1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Terrorizmin motivasiyası



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
psixologiya

18. Terrorizmin motivasiyası 
Terrorist şəxsiyyətini daha obyektiv anlamaqdan ötrü ən vacib məsələ, terroristin terrorla hansı 
səbəbdən məşğul olması haqqında, yəni, onun daxili motivasiyası haqqında olan məsələdir. Bu 
suala ümumiləşdirilmiş cavab bir qədər obrazlı xarakter daşıyır. Terror aktında iştirak etmiş 
insanların əsas motiv qrupları: 
Birincisi, merkantil motivlərdir. Təəssüf ki, terroristlər üçün məhz bu qrup motivlər birinci yerdə 
dururlar. Lakin bu qrup motivlər terroristlərin motivasion kompleksində heç də həmişə vahid 
olan deyillər. Terror digər hər hansı insan fəaliyyəti sahəsi kimi müəyyən mənada ödənişli 
əməkdir. Nəticəvi olaraq, müəyyən insanlar üçün terrorla məşğul olmaq sadəcə olaraq qazanc 
vasitəsidir. Belə insanlar müasir dünyamızda az deyillər. 
İkinci, ideoloji motivlərdir. Bu insanın öz şəxsi dəyərlərinə, həm də qrup, təşkilat, siyasi partiya 
və ya hər hansı ideya-siyasi qüvvənin ideoloji dəyərləri ilə bağlı ideyalı mövqeyinə əsaslanan 
sabit motivləridir. Belə motiv insanın hansısa birliyə daxil olmasının nəticəsi kimi çıxış edir və ya 
yaranmaqla özü insanı motivasiyasına müvafiq birliyə aparır. Belə hallarda terror onun üçün 
yalnız hansısa ideyanı realizə etmək vasitəsi olmayıb, həm də mövcud birlik tərəfindən olan 
“tapşırıq”, “missiyadır”. Mövcud olan çoxsaylı ideoloji motivlər ideya-siyasi, siyasi, dini, sosial, 
sosiomədəni və s. motivlərə bölünür. 
Üçüncü, qurmaq, dünyanı aktiv şəkildə dəyişmək motividir. Bu dünyanın ədalətsizliyini və qeyri-
mükəmməlliyini anlayaraq, onu yenidən qurmağa, yaxşılaşdırmağa inadla cəhd etməklə 
əlaqədar olan motivdir.B qayda olaraq, belə motilər bu və ya digər dərəcədə terrorla peşəkar 
səviyyədə məşğul olan adamlara xasdır. Onlar üçün dünyanı güc vasitələri ilə dəyişmək 


prosesinin özü əsasdır. Əslində, hətta müvafiq motivləşmələr olduqda belə, onların gələcəkdə 
həyata keçirəcəkləri bu və ya digər ideya xüsusi əhəmiyyət daşımır. Onlar üçün terror dünyanı 
dəyişmək vasitəsi və məqsədidir. 
Dördüncü, insanlar üzərində hakim olmaq motividir. Bu ən qədim, dərin motivlərdən biridir. 
Bizim əcdadlarımızın dövründə zorakılıq birinin şəxsi hakimiyyətinin digəri üzərində təsdiq 
edilməsi kimi qəbul edilirdi. Bu “silinmiş” formada terrorist psixikasının dərinliklərində də 
qalmaqdadır. Onun üzəri örtülsə də, onunla yanaşı digər motivlər olsa da, bu motiv bu və ya 
digər dərəcədə hər zaman mövcud olur. Lakin heç də hər bir terrorist bu motivin mövcudluğunu 
təsdiqləmir. Bununla bərabər, zorakılıq yolu ilə insanlar üzərində hakimiyyət əldə etməklə 
terrorist özünü və öz şəxsiyyətini təsdiq edir. Qorxu yaratmaqla o bu hakimiyyətini gücləndirir. 
Beşinci, terrorun fəaliyyət sferası kimi maraqlı və cəlbedici olması motividir. Müəyyən qisim 
terroristlər üçün, xüsusən də, təminatlı (onları merkantil motivlər narahat etmir) və kifayət 
qədər təhsilli olan terroristlər üçün terror sadəcə olaraq yeni, qeyri-adi məşğuliyyət sferasıdır. 
Onları terrorla əlaqədar risk, planların işlənib hazırlanması, terror aktına hazırlıq üçün lazım olan 
bütün mümkün detallar, onun həyata keçmə nüansları məşğul edir. Nəticəvi olaraq, belə 
insanlar terroru öz güclərini göstərəcək sfera qismində seçirlər. 
Altıncı, müxtəlif variantda olan emosional bağlılqlı “yoldaşılıq” motivləridir. Bura qohumlarına, 
yoldaşlarına, valideynlərinə, həməqidələrinə vurulan ziyana görə qisas almaq motivindən 
terrorda dost, qohum və həməqidələrinin olduğu üçün ənənəvi iştirak etmək motivlərinə qədər 
aid olan geniş sfera aiddir. Bu motivlər qrupu emosional amillərə əsaslanır və adətən heç bir 
rasionallığa malik deyillər. Terrorla məşğul olan belə motivli insanlar bunu niyə və nə üçün 
etdikləri haqqında qətiyyən düşünmürlər. Onları emosiyalar hərəkət etdirir. 
Yeddinci, özünüreallaşdırma motividir. Bu paradoksal motivdir. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin