2013-CÜ İLDƏ azərbaycanda insan hüquqlari üZRƏ hesabat qisa icmal



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix06.09.2017
ölçüsü0,62 Mb.
#29066
1   2   3   4   5   6

Qadınlar 

Zorlama və ailə-məişət zorakılığı:  Zorlama qanuna zidd əməl hesab olunur və 15 il maksimum 

azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən il 

ərzində 29 zorlama halı, 28 cinsi xarakterli zorakılıq və azyaşlı şəxslərə qarşı 18 cinsi zorakılıq 

halı baş vermişdir. Azyaşlı şəxsin, 13 yaşlı qız uşağının Ağdam rayonunda zorlanması barədə 

məlumat verilmişdir. QHT fəallarının verdiyi məlumata əsasən rayonun icra hakimiyyəti başçısı 

şəxsən istintaqa mane olmuş və cinayət əməlini törətdiyi iddia olunan şəxsi müdafiə etmişdir.   

Qanun məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması üçün çərçivəni, məhkəmə 

qadağalarının qəbul olunması prosesini müəyyən edir və qurbanlar üçün sığınacaq və 

reabilitasiya mərkəzinin yaradılmasını tələb edir. Məişət zorakılığının qarşısının alınması 

haqqında qanunu tənqid edənlərin fikrinə görə dəqiq icra mexanizmlərinin olmaması qanunun 

effektivliyini azaltmışdır. Qanunun mövcud olunmasına baxmayaraq qadınlara qarşı zorakılıq, o 

cümlədən məişət zorakılığı halları problem olaraq qalmışdır. İl ərzində Milli Məclisin qadın 

üzvləri və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Sədri məişət zorakılığına 

qarşı mübarizə istiqamətindəki fəaliyyətlərini artırmışlar. Məişət zorakılığı problemlərinin 

mediada işıqlandırılması da, bu problemlə bağlı maarifləndirmə işlərinin artmasına səbəb 

olmuşdur.      

Kənd yerlərində qadınlar ərləri və ya digərləri tərəfindən zorakılığa məruz qaldıqları halda 

hüquqlarını effektiv şəkildə müdafiə edə bilməmişlər. Sülh və Demokratiya İnstitutu ilə əlaqəli 

olan və Bakı şəhərində fəaliyyət göstərən qadınların böhran mərkəzi qadınlara pulsuz tibbi, 

psixoloji və hüquqi yardım göstərmişdir. Bu mərkəz eyni zamanda beynəlxalq donorların 

maliyyə dəstəyi ilə Cənubi Qafqaz regionunda həyata keçirilmiş gender zorakılığına və insan 

alverinə qarşı mübarizə sahəsində bir sıra layihələrdə işləmişdir. İnsan alveri və ailə-məişət 

zorakılığının qurbanlarına yardım göstərmək məqsədilə hökumət tərəfindən yaradılmış bir 

sığınacaq fəaliyyət göstərmişdir.     

Seksual qısnama:  Seksual qısnama qanunla qadağan olunsa da, hökumət qanunun bu tələbini 

çox nadir hallarda həyata keçirmişdir. Daxili İşlər Nazirliyi il ərzində yeddi seksual qısnama 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

32 


halının baş verdiyini bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın 

problemləri sahəsində əhəmiyyətli fəaliyyət göstərmişdir, o cümlədən seksual qısnama və məişət 

zorakılığı problemlərinin maarifləndirilməsi məqsədilə bir sıra konfranslar təşkil etmiş və bu cür 

tədbirlərə ev sahibliyi etmişdir.   

Reproduktiv hüquqlar:  Cütlüklər və fərdi şəxslərin öz uşaqlarının sayını, doğuşlar arasındakı 

fasilə müddətini və uşaq dünyaya gətirmə vaxtını sərbəst şəkildə müəyyən etmək hüququ vardır. 

İnformasiya əldə etmək imkanı yaradılmışdır və buna görə də, ailələr və fərdlər hər hansı ayrı-

seçkilik, məcburiyyət və zorakılıq olmadan reproduktiv qərarlar qəbul edə bilmişlər. Hamiləliyin 

qarşısının alınması üçün vasitələr geniş yayılsa da, demoqrafik araşdırmalar bu vasitələrdən 

istifadə səviyyəsinin aşağı olduğunu göstərmişdir. Doğuş zamanı peşəkar xidmət, eləcə də 

doğuşdan əvvəl, mamalıq və doğuş sonrası qulluq mümkün olmuşdur. Mədəni, tarixi və sosial-

iqtisadi amillərə əsaslanan patriarxal normalar bəzi hallarda qadınların reproduktiv hüquqlarını 

məhdudlaşdırmışdır.        

 

Ayrı-seçkilik: Əslində qadınların kişilərlə bərabər qanuni hüquqları təsbit olunsa da, sosial ayrı-



seçkilik problem olmuşdur. Ölkənin regionlarındakı ənənəvi sosial normalar və iqtisadi inkişafın 

geridə qalması, qadınların iqtisadi sahədə olan rolunu məhdudlaşdırmağa davam etmişdir və 

qadınların gender ayrı-seçkiliyi səbəbindən öz qanuni hüquqlarını həyata keçirməkdə çətinlik 

çəkdikləri barədə məlumatlar verilmişdir. Müəyyən vəzifələrdə qadınların çalışması qanunla yol 

verilmir. Beynəlxalq Əmək Təşkilatının Standartların və Tövsiyələrin Tətbiqi üzrə Komitəsinin 

mütəxəssisləri 2013-cü ildə hökuməti “qadınların məşğulluğunu məhdudlaşdıran hər hansı 

tədbirlərin yalnız onların analıq müdafiəsi ilə məhdudlaşmasını təmin etməyə” çağırmışlar, lakin 

ilin sonuna qədər hökumət tərəfindən hər hansı addım atılmamışdır. Yüksək vəzifəli işlərdə, o 

cümlədən biznes sahəsindəki yüksək vəzifələrdə qadınlar daha az təmsil olunmuşlar.       

Gender əsasında gələcək uşağın cinsiyyətinin müəyyən olunması:  Nyu York Universitetinin 

Əbu-Dabi şəhərindəki kampüsünün tədqiqatçısı Mark Maykl tərəfindən iyun ayında aparılmış 

araşdırmaya əsasən ölkədə yeni doğulmuş uşaqların gender nisbətinə görə 2012-ci ilin sonuna 

olan məlumata əsasən hər 100 qız uşağına 115 oğlan uşağı düşür. Gender əsasında gələcək 

uşağın cinsiyyətinin müəyyən olunması hallarının xüsusən kənd yerlərində daha geniş yayıldığı 

barədə məlumatlar verilmişdir.    

Uşaqlar 

Doğuşun qeydiyyatı:  Uşaqlara vətəndaşlıq ölkə ərazisində doğulmaqla və ya valideynlərin 

vətəndaşlığı əsasında verilir. Xəstəxana və ya klinikalarda baş tutmuş doğuşların qeydiyyatı 

müntəzəm şəkildə həyata keçirilmişdir. Buna baxmayaraq bəzən evdə doğulmuş uşaqların 

(məsələn, qaraçı ailələri və ya iqtisadi çətinlik çəkənlər) qeydiyyatı aparılmamış və vətəndaşlığı 

olmama halı uşaqlar üçün problem olmuşdur. Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi bu cür 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

33 


uşaqları insan alverinə qarşı həssas əhali qrupu kimi müəyyən etdikdən sonra sənədsiz uşaqların 

qeydiyyata götürülməsini davam etdirmişdir.           

Təhsil:  17 yaşına qədər təhsil icbari, pulsuz və ümumi olsa da, yoxsul kənd yerlərində yaşayan 

böyük ailələr bəzən oğlan uşaqlarının təhsilinə daha böyük önəm vermiş və qız uşaqlarını evdə 

işləmək üçün saxlamışlar. Bəzi kasıb ailələr məktəbə getmək əvəzinə uşaqlarını işləməyə və ya 

dilənçiliyə məcbur etmişlər. Küçə uşaqları ilə işləyən və Bakı şəhərində fəaliyyət göstərən bir 

QHT-in verdiyi məlumata əsasən oğlanlar və qızlar küçə dilənçiliyi və fahişəliklə məşğul 

olmuşlar.  

 

Uşaq zorakılığı:  İl ərzində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumata əsasən yetkinlik 



yaşına çatmamış şəxslərin zorlanması ilə bağlı altı hal, azyaşlılara qarşı 18 cinsi zorakılıq halı və 

azyaşlı şəxsə qarşı əxlaqsız davranma ilə bağlı üç hal baş vermişdir.  

Məcburi və erkən nikah:  Qanunla 18 yaşına çatmış hər hansı bir qıza qanuni yolla ərə getməyə 

icazə verilir və yerli icra hakimiyyətlərinin icazəsi ilə isə onlar 17 yaşında ailə qura bilərlər. 

Qanunda oğlanların 18 yaşında ailə qura bilmələri qeyd olunur. Qafqaz Müsəlmanları Ruhani 

İdarəsi 2002-ci ildə fitva verərək nikah yaşını 18 yaş müəyyən etmişdir, lakin bu fitvanın dini 

qaydalar əsasında (kəbin və yaxud kəbin-namə) ailə quranlara o qədər də təsiri olmamışdır.      

 

Yetkinlik yaşına çatmayan uşaqları zorla nikaha məcbur etmək əməlinə görə cinayət 



məcəlləsində 3000-4000 manat cərimə (3750-5000 ABŞ dolları) və yaxud dörd ilə qədər 

azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.  

QHT-lərin verdikləri məlumata əsasən erkən nikahların sayı artmağa davam etmişdir. Dinin 

tələblərinə uyğun formada nikah bağlamaqla ərə getmiş qızlar xüsusi narahatlıq doğurmuşdur, 

belə ki, bu kimi hallar hökumətin nəzarətindən kənarda olmuşdur və boşanma zamanı arvada 

onun statusunun tanınması hüququnu verməmişdir. “Qadınlar Arasında Həmrəylik” İctimai 

Birliyi tərəfindən verilmiş məlumata əsasən bir çox hallarda kişilər özlərinin azyaşlı arvadlarını 

Azərbaycanda qoyaraq işləmək üçün Rusiyaya getmişlər. 

 

Uşaqların cinsi istismarı: Pornoqrafiya qanunla qadağan edilir və onun istehsalı, yayılması və ya 



reklam edilməsinə görə üç ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. 

Yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olma “18 yaşına çatmış şəxsin 16 yaşına 

çatmamış şəxslə cinsi əlaqədə olması və yaxud cinsi xarakterli digər əməllər törətməsi” kimi 

müəyyən edilir və üç ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azyaşlıların fahişəliyə 

(hər hansı azyaşlıya qarşı əxlaqsız davranış) cəlb edilməsinə görə üç ildən beş ilədək azadlıqdan 

məhrum etmə cəzası nəzərdə tutulur, lakin buna baxmayaraq zorakılıq kimi ağırlaşdırıcı 

amillərin olması mümkün hökmün beş ildən səkkiz ilə qədər artmasına səbəb ola bilər. Daxili 

İşlər Nazirliyi tərəfindən verilmiş məlumata əsasən 2013-cü ildə cinsi istismar məqsədilə 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

34 


azyaşlının insan alverinə cəlb olunması üzrə bir hal və azyaşlıların fahişəliyə cəlb olunması üzrə 

iki hal baş vermişdir.  

Məcburi köçkün uşaqlar:  Qaçqın və məcburi köçkün uşaqların böyük əksəriyyəti aşağı həyat 

səviyyəsi şəraitində yaşamışlar. Bəzi hallarda bu uşaqların məktəbə getmək imkanları 

olmamışdır. Hökumətin verdiyi məlumata əsasən il ərzində məcburi köçkünlərin əsasən mənzil 

şəraitinin, səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılması məqsədilə hökumət tərəfindən 628 

milyon manat (785 milyon ABŞ dolları) xərclənmişdir. Hökumət bəyan etmişdir ki, 2008-ci ilin 

əvvəlindən bu vaxta qədər məcburi köçkünlərə 4,5 milyard manat (5,6 milyard ABŞ dolları) 

məbləğində vəsait xərclənmişdir.  

Beynəlxalq uşaq oğurluğu:  Ölkə, Beynəlxalq Uşaq Oğurluğunun Vətəndaş-Hüquqi Tərəfləri 

üzrə 1980-ci ildə qəbul edilmiş Haaqa Konvensiyasına qoşulmamışdır.

 

 



Anti-semitizm 

Ölkədə yaşayan 20 000-30 000 nəfərdən ibarət yəhudi icmasına qarşı anti-semit hərəkətlərlə 

bağlı etibarlı məlumat olmamışdır.  

 

İnsan alveri 

Bax: Dövlət Departamentinin 

www.state.gov/j/tip/

 internet səhifəsində yerləşdirilmiş İnsan 

Alveri Haqqında Hesabatı.  

Fiziki qüsurlu şəxslər 

Fiziki, hissi, zehni və əqli qüsuru olan şəxslərə qarşı məşğulluq, təhsil, hava nəqliyyatı və ya 

digər nəqliyyat vasitəsindən istifadə, səhiyyə və ya digər dövlət xidmətlərinin təminatı zamanı 

ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilsə də, hökumət bu müddəaların effektiv şəkildə 

həyata keçirilməsini təmin etməmişdir. Məşğulluq sahəsində ayrı-seçkilik problem olaraq 

qalmışdır. Ümumilikdə işə götürənlər fiziki qüsurlu şəxsləri işə götürməyə tərəddüd etmişlər. 

Geniş yayılmış düşüncəyə əsasən fiziki qüsurlu uşaqlar xəstədirlər və onlar digər uşaqlardan 

ayrılmalı və xüsusi müalicə mərkəzlərinə yerləşdirilməlidirlər, lakin müəyyən fiziki qüsurlu 

uşaqlar üçün ayrılmış xüsusi təhsil mərkəzləri fəaliyyət göstərmişdir. Bir sıra beynəlxalq və yerli 

QHT-lər sosial qavrayışların dəyişdirilməsi və fiziki qüsurlu uşaqların reinteqrasiyasi məqsədilə 

maarifləndirmə kampaniyaları həyata keçirmişlər. Fiziki qüsurlu şəxslərin ictimai və ya digər 

binalara girişini, informasiya və ya rabitə vasitələrinə çıxışının təmin olunmasını tələb edən 

qanunlar qəbul edilməmişdir və bu cür insanların bir çox tikililərə daxil olması mümkün 

olmamışdır.  

Əqli və digər qüsuru olan şəxslər üçün ayrılmış müəssisələrdə göstərilən qayğının səviyyəsi 

fərqli olmuşdur, bəzilərində adekvat qulluq və qayğı göstərilsə də, digərlərində müvafiq sanitar 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

35 


şəraitin və qidalanmanın təmin olunması üçün səriştəli baxıcıların sayı, avadanlıq və təchizat 

lazımı səviyyədə olmamışdır.  

 

Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki qüsurlu şəxslərin 



hüquqlarının müdafiə olunmasına cavabdehdir.  

 

Milli/irqi/etnik azlıqlar 

Ölkədə yaşayan təxminən 20 000-30 000 nəfər erməni mənşəli vətəndaşlar məşğulluq, mənzil 

təminatı və sosial xidmətlər sahəsində ayrı-seçkiliklə üzləşmişlər. Etnik erməni mənşəli 

vətəndaşlar çox vaxt pasportlarında qanuni yolla dəyişiklik etdirərək özlərinin etnik 

mənsubiyyətlərini gizlətmişlər. İl ərzində ermənilərə qarşı hər hansı zorakılıq halı barədə 

məlumat verilməmişdir.  

Bəzi qruplar ayrı-ayrı hallarda ayrı-seçkilik hallarının baş verdiyini, onların öz ana dillərində 

dərs demək imkanlarının məhdudlaşdırıldığını və yerli dövlət orqanları tərəfindən incidildiklərini 

bildirmişlər. Bu qruplara cənubda talışlar, şimalda ləzgilər, Məhsəti türkləri və kürdlər daxil 

olmuşdur.   

Seksual oriyentasiya və cinsi mənsubiyyətə görə cəmiyyətdə pis rəftar, ayrı-seçkilik və 

zorakılıq hərəkətləri   

Ayrı-seçkilik əleyhinə qanun mövcuddur, lakin burada lesbiyan, gey (homoseksual), biseksual və 

transseksuallar (LGBT) xüsusi olaraq sadalanmır. Cinsi oriyentasiya və cinsi mənsubiyyət 

zəminində dözümsüzlük, zorakılıq və ayrı-seçkilik problem olaraq qalmışdır. 

Yerli QHT-in verdiyi məlumata əsasən cinsi oriyentasiya zəminində fərdi şəxslərə qarşı polis 

qəddarlığının baş verdiyi bir sıra hallar olmuşdur, lakin bu hərəkətlərə görə məsuliyyət 

daşıyanlar dövlət orqanları tərəfindən araşdırılmamış və ya cəzalandırılmamışlar. Yerli QHT-in 

verdiyi məlumata əsasən ilin ilk 10 ayı ərzində LGBT şəxslərə qarşı polis tərəfindən ən azı 

səkkiz reyd keçirilmişdir. Mart ayından sentyabr ayına qədər ən azı 41 LGBT şəxs qeyri-qanuni 

yolla narkotik maddə əldə etməkdə ittiham olunaraq polis tərəfindən həbs edilmiş və onlara üç 

ildən dörd ilə qədər həbs cəzası verilə bilər. Bundan əlavə xüsusi polis məntəqələrində geylərdən 

onların oriyentasiyalarını açıqlamamaq müqabilində pul alındığı bildirilmişdir.    

LGBT şəxslər cəmiyyətin qınaq hədəfi olmaqdan, qisas yaxud repressiv təqibdən qorxaraq 

hüquq-mühafizə orqanlarına rəsmi şikayət verməkdən imtina etməyə davam etmişlər. 

Gey və Lesbiyanların Beynəlxalq İnsan Hüquqları Komissiyası adlı QHT-in verdiyi məlumata 

əsasən ölkənin gey əhali qrupu “görünməzlik həddinə qədər qorxudulmuşdur”.  

LGBT problemləri, o cümlədən HİV/QİÇS xəstəliyinin qarşısının alınması, hüquqi məsləhətin 

verilməsi, psixoloji yardım və maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində bir QHT 

fəaliyyət göstərmişdir. QHT onun fəaliyyətinə qarşı hər hansı rəsmi təqibin baş vermədiyini 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

36 


bildirmişdir. Bakıdakı fəallar 13 sentyabr tarixdə kiçik gey parad keçirtmişlər və bu tədbirlə 

əlaqədar hər hansı zorakılıq və yaxud qısnama hallarının baş verməsi barədə məlumat 

verilməmişdir.     

LGBT şəxslərə qarşı cəmiyyətdə qərəzli mövqe göstərilmişdir. Hər hansı işçinin cinsi 

oriyentasiyasına görə işdən çıxarılması qeyri-qanuni hesab olunduğuna görə, LGBT şəxslərin 

verdikləri məlumata əsasən işə götürənlər onları işdən qovmaq üçün digər səbəblər tapmışlar. 

Səhiyyə xidmətlərinin təminatda olan ayrı-seçkilik də problem olmuşdur. Bundan əlavə bəzi 

qruplar öz opponentlərini ləkələmək üçün LGBT oriyentasiyası ilə bağlı iddialardan istifadə 

etmişlər. Məsələn, iqtidar yönümlü nümayişçilər müxalifət liderlərindən birinə şifahi hücumlar 

edərək yanlışlıqla onu gey kimi təsvir etmişlər. Prezidentliyə namizəd Hafiz Hacıyev 28 sentyabr 

tarixdə televiziya vasitəsilə yayımlanan seçki qabağı debat proqramında bu iddiaları təkrarlamış 

və LGBT şəxslərə qarşı şifahi şəkildə hücum etmişdir.       



Cəmiyyətdə digər zorakılıq və ayrı-seçkilik halı 

HİV/QİÇS daşıyıcılarına qarşı cəmiyyətdə zorakılıq və ya ayrı-seçkilik hallarının baş verməsi 

barədə məlumat verilməmişdir.  

Bölmə 7. İşçi hüquqları 

a. Birləşmə azadlığı və kollektiv sövdələşmə hüququ  

Qanun, o cümlədən müvafiq təlimatlar və qanunvericilik aktları sərbəst birləşmə azadlığını, o 

cümlədən müstəqil həmkarlar ittifaqlarının yaradılması hüququnu müəyyən edir. Hərbçilər və 

polisin həmkarlar ittifaqına qoşulması qadağan edilmişdir. Qanun eyni zamanda rəhbər işçilərin 

həmkarlar ittifaqına qoşulmasını qadağan edir, lakin çox vaxt həmkarlar ittifaqına üzvlük haqları 

sənaye sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərlərinin əmək haqqından 

avtomatik olaraq çıxılmışdır. Qanun həmkarlar ittifaqlarına hökumətin müdaxiləsi olmadan öz 

fəaliyyətlərini həyata keçirməyə icazə verir. Hökumət tərəfindən müdaxilə halları barədə 

məlumat verilməmişdir, lakin həmkarlar ittifaqlarının sədrləri ümumilikdə hökumətlə yaxından 

əməkdaşlıq etmişlər və beynəlxalq müşahidəçilərin mühakiməsinə əsasən həmkarlar ittifaqları öz 

üzvlərinin maraqlarını lazımı səviyyədə təmsil etməmişlər. Əksər işçilərin tətil keçirmək hüququ 

qanunla nəzərdə tutulur. Tətil keçirilməsinin qadağan edildiyi işçi kateqoriyalarına aşağıdakılar 

daxildir: icraedici və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri, hüquq-mühafizə 

orqanlarının əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su 

təchizatı, telefon, dəmir yolu və hava nəqliyyatı sahələrinə nəzarət işçiləri. İctimai nəqliyyatın 

işini pozan tətilçilər üç ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər. Tətilçilərə 

qarşı işdən qovma və ya yeni işçi ilə əvəz etmə kimi cəzalandırma tədbirlərinin görülməsi 

qanunla qadağan edilir. Qanun eyni zamanda həmkarlar ittifaqlarına və əmək fəallarına qarşı 

ayrı-seçkiliyi qadağan edir. Qanun işçilərin kollektiv şəkildə sövdələşmək hüququnu nəzərdə 

tutur, lakin buna baxmayaraq həmkarlar ittifaqları əmək haqqı dərəcələri və iş şəraiti ilə bağlı 

səmərəli danışıqlar apara bilməmişlər, çünki əksər dövlət müəssisələrini hökumət tərəfindən 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

37 


təyin edilmiş rəhbərlər idarə etmişlər və bütün hökumət işçilərinin əmək haqları hökumət 

tərəfindən təyin olunmuşdur. Həmkarlar ittifaqı ilə bağlı olan fəaliyyətinə görə işdən qovulmuş 

işçilərin işinə bərpa edilməsi qanunla tələb olunur. Yerli QHT-in verdiyi məlumata əsasən əksər 

böyük şirkətlər bir qayda olaraq işçiləri qısa-müddətli müqavilə əsasında işlərinə bərpa etmişlər. 

Həmkarlar ittifaqlarının siyasi fəaliyyətlə məşğul olmaları qanunla qadağan edilmir. Həmkarlar 

ittifaqlarının siyasi partiyalarla birləşməsi və ya onlardan maliyyə vəsaitləri almasına 

məhdudiyyətlər vardır, lakin bu tələbə bərabər şəkildə əməl olunmamışdır.      

Əmək qanunvericiliyi bütün işçilərə və müəssisələrə şamil edilsə də, hökumət ikitərəfli 

razılaşmaların şərtlərini müzakirə edə bilər və bu da çoxmillətli şirkətlərin dövlətin əmək 

qanunvericiliyinin tələblərindən azad olunması ilə nəticələnir. Məsələn, hökumət və çoxmillətli 

enerji şirkətləri arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) işçinin həmkarlar 

ittifaqında iştirakını nəzərdə tutmur. Əmək təşkilatları və yerli QHT-lərin verdikləri məlumata 

əsasən bu şirkətlərin bəziləri işçilərin həmkarlar ittifaqı yaratmasına mane olmuş və bəzi 

istisnalar olsa da, PSA əsasında fəaliyyət göstərən şirkətlərin işçilərinin çoxu həmkarlar 

ittifaqının üzvü olmamışlar. “British Petroleum” Şirkəti tərəfindən işə götürülmüş işçilər 

həmkarlar ittifaqı yaratmışlar, lakin xüsusilə üçüncü ölkə subpodratçılarının fəaliyyət 

göstərdikləri digər çoxmillətli korporasiyalarda vəziyyət daha pis olmuşdur.  

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ölkədə fəaliyyət göstərən yeganə 

həmkarlar ittifaqları konfederasiyası olmuşdur. Həmkarlar ittifaqının qeydiyyat prosesi ağırdır və 

AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də, bəzi işçilər bu təşkilatın hökumətlə sıx bağlı 

olduğunu hesab etmişlər.  

Həmkarlar ittifaqı yaratmaq hüququna və həmkarlar ittifaqının fəaliyyətlərinə bürokratik nəzarət 

kimi bəzi məhdudiyyətlər qoyulmuşdur. Həmkarlar ittifaqlarının çoxu müstəqil olmamışlar. 

Bəzi, jurnalistlərin həmkarlar ittifaqları istisna olmaqla, onların böyük əksəriyyəti hökumətlə sıx 

bağlı olmuşdur. Yerli və beynəlxalq QHT-lərin iddialarına əsasən sənaye sahəsində çalışan əksər 

işçilər öz hüquqlarını bilməmişlər və şikayət edəcəkləri halda cəzalandırılmaqdan qorxmuşlar. 

Bu daha çox dövlət sektorunda çalışan işçilərə şamil edilmişdir.   

Kollektiv əmək sazişləri çox vaxt formal olaraq imzalanmış və həyata keçirilməmişdir. Yalnız 

üzv təşkilatlara çıxışı olan AHİK-ın verdiyi məlumata görə Konfederasiya 2012-ci ilin əvvəlində 

26 sahədə çalışan 1,6 milyon üzvü təmsil etmişdir. Əgər hər hansı şirkət AHİK-ın üzvü deyilsə 

bu zaman məsuliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür. AHİK 

tərəfindən verilmiş məlumata əsasən 2012-ci il ərzində Konfederasiyaya təxminən 149 174 

müraciət daxil olmuşdur və onlardan 98,6 faizi öz həllini tapmışdır. Konfederasiyanın 670 

nəfərin işdən çıxarıldığına görə şikayətinə kömək etdiyi və onlardan 172 nəfərin öz işinə bərpa 

edildiyi bildirilir. Hər il AHİK, Nazirlər Kabineti və Sahibkarlar Konfederasiyası ilə üçtərəfli 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

38 


saziş imzalayır. Formal iqtisadiyyatda üstünlük təşkil etmiş dövlət müəssisələrinin çoxu işçilərin 

əmək haqlarından üzvlük haqqı tutmuş, lakin bu üzvlük haqları həmkarlar ittifaqlarına 

çatmamışdır. Neftçilərin həmkarlar ittifaqları üçün toplanılmış üzvlük haqqının dörddə biri 

rəsmən işəgötürənlər tərəfindən ittifaqın fəaliyyəti üçün “inzibati xərclərə” çıxılmışdır. Bundan 

əlavə şəffaflığın olmaması üzvlük haqlarının necə xərclənməsi barədə hər hansı dəqiq fikir 

söyləməyi qeyri-mümkün etmişdir. Həmkarlar ittifaqları və üzvlərinin onlardan tutulmuş bu 

vəsaitləri araşdırmaq imkanları olmamışdır. İşə götürənlərin kollektiv sövdələşmə prosesinə 

mane olması qanunla qadağan edilir, lakin buna baxmayaraq işə götürənlər subpodratçılarla 

müqavilə imzalamaqla və qısa-müddətli əmək müqavilələri bağlamaqla kollektiv sövdələşməni 

məhdudlaşdırmışlar.               

Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqına üzvlük, Dövlət Neft Şirkətinin 65,200 

işçisi üçün məcburi olmuşdur və onların həmkarlar ittifaqına üzvlük haqqı (hər bir işçinin əmək 

haqqının 2 faizi) dövlət orqanları tərəfindən əmək haqlarından avtomatik olaraq çıxılmışdır.  


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin