1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Terrorizmdə psixoloji təsir



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
psixologiya

17. Terrorizmdə psixoloji təsir 
Güc aksiyaları keçirmək üçün mümkün qədər çox sayda əsir azad etmək, terroristlərin 
sayıqlığının azaldılması, mənfəətli psixoloji şərait yaratmaq – danışıqların məqsədidir. Əksər 
inkişaf etmiş ölkələrdə güc aksiyalarından istifadə olunur. Bunlardan fərqli olaraq İsrail 
terroristlərlə danışığa getmir, güzəşt etmir və onlarla razılığa gəlmir. Yaponiya tamamilə güc 
aksiyalarını inkar edir və hər şeyi danışıqlar yolu ilə həll etməyə üstünlük verir. Rusiya son 
zamanlara qədər danışıqlar aparmaqla əlaqədar kifayət qədər təcrübəyə malik deyildi. Hazırkı 
dövrdə isə güc variantlarına üstünlük verir. 
Bugün danışıqlara psixoloqları cəlb etmək xüsusilə geniş yayılmışdır. Danışıqlar zamanı başlıca 
fakt insanın terror aktına nə üçün getdiyini müəyyən etməkdir. 
Danışıqların predmeti adətən dörd məsələni özündə ehtiva edir: 
1.Əsirlərin azad edilməsi şərti. Daim əsirlərin sayını azaltmaq üçün imkan axtarmaq lazımdır 
2. Terrorist və əsirlər üçün qida məhsulları. Çox zaman cinayətkarlar qidadan əlavə spirt və 
narkotik verilməsini də tələb edirlər. Bundan xeyli sayda əsirlərin azad edilməsi üçün istifadə 
etmək olar 
3. İşğalçıları azad buraxmaq şərti. 4. Girovu geri almaq haqqında məsələ, ilk elan edilən məbləği 
iki, üç və bəzən hətta beş dəfə azalda bilər. 
Taktiki danışıq vasitələri: Bütün mərhələlərdə geniş yayılan vasitələr. 
“Qayğı”. Mövcud məsələni təxirə salmaqla bağlı xahiş. “Qayğı” birbaşa və ya dolayı ola bilər. 
Birinci halda mövcud məsələni birbaşa olaraq təxirə salmaq təklif olunur. Dolayı “qayğı” zamanı 
suala qeyri-müəyyən cavab verilir. Dolayı “qayğı”, danışıq aparan şəxslərin terroristlərin 
tələblərinə birbaşa cavab verməkdən qaçaraq istifadə etməli olduqları əsas vasitədir. 


“Maneə”. Müxtəlif “qayğılar” seriyasıdır. Zaman qazanmaq və kəşfiyyat aparmaq məqsədi ilə, 
danışıq aparan şəxslər tərəfindən danışıqlara maneə olmaq üçün tətbiq edilir. 
“Yubatma”. Bu ilk öncə rəqibin opponentin fikrini dinləməyə cəhd etməsində, daha sonra isə 
əldə edilən informasiyadan asılı olaraq öz mövqeyini təşkil etməsində təzahür edir. Bu 
vasitədən, daha çox danışıq aparan şəxslərin təklifini dinləyib, sonra öz şərtlərini irəli sürən 
terroristlər istifadə edirlər. 
“Razılıq təzahürü ”. Rəqibin, terroristin artıq irəli sürülmüş fikrinə razılıq və ya narazılıq təzahür 
etdirmək. 
Danışıqların müəyyən mərhələlərində istifadə edilən vasitələr. 
“Tələblərin mübaliğə edilməsi”. Öz tələblərinə asanlıqla silinə bilən punktlar aid etmək, onlar 
silindiyi zaman bunun güzəşt olduğu təəssüratı yaratmaq. Bu vasitə həm terroristlər, həm də 
onlarla danışıqlar aparan şəxslər tərəfindən istifadə edilir. 
“Şəxsi tələblərində yalan vurğular təşkil etmək”. İkinci dərəcəli məsələləri, başlıca olan kimi 
tərtib etmək. Bu “alver” üçün edilir: ikinci dərəcəli məsələ tədricən, digər başlıca olan məsələnin 
zəruri həllini tapmaq üçün aradan qaldırılır. Bu terroristlər tərəfindən hakimiyyətin 
dezinformasiyası üçün təqdim edilən sevimli vasitədir. 
“Yalan görüntü”. Həm terroristlər, həm də danışıqlar aparan şəxslər tərəfindən bərabər 
səviyyədə istifadə olunan vasitədir. 
“Açıq-aydın qəbuledilməyəcək təkliflərə giriş”. Danışıqların gedişində rəqibi yenidən 
günahlandırmaq üçün ondan rədd cavabı almağa istiqamətlənmə. Danışıq aparan şəxslər güc 
variantına başlamaq üçün bu vasitədən səbəb kimi istifadə edirlər. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin