1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   50   51   52   53   54   55   56   57   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

yürütmək tərzi 
Plan: 
1. Rəy söyləmək 
2 .Münasibət bildirmək 
3. Məsləhət vermək 
4. Mühakimə yürütmək 
İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə münasibət bildirir
rəy söyləyirlər. Orta və ali məktəb praktikasında rəy söyləmək, münasibət bildirmək 
məzmun və formasına görə müxtəlifdir, rəngarəngdir. Şagird danışığına, oxusuna, yazılı 
işlərinə rəy vermək, ali məktəbdə tələbə nitqini məzmun və forma baxımından 
qiymətləndirmək, yoxlama, kurs işi və sairəyə rəy vermək, başqasının nitqinə 
münasibət bildirmək, istiqamət vermək və s. Bu iş ali məktəb həyatında açıq dərsləri 
müzakirə etmək, elmi işlər, müdafiə olunacaq əsərlər barədə fikir söyləmək və s. 
formalarda daha geniş bir şəkildə tətbiq olunur. Həm şifahi, həm də yazılı formada 
verilən rəylər, söylənilən fikirlər fəaliyyət və işin məzmunundan, keyfiyyətindən, iş 
görənin şəxsiyyətindən asılı olmayaraq bütün hallarda dilin etik ölçülərinə uyğun 
olmalı, hissiyyata, mənliyə toxunan fikir və ifadələrə yol verilməməlidir. İstər şifahi, 
istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirilərkən “İş yararsızdır”, 
“Tarixdən xəbəri yoxdur”, “Hətta sözləri sətirdən-sətrə keçirə bilmir”, “Boş və mənasız 
fikirlərdir” və s. kimi ifadəılərin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa 
tərzdə, məsələn: “Təfərrüata yol verilmişdir”; “Bəzi fikirlər aydın deyildir”; “Bu barədə 
daha əsaslı faktlar gətirmək olardı”; “Bir qədər səthilik nəzərə çarpır”; “Bu hissənin 
yenidən işlənilməsi məsləhətdir” və s. kimi ifadə etmək olar və lazımdır.
Bəzi müəllimlərin şagird və tələbələrin cavabları barədə söylədikləri “Sən qanan şey 
deyil”, “Savadsızın birisən”, “Sən bunları başa düşməzsən”, “Tupoysan”, “Dünyadan 
xəbərin yoxdur”, “Əhsən sənin başına”, “Qorxuram ki, bu səndə alınmaya”, “Səndən 
heç nə çıxmayacaq” və s. kimi təhqiranə, neqativ rəylərlə, replikalarla heç cür 
razılaşmaq olmaz. Belə ifadələr şagird, tələbə və başqalarının şəxsiyyətini alçaldır, onu 
qəlbən incidir, təhqir edir, öz gücünə inamını azaldır. Belələri cavab verməkdən, fikrini 
bildirməkdən çəkinir, əksər hallarda susmağı üstün tuturlar. 
Sorğular göstərmişdir ki, bu cür neqativ qiymətləndirmə (ustanovka) nəticəsində 
adamların, xüsusən uşaq və gənclərin 90 faizində öz gücünə inamsızlıq yaranır. 
Psixoanalitiklər təsdiqləmişdilər ki, istədiklərinə nail ola bilməyənlərin – uğursuzların 
əksəriyyətinin şüurunda “açıq fraza” (“bu mənim işim deyil”, “bacarmaram”, “əlimdən 


gəlməz” və s.) olur ki, onu valideynlər, müəllimlər yaradırlar. Bu qəbildən olanlar hər 
hansı bir qərarı qəbul etmək istədikdə həmin fraza ona təsir göstərir, mane olur. Bu 
baryeri dəf etmək az-az adamlara nəsib olur.
Müəllim özünün aqressiv replikası, mənfi rəyləri ilə zəif oxuyan, bəsit düşünən 
şagirdin, tələbənin əl-qolunu sındırmamalıdır. Bunların əvəzində elə ifadələr işlədilməli, 
qüsurlar elə bir tərzdə göstərilməli, nəzərə çarpdırılmalıdır ki, (məsələn, “Cavabın pis 
deyil”, “İstəsən öyrənərsən”, “Bir az çox oxumaq, çalışmaq lazımdır”, “Bilmədiyin şeyi 
danışma”, “Bir qədər ətraflı danışmağa çalış”, “Fikirlərini ümumiləşdir”, “Konkret 
danışsan daha yaxşı olar” və s.) cavab verən razı qalsın, öz gücünə inamı artsın, onda 
oxumağa, öyrənməyə, cavab verməyə, mübahisəli məsələlərin izahatında iştirak 
etməyə səy yaransın. Belə bir humanistliyin müqabilində şagird və ya tələbə daxilən 
razı qalır, müəllim onun nəzərində yüksəlir, özünü borclu sayan şagirdin (həm də 
tələbənin) fəalliği nəzərə çarpacaq dərəcədə artır. Sədi demişkən:
Kimin olsa əgər bir şirin dili 
Tük ilə çəkər o dalınca fili. 
Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların fəaliyyəti ilə 
bağlı danışanda, yazılı və ya şifahi formalarda rəy söyləyəndə həmişə “yumşaq” sözlər, 
ifadələr işlətməyə çalışırlar. Bu yumşaqlıq heç də qüsurların üstündən keçmək, 
liberallıq göstərmək, kiməsə yaramaq mənasında başa düşülməməlidir. Burada 
qüsurlar, çatışmazlıqlar göstərilir, amma bir qədər başqa tərzdə, haqqında danışılana 
humanist mövqedən, xeyirxah bir məqsədlə müsahibi daha çox işlətməyə, oxumağa, 
çalışmağa sövq etmək, həvəsləndirmək üçün münasib sözlər, ifadələr işlədilir. 
Şirin, nəzakətli danışmaq Allahın, peyğəmbərin buyruğudur. Həzrət Əli Əleyhissalam 
buyurur: “Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin, şirin danışın”.
İnsan heç bir zaman başqasının uğursuzluğuna biganə qalmamalıdır. Nəyəsə nail ola 
bilməmək, ədalətsizliklə qarşılaşmaq, xəstəliyə düçar olmaq və s. nəticəsində insanlar 
çox zaman sarsılır, bədbinləşir, çıxış yolunu tapa bilmirlər. Belə vəziyyətdə, kiçicik bir 
diqqət – ürəkdən təəssüflənmək, bir-iki təskinedici söz, ifadə (məs.: “Onun fikrini 
çəkməyin, düzələr”, “Hər şey yaxşı olacaq”, “Siz tezliklə sağalacaqsınız”, “Ümidinizi 
üzməyin”, “Sizin haqlı olduğunuzu həyat özü göstərəcək” və s.) müsahibin keçirdiyi 
gərginliyin azalmasına, daxilən sakitləşməsinə səbəb olur. Bəzən adamlar bir-biri ilə 
görüşdükdə “Nə yaman qocalmısan?”, “Gözümə bir təhər dəyirsən”, “Niyə belə 
arıqlamısan?”, “Xəstələnib eləməmisən ki?” kimi ifadələr işlədir və ya müsahibin 
xəstəliyi, onun fəsadları barədə əhvalatlar danışılır ki, bunlar eşidənin durumuna mənfi 


təsir edir, onun ovqatını korlayır. Bunun əvəzinə qohuma, dosta, tanışa rast gələrkən 
“Çox yaxşısınız”, “Siz heç dəyişməmişsiniz”, “Siz həmişə olduğunuz kimi bu gün də şən 
və gümrahsınız”, “Sizin xəstəliyiniz çox asan müalicə olunur”, “Sizin xəstəliyiniz 
yüngüldür” və s. kimi ümidverici və təskinedici ifadələri işlətmək daha yaxşı olar.
Adamlar, ümumiyyətlə, hər hansı formada onlara əmr edilməsini o qədər də 
xoşlamırlar. “Bu işi edin” və ya “Bu işi etməyin” əvəzinə “Bu barədə fikirləşin”, “Bu iş, 
sizcə, bir nəticə verə bilərmi?” kimi ifadələr işlətmək daha yaxşı olar. Nitq praktikasında 
müsahibə “Düzgün danışmırsan” kimi irad tutmaq məsləhət görülmür. Bunun əvəziə 
“Yaxşı olar ki, bu haqda bir qədər düşünə idin”, “Fikrini başqa şəkildə necə ifadə edə 
bilərsən?” və s. ifadələrdə qarşı tərəfə müəyyən istiqamət vermək olar. Bütün hallarda 
hər hansı suala cavab verilməsi, tapşırığın yerinə yetirilməsi üçün adamlara imkan 
yaratmaq lazımdır. Bu cür yanaşma qüsurların islahı işini xeyli asanlaşdırır, insanda öz 
gücünə inam yaradır, o özünün başqaları, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini 
dərk edir.
Natiq mühakimə etmək, olanlara qiymət vermək bacarığına yiyələnməlidir. İnsan 
təfəkkürünə, məntiqinə, reallığa əsaslanan mühakimənin digər sahələrdə olduğu kimi, 
dil ünsiyyətində, adamların qarşılıqlı münasibətində, birbirini anlaması və hər hansı bir 
fəaliyyətə cəlb olunmasında rolu olduqca böyükdür.
Mühakimə yürütmək baxımından insanları ümumi şəkildə də olsa bir neçə qrupa 
ayırmaq olar. Birinci qrupa daxil olanlar hər hansı məsələ barəsində öz qəti fikrini 
bildirir, heç bir həll variantı ilə razılaşmırlar. “Bunun çarəsi yoxdur”, “Belə işə girişmək 
ağılsızlıqdır”, “Millətdən bundan artıq nə gözləmək olar”, “Torpaqlarımızı geri 
qaytarmaq qeyri-mümkündür”, “Tələbəni kitab oxumağa alışdırmaq müşkül məsələdir” 
və s. Bu cür şablon, avtoritar xarakterli mühakimə dinləyicini razı salmır, çox zaman 
konfliktə gətirib çıxarır.
Mühakimənin irrasional xarakterli digər formasında danışan hər hansı bir məsələdə 
özünü haqlı sayır, təqsiri başqasında görür: “Siz günahkarsınız?”, “Sizə görə biz geri 
qaldıq”, “Mən bu barədə sizi xəbərdar etmişdim”, “Sizi cəzalandırmaq lazımdır” və s. 
Belə yanaşmanın problemin həlli üçün heç bir əhəmiyyəti olmur. Bu nitq modelində 
məqsəd başqasını günahlandırmaq və öz qüsurunu pərdələməkdir. 
Başqa bir qrup insan danışarkən uğursuzluğa daha çox meyil edir və bəhs olunan 
məsələ barədə belə ümumiləşmə aparır: “Mən bilirdim ki, heç nə alınmayacaq”, 
“Mənimki həmişə gətirmir”, “Bunun başqa çarəsi yoxdur”, “Bunun axırı görünmür”, 
“Mən bunun belə olacağına əvvəlcədən bilirdim” və s. Uğursuzluğu təlqin edən bu cür 
mühakimə, nitq modeli dinləyicilərdə ümidsizlik yaradır, onları fəaliyyətsizliyə sövq 


edir, əhval-ruhiyyəyə mənfi təsir göstərir. Əgər bu nitq modelini müəllim işlədirsə (“Sən 
bunları bilməzsən”, “Sənin başın işləmir”, “Səndən heç nə olmayacaq” və s.) nəticə 
daha ağır olur. Öyrənən ümidsizliyə qapılır, öz imkanına, gücünə inamını itirir, 
oxumaqdan, öyrənməkdən birdəfəlik əl çəkir. Belə irrasional mühakimə kəskin, 
aftoritar tonla müşaiyət edildikdə dinləyicidə (dinləyicilərdə) emosional gərginliyi daha 
da artırır. Başqaları ilə ünsiyyətə girən hər hansı şəxs mühakimənin rasional 
formalarından, uyarlı nitq modellərindən istifadə etməyə çalışmalıdır. “Mən istəyirəm”, 
“Mən hesab edirəm”, “Mənə lazımdır”, “Bu mənim qəti fikrimdir”, “Ayrı cürə ola 
bilməz” və s. kimi irrasional nitq modelləri əvəzinə, dinləyicini razı salan, onları 
alternativ axtarmağa, öz fikir və rəyini bildirməyə sövq edən “Mən istərdim”, “Mən şad 
olardım”, “Sizin rəyinizi bilmək istərdik”, “Özümüz fikirləşməli, bir yol tapmalıyıq”, 
“Sizin fikrinizə şərikəm”, “Bu məsələdə özüm günahkaram, ona görə də səhvimi özüm 
düzəltməliyəm”, “Belə də olur”, “İnanıram ki, yaxşı düşünsək, hər şeyi yoluna qoya 
bilərik” və s. kimi modelləri işlətmək daha münasibdir, məqsədəuyğundur.
Natiqin, mühazirəçinin mühakimələrinin auditoriyada konfliktə, emosional 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin