1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


partlayışa gətiribb çıxarmaması üçün məsələnin konstruktiv həlli yolu axtarılıb



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   51   52   53   54   55   56   57   58   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)


partlayışa gətiribb çıxarmaması üçün məsələnin konstruktiv həlli yolu axtarılıb 
tapılmalıdır. Əgər belə bir emosional diskomfort yaranmışsa, bu zaman mühazirəçi 
problemin həlli ilə bağlı auditoriyaya müraciət etməli, iştirakçıların fikrini öyrənməlidir. 
Ola bilsin ki, dinləyicilər mühazirəçinin mühakimələri ilə razılaşmasın. Lakin hər halda 
auditoriyadakı əvvəlki gərginlik azalır, dinləyici aqressivliyi aradan qalxır. 


Mövzu:27 Nitqin etik qaydalarına əməl etmək 
Pan: 
1.Nitqdə etik qaydaların göstərilməsi 
2.Etikaya zidd sözlərə qarşı mübarizə 
3.Nitq etiketi 
4.Nitqdə təvazökarlıq 
Danışıq zamanı başqasının heysiyyətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb 
qaydalarına uyğun olmayan söz və ifadələrə (məsələn, zırrama, qurumsaq, qanmaz, 
anlamaz, gopa basma, içəri soxulmaq, meymun, keçəl, xosunlaşmaq, kəllən haqqı, 
böyük fısqırıq, burnunu soxmaq, əkilmək, məzələnmək, anqırmaq, bağırmaq, 
soxuşdurmaq, burcutmaq, aradan sürüşmək, dürtmək (yemək mənasında), sərsəm, 
boşboğaz, toqqanın altını bərkitmək, özü doğub göbəyini özü bağlamaq, ipli-mıxlı yoxa 
çıxmaq, eşşəyin quyruğuna bağlamaq və s.) yol verilməməlidir. Bu cür sözlər və ifadələr 
hansı münasibətlə deyilməsindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır və 
çox zaman adamların inciməsinə, bəzən isə hətta savaşmasına da səbəb olur.
Xalqın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun müəyyən nitq etiketi 
normaları, qaydaları vardır ki, hər bir mədəni və savadlı adamın onlara əməl etməsi 
nitq mədəniyyəti baxımından zəruri sayılır. Danışığın milli mintalitetimizə uyğunluğu 
ünsiyyətin müxtəlif məqamları, situasiyalarında söz, ifadə, nitq etiketlərindən düzgün 
istifadə edilməsində özünü göstərir. Ən münasib, xoşagələn etiketlərin (nəzakətli, 
ürəkaçan söz və ifadələrin) yerində işlədilməsi ünsiyyətə girənlər, dinləyicilər 
tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu, istəyi, hətta bəzən də taleyi çox zaman 
onun müvafiq nitq etiketlərini işlədə bilməsindən asılı olur. Bu tələblərin 
gözlənilməməsi insanların narazılığına, münasibətin, qarşılıqlı anlaşmanın pozulmasına 
gətirib çıxarır. 
Ali məktəb praktikasında tələbələrin onlara dərs deyən müəllimi başqası ilə əvəz 
etmək barədə müraciətinin dəfələrlə şahidi olmuşuq. Müəllim və tələbə münasibətində 
belə xoşa gəlməyən hal əksərən danışıq etikasının pozulması, tələbəyə qarşı kobud söz 
və ifadənin işlənilməsi nəticəsində baş verir. İnsan bütün hallarda öz danışığına nəzarət 
etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, heç bir vəziyyətdə etika qaydaları 
pozulmamalıdır. Xüsusi gərginlik keçirən adamlar çox vaxt əsəbi danışır. Belələrinə onu 
tanıyanlar “əsəbidir, bənd olmayın” deyə bəraət verirlər. Əslində heç də belə 
olmamalıdır. Qeyri-normal danışığa görə adamlar məzəmmət edilməlidir. Həm ailədə, 
həm də ictimai yerlərdə nitqin etik normaları gözlənilməli, lüzumsuz, təhqiramiz sözlər 
işlədilməməlidir. 


Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə, 
mənliyinə hörmət edilməlidir. Amma çox vaxt belə olmur. Müəyyən bir münaqişə 
fonunda tərəflərdən biri başqasına qarşı qaba və nalayiq sözlər, ifadələr (məs.: qotur, 
yaramaz, alçaq, ləçər, əclaf, tülkü, bayquş, qoyun, eşşək, donuz, heyvərə və s.) işlədir 
ki, bununla da onu təhqir edir, şəxsiyyət və mənəviyyatını alçaldır. Başqasına qarşı hər 
hansı bir münasibətlə qaba və təhqiredici sözlər işlətməsi həmin adamın özünün lazımi 
əxlaqi keyfiyyətə sahib olmadığını göstərir.
İnsanlar arasında müxtəlif səbəbdən konfliktlər, narazılıqlar, mübahisələr və s. ola 
bilər. Bütün hallarda etik normalar gözlənilməli, təhqiramiz sözlərə, ifadələrə yol 
verilməməlidir. Bunları işlədənlər tənbeh olunmalıdır. Nitqə verilən bu tələb məktəb 
praktikasında xüsusi əhəmiyyət kəsb edir. Nitqin etik normalarını şagird və tələbələr 
daha çox müəllimin danışığı ilə mənimsəyir, əxz edirlər. Bu cəhət nəzərə alınmalı, hər 
hansı bir səbəbdən əsəbilik keçirən müəllim şagird, tələbə və digərləri ilə ünsiyyətdə 
özünü dərhal ələ almağı, danışığında heysiyyətə toxunan, şəxsiyyəti təhqir edən söz və 
ifadələr (məsələn, qanacaqsız, tərbiyəsiz, alçaq, yekəbaş, başdan xarab, qanmaz, 
heyvərə, kütbeyn, tupoy və s.) işlətməkdən çəkinməlidir. 
Müəllim-şagird, müəllim-tələbə münasibətində müəllimin davranışı, rəftarı, şəxsi 
mədəniyyəti, ən başlıcası isə davranış tərzi hər zaman önəmli rola malik olmuşdur. Son 
psixoloji ədəbiyyatda təlimin humanistləşdirilməsi şəraitində müəllimin xarakteri 
aşağıdakı cəhətdən səciyyələndirilir: hər şagirdə hörmətlə yanaşmaq, onun taleyi ilə 
yaxından maraqlanmaq, şagirdin qabiliyyət və istedadına optimistcəsinə hörmət 
etmək, şagirdlə partnyor kimi əməkdaş olmaq, stimullaşdırma yolu ilə şagirdlərdə daxili 
motivlər yarada bilmək, şagird nöqsanlarına dözümlülük göstərməyi bacarmaq, 
ünsiyyət mədəniyyətinə sahib olmaq. Rusiya məktəblərində bu məqsədlə “Ünsiyyət 
mədəniyyəti” adlı fənn tədris olunur. Həmin fənnə təkcə nitq mədəniyyəti deyil, 
dilxarici aspektlər də daxil edilmişdir. 
Göründüyü kimi, ünsiyyət, danışıq mədəniyyəti ziyalı - müəllim portretinin əsas 
cizgilərindən biridir. Nitqin etik normalarının daşıyıcısı və qoruyucusu kimi müəllim bu 
sahədə valideynlərlə müntəzəm söhbət aparmalıdır. Bəzən valideynlər, ata-ana, ailənin 
digər yaşlı üzvləri evdə bir-birinə qarşı normal olmayan münasibət zəminində kobud, 
təhqiramiz sözlər işlədirlər. Belə sözlər dərhal uşaqların danışığına keçir, başqaları ilə 
kiçicik ixtilaf zamanı həmin sözləri işlədirlər. Valideynin uşağa hər hansı bir münaqişə 
zəminində bu cür sözlər işlətməsi daha dözülməzdir. Uşağa məhəbbət, uşaq 
şəxsiyyətinə hörmət halhazırda qabaqcıl ölkələrin tərbiyə sistemində çox əhəmiyyətli 
məsələ hesab olunur. Amerika pedaqoqu məşhur Benciamin Spok özünün “Analarla 
söhbət” kitabında uşaqlara, onların şəxsiyyətinə hörmət və ehtiramdan bəhs edərək 


göstərir ki, uşaqlar hər hansı bir səbəbdən intizamsızlıq edirsə, qayda-qanunu pozursa, 
biz, adətən, özümüzü həmin şagirdi vaxtında nəzarətdə saxlamamaqda və ya ona qarşı 
lazımi cəza tədbiri görməməkdə məzəmmət edirik. Əslində isə heç də belə olmamalıdır. 
Bunun səbəbini uşağa, onun şəxsiyyətinə müəllimin, valideynlərin və digərlərin 
hörmətinin, məhəbbətinin, sevgisinin, nəvazişinin azlığında, etinasızlıq və biganəliyində 
axtarmaq lazımdır . 
Natiqin nitqi, danışığı onun şəxsiyyətini, mədəni səviyyəsini, dünyagörüşünü 
müəyyənləşdirən, ətrafdakılarla münasibətini nizamlayan başlıca amildir. Təcrübədə 
olduğumuz məktəblərdə divardan asılmış davranış qaydalarının bir neçəsində müəllim 
nitqinə verilən tələblərdən bəhs olunur. Çalışın, nitqinizdə qüsurlara yol verməyəsiniz. 
Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alıb onlarla danışmaqda ehtiyatlı olun. 
Şagirdlərə müraciət edərkən pedaqoji qayda və tələblərə riayət edin və s. Bu tələblərdə 
aydınlıq və konkretlik az olsa da, hər halda müəllim nitqinin etik normalarına əməl 
olunmasının vacibliyi qeyd edilir, nəzərə çarpdırılır. 
Yeri gəlmişkən göstərək ki, məktəblərimizin yarandığı dövrdən etibarən müəllim və 
yazıçıların tərtib etdikləri dərslik və dərs vəsaitlərində (Abbasqulu ağa Bakıxanov. 
“Nəsihətnamə”, 1836; Seyid Əzim Şirvani. “Məcmuəyi-asari Seyid Əzim Şirvani”, 1870; 
Firudin bəy Köçərli. “Balalara hədiyyə”, 1912; Şeyxzadə Hafiz Məmmədin. “Fəsahət və 
bəlağət, fənni-inşa və üsuli-kitabət”, 1908 və s.) nəzakətli hərəkət, danışıq məsələlərinə 
xüsusi əhəmiyyət verilmişdir. Bu məqsədlə dərslik və vəsaitlərə şagirdləri mədəni nitqə, 
nəzakətli davranış qaydalarına yiyələndirmək baxımından faydalı sayılan bir çox 
nəsihətlər, məzəli əhvalatlar, hekayələr, atalar sözləri, zərbi-məsəllər və s. salınmlşdlr. 
Bu təcrübə, ənənə mövcud dərsliklərin tərtibində nəinki nəzərə alınmalı, həm də 
inkişaf etdirilməlidir. 
Aşağı siniflər üçün yazılmış dərsliklərdə mədəni davranış, danışıq qaydalarını, 
böyük-kiçik münasibətlərini ifadə edən etiketlərin bəziləri məktəb dərsliklərində - 
mətnlərdə, çalışmalarda çox da olmasa, müəyyən dərəcədə öz əksini tapmışdır. 
Mədəniyyətə, o cümlədən də nitq mədəniyyətinə sahib olmaq rəhbər işçi üçün 
daha vacibdir. Kollektivdə şəxsiyyətlərarası münasibətləri tarazlamaq, münaqişəli 
məsələləri yoluna qoymaq, sağlam psixoloji iqlimi yaratmaq, çağdaş idarəetmənin 
tələblərini yerinə yetirmək üçün rəhbər işçi digər keyfiyyətlərlə yanaşı, yüksək 
mədəniyyətə, nümunəvi danışıq qabiliyyətinə sahib olmalıdır. 
Nəzakətli ünsiyyət, xoş rəftar və qarşılıqlı anlaşma harda varsa, xeyirbərəkət də 
ordadır, orada işlər gedir, əmək məhsuldarlığı artır, adamlar sağlam və uzunömürlü 
olurlar. Bəziləri hesab edirlər ki, işçini ram etmək üçün onunla kobud danışmaq, sərt 


rəftar daha yaxşıdır. Burada qədim yunan filosofu Sokratın bir kəlamı yerinə düşərdi: 
“İnsan dünyanı dərk etməzdən əvvəl özünü dərk etməlidir”. Doğrudan da, insan üçün 
çətin şeylərdən biri özünüdərketmə, “mən”in dərkidir. Özünü dərk edənlər həm də 
yüksək nitq mədəniyyətinə, nəzakətli danışıq qabiliyyətinə, təmkin və səbrə sahib 
olurlar. 
Həyatın bütün sahələrində, xüsusən dövlət idarəçiliyində insanlara göstərilən 
xidmətlərdə etik qaydalara əməl olunması vətəndaş məmnunluğunun təmin edilməsi 
baxımından xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikasının Prezidenti 
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 
yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin 
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 
13 iyul 2012-ci ildə imzaladığı fərmanda vətəndaşlara münasibətdə etik qaydalara, 
nəzakətli davranışa əməl olunması, vətəndaş məmnunluğunun təmin edilməsi zəruriliyi 
xüsusi qeyd olunmuşdur. Fərmanda bu məqsədlə fəaliyyət göstərəcək dövlət 
orqanlarının əməkdaşları üçün etik davranış üzrə kursların təşkili, vətəndaş axınının 
idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarığını inkişaf etdirən 
müxtəlif treninqlərin keçirilməsinin təmin olunması tələb edilir. Dövlət orqanları 
əməkdaşlarının qarşısına qoyulan bu tələb cəmiyyətimiz üçün olduqca önəmlidir, onun 
yerinə yetirilməsi çox vacibdir.
Böyük Nizami çox yerində demişdir:
Çalış ədəbli ol hər sözündə sən 
Ədəblə danışsın səni dinləyən. 
Əqilli bir işdir yumşaq danışmaq, 
Axmağın işidir kobudluq ancaq. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin