2013-CÜ İLDƏ azərbaycanda insan hüquqlari üZRƏ hesabat qisa icmal


b. Məcburi və ya icbari əməyin qadağan edilməsi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix06.09.2017
ölçüsü0,62 Mb.
#29066
1   2   3   4   5   6

b. Məcburi və ya icbari əməyin qadağan edilməsi 

Müharibə şəraiti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə qərarının icra 

olunması halları istisna olmaqla məcburi və ya icbari əmək, qanunla qadağan edilir. Əmək 

miqrantları tikinti sənayesində məcburi əməyə məruz qalmışlar. Uşaqların dilənçiliyə məcbur 

edilməsi problem olmuşdur və filippinli insan alveri qurbanlarının ev şəraitində köləliyi yeni 

yaranmaqda olan bir problem olmuşdur. Ölkə daxilində kişilər və oğlanlar məcburi əmək 

şəraitinə məruz qalmışlar. Müəyyən irəliləyişlərin olduğu deyilsə də, yerli QHT-lər ümumilikdə 

hökumətin qanunun tələblərini effektiv şəkildə yerinə yetirmədiyini hesab etmişlər. İl ərzində 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən tikinti sahələrində və 

kənd təsərrüfatı sektorunda yoxlamalar həyata keçirilmiş, lakin əmək alverinin hər hansı qurbanı 

müəyyən edilməmişdir. Bununla belə, əmək alveri ilə məşğul olan bir nəfər ilk dəfə olaraq fevral 

ayında məhkəmə tərəfindən səkkiz il yarım müddətə azadlıqdan məhrum edilmişdir.   

 

Eyni zamanda bax: Dövlət Departamentinin 



www.state.gov/j/tip/

 internet səhifəsində 

yerləşdirilmiş İnsan Alveri Haqqında Hesabatı.  

c. Uşaq əməyinin qadağan edilməsi və minimum məşğulluq yaş həddi 

Minimum məşğulluq yaş həddi işin növündən asılı olmuşdur. Bir çox hallarda qanun uşaqların 

15 yaşdan sonra işləməsinə icazə verir, 14 yaşında olan uşaqlar ailə bizneslərində və ya 

valideynlərinin razılığı ilə gündüz saatlarında, məktəbdən sonra, onların sağlamlığına təhlükə 

törətməyən işlərdə çalışa bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24 saatdan çox çalışa 

bilməzlər, 16 və 17 yaş arasında olan uşaqlar isə həftədə 36 saatdan çox işləyə bilməzlər. 18 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

39 


yaşına çatmamış uşaqların çətin və təhlükəli iş şəraitində çalışması qanunla qadağan edilir və 

uşaqların çalışmasının qadağan edildiyi xüsusi işlər və sahələr qanunla müəyyənləşdirilir, bura 

daxildir zəhərli maddələrlə və yer altında olan işlər, gecə saatlarında, mədənlərdə, gecə 

klublarında, barlarda, kazinolarda və ya spirtli içkilərin verildiyi digər müəssisələrdə olan işlər. 

Uşaq əməyini müəyyən edən qanunların tələblərinin icrasına nəzarət Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik tərəfindən il ərzində yoxlamalar həyata 

keçirilsə də, yerli QHT, monitorinq fəaliyyətinin gücləndirilməsinə ehtiyac olduğunu 

bildirmişdir.   

İl ərzində uşaq əməyinə dair qanunların tələblərinin pozulması ilə bağlı bir neçə şikayət halları 

olmuşdur, bununla belə təsadüfi hallarda kənd təsərrüfatında və küçə işində uşaq əməyindən 

istifadə olunması ilə bağlı məlumatlar verilmişdir.   

d. Məqbul iş şəraiti 

Minimum aylıq əmək haqqı 105 manat (131 ABŞ dolları) olmuşdur. İl ərzində orta aylıq 

yoxsulluq həddi 116 manat (145 ABŞ dolları) olmuşdur, bu hədd əmək qabiliyyətli insanlar üçün 

125 manat (156 ABŞ dolları), təqaüdçülər üçün 94 manat (118 ABŞ dolları) və uşaqlar üçün 93 

manat (116 ABŞ dolları) həddində müəyyən edilmişdir. Cinsindən, yaşından və ya digər 

təsnifatdan asılı olmayaraq bərabər işə görə bərabər ödəniş qanunla tələb olunur.    

Qanunla 40 saatlıq iş həftəsi nəzərdə tutulur, maksimum gündəlik iş növbəsi 12 saatdır. 

Təhlükəli işlərdə çalışan işçilər həftədə 36 saatdan çox işləyə bilməzlər. Nahar və istirahət 

müddətləri qanunla tələb edilir ki, bunlar da əmək müqavilələri və kollektiv əmək sazişləri 

əsasında müəyyən olunur. Yerli şirkətlərin qanunla tələb olunan artıq iş saatına görə ödəniş edib-

etməməsi məlum olmasa da, ümumilikdə beynəlxalq şirkətlər bu tələbə əməl etmişlər. İş 

saatlarından artıq davam edən məcburi işə qadağa qoyulmamışdır. Əksər şəxslər hökumətin 

əmək müqavilələri və ya əmək qanunvericiliyinin tələblərini yerinə yetirmədiyi qeyri-rəsmi 

iqtisadiyyatda yarım-ştat vəzifələrdə çalışmışlar.     

Qanunla xarici və yerli işçilərə bərabər hüquqlar nəzərdə tutulur. İnsan haqlarının müdafiəsi üzrə 

yerli qruplar, o cümlədən neft sektorunda çalışanların hüquqlarının müdafiəsi üzrə fəaliyyət 

göstərən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı adlanan QHT bildirmişdir ki, xüsusilə 

xarici neft şirkətləri olan işəgötürənlər hər zaman xarici və yerli işçilərə bərabər münasibət 

göstərməmişlər. Xarici neft şirkətlərinin yerli işçiləri çox vaxt daha aşağı əmək haqqı almış və 

əmək müqaviləsi və ya tibbi xidmət olmadan işləmişlər.   

Sağlamlıq və təhlükəsizlik standartları qanunla müəyyən olunsa da, Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi tərəfindən həyata keçirilən iş şəraitinin yoxlanılması 

fəaliyyəti zəif və səmərəsiz olmuşdur və işəgötürənlər bu standartlara geniş şəkildə məhəl 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

40 


qoymamışlar. AHİK əmək və ticarət haqqında təlimatların tələblərinə əməl olunmasına, o 

cümlədən təhlükəsizlik və sağlamlıq şəraitinin təmin olunmasına nəzarət etmişdir. Tikinti, neft 

və qaz sektorlarında məqbul iş şəraitinin pozulması halları problem olaraq qalmışdır. AHİK, 

Rusiya və Gürcüstandan olan əmək miqrantlarının hüquqlarının müdafiəsi və iş şəraitinin 

təhlükəsizliyinin təmin olunması istiqamətində Rusiya və Gürcüstanın dövlət orqanları ilə yaxşı 

əməkdaşlıq etdiyini bildirmişdir. Təhlükəli sahələrdə və iqtisadiyyatın 10-30 faizini təşkil edən 

qeyri-rəsmi iqtisadiyyatda (qeydiyyatdan keçməmiş müəssisələrdə) çalışan digər işçilərin əmək 

hüquqlarının təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər 

Nazirliyi tərəfindən nəzarət edildiyi bildirilmişdir.      

 

Əmək şəraitinə etiraz məqsədilə bəzi aksiyalar keçirilmişdir. Məsələn, Qəbələdə yerləşən “Azəri 



Trans” şirkətinin işçiləri 25 mart tarixdə etiraz aksiyası keçirərək şirkətdən əmək haqlarını 

ödəməsini, daha yaxşı iş şəraitini təmin etməsini və əmək müqavilələri imzalamasını tələb 

etmişlər. Etiraz aksiyasında iştirak etdiklərinə görə əmək fəalları Tehran Musayev, Aydın 

Əliverdiyev və Siyavuş Yarəliyev 1 aprel tarixdə polis tərəfindən saxlanılmışdır. Musayev və 

Yarəliyev altı gün və Əliverdiyev dörd gün məhkəmə tərəfindən saxlanıldıqdan sonra azad 

edilmişlər.      

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının verdiyi məlumata əsasən il ərzində iş yerində 15 

ölüm halı baş vermişdir və müavinətlərin verilməməsi barədə şikayətlər də daxil olmaqla xəsarət 

barədə 42 şikayət daxil olmuşdur.    

AHİK tərəfindən verilmiş məlumata əsasən 2012-ci il ərzində istehsalatda 52 xəsarət və 24 ölüm 

halı baş vermişdir və ölüm hallarından 10-u neft və enerji sektorlarında qeydə alınmışdır. Yerli 

QHT-in hesablamasına əsasən istehsalatda 82 ölüm halı baş vermişdir ki, bunlardan 36 hal tikinti 

sektorunun payına düşür. AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 

tərəfindən iş yerlərində, xüsusilə tikinti, enerji və neft sektorlarında yoxlamalar həyata keçirilmiş 



və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı işəgötürənlərə tövsiyələr verilmişdir.    

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin