1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
psixologiya

10. Siyasi humanizm 
Bu məktəbin siyasi psixoloqlarına A.Maslounun tələbatların ierarxiyası haqqında ideyaları və 
K.Rocersin terapiyası böyük təsir göstərmişdir. Onların fikrincə şəxsi inkişafın hərəkətverici 
qüvvəsi kimi tələbat çıxış edir. 
İnsanın özünə müsbət baxması və özünü müsbət qəbul etməsi də vacibdir.İinsan 
hörmət etdiyi hakimiyyətdənnə qədər çox asılıdırsa, bu, onun özünü dərk etməsinəbir 
o qədər mane olur. Çünki o, həmişə səlahiyyətliorqanın standartlarına, gözləntilərinə və 
tələbatlarınauyğun gəlməyə çalışır. Hakimiyyət bəyənmədiyi hər şeyi susdurmağa çalışır. 
Nə qədər çox müşahidə etsə, onun həqiqi mənliyi ilə davranışı arasında bir o 
qədərfərq yaranır. İnsanın həyatında nevrotik simptomlar artır. 
Nevrotik bir şəxsiyyət kimi inkişaf edir və özünü reallaşdırmaqda çətinlik çəkir. 
K. Rogersin fikrinə görə, şəxsiyyətin əsas elementi "Mən”- dir. Məhz "Mən" 
vasitəsilə insan öz məqsədini və gələcək inkişaf perspektivlərini müəyyənedir. Onun 
yaratdığı, "İdeal Mən" ikiqat keyfiyyətə malikdir: Həm mənfi, həm də müsbət ola bilər. 
K.Rogersin nazəriyyəsini hərtərəfli təhlil etsək, biz o zaman görərik ki, o da başqaları kimi 
onun strukturunu açmaqla onun mahiyyətini dolayı yolla izah etməyəçalışır. Lakin 
onun şəxsiyyət haqqında fikirlərinə hər şeydən əvvəl şəxsiyyətə çevrilmənin və ona 
çatmağın yol və vasitələri aiddir. Tək o deyil, digər humanistlər də. Psixoloqların fikrincə, 
azsaylı sistemlərdən biriolan şəxsiyyətin ehtiyaclarının mahiyyəti açılır, şəxsiyyətin inkişafı
nda onun rolu və mövqeyi araşdırılır. Humanist psixologiyada şəxsiyyət kimdir? ,, onun 
psixoloji keyfiyyətkəri hansılardır? Məhz bu suallara cavab axtarılır. 
Bu məktəbin aparıcı simalarından biri A.Maslounun nəzəriyyəsi insan motivasiyasını tələbatların 
ierarxik quruluşuna əsasən izah edir. İerarxiyada aşağıda yerləşən tələbatlar, yuxarı səviyyəli 
tələbatlar insan davranışının dominant təhrikedici qüvvəsi olmadan öncə düzgün şəkildə 
ödənilməlidir. Maslounun tərtib etdiyi tələbatların ierarxik quruluşu: 
1. Fizioloji 
2. Təhlükəsizlik və müdafiə 
3. Məxsusluq və məhəbbət 
4. Özünəhörmət 
5. Özünüaktuallaşdırma 
Maslou nəzəriyyəsinin humanistik təbiəti xüsusən özünüaktuallaşdırmada, öz potensialını daha 
yüksək şəkildə realizə etməyə cəhddə aşkar şəkildə təzahür edir. Maslou həmçinin iki böyük 
insan motivasiyası kateqoriyasını fərqləndirir: defisitar motivlər və inkişaf motivləri. Defisitar 
motivlər gərginliyin azaldılmasına yönəlir. İnkişaf motivləri isə yenilik və həyəcan axtarmaqla 
gərginliyin yüksəldilməsinə istiqamətlənir. 
Əgər humanist psixologiya nümayəndələri və koqnitivist tədqiqatçılar fərdin rasional proqramını 
təmin edən tələbat, emosiya, motiv və siyasi təfəkkürün mexanizmlərini tədqiq edirlərsə, siyasi 
psixoanaliz əsas vurğunu psixikanın şüursuz strukturlarına edir. Hazırki dövrdə bu istiqamət 
xüsusən amerika tədqiqatçıları arasında ən geniş yayılmış istiqamətlərdən biridir. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin