1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti Kompüterin arxitekturası haqqında



Yüklə 306,97 Kb.
səhifə5/21
tarix06.07.2022
ölçüsü306,97 Kb.
#62659
1   2   3   4   5   6   7   8   9   ...   21
Proqramlasdirma imtahan cavablari

Alqoritm, onun tə’rifini açıqlayan aşağıdakı əsas xassələrə malikdir:
1. Diskretlik xassəsi. Alqoritm diskret (latınca- fasiləli) olmalıdır. Diskret dedikdə, fasiləlik kəsilməzliyə qarşı qoyulur. Məsələn, hər hansı kəmiyyətin zamana görə diskret dəyişməsi – müəyyən fasilələrlə (sıçrayışlarla) baş verən dəyişmədir və ya tam ədədlər çoxluğu həqiqi ədədlər çoxluğuna qarşı diskretdir.
Bu xassə ondan ibarətdir ki, alqoritm məsələnin həlli prosesini, sadə addımların yerinə yetirilməsi ardıcıllığı şəklində ifadə etməlidir və hər bir addımın yerinə yetirilməsi üçün sonlu zaman fasiləsi tələb olunur, yəni başlanğıc verilənlərin araşdırılması və nəticənin alınması zamana görə diskret yerinə yetirilir.

  1. Müəyyənlik xassəsi. Bu xassə ondan ibarətdir ki, alqoritmin hər bir addımı dəqiq, birqiymətli və aydın olmalıdır. Bu xassəyə əsasən alqoritmin yerinə yetirilməsi mexaniki xarakter daşımalı və həll olunan məsələ haqqında əlavə məlumat və ya göstəriş tələb etməməlidir.


3. Kütləvilik xassəsi. Bu xassəyə əsasən müəyyən məsələnin həlli üçün qurulan alqoritm ümumi şəkildə qurulur, yə’ni alqoritm yalnız başlanğıc qiymətləri ilə fərqlənən müəyyən sinif məsələlərin həlli üçün tətbiq edilə bilsin. Burada başlanğıc qiymətlər də, alqoritmin tətbiq oblastı adlanan hər hansı eyni bir oblastdan seçilə bilər. (Bə’zi hallarda başlanğıc qiymətlər heç verilməyə də bilər).

4. Nəticəlilik və ya sonluluq xassəsi. Bu xassə onu bildirir ki, alqoritm, qoyulmuş məsələnin həllinə sonlu sayda addımların yerinə yetirilməsi ilə gətirməlidir, yəni alqoritm sonlu sayda addımdan sonra başa çatmalı və verilmiş məsələnin həlli tapılmalıdır.


13.Alqoritmin növləri və verilməsi üsulları
Alqoritm aşagıdakı üsullarla verilə bilər:

  1. Sözlərlə

  2. Xüsusi sxemlər – blok-sxemlərlə

  3. Alqoritmlərin yazılışı üçün xüsusi dildə, alqoritmik dildə.

Alqoritmin sözlərlə ifadəsindən, alqoritm icraçısı insan olduqda istifadə olunur. Bu zaman alqoritmin addımları nömrələnir ki, onlara müraciət etmək mümkün olsun. Misal üçün Evklid alqoritmini nəzərdən keçirək. Bu alqoritm verilmiş iki natural ədəd üçün ən böyük ortaq böləni (ƏBOB) təyin edir. Verilmiş ədədləri M və N ilə işarə edək, onda

  1. Əgər M<>N olarsa, 2 bəndinə, əks halda 5 bəndinə keç,

  2. Əgər M>N olarsa, 3 bəndinə, əks halda 4 bəndinə keç,

  3. M-dən N-i çıxmalı və bu fərqin nəticəsini M-ə mənimsəməli. 1 bəndinə keçməli.

  4. N-dən M-i çıxmalı və bu fərqin nəticəsini N-ə mənimsətməli. 1 bəndinə keçməli.

  5. ƏBOB-un M-ə bərabər olduğunu qəbul etmək.

  6. Son.




Alqoritmlər strukturuna görə üç əsas tipə bölünürlər: xətti strukturlu, budaqlanan strukturlu və dövr strukturlu alqoritmlər. Əgər alqoritmin təşkil etdiyi N sayda addımlar, bir-birinin ardınca başlanğıcdan sona qədər ardıcıl yerinə yetirilirsə, belə alqoritmə xətti strukturlu alqoritm deyilir. Əgər alqoritmin addımlarının yerinə yetirilmə ardıcılığı, müəyyən şərtlərin ödənilməsindən asılı olaraq dəyişirsə, belə alqoritm budaqlanan strukturlu alqoritm adlanır. Şərt isə məntiqi ifadə olub, yalnız iki qiymət ala bilər: «hə» - əgər şərt doğrudursa və «yox» - əgər şərt yalandırsa. Əgər alqoritmin müəyyən addımlar, ardıcıllığı, müəyyən şərtin ödənməsindən asılı olaraq bir neçə dəfə təkrarlanırsa, belə alqoritm dövr strukturlu alqoritm adlanır.


14.Alqoritmin hazırlanması üsulları


Alqoritmin hazırlanmasında əsasən aşagıdakı üsullardan istifadə edilir:
-struktur üsul;
-yuxarıdan aşagıya dogru alqoritmləşmə üsulu.
Bu üsulla tərtib olunan alqoritmlər aydın və oxunaqlı olur,səhv etmək ehtimalı az olur,proqram tərtib etmək asan olur.

Yüklə 306,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin