1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə17/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   ...   13   14   15   16   17   18   19   20   21
Proqramlasdirma imtahan cavablari

Parametrlə olan dövr operatoru
Parametrlə olan dövr operatorunun formatı aşağıdaki kimidir
for(ifadə_1; ifadə_2; ifadə_3) operator;
ifadə_1 dövr başladıqda ancaq bir dəfə yerinə yetirilir. Adətən ifadə_1 dövrün parametrinin başlanğıc qiymətini müəyyən edir. ifadə_2 dövrün yerinə yetirilmə şərtidir. ifadə_3 dövrün parametrinin dəyişməsi qaydasını müəyyən edir. Operator isə dövrün gövdəsini təşkil edir. Operator sadə və mürəkkəb operator ola bilər. Mürəkkəb operator fiqurlu mötərizələrin arasında yazılır.
For operatorunun yerinə yetirilməsi alqoritmini aşağıdaki kimi göstərmək olar:

for dövr operatoru vasitəsi ilə n!-ın hesablanmasını aşağıdaki kimi təyin etmək olar:
f=1;
for(i=1;i<=n;i++) f=f*i;
Inisalizasiya hissəsini for operatorundan əvvəl də yazmaq olar. Bu halda onun yerinə; (nöqtə-vergül) işarəsi qoymaq lazımdır. Məsələ:
f=1;
i=1;
for(; i<=n; i++) f=f*i;
n!-ın hesablanmasını aşağıda göstərilən variantlarda da yazmaq olar.
“Vergül” əməlindən istifadə etməklə bir neşə operatoru ifadə_1-ın (insalizasiya hissəsində) yerində yazmaq olar:
for (f=1, i=1; i<=n; i++)f=f*i;
və ya dövrün gövdəsində boş operator yazılır, dövrün gövdəsi isə ifadə_3-ün yerində yazılır:
for (f=1, i=1; i<=n; f=f*i; i++);
və ya
for (f=1, i=1; i<=n; f*=i++);
C++ dilində for operatoru dövrləri təşkil etmək üçün universal vasitədir. Onun köməyi ilə iterasiyalı dövrlərin proqramını yazmaq olar. Pascal dilində for operatorunun köməyi ilə iterasiyalı dövrlərin proqramlarını (dövrlərin sayı məlum olmayan hal) for operatorunun köməyi ilə yazmaq mümkün deyildir.
41.Continue operatoru
Əgər dövr operatorunun növbəti addımını yekunlaşdırmaq lazımdırsa, onda continue operatorundan istifadə etmək olar. Aşağıdaki proqram fraqmentində 100-ə qədər olan cüt ədədlərin ekrana verilməsi təmin olunur:
for(i=1;i<=100;i++)
{if(i%2)continue;cout<<”\t”<i-dəyişəninin tək qiymətlərində 2-y bölünəndən sonra alınan qalıq vahid olduğuna görə nəticə “doğru” kimi qəbul olunur və continue operatoru yerinə yetirilir. Bu operator dövrün növbəti addımını yerinə yetirir və dövrün sonraki addımına keçidi təmin edir.
42.break və goto operatorları

Yüklə 306,97 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin