1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Qədim dövrlərdə siyasi-psixoloji ideyaların inkişafı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   2   3   4   5   6   7   8   9   ...   36
psixologiya

4. Qədim dövrlərdə siyasi-psixoloji ideyaların inkişafı 
Bir sıra elmlər sistemində olduğu kimi siyasi-psixoloji fikrin inkişafı qədim mədəniyyətin təşəkkül 
etdiyi dövrlərinə gedib çıxır. Artıq çoxdan müəyyən edilmişdir ki ki, siyasi hadisələr, hərəkətlər, 
münasibətlər əhəmiyyətli dərəcədə insanların psixoloji vəziyyətindən asılıdır. Ona görə də siyasi 
psixologiya bir tərəfdən siyasi elmlərin , digər tərəfdən isə psixoloji elmlərin qovşağında 
yaranmışdır. Deməli siyasi psixologiyanın bir elm kimi təşəkkülü adı sadalanan elmlərin 
yaranması ilə bağlıdır. 
Siyasi psixologiya haqqında ilkin elmi müddəalar qədim Ellin mədəniyyətində - Qədim 
Yunanıstanda meydana gəlmişdir. Qeyd olunmalıdır ki, qədim Yunanıstan bütün elmlərin 
beşiyidir. Hələ qədimdən burada praktika elmdən vacib hesab olunurdu. Qədim Yunanıstanda 
siyasətçiləri natiqlər əvəz edirdi. 
Qədim Yunan filosofu Demosfen siyasi-psixoloji baxımdan iki tip kütləni fərqləndirmişdi. 
Onlardan birincisinə emosiyalarını tez büruzə verən kütləni aid edirdi. Məlumdur ki, bu tip 
kütləyə təsir zamanı asanlıqla təlqin effekti yaranır. Demosfen bu tip kütləyə şərqi misal gətirir, 
onların diktatora görə öz azadlıqlarından keçməsini göstərirdi. Onun fikrincə onlar harizmatik 
rəhbərin, diktatorun qarşısında sitayiş etməyə vərdiş etmişlər. Digər kütlə isə ağılla hərəkət 
edən kütlədir. Demosfenə görə birinciyə nisbətən siyasətçilər belə kütlə ilə münasibətlərini 
prinsipiallıq üzərində qurmalıdır. 
Qədim Yunanıstanın siyasi praktikasında insanın psixoloji təbiəti haqqında iki başlıca ənənəvi 
baxış mövcud olmuşdur. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Siyasi prosesin iştirakçılarının imkanlarının bərabərliyini nəzərdə tutan demokratik baxışlar; 
2. Müəyyən tip insanlar və onların siyasi proseslərdə rollarına üstünlük verən aristokratik 
baxışlar. 
Siyasi fikirlərinə görə böyük şöhrət qazanmış Platona görə hakimiyyətin ideal forması filosofun 
hakimiyyətdə olmasıdır. Qədim Yunanıstanda nəzəri siyasi psixologiya haqqında yetərli 
məlumatlar olsa da antik filosofların, mütəfəkkirlərin təhlilləri və fikirləri müasir baxışlardan 
uzaqdır. 
Platondan sonra onun tələbəsi Aristotel hakimiyyət və idarəetmə problemini təhlil edən 
mütəfəkkirlərdən biri olmuşdur. O, hakimiyyəti devirməyə istiqamətlənən nizamsız və qiyamçı 
kütlənin təbiətini öyrənməyə çalışmış, müxtəlif elmlərin, o cümlədən psixologiyanın inkişafına 
böyük töhfələr vermişdir. Onun “Ruh haqqında” traktı müasir psixologiyanın təməli hesab 
olunur. 
Qədim Yunanıstanla paralel olaraq Qədim Romada da siyasi psixoloji görüşlər inkişaf etmişdir. 
Siseron siyasətə psixoloji təsiretmə praktikasının inkişafında böyük rol oynamışdır. O, natiqlik 
sənətinə aid yazdığı traktatlarında siyasətin psixoloji mexanizmləri öyrənməyi daha çox 
məsləhət görürdü. Siserona görə natiqin nitqi dinləyicilərin əhval-ruhiyyəsini dəyişməyə, onları 
özünə cəlb etməyə yönəlməlidir. O, hesab edir ki,natiqin nitqi bir siyasətdir və ehtiraslı, coşqun 
və emosinal olmalıdır 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin