1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Psixoanalizin siyasətdə rolu



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   2   3   4   5   6   7   8   9   10   ...   36
psixologiya

9. Psixoanalizin siyasətdə rolu 
XX əsrdə psixologiyada yaranmış cərəyanlar içərisində freydizm cərəyanı xüsusi yer tutur. 
Cərəyanın banisi psixologiya elmində özünə məxsus yeri olan, haqqında bəhs etdiyimiz 
Ziqmund Freydin adı ilə adlandırılmışdır. Bu cərəyan XIX əsrin sonu XX əsrin əvvəllərində 
meydana gəlmişdir və qısa bir müddət ərzində qərb ölkələrində incəsənətə, ədəbiyyata, 
insanla bağlı müxtəlif elm sahələrinə, xüsusilə təbabət, antropologiya, sosiologiya, 
mədəniyyət tarixinə, pedoqogika və s. sahələrə geniş nüfuz etmişdir. Freydin özü bu 
cərəyanı “psixoanaliz” adlandırırdı. Freydə görə insan davranışı ictimai inkişaf qanunları 
ilə deyil, irrosional şüursuz psixi qüvvələr tərəfindən idarə olunan insan guya öz mühiti ilə 
həmişə gizli müharibə vəziyyətində olur. Freydin fikrincə insanın ruhi həyatının hərəkət 
verici qüvvəsi seksual (cinsi) başlanğıcdan-libidodan ibarətdir. Freydizm baxımından 
insan assosialdır. Mahiyyət etibarı ilə bütün xüsusiyyətlərinə və ya bir çox cəhətlərinə görə 
heyvana bənzərdir. İnsanın davranışı iki prinsipə - «zövq prinsipinə» (burada başlıca 
olaraq heyvan instinqtlərini eyni olan cinsi həvəsin təzahürləri nəzərdə tutulur) və «reallıq 
prinsipinə» (cəmiyyətin tələblərinə müvafiq olaraq seksual həvəsi boğmaq zərurətinə) 
tabedir. «Zövq prinsipi» ilə «reallıq prinsipi»nin toqquşması nəticəsində «təmin olunmuş 
seksual həvəs» də məhz bu sahədə insanın davranışını idarə etməyə başlayır. Deməli insan 
davranışında şüurun rolu azaldılır. Freyd bir çox maraqlı psixoloji məsələlərə diqqəti cəlb 
etsədə, onları elmi şəkildə sonadək izah edə bilmədi. Bu da ondan irəli gəldi ki, Freyd insanı 
ictimai varlıq kimi təlim etmirdi. Məhz bunlara görə də Freyd tənqid nöqtəsinə 
çevrilmişdir. 
Onun ilk tənqidçiləri isə öz tələbələri olan K.Yunq və A.Adler oldular..Freyd insan 
psixikasının əvvəllər heç bir şəkildə araşdırılmayan, amma insan fəaliyyəti üçün çox önəmli 


sahəsi olan qeyri-iradi şüurla məşğul olmağa başladı. İnsan psixikasında qeyri-iradi 
şüurun mövcudluğu faktı psixologiyada artıq çoxdan araşdırılmışdır və aşkarlanmışdır. 
Lakin yalnız Z.Freyddən başlayaraq şüurun bu hissəsi diqqətli və xüsusi araşdırma 
predmentinə çevrilməyə başlandı. «Şüur» sözünün işlənməsi ilə bağlı çətinliklər də məhz 
burada meydana çıxır, çünki burada qeyri-iradi şüurdan danışmaq lazım gəlir. Burada 
Freyd belə bir qərara gəldi ki, nevrozların səbəbləri insan qəlbinin dərinliklərində qeyri-
iradi şüurun yaranması ilə bağlı ola bilər. Freyd bu vəzifəni həll etmək üçün «psixotəhlil» 
adlandırılan bütöv üsullar sistemi işləyib hazırladı. Z.Freydin sxeminə görə insanda təbiətin 
bəxş etdiyi meyllər-şövqlər mövcuddur. Psixikanı müəyyənləşdirən ən əsas meyllərdən biri 
cinsi meyldir ki, o da «libido» termini ilə işarələnir. Libidonun psixi enerjisi bütün 
psixikanın əsas mənbəyidir. Bu səbəbdən də Freyd şüurun inkişafı prosesini, ilk növbədə 
uşağın cinsi inkişafının fazaları ilə əlaqələndirir ki, bunlar da körpənin doğulmasından 
dərhal sonra başlanır. Lakin cinsi meyl təbiət və cəmiyyət tərəfindən boğulur, ədəb 
qaydaları, qadağalar və s. kimi yollarla məhdudlaşdırılır. Belə olan halda meydana iki əks 
istiqamətlənmiş proses daxil olur: «Sublimasiya» və «Sıxışdırılma». Qadağa olunmaş 
istəklər, edilən hərəkətlərin rüsvayçı motivləri, cinayətkar əməllər, bir sözlə, insanlar 
qarşısında açıqlana bilməyən hər şey insanın psixikasında yaşamaqda davam edərək, 
şəxsiyyətin hərəkətləri və əhvali-ruhiyyəsinə böyük təsir göstərir. Ancaq sonradan onun 
ünvanına deyilən tənqidi qeydlərin təhlili nəticəsində Freyd öz təliminin əsas anlayışlarına 
bəzi düzəlişlər etmişdir. Məsələn: onun əsərlərində libido Eros, bütövlükdə həyatı qüvvə 
kimi şərh olunurdu. Birinci dünya müharibəsinin də Freydin fikirlərinə öz düzəlişlərini 
etməsində böyük təsiri oldu. Belə ki, bəzi adamların müharibə zamanı özlərini ölümün 
ağuşuna atmaları Freydi heyrətləndirirdi. Bu onun ilkin müddəasına zidd olsada onu izah 
etmək lazım gəlirdi. Belə olan halda Freyd zəif əsaslandırılmış, lakin kifayət qədər 
mükəmməl simmetrik bir konstuksiya qurdu. O, belə qərara gəldi ki, psixikanın təməlində 
iki əsas meyl durur: Birincisi həyat meyli (Eros) və ikincisi bizim mənşəyimizə olan meyl. 
Bununla əlaqədar olaraq o, deyirdi ki, əgər canlı cansızdan törəyibsə, deməli, bu meyl 
ölümə meyl deməkdir (Tanatos).
Freyd qeyri-iradi şüurun gücünü mütləqləşdirmirdi. O, belə hesab edirdi ki, insan öz 
instinkt və ehtiraslarına yiyələnir və onları real həyatda şüurlu şəkildə idarə etmək 
qabilliyyətinə malikdir. Freydə görə psixi təhlilin vəzifəsi də elə məhz insan psixikasının 
qeyri-iradi şüur sahəsini şüurlu sahəsinə çevirmək və onu öz məqsədlərinə tabe etməkdən 
ibarət olmalıdır. O, yazırdı ki, insan başqa adamlardan təcrid edilmiş şəkildə yaşamır, onun 
psixi həyatında daim «başqası» mövcuddur ki, insan onunla da təmasa girir.
Freyd xüsusi qeyd edirdi ki, insanlar sivilizasiyanın nailiyyətləri qarşısında vahimə və 
narahatlıq keçirirlər, çünki bunlar insan əleyhinə istifadə edilə bilər. Vahimə və narahatlıq 
hissləri bir də ona görə güclənir ki, ailə, cəmiyyət və dövlətdə insanlar arasında 
münasibətləri tənzimləyən sosial vasitələr yabançı və anlaşılmaz qüvvələr kimi onlarla 
qarşıdurmadadırlar. Lakin bu hadisələri açıqlayarkən Freyd diqqəti cəmiyyətin sosial 
təşkili üzərində deyil, insanın təcavüz və dağıdıcılığı olan təbii meyli üzərində 
cəmləşdirirdi.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin