1. Pedaqoji ünsiyyət və onun növləri


Oxu – yazılı mətni anlamaq bacarığı;   Empatiya



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   2   3   4   5   6   7   8   9   ...   44
Pedaqogika cvblar

Oxu – yazılı mətni anlamaq bacarığı;  

Empatiya  –  başqalarının  hiss  və  emosiyalarını  anlamaq 

bacarığı;  



İnandırmaq-müzakirə  zamanı  fikirlərini  əsaslandırmaq  və 

sübutayetirmək bacarığı;  



Əlaqələrin  yaradılması-fikir  mübadiləsi  apararkən  qrupda 

əməkdaşlıq şəraitində çalışmaq bacarığı;  



İnadkarlıq – iradəli və özünəinamlı olmaq bacarığı;  

Məlumatın  bölüşdürülməsi  −  əməkdaşlıq  qurmaq, 

müzakirələrdə iştirak etmək;  



Xarici  dildə  yazı  və  oxu  –  başqa  dildə  fikir  ifadə  etmək 

bacarığı.  

Yuxarıda  sadalanan bacarıqlar  təlim  və  əmək  fəaliyyətində 

müvəffəqiyyət  qazanmaq,  yüksək  məhsuldarlıq  əldə  etmək 

üçün  mütləqdir.Təlim  prosesində  bir  sıra  metodlar  sırf 

ünsiyyət bacarığından asılıdır.  




Təqdimat-onun hazırlıq və ötürülmə mərhələsində danışma, 

dinləmə, oxu və yazı bacarıqları özünü daha qabarıq şəkildə 

göstərir.  Təlim  prosesində  iştirak  edən  iki  tərəf  məlumatı 

təqdim edirlər. 

Tapşırıqlar-öyrənənlər  müəllimlə  yazı  vasitəsilə  ünsiyyət 

qurur,  məlumatın  toplanılması  vasitəsilə  kommunikasiya 

prosesinə  cəlb  olunurlar.  Şagirdlərin  yazı  işlərindəözlərini 

aydın  şəkildə  ifadə  etməsi  dilin  inkişafında  mühüm  rol 

oynayır. 

 Sual-cavab-yazılı  və  verbal  ola bilər. Müəllim  və  şagirdlər 

sualları anlamaq və cavablandırmaq məqsədilə danışma, oxu, 

yazı və dinləmə kimi bacarıqlar nümayiş etdirməlidirlər.  

Verbal  izahat-müəllim  məlumatı  təqdim  edir,  şagirdlər 

dinləyir,  qavrayır,  anlayır  və  özününküləşdirir.  Tələffüz, 

qrammatika  və  durğu  işarələrindən  düzgün  isti  mənanın 

dəqiqliyini təmin edir. 

Əks-əlaqə-təlim  prosesini  dəstəkləmək  məqsədilə  müəllim 

və şagirdlər səmərəli ünsiyyət qurmalıdırlar. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin