1. Pedaqoji ünsiyyət və onun növləri



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   2   3   4   5   6   7   8   9   ...   44
Pedaqogika cvblar

3.Pedaqoji 

ünsiyyətin 

səmərəliliyini 

artıran 

vasitələr 

Danışıqlar,  müzakirələr  ünsiyyətin  səmərəsini  artıran 

vasitələrdəndir.Ünsiyyət 

təlim 


mühitində 

vacib 



məsələlərdəndir  və  burada  fəal  təlim  strategiyalarından 

istifadə onun səmərəsini dəfələrlə artırır. 

 

-Şifahi  nitq  bacarıqları  sinifdə  danışmaq,  sual-cavab, 



müzakirə  və  debatlar  vasitəsilə  inkişaf  edir.  Şifahi  nitqin 

inkişafı  üçün  şagirdlərə  verilmiş  suallara  fərdi  cavablar 

yazmaq  üçün  müəyyən  vaxt  vermək  olar.  Həmin  zaman 

çərçivəsində  onlar  sualların  cavabı  ətrafında  düşünür, 

fikirlərini  yazılı  şəkildə  ifadə  edir.  Fəaliyyətin  belə  təşkili 

şagirdlərə  konstruktiv  müzakirələrə  qatılmaq,  həmçinin 

fikirlərini qarşı tərəfə ötürmək imkanı yaradır, öyrənənlərdə 

özünəinamı artırır. tapşırığı cütlərə və ya qrupa da tapşırmaq 

olar.  Bu  zaman  onlara  vaxt  verilir.Müzakirə  zamanı  fikir 

mübadiləsi  və  əks-əlaqə  biliklərin  mənimsənilməsi 

səviyyəsini yüksəldir. 

-Yazı  bacarıqları  qeydlərin  aparılması,  sinif  və  ev 

tapşırıqlarının  yerinə  yetirilməsi,  esselər  vasitəsilə 

inkişafetdirilə bilər. Pedaqoq hər bir fəaliyyətin gedişatında 

yazı  bacarıqlarının  keyfiyyətinin  yüksəldilməsinidiqqət 

mərkəzində 

saxlamalıdır. 

Boşluqların 

doldurulması 

(buraxılan  sözlərin  əlavə  olunması)  tapşırığını  özündə  əks 




etdirənpaylama  materialları,  hesabat,  qeydlərlə  həmin 

istiqamətdə iş aparmaq olar.  

-Dinləmə  bacarıqları  qrup  müzakirələri,  rollu  oyunlar, 

müəllimin  izahatı,  mühazirəsi  zamanı  inkişaf  etdirilə  bilər. 

Dərslərdə 

dinləmə 


bacarıqlarının 

formalaşdırılması 

öyrənənlərə  qrup  yoldaşları  və  müəllimi  dinləmək  üçün 

imkanın  yaradılması  ilə  həyata  keçirilir.  Bu  ideyalar 

şagirdlərin şəxsi qiymətləndirmə işlərində birləşdirilə bilər. 

Dinləmə  bacarıqlarının  inkişaf  etdirilməsi  üçün  şagirdlərə 

mini  seminarların  aparılmasını,  sinif  yoldaşlarının  təqdim 

olunan  mövzu  ilə  bağlı  suallarının  cavablandırılmasını 

tapşırmaq  faydalıdır.  Bu  mövzunun  daha  dərindən 

qavranılmasına  zəmin  yaradır.  Məlumatın  Pover  Point 

(Power  Point)  proqramı  vasitəsilə  təqdimatı  dinləmə  ilə 

yanaşı, İKT bacarıqlarının da möhkəmlənməsinə təkan verir.  

-Oxu  bacarıqları  öz  təbirincə  ifadə  edilməsi  (parafrazinq), 

keyslər və mətnin qavranılmasına dair müxtəlif tapşırıqların 

verilməsi ilə inkişaf oluna bilər. Öyrənənlərə oxu mətninin və 

həmin  mətnə  dair  tapşırıqların  verilməsi  mövzunun 

mənimsənilmə səviyyəsini yüksəltməyə hesablanmışdır. 

Yuxarıda sadalanan fəaliyyətlərin hər biri ünsiyyətin əsasını 

təşkil  edir,  onun  inkişafına  təkan  verir  və  sinifdə  canlı 



fəaliyyətə zəmin yaradır. Hətta ən passiv dinləmə fəaliyyətini 

də 


tapşırıqlar  vasitəsilə  canlandırmaq  mümkündür. 

Şagirdlərin  cavabı  ünsiyyətin  səmərəliliyini  artırır,  yəni 

ötürülən məlumatın qəbul olunması, qavranılması haqqında 

rəy formalaşdırır. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin