1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


Siyasi psixologiyanın inkişaf tarixi



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   2   3   4   5   6   7   8   9   ...   36
psixologiya

3.Siyasi psixologiyanın inkişaf tarixi 
Siyasi psixologiya haqqında ilkin elmi müddəalar qədim Ellin mədəniyyətində - Qədim Yunanıstanda 
meydana gəlmişdir. Qədim Yunan filosofu Demosfen siyasi-psixoloji baxımdan iki tip kütləni 
fərqləndirmişdi. Onlardan birincisinə emosiyalarını tez büruzə verən kütlə- ni aid edirdi. Məlumdur ki, bu 
tip kütləyə təsir zamanı asanlıqla təlqin effekti yaranır. Demosfen bu tip kütləyə şərqi misal gətirir, 
onların diktatora görə öz azadlıqlarından keçməsini göstərirdi. Onun fikrincə onlar harizmatik rəhbərin, 
diktatorun qarşısında sitayiş etməyə vərdiş etmişlər. Digər kütlə isə ağılla hərəkət edən kütlədir. 
Demosfenə görə birinciyə nisbətən siyasətçilər belə kütlə ilə münasibətlərini prinsipiallıq üzərində 
qurmalıdır. Qədim Yunanıstanla paralel olaraq Qədim Romada da siyasi psixoloji görüşlər inkişaf 
etmişdir. Siserona görə natiqin nitqi dinləyicilərin əhval-ruhiyyəsini dəyişməyə, onları özünə cəlb etməyə 
yönəlməlidir. O, hesab edir ki,natiqin nitqi bir siyasətdir və ehtiraslı, coşqun və emosinal olmalıdır. 
Makiavellinin “Hökmdar” traktatı siyasi- psixoloji əsər hesab olunur. Burada müəllif liderlik probleminin 
siyasi-psixoloji təhlilini vermişdir. Makiavelli insanların təbiəti haqqında o qədər də yüksək fikirdə 
olmamışdır. O. belə hesab edirdi ki, insanlar təbiətcə irrosional, eqoist, naşükür, yalana və riyakarlığa 
meyllidirlər. Təhlükə onları qorxudur, asan qazanc isə onları cəlb edir. 
Ümumiyyətlə, siyasi psixologiyanın Platondan başlamış bizim günlərə qədərki tarixi geniş işlənməmişdir. 
Aristotel, Hobbs, Makiavelli və s. yeni elmin yaranmasında mühüm xidmətlər göstərmişlər. Bu alimlər 
müxtəlif nəzəri çərçivədə fəaliyyət göstərmişlər. Ancaq XIX əsrin II yarısından başlayaraq siyasi 
psixologiya ilə bağlı konsepsiyalar yaranmağa başladı. Böyük Fransa inqilabı dövründən başlayaraq siyasi 
psixologiya tədqiqatçıların diqqət obyektinə çevirildi. Fransa inqilabı və onun ardınca baş verən hadisələr 
iki böyük siyasi-psixoloji problemə diqqəti cəmləşdirdi: kütlə psixologiyası və siyasi rejimin psixologiyası. 
Bir çox tədqiqatçılar öz işlərində kütlə psixologiyası mövzusuna müraciət etmişlər. Lakin psixoloji 
nöqteyi-nəzərdən “kütlə” fenomeni XIX əsrin sonunda öyrənilməyə başlandı. Bu tədqiqatlar üç 
tədqiqatçının adı ilə bağlıdır. Tard, Q.Lebon və Sigel. Lebon kütlədə şəxsiyyətin gücünün itirilməsi 
təhlükəsini qeyd edirdi. Barışmazlar, radikallar, monarxistlər, sosialistlər, bir sözlə müxtəlif fəaliyyət 
göstərən doktrinalar son nəticədə bir məqsədə dövlətin şəxsiyyəti udmasına xidmət edir. Tard kütlədə 
cuşa gəlmiş (heyvani), həddən artıq səbirsiz, özünün qüdrətini hiss edən xüsusiyyətlər olduğunu qeyd 
edirdi. O siyasətdə rast gəlinən 2 növ kütləni ayırırdı: I diqqətli və gözləyən, II hərəkət edən və müəyyən 
tələblər qoyan kütlə. 
XIX əsrin sonu XX əsrin siyasi tədqiqatlarından kütlənin davranışının neqativ tərəfləri daha çox 
işlənmişdir. XX əsrin əvvəllərində pasientlərin psixikası ilə məşğul olan psixoanaliz siyasi psixologiyanın 
inkişafında əhəmiyyətli təsir göstərdi. 
Freydə görə bütün kütlə tiplərini birləşdirən əsas xüsusiyyət kimi “kollektiv libido” çıxış edir. Nümunə 
kimi Freyd kütlənin iki tipini: yüksək təşkil olunmuş kütləni-ordu və kilsəni nəzərdən keçirmişdi. Bunların 
hər birində “libido” faktoru özünü aydın büruzə verir. Xristosa məhəbbət, hərbi başçıya məhəbbət (ordu 
variantı). Freyd yazırdı: Əgər rəhbər ilə əlaqə qırılarsa onda kütlənin digər fərdlərlə də əlaqəsi qırılacaq 
və kütlə dağılacaq. Kütlənin başçısı onun atasıdır. Kütlə avtoritet axtarır. 
Siyasi anlayislar sistemində kollektiv şüursuzluq termini muhum əhəmiyyət kəsb edir.Kollektiv 
şüursuzluq termini XX əsrin əvvəllərində Freydin şagirdi və davamçılarından biri olan Karl Yunq 
tərəfindən elmə gətirilmişdir. Kollektiv şüursuzluq geniş götürüldükdə siyasi şüurda real olmayan psixi 
proseslərin və əməliyyatların əlaqəsini göstərir, hansı ki,onlar insanların davranışına təsir göstərir. 
Kollektiv şüursuzluq insanın təkamül inkişafının mirasıdır. Bir çox nəsillərdə təkrar olunan yaşantıların 
əsasında yaranan mirasdır. Bu fərdin şəxsi həyatından tamamilə ayrıdır və universaldır. Yunq kollektiv 
şüursuzluğun universallığını bütün irqlərdə beynin strukturunun eyni olması ilə izah edirdi. Bu da öz 
növbəsində təkamül eyniliyi ilə izah olunur. İrqi xatirələr elə-belə miras qalmır, belə ki, insan əvvəlki 
nəsillərin yaşadığı təcrübəyə yiyələnmək imkanı əldə edir. 
Müasir siyasi psixologiyada çoxlu sayda nəzəri modellər əksini tapmışdır. Lakin bu rəngarəng yanaşmalar, 
tədqiqat strategiyaları, metodlar iki aparıcı tendensiyanın tərkibinə daxildirlər. Bunlardan birincisi, insanı 


siyasi maşının sadə vinti kimi təsəvvür etməyə əsaslanır. İkinci qrup tədqiqatçılar digər nəzəri 
yönəlişliklərdən çıxış edirlər. Onlar üçün insan yalnız siyasi təsir obyekti deyil, həm də siyasi sistemin 
inkişafının məqsədi və aktiv subyektidir. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin