1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
  1   2   3   4   5   6   7   8   9   ...   36
psixologiya



1. Siyasi psixologiyanın mövzusu 2. Tədqiqat metodları 
Adından göründüyü kimi siyasi psixologiya iki elmin inteqrasiyasından yaranmışdır. Cəmiyyətdə baş 
verən hadisələri elmi baxımdan şərh etmək üçün bir sıra hallarda elmlərin inteqrasiyasına ehtiyac 
duyulur. siyasi psixologiyanın obyektini və predmetini müəyyən etmək üçün bir sıra meyarlar 
mövcuddur. Siyasi psixologiyanın obyektini müəyyən etməyə çalışarkən nəzərə almaq 
lazımdır ki, siyasi-psixoloji problematika yalnız bu elm çərçivəsində deyil, həm də 
sosial psixologiya, şəxsiyyət psixologiyası, etnopsixologiya, politologiya, siyasətin fəlsəfəsi, siyasi tarix
siyasi sosiologiya və s. elmlər üzrə əsərlərdə də özünü göstərir. Sadaladığımız elmlər sistemi ilə siyasi 
psixologiyanın qarşılıqlı əlaqəsində bu elmin obyektini və predmetini müəyyənləşdirmək mümkündür. 
Siyasi psixologiyanın əsas diqqət mərkəzində olan obyektlərinə daxildir:daxili siyasətin psixologiyası,xarici 
siyasət və beynəlxalq münasibətlərin psixologiyası,hərbi psixologiya.
D.V. Olşanski siyasi psixologiya haqqında müstəqil elm kimi danışır. Onun fikrincə, siyasi psixologiya – 
politologiya çərçivəsində olan subelmdir, buna görə də bu elm yalnız siyasətin psixologiyasını 
öyrənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, siyasət öz-özlüyündə mövcud deyil, onu reallaşdıran 
şəxsiyyətlər və ya insanlardır. Bu baxından siyasi psixologiya siyasi davranışın, siyasi liderin də 
psixologiyasını öyrənə bilər. Bu məsələ üzrə diskusiyalar o qədər genişdir ki, onun hardan başlanıb 
harada qurtardığını söyləmək olmur. 
Siyasi psixologiyanın predmeti də müasir ictimai və humanitar elmlər sistemində diskusiya mövzusu 
olaraq qalmaqdadır. A.L.Andreyevin fikrincə, “siyasi psixologiya- insanların bu və ya digər siyasi hadisəni 
necə qiymətləndirmə- ləri ilə, onların nəyə diqqət yetirmələri ilə, nəyə əhəmiyyət vermələri və ya rədd 
etdikləri ilə, siyasi yönəlişliklərin və onların subyektiv istiqamətlərinin qüvvəsini nəyin müəyyən etməsi 
ilə, bizim qəlbimizdə siyasi ehtirasın necə yaranması ilə və ya əksinə bizim nə üçün bəzən tamamilə ciddi 
olan siyasi hadisələrə qarşı biganə qalmağımızla maraqlanır”. Buna görə də müəllif hesab edir ki, siyasi 
psixologiyanın predmeti “siyasi prosesə qoşulmuş insanın fikir və hissləridir”. 
Daxili siyasətin psixologiyası çərçivəsində şəxsiyyətin psixologiyası tədqiq edilir.1-ci aspektdə liderin 
şəxsiyyəti təhlil edilir.Bu istiqamətin banilərindən biri Ziqmund Freyd olmuşdur.O,ilk dəfə olaraq Amerika 
prezidenti Vilsonun psixoloji portretini yaratmışdır. siyasət və beynəlxalq münasibətlərin psixologiysı 
çərçivəsində ayrı-ayrı dövlətlərin siyasi elitası,böyük sosial qruplar,etnik qruplar öyrənilir. Hərbi 
psixologiya çərçivəsində əks tərəflə mübarizə,ordu,terror,psixoloji müharibə və s.tədqiq edilir. Siyasi 
psixologiyanın aşağıdakı prinsipləri var:elmi obyektivizim prinsipi,aşkarlıq və kütləvilik prinsipi,sosial-
siyasi konteksin nəzərə alınması prinsipi,yekün nəticəyə diqqət prinsipi,bitərəflilik prinsipi.
Siyasi psixologiyada istifadə olunan çoxsaylı metodlar müxtəlif əsaslarla təsnif edilə bilərlər. Belə ki, 
təsnifatın əsasında tədqiqatın obyekti, tədqiqatın kəmiyyət və keyfiyyət xarakteri, tədqiqatın məqsədi və 
s. dura bilər. Obyektlərə ilk növbədə, siyasi davranışın kütləvi formaları, siyasi təfəkkür, şüur və şəxsiyyət 
fenomenləri aiddir. 
Bu baxımdan siyasi psixologiyanın tədqiqat metodlarını aşağıdakı kimi təsnif edirlər: Diaqnostik 
metodlar: obyektiv və subyektiv metodlar.Obyektiv metodlara testlər və eksperiment daxildir.Subyektiv 
metodlara isə müşahidə və sorğular daxildir.Proqnostik metodlara modelləşdirmə,məsləhət,ehtimali 
proqnozlaşdirma daxildir.Korreksion metodlara daxildir: inkişaf metodları,psixoloji 
treninq,psixoanaliz,psixoterapiya. 
Siyasi psixologiyanın tədqiqat arsenalında daimi yerlərdən biri də eksperiment metoduna məxsusdur. 
Siyasi psixologiyada həm təbii, həm də laborator eksperimentdən istifadə olunur. Belə ki, eksperimental 
yoxlamalar nəticəsində siyasətdə insanın daranışının qanunuyğunluqları haqqında mühüm nəzəri 
müddəalar öz təsdiqlərini tapmışlar. Qeyd etmək lazımdır ki, tədqiqat proseduru ilə yanaşı, siyasi 
psixologiyada şəxsiyyətin siyasi davranışına, şüur və şüuraltı strukturlarına olan geniş korreksion təsir 
metodlarından da istifadə olunur. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin