1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   54   55   56   57   58   59   60   61   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

3. Məmnun olmaq məqamında:
Razıyam; Etiraz etmirəm; Sizinlə şərikəm; Xoşuma 
gəlir; Çox şadam; Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş üstə; göz üstə; Arxayın 
olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük şərəfdir; Nə qədər 
bədənimdə canım var, sizin şəfqətinizi unutmayacağam; Allah köməyin olsun; Tanrı 
sənə yar olsun. 


 4. Etiraz etmək, razılıq verməmək məqamında:
Bu məni təmin etmir; Etirazımı 
bildirirəm; Etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm; Mən başqa cür düşünürəm
Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm; Bu mənim xoşuma gəlmir; Belə etməyin; 
Bu ürəyimcə deyil və s.
5. Təskinlik vermək, razı salmaq məqamında
: Bir qədər ətraflı düşünün; 
Əsəbiləşməyin; Darıxmayın; İcazə verin danışım; İmkan verin fikrimi izah edim; 
Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, qismət belə imiş və s. 
 6. İntizama dəvət, məzəmmət etmə:
Sizdən bu hərəkəti gözləməzdim; Belə hərəkət 
sizə yaraşmaz; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza fikir verin; Allah 
xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları sizdən razı qalsın; Bir qədər 
səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s. 
 7. Qarşılama məqamında:
Xoş gördük; Nə gözəl təsadüf; Xoş gəlmişsiz; Lap vaxtında 
gəlmişsiniz; Həmişə siz gələsiniz; Göz üstə gəldin; Sizin gəlişinizə şadam; Sizi arzulayırıq; 
Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz var olsun; Buyurun, buyurun əyləşin, 
qurbandı sənə və s. 
 8. Dəvət etmək məqsədilə
: Xoş gəlmisiniz; Buyurun qonağımız olun; Qal qurbanın 
olum; Qapımız həmişə üzünüzə açıqdır; Siz bizim üçün həmişə əzizsiniz və s.
9. Vidalaşma məqamında
: Sizi səbirsizliklə gözləyirik; Salamat qalın; Zəhmət çəkdiniz
Sizə əziyyət verdik; Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; Allah amanında; Eviniz 
abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir daha evimizdə görsək şad olarıq; İnşallah 
qismət olsa, biz yenə görüşərik; Allah yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin