maraqlandıran və ya diqqət yetirmək qabiliyyətini artırır, tez adaptasiya yaratmaq qabiliyyəti oyadır, hiss üzvlərinin qabiliyyəti üçün şərait yaradır, düzgün qavramaq qabiliyyəti yaradır. Erkən yaşlı uşaqlarda xarici təsir onların psixo ritminə təsir edir. Hiss orqanlarının inkişaf etdirmək məqsədilə normal uşaqların da süni yolla hiss orqanlarını inkişaf etdirməyə ehtiyac yoxdur. Həmçinin formal təmrinlərin, hərəkətlərin fəaliyyətin izolə edib öyrətməyin əhəmiyyəti yoxdur.
Doğrudur, normal uşaqlarda bir hərəkəti dəfələrlə təkrar etməkdən xoşlanirlar. Yalnız bir yolla təkrar «eksperiment» yolu ilə uşaqlar ətraf aləmi dərk edə bilirlər. Yalnız təmrinlər uşağın beynində assosiya yolu ilə maraqlı olur. Birinci mərhələdə uşağa təkrar ona gorə lazımdır ki, ətraf aləmdəki əşyaları qavrayışın, hər şeydən əvvəl onun müxtəlif tərəfləri ilə tanış olsun.
Montassori öz təcrübəsində aşağıdakı kimi təsəvvür edir.
1. Həmin didaktik materiallar gerida qalmış uşaqlara verilir, onlara müəyyən tərbiyə verir, normal uşağa isə öz vəziyyəti üçün təkan verir.
2. Hisslərin tərbiyəsi təkrar təmrinlər nəticəsində qavramaq üçün stimul yaradir.
Normal uşaqlar, anormal uşaqlardan fərgli olaraq bütün tapşışıqları müstəqil yerinə yetirirlər. Onlar öz-özlərina nəzarət edir, səhvlərini də düzəldirlər. Çox şübhəsiz ki, bu didaktik materialın yaxşı olduğunu göstərir. Bu şərait ikinci dərəcəli əhəmiyyəti kəsb edir. Bu didaktik materiallara düzgün qiymət vermək uçün onların nəticəsini bilmək zəruri edir. Məşğələ üçün yeganə material o materialdır ki, uşaqların diqqətini butünlükdə özünə calb edir.
Gözəl nəticələr didaktik materialların köməyi ilə gözəl danışmağa yiyələnmək qabiliyyəti sübut edir ki, Montassorinin vəsaitləri uşaqlar üçün çox maraqlıdır. 3 yaşlı uşaq əşyaları formasina görə qruplaşdirmalı idi. Bunun üçün uşağın qarşısına 24 fiqur qoyulur. Kərpic və kubik uşaq heç tələmədən kubikləri bir tərəfa kərpicləri başqa bir tərəfə düzdü.
Uşaqlara bu təmrinlər cəldliyi mühakimə etməyi öyrədir.
Montassorinin metodundan istifadə olunan bağçalarda uşaqların hərəkətlərindəki cəldlik və həssaslıq heyrət doğurur.
Tədqiqatlar göstərir ki, heyvanlar içərisində it, meymun, at, hətta toyuq və siçan çox həssas heyvanlardır. Onlar müxtəlif səsləri, rənglərin çalarlarını va başqa şeyləri qavramaq qabiliyyəti malikdir. Biz alimlərin heyvanlara verdiyi nəticəni uşaqlara veririk. Alimlər göstərir ki, ati öyrətmək çox asandır, lakin biz heyvanda olan qabiliyyəti eynilə uşaqlara köçürə bilmərik.
Hiss orqanların tərbiyəsi, müşahidəçiliyi inkişaf etdirmək körpəlik dövründən başlayır. Bəs, Montessorinin səhvi nədədir? Əsəsən onun səhvi texniki səhvdir. Çünki bu dövrdə uşaq sürətlə inkişaf edir. Onların inkişafı müəyyən əşyalarla mahdudlaşdırmaq olmaz. Onun sistemi isə ardicilliq va dəqiqlik tələb edir. Uşaqlar həmin əşyalarla vaxtindan əvvəl məşq edirlər. Bu isə hiss orqanlarını inkişaf etdirmək əvəzinə onu ləngidir. Didaktik materialardakı riyazi dəqiqlik illyuziya xarakteri daşıyır. Montessoni həmin materialardan istifadə edərkən uşaqlar arasında yaş fərqini nəzərə almır.
3 yaşdan 7 yaşa kimi uşaq mūxtəlif fərqlarə bölūnür, yaşına görə bu ardıcullıqda onun qavrayışının xarakteri dəyişir. Görməsinə, boyuna görə qavrayışı obrazlı xarakter daşıyır. Bunun əsasında da deyə bilərik ki, bu didaktik materiallar uşaqların hiss üzvlərini təbii inkişaf yolundan çıxardır. Süni yolla gedir. Mərkəzi beyin bu tərbiyə işində kompleks təsir vasitələrinin hamısını tuta bilmir. Sensor mədəniyyətinin inkişafı üçün təbiət materiallarından istifadə etmək daha sərfəli olardı. O materiallar usaqlarda təbiətə maraq oyatsın, həmçinin sensor mədəniyyət yaddaşın, nitqin, təfəkkürün inkişafi ilə sıx bağlı olmalıdır.
Normal va qeyri-normal uşaqlara ümumi baxiş onlarda təkcə didaktik materialar üzərində işləmək qaydasını əks etdirir, həmçinin bir sıra istifadə edilir ki, bu da uşaq qəlbində xaos yaradır, bu xaosu səliqəyə salmaq üçün uşağın özünü intizama dəvət edir.
Onun pedaqoji sistemində ən yaxşısı dialektlərinin fərqini tapmaq üçün istifadə olunan vəsaitdir ki, bundan uşağın nitq inkişafında lal-kar va kor uşaqlar istifadə edir. 
Montossorinin materialları hər şeydən əvvəl uşaqlarda özünü intizama va özünü müşahidəyə təhrik edir.
Montassorinin müassisəsində uşaqların özlərini və yoldaşlaşına xidmət etməyi öyrədir. Dörd yaşlı uşaq bıçağı qayçını, çəngəli götürür və onları stollara paylayır, bir boşqabda 5 stəkan içi dolu su ilə götürür, onu dağıtmadan stollara düzür. Bizim bağçamızda bu uşaqlar nə bir qab əlindən salib sındırmayır, nə da xörəyi dağitmayıblar.
Buna heyranlıq pedaqoji priyoma görə deyil, bu uşaq orqanizminin təbiətindəndir, onun elastikliyində və tərbiyəyə meyilliyindəndir. Özünü intizam və təmkinlilik bu sensor mədəniyyəti texnikasındadır, bəzən səhvlərə yol verirlər. Tərbiyə priyomunun iradənin tərbiyasi üçün formal təmrinlər lazımdır. Formal təmrinlar imkan verir ki, kiçik uşaqlar erkən yaşdan ona həyatla lazım olacaq vərdişləri qazansın. Normal uşaqlara isə eyni cür təmrinlarin nəticəsi maksimal dərəcədədir. Bura gələn bütün qonaqlar Montassorinin ușaq evində həddindən artiq intizam görürlar. Formal təmrinlər təcrid edilmiş prinsipcə formaloji təmrinlər Montassori pedaqoji sistemində qırmızı xətlə keçir. Dərsləri nəzakətlilik bu formal sağlamlaşdırıcı dərslər, qapının, pəncərənin, şkafın tozunun alınması, qaradinməz dərsləri müasir pedaqoji baxımlara ziddir. Qədim Çin tərbiyəsi ilə Montassorinin sistemi ilə yenilik təşkil edir. Belə misallar gətirmək olar. Məs, nəzakət dərsində uşaqlara nəzakətli davranmaq qaydası öyrədilir. Uşaqlar sakitcə otağa daxil olur, qapını, pəncərini sakitcə açıb bağlayır. Tərbiyəçiyə baş əyir. Sakit oturmuş ușağı tərbiyəçi işarə ilə yanına çağırır. Pıçıltı ilə qulağına deyir ki, get divanda otur, yaxud qapını aç və s. şansi bağçada belə şeyə rast gəlincə, demali bu Montassorinin xidmatidir yəni formal təmrinin nəticəsidir. Bu vərdişlar uşaqlar üçün lazımlı etibarlıdır.
Montossorinin sisteminda mühüm yer tutan prinsiplərdən biri sakitlik dərsdir. Bu zaman uşaqlar tənəffüsdə belə sakitliyi gözləyir. Bunun iki tərəfi var. Həddindən artiq hərəkətdə olan dəcəl uşaqlar öz hərəkətlərini tormozlaya bilir, zəif uşaqlar isə əzginlik, faydasızlıq əməla gətirir. Montassori burada düzgün yol tuta bilməyib. Montossorinin oyunları da qara-dinməz olurdu. Mən bədənimi müxtəlif cür saxlaya bilirəm. Əyilirəm, qalxıram, dururam, amma hamısında dinməz.
Gözü bağlıca oyunu da Montossorinin sistemində mühüm yer tutur. Burada görmənin başqa hiss orqanları ilə mübarizəsi gedir. Eşitmə üzrə aparılan məsğələlər daha çox müvaffəqiyyət qazanır. Bu qaranlıqda və sakitlikdə aparılır, normal uşağın özunü bağlayib stolun üzərində olan oyuncağina çatmadığını deyə bilmək bu stimulu o çox qiymətləndirir. Toxunma üzrə aparılan məsğələ görməyə qalib gəlir. Uşaqlar görməyəndə də əllərində olan əşyala saya bilirlər. Görmə bizim hərəkətlərimizi həmişa nəzarətdə saxlayır, ölçmə görmənin vasitəsi ilə əmələ gəlir. Burada əsas görmədir.
Görmə nəzaratçi, rəhbər edici rol oynayır, hərəkət duyğusu ila əlaqədar olaraq hərəkəti tərbiyə edir. Onun sisteminda əmək böyük yer tutur. Uşağın qəlbini və bədənini inkişaf etdirir oyun.
Pedaqoji aləmdə məktəbəqədər tərbiyə sahəsində iki sistem mövcuddur. Bunlardan biri Frebelin digəri Montosserinin adı ilə bağlıdır. Hər bir təhsilli ağıllı va yaradıcı pedaqoq öz sistemini yarada bilər.
Tixeyeva Montossori yaradıcılığının təhlil edərkən onun ictimai əhamiyyətini yüksək qiymətləndirmişdi. Ictimai cəmiyyətdə uşaqlarda ictimai instiktin düzgün inkişafina və möhkəmlənməsinə böyük əhəmiyyət verir.
Insan ictimai varliqdir. Onun həyatındakı rolu və xoşbəxtliyin mahiyyəti ictimai həyat şəraiti ilə bağlıdır. İctimai həyat tərbiyənin yaranmasının əsas şərtidir. Cəmiyyətdən kənarda tərbiyə ola bilməz.
Lakin ictimai ünsiyyət vasitəsi olan xüsusi danışıqdan istifada edə bilmir. Hələ onu əhatə edən ictimai mühitin içərilərinə daxil ola bilmir.
3 yaşında uşaq danışmağa başlayır, o öz daxili hissinin sözla ifadə etməyə başlayır. Uşaq yaxşı yeriyir, indi o özünü ətrafdakılardan asılı hesab etmir. Indi o öz hərəkətlərinin sahibidir. Íkinci mərhələ 3 yaşından 5 yaşına kimi olan mərhələdir. Bu yaşda uşaqlar böyüklərlə yaşıdları ilə ümumi dil tapır.
Uşağın inkişafinda oyun və nitq uşağı inkişaf etdirən şərtlərdir. Oyun va danışıq böyük gücdür, ictimai mühitdə birləşdirir. Uşaqlar 4-5 yaşda uşaqları əməyə bağlayan oyun növlərindən istifadə etməliyik. Lakin bu əmak uşağın özünü maraqlandıran əmak olmalıdır. Praktik həyatla bağlı olmayan əməyə yalnız ictimai maraq oyadan əmək uşaqlarda üzərinə düşən vəzifəni yerinə yetirə biləcək səliqə yarada bilər. Yalniz belə əmək hər bir uşağa təlim edilməlidir. 
Bizim pedagoji işdə təmiz, obyektiv pedagoji fikir yol göstərən ulduz olmalıdır. Biz bunu möhkəm biləndən sonra rəhbərlik etməliyik.
Biz tərbiyə işini düzgün aparmaq üçün insanın anadan gəlmə iki xüsusiyyətini nəzərə almalıyıq. Instinkt. Fəaliyyət instinkti, ictimai instinkt. Hər iki instinkt məktəbəqədər dövrdə özünü daha aydın əks etdirir. Onun qayğisinı çəkmək, onun qidalanması və inkişafı məktəbəgədər pedaqogikanin bütün tədbirlərinə əsaslanmalidir.
Uşağın inkişafını müşahidə edərkən onda əmələ gələn ictimai hadisələrin hansi mərhələlərdən keçdiyin müayyən etmək çətin deyil. Körpənin dövrü, onda insanın daxili aləmi həla ayri-ayrı üzvlərə ayrılır müxtəliflikdən təcriddir, bütövdür, nə vaxt ki, usaq özü ilə onu əhatə edən ətraf aləmi dərk etmir, uşağa görə ətraf aləm bütovdür, bölünməzdir. Bu zaman uşağın özünü insan kollektivinin şüurlu üzvü hesab edə bilməz. Onun şəxsi marağı, böyüklərin ona baxmasi, qulluq etməsi onda heç bir ümumi maraq doğurmur. Bu dövrdə uşaq onu əhatə edəndən ayrıdır. Bu hadisə o zamana qədər davam edir ki, uşaq söz deməyə başlayır, onu əhatə edən adamlardan dediklərini qavrayır, fikirləşir, ətraf aləmdə baş verən hadisələri dərk etməyə başlayır.
Uşaq ona yaxın olan adamları tanımağa başlayanda bu adamları tanıyır. Bununla da istiqamətçiliyin ilk rüşeymləri əmələ gəlir. Bu ictimai mühit onu özünə tərəf çəkir, oynamaği sevir.


Yüklə 28,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin