2013-CÜ İLDƏ azərbaycanda insan hüquqlari üZRƏ hesabat qisa icmal



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix06.09.2017
ölçüsü0,62 Mb.
#29066
1   2   3   4   5   6

Vətəndaşlığı olmayan şəxslər 

                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

25 


Uşaqlara vətəndaşlıq ölkə ərazisində doğulmaqla və ya valideynlərin vətəndaşlığı əsasında 

verilir. Vətəndaşlığı olmayan statusun alınması üçün müraciət etmək hüququnun qanunla 

nəzərdə tutulmasına baxmayaraq bəzi şəxslər müraciət etmək üçün tələb olunan sənədləri əldə 

edə bilməmişlər və bu səbəbdən də rəsmi qaydada qeydə alınmamışlar. Vətəndaşlıq haqqında 

qanun xaricilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almasını çətinləşdirir.   

Dövlət Miqrasiya Xidməti tərəfindən verilən məlumata əsasən 2012-ci ildə ölkədə 1776 

vətəndaşlığı olmayan şəxs olmuşdur, buna baxmayaraq UNHCR tərəfindən yalnız 177 nəfər 

qeydə alınmışdır. İlin ilk 10 ayı ərzində vətəndaşlığı olmayan 216 nəfər şəxs vətəndaşlıq almaq 

üçün müraciət etmişdir və dövlət orqanları tərəfindən baxılmaq üçün 163 ərizə qəbul edilmişdir. 

Vətəndaşlığı olmayan şəxslərin böyük əksəriyyəti Gürcüstan və İrandan olan etnik 

azərbaycanlılar olmuşlar. QHT-lərin məlumatlarına əsasən çoxlu sayda sənədləşdirilməmiş digər 

vətəndaşlığı olmayan şəxslər də olmuşdur və bu rəqəmlərin yüz və on minlərlə olduğu 

bildirilmişdir. Vətəndaşlığı olmayan şəxslər bir çox hallarda sərbəst yerdəyişmə azadlığından 

istifadə edirlər. Buna baxmayaraq onların hüquqi statusları olmadığına görə əsas hüquqlardan, o 

cümlədən dövlət səhiyyə xidmətlərindən faydalanmaq hüququ, rəsmi qaydada məşğulluq 

hüququ, nikah, doğum və ölüm hallarını qeydə almaq hüququ məhduddur.    

    

Bölmə 3. Siyasi hüquqlara hörmət: vətəndaşların öz hökumətlərini dəyişmək hüququ.  

Vətəndaşların öz hökumətini dinc yolla dəyişmək hüququnun konstitusiya və qanunla müəyyən 

olunmasına baxmayaraq hökumət seçki prosesinə müdaxilə etməklə bu hüququ 

məhdudlaşdırmağa davam etmişdir. Qanun eyni zamanda müstəqil qanunvericilik 

hakimiyyətinin olmasını da nəzərdə tutur, lakin Milli Məclisin müstəqilliyi məhdud səviyyədə 

olmuş və onun icraedici qanaddan ayrıca müstəqil qanunvericilik təşəbbüsü az olmuşdur.    



Seçkilər və siyasi iştirak 

Son seçkilər: 9 oktyabr tarixdə keçirilmiş prezident seçkiləri beynəlxalq standartların tələblərinə 

cavab verməmişdir. İlkin məlumatlar və nəticələr əsasında 10 oktyabr tarixdə verdiyi birgə 

bəyanatda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) və ATƏT-

in Parlament Assambleyası ölkənin ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərə tam cavab 

verməsini təmin etmək məqsədilə aradan qaldırılmasına ehtiyac olan ciddi çatışmazlıqları 

vurğulamışdır. Seçki günü ATƏT/DTİHB müşahidəçiləri səsvermə qutusuna bülletenlərin 

doldurulması, müşahidə aparılmış seçki məntəqələrinin 58 faizində səslərin sayılması zamanı 

ciddi problemlərin olmasını və qəbul edilmiş səslərin sayının qeydə alınmaması kimi 

prosedurların pozulması hallarının şahidi olmuşlar. Seçki günündən əvvəl hökumət repressiv 

siyasi mühit yaratmışdır ki, bu da azad və ədalətli seçki rəqabətinin aparılması üçün lazım olan 

sərbəst toplaşma, birləşmə və ifadə kimi fundamental azadlıqları təmin etməmişdir. Dövlət 

orqanları müntəzəm şəkildə media və vətəndaş cəmiyyətinə müdaxilə etmiş, təbliğat müddətinin 

22-ci günündə və bundan əvvəl vaxtaşırı dinc yürüşlərin və görüşlərin keçirilməsinə zor tətbiq 

etməklə mane olmuşdur, bir sıra müxalifət və gənc fəalları həbs etmişdir. Nə seçkilərin 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

26 


keçirilməsi, nə də məhkəmə hakimiyyəti şikayətlərin effektiv təmin olunmasını həyata 

keçirməmişdir. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) kimi 

nüfuzlu QHT-lər də oxşar çatışmazlıqların olduğunu bildirmişlər.        

SMDTM tərəfindən 23 oktyabr tarixdə verilmiş məlumata əsasən seçkidən sonra şikayətlərə 

baxılması prosesində məhkəmə və Mərkəzi Seçki Komissiyasının (MSK) bir üzvü istisna 

olmaqla heç kəs iştirak etməmişdir. SMDTM eyni zamanda qeyd etmişdir ki, Konstitusiya 

Məhkəməsi seçkidən sonra seçkinin nəticələrinin araşdırılmasının sonuncu gününə dörd gün 

qalmış seçkinin nəticələrini qəbul etmişdir. ATƏT/DTİHB-un 24 dekabr tarixdə təqdim etdiyi 

seçki haqqında son hesabatda da oxşar çatışmazlıqlar vurğulanmışdır. Məsələn, seçkidən sonra 

müxalifətin vahid namizədi Cəmil Həsənlinin şikayəti MSK və məhkəmə tərəfindən qəbul 

edilməmişdir və səbəb kimi onun seçki müşahidəçilərinin ifadələrinin əslini deyil, fotosurətlərini 

təqdim etməsi göstərilmişdir, lakin ATƏT/DTİHB bəyan etmişdir ki, şikayət zamanı sənədlərin 

əsillərinin təqdim olunması nə seçki məcəlləsi, nə də, MSK təlimatlarına əsasən tələb olunmur.  

SMDTM tərəfindən verilmiş seçkidən sonrakı tənqidi bəyanatın ardınca oktyabr ayının sonunda 

dövlət orqanları bu qrupa və seçkilərin monitorinqi ilə məşğul olan digər QHT - Könüllülərin 

Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinə (KBƏ) qarşı vergidən yayınmaq və digər ittihamlar 

üzrə cinayət işi açmışlar. SMDTM-in sədri Anar Məmmədli dövlət orqanları tərəfindən 16 

dekabr tarixdə həbs edilmiş və barəsində üç ay həbs-qəti imkan tədbiri seçilmişdir.  

Məmmədlinin saxlanılmasına cavab olaraq “Human Rights Watch” təşkilatının Cənubi Qafqaz 

üzə aparıcı tədqiqatçısı bəyan etmişdir, “Məmmədlini həbs etməklə dövlət orqanları mesaj 

göndərirlər ki, onlar seçki saxtakarlığı barəsində verilən etibarlı məlumatların araşdırılmasından 

daha çox narahatlıq doğuran bir carçını susdurmaqda daha çox maraqlıdırlar”. Ölkədəki 167 

ictimai xadim tərəfindən 24 dekabr tarixdə verilmiş birgə bəyanatda Məmmədli vicdan məhbusu 

adlandırılmış və ona qarşı irəli sürülən ittihamların onun təşkilatının seçkini monitorinq etməsi 

ilə bağlılığını və “saxta” olduğunu qeyd etmişlər.  

Seçki kampaniyası ərzində dövlət orqanları tərəfindən müxalifətin vahid namizədi Cəmil 

Həsənlinin qeydiyyatı, müxalifətin bəzi təbliğat xarakterli yürüşlərinə icazə verilməsi, seçkini 

müşahidə etmək məqsədilə ATƏT/ DTİHB-in dəvət olunması və seçkiyə effektiv texniki hazırlıq 

daxil olmaqla müəyyən konstruktiv addımlar atılmışdır.  

Siyasi partiyalar:  50 siyasi partiyanın qeydiyyatdan keçməsinə baxmayaraq hakimiyyətdə olan 

Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq etmişdir. Yerli müşahidəçilərin verdikləri 

məlumata əsasən iqtidar partiyasına üzvlük müəyyən imtiyazlar təmin etmişdir, belə ki, dövlət 

qulluğuna işə qəbul zamanı partiyanın üzvlərinə üstünlük verilmişdir. Ölkənin müstəqillik 

qazanmasından bəri ilk dəfə olaraq 2010-cu ildə keçirilmiş parlament seçkilərindən sonra Milli 

Məclisdə müxalifətin Müsavat və Xalq Cəbhəsi partiyalarının üzvləri yer almamışlar.  

 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

27 


Digər vətəndaşlarla müqayisədə müxalifət üzvlərinin rəsmi strukturlar tərəfindən təqibə məruz 

qalması, əsassız həbs olunması və saxlanılması ehtimalı daha çox olmuşdur. “İnsan Hüquqları 

Klubu” tərəfindən 1 oktyabr tarixə verilmiş məlumata əsasən siyasi motivlər əsasında 

saxlanılmış və yaxud həbs olunmuş səkkiz nəfər, müxalifət partiyasının və ya hərəkatının üzvləri 

olmuşlar. Məsələn, Xalq Cəbhəsi Partiyasının gənc fəalı Daşqın Məlikov saxta əskinas 

saxlamaqda ittiham edilərək 26 mart tarixdə Sumqayıt polisi tərəfindən həbs edilmişdir. Daşqın 

Məlikov 3 iyul tarixdə məhkəmə tərəfindən qanunsuz narkotik vasitə əldə etmək maddəsi ilə iki 

il yarım müddətə azadlıqdan məhrum edilmişdir. Yerli media və QHT mənbələri Məlikova qarşı 

irəli sürülmüş ittihamların dövlət orqanları tərəfindən saxtalaşdırıldığını və onun ictimai etiraz 

aksiyalarında iştirakı və “Facebook” sosial şəbəkəsində hökuməti tənqid etməsinə cavab olaraq 

baş verdiyini hesab etmişlər.   

 

Regionlarda fəaliyyət göstərən partiya üzvləri çox vaxt toplantının məqsədini gizlətmək 



məcburiyyətində qalmış və bu cür görüşləri ucqar ərazilərdə keçirmişlər. Müxalifət partiyalarının 

üzvlərinin verdikləri məlumata əsasən polis çox vaxt çayxanalarda keçirilən kiçik görüşləri 

dağıtmış və dindirmək məqsədilə iştirakçıları saxlamışdır. Müxalifət partiyalarının ofis icarəyə 

götürərkən üzləşdikləri çətinliklər davam etmişdir, belə ki, verilən məlumatlara əsasən əmlak 

sahibləri rəsmilər tərəfindən onlara təzyiq göstərilməsindən qorxmuşlar və bəzi partiyalar 

rəhbərlərinin mənzillərində fəaliyyət göstərmişlər. 

 

Qadınlar və milli azlıqların iştirakı:  Milli Məclisdə 19 qadın millət vəkili olmuşdur. Bir nəfər 



qadın nazirlik səviyyəsində vəzifə tutmuşdur. Talış, avar, rus və yəhudi kimi milli azlıqların 

üzvləri Milli Məclisdə və hökumətdə təmsil olunmuşlar.    

 

Bölmə 4. Korrupsiya və hökumətdə şəffaflığın olmaması 

 

Dövlət işçilərinin yol verdikləri korrupsiya əməlinə görə qanunla cinayət cəzası nəzərdə tutulur. 



İlk 10 ay ərzində hökumət aşağı və orta səviyyədə korrupsiya hallarının araşdırılaraq 

rüşvətxorluq əməllərində ittiham olunan 15 nəfərin məhkəməyə cəlb olunması ilə tərəqqi əldə 

etsə də, yüksək vəzifəli rəsmilər cəzasızlıq şəraitində fəaliyyət göstərməyə davam etmişlər. 

“Transparency İnternational” (Beynəlxalq Şəffaflıq) təşkilatı və digər müşahidəçilər 

korrupsiyanın il ərzində geniş yayıldığını qeyd etmişlər.   

 

Korrupsiya: 2005-ci il parlament seçkilərində namizəd və keçmiş universitet rektoru Elşad 



Abdullayev 2012-ci ilin sentyabr ayının əvvəlindən başlayaraq və il ərzində davamlı şəkildə 

hökumət rəsmilərinin korrupsiya fəaliyyətində iştirakını nəzərdə tutan bir neçə video yazını 

yaymışdır. Bu video yazılardan birində Abdullayevin 2005-ci il parlament seçkilərində namizəd 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

28 


olduğu vaxt həmin dövrdə parlamentin üzvü olmuş Gülər Əhmədova və Sevinc Babayeva ilə 

görüşü təsvir olunur. Video yazıda Əhmədovanın hədə yolu ilə parlamentdə yer almaq əvəzində 

1 000 000 ABŞ dolları almağa cəhd etdiyi görünür. Video yazıda Əhmədova və Babayeva, 

Abdullayevə məlumat verirlər ki, onun əvvəl verdiyi 500 000 ABŞ dolları “Ramiz müəllimə” 

çatdırılmışdır və Abdullayev burada Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə 

istinad olunduğunu iddia etmişdir. Video yazı yayıldıqdan sonra dövlət orqanları Əhmədovaya 

qarşı cinayət işi açdılar, bundan sonra o deputatlıqdan və iqtidarda olan Yeni Azərbaycan 

Partiyasına üzvlükdən çıxarıldı. 2012-ci ilin dekabr ayında Babayevanın oğlu anasının 

müəmmalı şəraitdə Türkiyədə vəfat etdiyini bildirmişdir. Əhmədovanın məhkəmə işi oktyabr 

ayında başladı və 2 dekabr tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə onu üç il 

azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Məhkəmə zamanı Babayevanın qohumlarının 

Əhmədovanı onu zəhərləməkdə ittiham etdikləri bildirilmişdir.   

İl ərzində rüşvətxorluq və gündəlik həyata təsir edən hökumətdə korrupsiya formaları ilə bağlı 

digər cinayət işləri açılmışdır, lakin buna baxmayaraq hər hansı yüksək rütbəli məmur 

məhkəməyə cəlb edilməmişdir.  

Hökumətdəki korrupsiya əməllərinə qarşı mübarizə aparan bəzi hüquq müdafiəçilərinin dövlət 

orqanlarının hədəfində olması barədə davamlı şəkildə məlumatlar verilmişdir. Məsələn, Bakı 

şəhərindəki evlərindən çıxarılmış ailələri təmsil etmiş vəkil Bəxtiyar Məmmədovun 27 fevral 

tarixdə məhkum olunması və anti-korrupsiya fəaliyyətlərinə görə 2012-ci ildə həbs edilmiş 

“Kür” QHT-in dörd fəalının saxlanılmasının davam etməsi QHT-lər tərəfindən siyasi motivlərə 

söykənən fəaliyyət kimi xarakterizə edilmişdir.   

Hüquq mühafizə orqanlarının əməkdaşları arasında korrupsiya problem olmuşdur. 2011-ci ilin 

əvvəlindən başlayaraq rüşvət tələb olunması halları azalsa da, sonradan polis yol hərəkəti 

qaydalarının pozulmasına və digər xırda pozuntulara görə saxta, qeyri-rəsmi cərimələr tətbiq 

etmək təcrübəsinə qayıtmış və yerli vətəndaşlardan onlara himayədarlıq etmək məqsədilə pul 

qopartmışdır. Əmək haqlarının aşağı olması polisdə korrupsiyanın yaranmasını davam 

etdirmişdir.  

Daxili İşlər Nazirliyinin 30 oktyabr tarixə təqdim etdiyi məlumata əsasən il ərzində nazirlik 36 

korrupsiya halını araşdırmışdır və 61 əməkdaşa qarşı korrupsiya halları ilə bağlı yol verdikləri 

pozuntulara görə inzibati tədbirlər görmüş, 36 nəfər tutduğu vəzifədən azad edilmiş, 21 nəfərin 

rütbəsini azaldılmış və dörd nəfərə rəsmi xəbərdarlıq olunmuşdur.      

Cəmiyyətdə belə bir inam geniş yayılmışdır ki, hər bir kəs rüşvət verməklə 18-35 yaş kişilərə 

tətbiq olunan hərbi xidmət keçməkdən azad ola bilər. Vətəndaşlar eyni zamanda hesab etmişlər 

ki, hərbçilərin kiçik miqdarda rüşvət verməklə daha asan hərbi xidmət keçmə yerlərinə göndəriş 

alması da mümkündür.      

Dövlət idarəçiliyinin aşağı səviyyələrində korrupsiyanın azaldılması məqsədilə prezident və 

prezident administrasiyası Bakı şəhərində geniş təbliğ olunan proqramın icrasını davam 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

29 


etdirmişlər. Hökumət tərəfindən doğum şəhadətnamələrinin verilməsi və nikahın qeydiyyatı kimi 

doqquz nazirlik tərəfindən təqdim olunan xidmətlərin bir yerdə cəmləşdiyi dörd “ASAN” xidmət 

mərkəzi yaradılmışdır. “ASAN” qısaltmasının açılışı Azərbaycan Xidmət və Qiymətləndirmə 

Şəbəkəsidir və bu söz Azərbaycan dilində “asan” mənasını verir.   

Baş Prokurorluqda fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (KQMİ) ölçüsü il 

ərzində təxminən üç dəfə artmışdır və təxminən 100-ə qədər prokuror və müstəntiq vəzifələri 

təyin edilmişdir. 2011-ci ildən bəri baxılan işlərin sayı təxminən iki dəfə artmışdır və ilin ilk 10 

ayı ərzində İdarə tərəfindən 153 iş məhkəməyə təqdim olunmuşdur və 293 nəfərə qarşı ittiham 

irəli sürülmüşdür. KQMİ eyni zamanda cinayət yolu ilə əldə edilən gəlirlərlə əlaqədar cinayət 

işinin açılmasını da həyata keçirir Bundan əlavə KQMİ korrupsiya hallarına şərait yaradan 

halların aradan qaldırılması istiqamətində tövsiyələr və məcburi təlimatlar verir.  

Xidməti fəaliyyəti ilə əlaqədar qanun pozuntusunu ifşa edənlərin müdafiəsi: Xüsusi olaraq 

qanunsuzluq faktlarını ifşa edən işçilərin müdafiə olunmasını nəzərdə tutan qanun yoxdur.     

Maliyyə açıqlaması: Qanun rəsmi şəxslərdən özlərinin maliyyə vəziyyəti haqqında hesabat 

təqdim etməyi tələb edir və seçki məcəlləsinə əsasən bütün namizədlər maliyyə hesabatlarını 

təqdim etməlidirlər. Buna baxmayaraq hesabatların təqdim olunması prosesi mürəkkəb və qeyri-

şəffafdır. Antikorrupsiya Komissiyası, parlamentin şöbələri, Ədliyyə Nazirliyi və MSK da daxil 

olmaqla bır sıra qurumlar və təşkilatlar bu hesabatları qəbul edən tərəf kimi təyin olunmuşlar, 

lakin onların nəzarət rolu yaxşı dərk edilmir. Bu hesabatlar ictimaiyyətə təqdim edilmir. 

Qanunun tələblərinə əməl olunmamasına görə yalnız inzibati tədbirlər nəzərdə tutulur, lakin bu 

tədbirlər tətbiq edilmir.       

Müəssisə təsisçilərinin adlarının və səhmdar kapitalına olan investisiya məbləğinin ictimaiyyətə 

açıqlanmasını qadağan edən dəyişiklik 2012-ci ilin iyun ayında Milli Məclis tərəfindən 

Kommersiya Sirri Haqqında Qanuna əlavə edilmişdir. Tənqidçilər bu dəyişikliyin hökumət 

rəsmilərinin biznes maraqlarının tədqiqatçı jurnalistlər tərəfindən araşdırılmasının qarşısını 

almaq məqsədilə edildiyini və bunun informasiyanın ictimaiyyətə açıqlanmasının azaldılmasına 

səbəb olacağını iddia etmişlər.        

 

İctimaiyyətin informasiyaya çıxışı:  Fərdlərin və təşkilatların hökumətlə bağlı olan informasiyanı 



ələ etməsi qanunla nəzərdə tutulsa da, hökumət çox vaxt buna icazə verməmişdir. İnformasiya 

əldə etmək üçün müxtəlif nazirliklərin hər birinin ayrıca qaydaları olsa da, onlar müntəzəm 

şəkildə bu müraciətləri rədd etmiş və müvafiq informasiyaya malik olmadıqlarını iddia etmişlər. 

Fərdi şəxslərin bu cür imtina halına qarşı məhkəməyə müraciət etmək hüquqları vardır, lakin 

ümumilikdə məhkəmələr nazirliklərin qərarlarını qüvvədə saxlamışlar.

   


 

Bölmə 5. İddia edilən insan haqlarının pozulması hallarının beynəlxalq və qeyri-hökumət 

təşkilatları tərəfindən araşdırılmasına hökumətin münasibəti  

 

İnsan haqlarının müdafiəsi üzrə bir sıra yerli və beynəlxalq qruplar ümumilikdə hökumətin 



məhdudiyyəti olmadan fəaliyyət göstərmiş, insan haqları məsələləri ilə bağlı araşdırmalar 

aparmış və əldə etdikləri nəticələri nəşr etmişlər. Hökumətin insan haqlarının müdafiəsi ilə 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

30 


məşğul olan bəzi QHT-lərlə əlaqə saxlamasına və onların sorğularına cavab verməsinə 

baxmayaraq, bəzən hökumət insan haqları sahəsində fəaliyyət göstərən digər QHT-ləri və fəalları 

tənqid etmiş və qorxutmuşdur. Ədliyyə Nazirliyi müntəzəm şəkildə, əsassız olaraq insan 

haqlarının müdafiəsi ilə məşğul olan QHT-ləri qeydiyyatdan keçirməkdən imtina etmişdir və 

yaxud onların üzərinə ağır inzibati məhdudiyyətlər qoymuşdur (bax: bölmə 2.b., Sərbəst birləşmə 

azadlığı). 

 

İl ərzində bir sıra QHT-lər onların fəaliyyətlərinə qarşı təzyiqlərin artdığını bildirmişlər. Bu 



təzyiqlər bir çox formalarda baş vermişdir. Məsələn, əvvəlki illərdən fərqli olaraq bəzi QHT 

nümayəndələri onların və yaxud onların ailə üzvlərinin fiziki hücumlara məruz qaldığını və 

bunun cəzasız qaldığını bildirmişlər. Sülh və Demokratiya İnstitutunun nümayəndəsi Leyla 

Yunus tərəfindən məlumat verilmiş nəzərə çarpan bir misalda, iki nəfər şəxs insan haqlarının 

müdafiəsi üzrə QHT liderinin 17 yaşlı oğluna və nəvəsinə ona “mətbuatda necə danışmaq lazım 

olduğunu” deməsi üçün “məsləhət” vermişlər, anasını susdurmaq üçün onun dilini kəsməklə 

hədələmişlər və onu 19 iyul tarixdə döymüşlər. Hökumətin yüksək vəzifəli şəxsləri insan haqları 

fəallarının şəxsiyyətinə hücumlar etmişlər və aprel ayında iqtidar yönümlü media Alman Marşal 

Fondundan və Demokratiyaya Dəstək Milli Fondundan maliyyə yardımı alanları “vətən xainləri” 

adlandırmışdır.           

 

Mart ayında hökumət mətbuatda məqalələr yaymaqla və televiziya proqramları vasitəsilə Milli 



Demokratiya İnstitutunun yerli direktorunu vəsaitləri mənimsəməkdə və həmin vaxt baş vermiş 

ictimai nümayişlərlə əlaqədar olaraq “Facebook inqilabını” təşkil etməkdə gənclər hərəkatına 

köməklik göstərməkdə ittiham etmişdir. Direktora qarşı baş prokuror tərəfindən cinayət işi açıldı, 

lakin sonradan bu işin bağlanıldığı bildirildi. Oktyabr ayında keçirilmiş prezident seçkisindən az 

sonra dövlət orqanları tərəfindən seçkilərin monitorinqi ilə məşğul olmuş iki QHT-yə qarşı 

cinayət işi açılmışdır (bax: bölmə 3).     

 

Bəzi QHT-lər icarədarların öz əmlaklarını onlara icarəyə verməməsi üçün təzyiqlə üzləşdiklərini 



bildirməyə davam etmişlər. Digərlərinin verdikləri məlumata əsasən dövlət orqanlarının 

göstərdikləri təzyiq səbəbindən mehmanxanalar konfrans zalını onlara icarəyə verməkdən imtina 

etmişlər.  

İl ərzində dövlət şurası tərəfindən 485 QHT-yə dəstək məqsədilə 5,3 milyon manat (6,6 milyon 

ABŞ dolları) vəsait ayrılmışdır. Bəzi müşahidəçilər bu QHT-lərin iqtidar yönümlü və yaxud 

siyasi cəhətdən bitərəf olduğunu hesab etsələr də, hökuməti tənqid edən bəzi QHT-lərə də 

qrantlar verilmişdir.   

Hökumətin insan haqları üzrə qurumları: Vətəndaşlar dövlət və ya fərdi şəxslər tərəfindən yol 

verilmiş insan haqlarının pozulması zamanı İnsan Hüquqları üzrə Ombudsman Elmira 

Süleymanovaya və ya Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanı 

Ülkər Bayramovaya müraciət edə bilərlər. Ombudsman bir ildən çox müddəti keçmiş pozulma 

halı ilə bağlı müraciətləri, anonim şikayətləri və ya məhkəmə tərəfindən baxılan işləri qəbul 

etməyə bilər. İnsan haqlarını müdafiə edən QHT-lər Ombudsman Aparatını müstəqil fəaliyyət 

göstərmədiyinə görə tənqid etmişlər.   



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

31 


Ombudsman Aparatının verdiyi məlumata əsasən il ərzində aparata 13 670 şikayət daxil 

olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 9,6 faiz daha çoxdur. Şikayətlərin əksəriyyəti 

mülkiyyət hüquqlarının pozulması, hüquq və azadlıqların məhkəmə təminatı, sosial təminatlar, 

mənzil təminatı və əmək hüquqları ilə bağlı olmuşdur. Milli Məclis və Ədliyyə Nazirliyində 

fəaliyyət göstərən insan hüquqları üzrə bölmələr də şikayətlərə baxmış, araşdırmalar aparmış və 

müvafiq hökumət qurumlarına tövsiyələr vermişlər.    



Bölmə 6. Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan alveri 

İrqi, cinsi, fiziki qüsur, dil və ya sosial status zəminində ayrı-seçkilik qanunla qadağan olunsa da, 

hökumət heç də hər zaman bu qadağalara hörmət etməmiş və ya qanunun tələblərini səmərəli 

şəkildə həyata keçirməmişdir.  



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin