1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə9/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Proqramlasdirma imtahan cavablari

Həqiqi sabitlərin yazılışı: Həqiqi sabitlər double və ya float tipinə malikdirlər.
Misallar: 44.3, 3.14, 44E1, 1.5E-4.
21. Simvol tiplər və onlar üzərindəki əməliyyatlar
-dilində 4 baza hesabı və ya ədədi tip vardır. Onlardan ikisi-char və int tam ədədlərin təsviri üçün, ikisi isə-float və double sürüşən nöqtəli ədədlərin tipini göstərmək üçün istifadə edilir.
Bunlardan əlavə proqramda bu tiplərin modifikasiyalarından və modifikatorlardan istifadə olunur. Ölçünü göstərən 2 modifikatordan-short(qısa) və long(uzun), işarəni göstərən 2 modifikatordan-signed(işarəli) və unsigned(işərasiz) – istifadə olunur. İşarəli modifikatorlar ancaq tam tiplərə tətbiq olunur. Cədvəl 6.2.1-də hesabi tiplər, onların qiymətlər diapozonu və yaddaşda tutduqları yer göstərilmişdir. int və unsigned int tiplərinin ölçüsü dilinin kompilyatorunun hansı əməliyyat sistemində işləməsindən asılıdır. 16-mərtəbəli əməliyyat sistemlərində bu tiplərə 2 bayt, 16-mərtəbəli əməliyyat sistemlərində isə 4 bayt(windows) uyğundur.

Verilənlərin tipləri

Ölçüsü
(baytla)

Qiymətlər diapozonu

Tipin ekvivalent adları

Char

1

-128...+127

Signed Char

Char tipli dəyişən konteksdən asılı olaraq həm simvol, həm də tam ədəd qiymətini ala bilər.
22.C++ dilində giriş vasitələri
C++ dilində proqram tərtib edən zaman C-nın standart kitabxanasında olan giriş-çıxış (scanf, printf) vasitələrindən istifadə etmək olar. Bu halda - başlıq faylını proqrama qoşmaq lazımdır (#include -direktinin vasitəsi ilə). Lakin C++ dilinin özünün spesifik giriş və çıxış vasitələri vardır. Bu vasitələr faylı ilə proqrama birləşdirilir. Bu vasitələr yerləşən kitabxanada obyekt olaraq aşağıdaki adlarla olan simvollar axını təyin olunmuşdur:
cin klaviaturadan standart simvollar axınını qəbul etmək üçün;
cout ekrana standart simvollar axınını vermək üçün.
Verilənlərin daxil edilməsi zamanı cin axınından qiymət götürülür və uyğun dəyişənə mənimsədilir. Giriş axınından simvolların götürülməsini >> - işarəsi müəyyən edir. Məsələ, x – dəyişəninin qiymətinin daxil edilməsi
cin >> x; - operatoru vasitəsi ilə yerinə yetirilir.
23.C++ dilində çıxış vasitələri
C++ dilində proqram tərtib edən zaman C-nın standart kitabxanasında olan giriş-çıxış (scanf, printf) vasitələrindən istifadə etmək olar. Bu halda - başlıq faylını proqrama qoşmaq lazımdır (#include -direktinin vasitəsi ilə). Lakin C++ dilinin özünün spesifik giriş və çıxış vasitələri vardır. Bu vasitələr faylı ilə proqrama birləşdirilir. Bu vasitələr yerləşən kitabxanada obyekt olaraq aşağıdaki adlarla olan simvollar axını təyin olunmuşdur:
cin klaviaturadan standart simvollar axınını qəbul etmək üçün;
cout ekrana standart simvollar axınını vermək üçün.
Verilənlərin çıxışı zamanı isə cout standart axınına çıxışa verilən dəyişənin qiyməti yerləşdirilir. İkiqat dırnaq arasında olan mətn və ifadənin qiyməti də çıxışa verilə bilər. Axında yerləşdirmə əməlinin işarəsi belədir: <<.
Məsələ,
cout << a+b
cout << “\nnəticə=” << y;
cout << “x=” << x << “y=” <Çıxışa verilən hər bir elementdən əvvəl << - işarə qoyulmalıdır. end l – elementi kursorun yeni sətrə keçdiyini göstərir (\n – simvolunun müəyyən etdiyi əməliyyata oxşadır). Göründüyü kimi çıxış operatorunda idarəedici simvollardan da (printf - ə oxşar olaraq) istifadə etmək olar. Aşağıdaki idarəedici simvollar çıxış operatorunda yazıla bilər:
\n – yeni sətrə keçilməsi;
\t – üfiqi tabulyasiya;
\r – kursoru yeni sətrin başlanğıcına gətirilməsi;
\a – siqnal;
\b – bir simvol geriyə qayıtmaq;
\f – yeni səhifəyə keçmək;
\v – vertikal tabulyasiya.
Bunlardan əlavə, çıxış operatorunda çıxışa verilən dəyişənin qiymətinin xarici görünüşünü müəyyən etmək üçün format spesfikatorundan da istifadə etmək olar. Bunun üçün aşağıda göstərilən spesfikatorlardan istifadə edilir:
%f – dəyişənin qiyməti ekrana qeyd olunmuş nöqtəli həqiqi ədəd kimi verilir;
%c – dəyişənin simvol olduğunu göstərir;
%s – dəyişənin sətir olduğunu göstərir;
%d – dəyişənin tam onluq ədəd olduğunu göstərir (int tipi);
%u – işarəsiz onluq tam ədədi (unsigned tipi) göstərir;
%e – sürüşkən nöqtəli həqiqi ədədi müəyyən edir.

Yüklə 306,97 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin