1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə2/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   2   3   4   5   6   7   8   9   ...   21
Proqramlasdirma imtahan cavablari

proqramçı istifadəçilər

  • proqramçı olmayan istifadəçilər.

    Birinci kateqoriyaya proqramçı-analitiklər (məsələlərin qoyuluşu, analizi və həllinin ümumi prinsiplərini araşdıran şəxslər), sistem proqramçıları (sistem və alət proqramlarını hazırlayan şəxslər) və tətbiqi proqramçılar (konkret elm sahəsindəki məsələlərin həlli üçün tətbiqi proqramlar hazırlayan şəxslər) aiddir.
    İkinci kateqoriyaya isə kompüter operatorları (kompüterlərin proqram təminatının, birinci növbədə sistem və alət proqramların tətbiqi ilə məşğul olan şəxslər) və sadəcə istifadəçilər (konkret məsələləri tətbiqi proqramlarla həll edən və ya hər hansı bir informasiya alan şəxslər) aiddir.
    İnformatikanı üç hissəyə bölmək olar:

    1. Hardware - hesmablama texnikası, informasiyanın tədqiqi üçün lazım olan qurğular;

    2. Software - proqramlaşdırma,komputerdə istifadə olunan bütün proqramlar və onların qurulması;

    3. Brainware - məsələlərin düzgün həlli üçün lazım olan bilik və vərdişlər.

    2.Kompüterin arxitekturası haqqında
    Arxitektura anlayışı geniş bir anlayış olub, sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s.
    Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir.
    "Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur.
    3. Kompüterin iş prinsipi
    Kompüterin işini ümumi şəkildə aşağıdakı kimi təsvir etmək olar. Əvvəlcə hər hansı bir xarici qurğudan istifadə etməklə, məsələn klaviatura vasitəsilə kompüterin yaddaşına proqram daxil edilir. Kompüterin idarəedici qurğusu, proqramın birinci əmri yerləşən yaddaşın oyuğundan bu əmri oxuyub, onun yerinə yetirilməsini təmin edir. Bu əmr isə cəbri və ya məntiqi əməliyyatların yerinə yetirilməsi, bu əməliyyatların yerinə yetirilməsi üçün verilənlərin yaddaşdan oxunması, bu əməliyyatların nəticələrinin yaddaşa yazılması, verilənlərin xarici qurğudan yaddaşa verilməsi və verilənlərin yaddaşdan xarici qurğulara verilməsi kimi işlərin görülməsini təmin edə bilər. Adətən, bir əmr yerinə yetirildikdən sonra idarəedici qurğu yaddaşın bu oyuqdan sonra gələn oyuqdakı əmri yerinə yetirməyə başlayır. Bu qayda yalnız idarəetmənin keçid əmrləri ilə dəyişdirilə bilər. Bu əmrlər idarəedici qurğuya, proqramın yerinə yetirilməsini, yaddaşın hər hansı başqa bir oyuğunda yerləşən əmrdən başlayaraq davam etdirilməsi haqqında göstəriş verə bilərlər.
    Beləliklə, idarəedici qurğu proqramın göstərişlərini insanın köməyi olmadan avtomatik olaraq yerinə yetirir. O, kompüterin operativ yaddaşı və xarici qurğuları ilə əlaqə saxlayıb, onlardan informasiya alıb, informasiya verə bilir. Yerinə yetirilmiş proqramın bütün nəticələri idarəedici qurğu tərəfindən xarici qurğulara verilir və bundan sonra kompüter xarici qurğulardan yeni əmrlərin gözləmə rejiminə keçir.
    4. Xarici yaddaş qurguları haqqında
    Yaddasaxlama qurğuları proqramların və verilənlərin qorunub saxlanmasını təmin edir və aşağıdakı tiplərə bölünür: operativ yaddasaxlama qurğusu və ya operativ yaddaş, KEŞ-yaddaş, daimi yaddasaxlama qurğusu və ya daimi yaddaş, xarici yaddasaxlama qurğuları.
    Operativ yaddaşda kompüterdə aparılan cari əməliyyatlar yerinə yetirilir. Bu yaddaşdakı informasiya yalnız kompüterin işlədiyi müddət ərzində saxlanılır. Müasir kompüterdə operativ yaddaşın həcmi 2 Qbayta çata bilər, lakin praktik iş üçün 128 Mbayt yaddaş həcmi də kifayətdir.

    Yüklə 306,97 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   21




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin