1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında


Məsələ, 5/3=2; 1/5=0 Əgər operandlardan biri həqiqi tipdirsə, nəticə də həqiqi tipə malik olacaq. Məsələ



Yüklə 306,97 Kb.
səhifə13/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Proqramlasdirma imtahan cavablari

Məsələ,
5/3=2; 1/5=0
Əgər operandlardan biri həqiqi tipdirsə, nəticə də həqiqi tipə malik olacaq. Məsələ,
5./3, 5./3., 5/3.
əməlləri eyni bir nəticəyə - (1.6666)- malik olacaq.
İnkrement və dekrement əməlləri ancaq dəyişənlərə tətbiq oluna bilər, sabitlərə və ifadələrə tətbiq oluna bilməz. Hər iki əməl dəyişəndən sonra (postfiks forma) və ya dəyişəndən əvvəl yazıla bilər (prefiks forma).
Məsələ,
x++ və ya ++x, - - a və ya a - -
Aşağıdaki üç operator eyni bir nəticə verir:
x=x+1; ++x, x++;
Misal 1.
a=3; b=2;
c=a++*b++;
nəticə a=4, b=3, c=6 olur.
Misal 2.
a=3; b=2;
c=++a*++b;

nəticə a=4, b=3, c=12 olur.


İzah aşağıdaki kimidir. Prefiks formasından istifadə etdikdə ++ və - - əməli dəyişənin qiyməti istifadə olunduqdan sonra yerinə yetirilir. Prefiks formasında istifadə edildikdə isə dəyişənin qiyməti istifadə olunana qədər ++ və -- əməlləri yerinə yetirilir.
Əməllərin üstünlük dərəcəsi azalma sırasına görə aşağıdaki kimidir:
++, -- (Prefiks formada);
- (unar minus);
*, /, %;
+, -.
Üstünlük dərəcəsini dəyişmək üçün ifadələrdə dairəvi mötərizədən istifadə etmək olar.
Mənimsətmə (=) operator deyil, əməldir. Paskaldan fərqli olaraq bir neçə yerdə işlənə bilər.
Məsələ, a=b=c=x+y;
Mənimsətmə əməli ən aşağı üstünlük dərəcəsinə malikdir. Bu o deməkdir ki, ifadədə bir neçə ardıcıl mənimsətmə əməli iştirak edirsə bu əməllər sağdan sola doğru yerinə yetirilirlər. Yuxarıdaki yazılışda əvvəlcə toplama əməli yerinə yetirilir, sonra isə alınan cəm c-dəyişəninə mənimsədilir, sonra bu qiymət b-dəyişəninə, daha sonra isə a-dəyişəninə mənimsədilir.
C++ dilində digər əməllərin yerinə yetirilməsi ilə əlaqədar olan mənimsətmə əməli də vardır. Bu əməllərə + =, - =, / =, * =, % = əməlləri aiddir. Bunların üstünlük dərəcəsi də sadə mənimsətmə əməlinin üstünlük dərəcəsi kimidir. Bu əməllərin istifadə olunmasına aid misallar:
a + = 2; ekvivalentdir a = a+2,
x - = a+b; ekvivalentdir x=x-(a+b),
p/ = 10; ekvivalentdir p=p/10,
m * = n; ekvivalentdir m=m*n,
r % = 5; ekvivalentdir r=r % 5.
Qeyd edək ki, birinci yazılışlar daha sürətlə yerinə yetirilir.
31.Müqayisə və məntiq əməlləri

Yüklə 306,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin