1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   6   7   8   9   10   11   12   13   ...   36
psixologiya

12. Siyasi lider
Liderlər insanlara təsir göstərən, istiqamətləndirən, hərəkətə gətirən və motivasiya edən 
insanlar olaraq diqqəti çəkir. Liderlik anlayışı etimoloji mənada araşdırıldığında ‘liderlik etmək’, 
‘lider’ və ‘liderlik’ sözləri Anqlo-Sakson mənşəli olub, yol ya da istiqamət mənasını verir. 
Liderliyin öyrənilməsinə elmi yanaşmaların ilkin şərtləri 19-cu əsrdə qoyulmuşdur, ancaq yalnız 
XX əsrin əvvəllərində liderlik elmi araşdırmaların mövzusuna çevrilmişdir.. Siyasi lider elə bir 
şəxsiyyətdir ki, o, sosial hərəkata, bu və ya digər partiyaya, birliyə və s. başçılıq etmək 
məsuliyyətini öz üzərinə götürür. Hal-hazırda cəmiyyət siyasi liderdən qurucu və yaradıcı 
potensial, fərdilik tələb edir. 
Siyasi lider cəmiyyətdə insanların, müəyyən qrupların ,o cümlədən təşki- latların fəaliyyətini 
birləşdirir. Siyasi liderin şəxsi nüfuzu ona siyası proseslərdə mühüm rol oynamağa imkan 
yaradır. Siyasi lider sadəcə olaraq siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması 
funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil.O, hər 
şeydən əvvəl hadi- sələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir 
olan şəxsiyyətdir. Siyasi liderlərə böyük sosial qrupların maraqlarına cavab verən aydın siyasi 
proqramın olması, iti və çevik zəka, güclü iradə, siyasi intizam, - hazırcavablıq, ekstremal 
vəziyyətlərdə özünü itirməmək, soyuqqanlıliq, özünə- güvənmə, gələcəyi qurmağa yönəlmiş 
zaman hissi, qarşıda qoyilan məqsədlərə nail olmaq üçün təşəbbüs, taktika və strategiyanın 
seçilməsində onların siyasi fəaliyyətini müsbət şəkildə korrelyasiya edən ünsiyyət istedadı və 
çalışqanlıq, təşkilatçılıq, natiqlik qabiliyyəti, çeviklik kimi keyfiyyətlər xasdır. Siyasi liderin 
aşağıdakı funksiyaları var. 
-Məqsədi müəyyən edi 
r-idarə olunanların fəaliyyətinin planlaşdırılması 
-İdarə olunanları məqsədə nail olma vasitəri ilə təmin edir.
-Davranışın koordinasiyası 
-İdarə olunan qrupun tamlığını saxlayır 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin