1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   54   55   56   57   58   59   60   61   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Mövzu :28 Diskussiya mədəniyyəti 
Plan: 
1.Dialoq 
2.Diskussiya zamanı dialoqun şərtləri 
3.Diskussiyada nitqin tonu 
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, 
diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, 
hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə 
çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir. “Dialoq” termini 
yunanca “dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir 
mübadiləsi mənasını ehtiva edir. Geniş mənada
dialoq 
müxtəlif əqidələrə, 
mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, 
mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə 
edilməsi yoludur. Dialoq, əsasən, iki şəraitdə aparılır:
a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, 
çayxanalarda və s.; 
b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris 
auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların 
normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik 
normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o 
deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, 
müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi 
mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, təfərrüata yol verdiyi zaman 
dinləyən tərəf “İcazə verin”, “Üzr istəyirəm”, “Sizin bu fikrinizə kiçicik bir düzəliş 
vermək istəyirəm”, “İcazə verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi 
replikalarla onun danışığına müdaxilə edə bilər. Diskussiyada iştirak edənlər öz 
mövqeyini dəyişmək istəmədikdə belə deyilməlidir: “Mən sənin fikirlərini 
qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox əminəm”. Danışan həmkarının fikirləri 
ilə razı olmaya bilər, lakin bununla belə ortaq məxrəcə gəlmək üçün yolların 
axtarılmasından imtina etməməlidir. Fikirlər qarşılıqlı anlama şəraitində, etik normalar 
çərçivəsində müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır. 
Dialoq “Qurani–Kərim”də öz əksini tapmışdır. Orada səmmiyyət dialoqun vacib 
məqamlarından biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif insanlar arasında 
münasibətlər qarşılıqlı etimad əsasında qurulduqda səmərəli nəticə verə bilər. “Qurani-
Kərim” əhli-kitabla hikmət və gözəl öyüdlə mübahisə etməyi tapşırır: “(Ya Rəsulum), 


insanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (möizə) ilə Rəbbinin 
yoluna dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə 
müvafiq şəkildə) mübahisə et”.
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və 
təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə olmur. 
Tərəflər mümkün qədər daha çox danışmağa, haqq-nahaq müsahibini susdurmağa, öz 
dediyini sübut etməyə çalışır, ucadan, qışqıra-qışqıra danışırlar. Çox təəssüf ki, 
televiziya ekranında bəzən belə dialoqa tamaşa etməli oluruq. Belə verilişlərin birində 
iqtidaryönlü partiyalardan birinin nümayəndəsi ilə müxalifətdən olan partiyanın 
nümayəndəsi dialoqa cəlb olunmuşdu. Hər iki tərəf aparıcının sualı ətrafında öz 
partiyasının mövqeyini izah etməyə çalışırdı. Mübahisə qızışmışdı. Onların biri digərinə 
danışmaq üçün imkan vermirdi, hər ikisi eyni zamanda danışırdı. Aparıcı onları 
sakitləşdirə bilmirdi. Tamaşaçılar bu dialoqdan heç bir şey anlamadılar, yalnız 
təəssüfləndilər. Bu cür situasiyalarda dialoqa girən tərəflər müsahibinin məqsədsiz, 
əhəmiyyətsiz hərəkətlərinin, qərəzli, tendensiyalı fikirlərinin, uzun-uzadı danışığının 
qarşısını ehtiyatla və yüksək təvazökarlıqla almaq bacarığına yiyələnməlidir. Dialoq 
nəsə öyrənmək, inkişaf etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır. 
Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar 
nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır. 
2. Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir. 
Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir.
3. Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin mənbələr, 
statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir. 
4. Fikir ayrılığının yaranacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün 
dəlillər, sübutlar hazırlamalıdır. Sübutlar məntiqi təfəkkürə əsaslanmalı, inandırıcı olub 
qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. 
Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır. 
5. Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları ilə 
razılaşmalıdır.
6. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunu etiraf 
etməyi bacarmalıdır. 
7. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.


8. Tənqid zamanı emosiyaya qapılmamalı, qəzəblənməməli, təhqir və istehzaya yol 
verilməməlidir. 
9. Diskussiyanın məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır. 
10. Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir.
İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət 
olunmalıdır. Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir. Yerindən və 
məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan istifadə olunur. Əgər 
söhbət auditoriya qarşısında gedirsə, natiq bir qədər yüksək tonla danışmalıdır ki, 
fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tonu təbiidir, dinləyiciləri tam şəkildə 
razı salır.Digər situasiyada – dəhlizdə, yeməkxanada, ictimai nəqliyyat vasitələrində
mağazada, məclisdə və s. yerlərdə yüksək tonla danışmaq, mübahisə etmək, ucadan 
gülmək ədəbsizlik və nəzakətsizlik kimi qəbul olunur. Belə danışıq tərzi digərlərini 
əsəbiləşdirir, onların dincliyini, istirahətini pozur.
Uşaqlar normal danışıq tonuna hələ kiçik yaşlarından alışmalıdırlar. Valideyn 
onlarla mülayim bir tonda danışmalıdır. Tədris prosesində də şagird və tələbələrlə 
ünsiyyətdə müəllim öz nitqinə xüsusi fikir verməli, müsahibini razı salacaq bir tonda 
danışmağı bacarmalıdır. Natiqin danışıq tonu digərləri üçün nümunə olmalıdır. 
Eşidənlər onun nitq tonunu imitasiya etməli, öz danışıqlarını həmin səviyyəyə 
uyğunlaşdırmalıdırlar. Çox təəssüf ki, bəzən nitqin bu keyfiyyətinə istənilən səviyyədə 
riayət olunmur.Danışıq zəminində baş verən narazılıq əksər hallarda nitq tonunun 
pozulması, həddindən yüksək danışmaq, qışqırmaqla bağlı olur.
Dediklərimizdən aydın olur ki, nitqin normal tempi ictimai ünsiyyətdə olduqca 
əhəmiyyətli bir məsələdir. Hər bir mədəni və savadlı adam, xüsusilə kütlə ilə ünsiyyətdə 
olan natiq bu keyfiyyətə yüksək dərəcədə yiyələnməlidirlər. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin