Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   ...   18   19   20   21   22   23   24   25   26
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin

mətbuat xidməti

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21

Faks: 544-52-52

Nömrəyə məsul: Dilrubə Novruzova

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3646. Sifariş № 1126

Baş redaktor:

TURAL SƏFƏROV

    Muxtar respublikada təbiəti mü-

hafizəyə dair  aparılan fundamental

tədbirlər nəticəsində ərazidəki fauna

və floraya daxil olan nadir növlərin

təbiətdəki  vəziyyəti  yaxşılaşmış,

say dinamikası və tərkibi nəzərə-

çarpacaq dərəcədə artmışdır.

    Qeyd edək ki, təhlükəyə ən çox

yaxın olanlar məməlilər və sürü-

nənlər sinfi nümayəndələridir. Doğ-

rudan da, iri və nəzərə tez çarpan,

həmçinin əhali arasında sevilməyən

canlılar antropogen təsirlərə daha

çox məruz qalırlar. Bu növlərin əksəriyyəti

füsunkar təbiətimizin əvəzsiz təbii sərvəti,

qiymətli inciləri olub, beynəlxalq statuslu

növlərdirlər. Həssas canlılar olduqlarından

onları izləmək, xüsusən fotoşəkillərini çək-

mək çox çətindir. Bunun üçün biz Ümum-

dünya  Təbiəti  Mühafizə  Fondundan  və

onun Azərbaycan nümayəndə liyindən fo-

totələlər  alaraq,  onları  bir  il  müddətində

nadir növlərimizin yayıldığı başlıca zona-

larda  yerləşdirdik.  Azərbaycanda  bəbir,

çöl  pişiyi,  vaşaq,  oxlu  kirpi,  Xəzər  uları

və  sair  kimi  nadir  növlərin  açıq  təbiətdə

şəklini çəkmək mümkün olmamışdı. Ona

görə də başlıca məqsədimiz  bu növlərin,

xüsusən bəbir və çöl pişiyinin ərazimizdə

varlığını  isbat  etmək  üçün  onların  foto-

şəklini çəkmək idi. 

    Məlumat üçün bildirək ki, Azərbaycan

Respublikasının  “Qırmızı  Kitab”ına  və

Beynəlxalq  Təbiəti  Mühafizə  İttifaqının

“Qırmızı siyahı”sına daxil edilmiş bəbirlərin

Naxçıvan  Muxtar  Respublikasında  məs-

kunlaşdığı yerlərdə xüsusi mühafizə olunan

təbiət əraziləri yaradılmışdır. Azərbaycanda

Ümumdünya Təbiəti Mühafizə Fondu ilə

əməkdaşlıq  çərçivəsində  ölkə  faunasının

ən nadir növlərindən biri olan bəbirin mü-

hafizəsi istiqamətində Azərbaycanın cənub

bölgəsində də iş aparılmış və həmin ərazidə

bəbirin mövcudluğunu isbat edən faktlar

toplanılmışdır. 

    Qafqaz ekoregionunda bəbirlərin mü-

hafizəsinə  dair  Milli  Fəaliyyət  Planının

tərtib  olunmasında  Beynəlxalq  Təbiəti

Mühafizə  İttifaqının  bütün  dünyada  pi-

şikkimilərin nadir nümayəndələrinin mü-

hafizəsi ilə məşğul olan ekspertləri Tbilisi

şəhərində  toplanaraq  monitorinq  keçir-

mişlər.  Həmin  tədbirdə  ekspert  kimi  biz

də  iştirak  etmişik.  Bu  əməkdaşlıq  çərçi-

vəsində  2009-cu  ildə  Azərbaycanda  bə-

birlərin mühafizəsinə dair Milli Fəaliyyət

Planı təsdiqlənmişdir. Fəaliyyət Planı iki

əsas istiqamətdə işlərin aparılmasını nə-

zərdə  tuturdu:  bəbirlər  yaşayan  xüsusi

mühafizə  olunan  təbiət  ərazilərinin  mü-

hafizəsinin gücləndirilməsi və ölkə üzrə

növün populyasiyalarının monitorinqi. 

Qeyd edək ki, bir-birindən izolə olunmuş

populyasiyalar arasında gen mübadiləsini

təmin etmək məqsədilə

gələcəkdə  iri  landşaft

vahidləri (ekoloji dəh-

lizlər) səviyyəsində iş-

lərin aparılması da nə-

zərdə tutulmuşdur. Bu

işlər  muxtar  respubli-

kada  Zəngəzur  Milli

Parkının (Kilit və Ko-

tam kəndləri əraziləri)

və Ordubad Dövlət Tə-

biət  Yasaqlığı  (Dərə-

şam ərazisi) ərazilərin-

dən  keçidlər  nəzərə  alınmaqla  həyata

keçirilmişdir. 

    Nəhayət, aparılan uzunmüddətli müşa-

hidələr  nəticəsində  6  sentyabr  2012-ci  il

tarixdə Zəngəzur Milli Parkının Ordubad

rayonunun  Kilit  kəndi  ərazisində  əmək-

daşlarımızla birlikdə (İ.Məmmədov, P.Fə-

tullayev, A.İsmayılov) quraşdırdığımız fo-

totələlər vasitəsilə bəbirin yetkin fərdinin

ilk fotoşəklini çəkə bildik. Fotoşəkli çəkilən

bəbirin gənc, dişi fərd olması xüsusilə se-

vindirici haldır. Çünki bu cür fərdlər onlara

uyğun mühitdə yaşayaraq davamlı popul-

yasiyanın yaranmasına başlanğıc verir. Bu

fakt  son  illərdə  xüsusi  mühafizə  olunan

təbiət ərazilərində heyvanat aləminin mü-

hafizəsi  tədbirlərinin  gücləndirilməsinə,

ekoloji maarifləndirmə işinin aparılmasına

real nümunə hesab oluna bilər. Bəbirə aid

topladığımız ixnotakson əlamətlərin möv-

cudluğunun ən çox rast gəlindiyi zonalar

Ordubad rayonunun Xorxat (2378), Xaş-

lıdağ (2689), Soyuqdağ (3147), Sərkidağ

(2697), Qapıcıq (3904) və Dərəşam dağları

əraziləridir. 

    Bəbir (Panthera pardus) – Bu növün

keçmiş SSRİ ərazisində 2 yarımnövü vardır

ki,  onlardan  da  yalnız  Ön  Asiya  bəbiri

respublikamızda yaşayır. Muxtar respub-

likada azsaylı olmasına baxmayaraq, keç-

mişdə, demək olar ki, Noxuddağdan (Şərur

rayonu) başlayaraq Soyuqdağa (Ordubad

rayonu) qədər ərazilərdə yayılmışdır. Tə-

biətdəki  vəziyyəti  böhran  həddinə  çatan

və nəslinin kəsilmək ehtimalı olan növdür.

Bu növ bir neçə illərdir ki, çox nadir hal-

larda çoban və yegerlərə rast gəlirdi, lakin

ixnotakson materiallar bəbirin ərazimizdə

mövcud  olduğunu  və  daimi  yaşadığını

göstərirdi. 

    Bu bəbir növü vaxtı ilə Azərbaycanın

qalın  meşələrində,  qayalıqlarında  geniş

yayılmış  yırtıcılardan  hesab  olunurdu.

Lakin hal-hazırda sayı çox azalmışdır. Də-

rələyəz  və  Zəngəzur  silsiləsinin  meşəli-

kollu, sıldırım qayalı ərazilərində, əsasən,

bezoar  keçiləri  və  muflon  qoyunlarının

yayıldığı  zonalarda yaşayır.  

   Ümumdünya Təbiəti Mühafizə Fondu-

nun  ekspertləri  E.K.Əskərov  və  V.S.Lu-

karevski ilə birlikdə təşkil etdiyimiz eks-

pedisiya zamanı toplanan ixnotakson əla-

mətlər Naxçıvan Muxtar Respublikası əra-

zisində bəbirin 3 və ya 4 ailəsinin yaşadığını

güman  etməyə  əsas  vermişdir.  Zəngəzur

Milli  Parkı  ərazisinə  daxil  olan  Kotam

vadisində, Gəmiqaya, Qapıcıq və Əyriçayın

mənsəbinə yaxın “Keçi ağılı” adlı dağlıq

sahələrdə  bu  bəbirin  daimi  yaşadığı  də-

qiqləşdirilmişdir. Növün əsas limitləşdirici

faktorları tədqiq edilməmişdir, ancaq na-

rahatedici  faktorların  və  qida  bazasının

azlığının başlıca rol oynadığı şübhəsizdir. 

    Apardığımız müşahidələrə və çobanların,

yegerlərin,  hərbçilərimizin  məlumatına

əsasən, bəbirlə ildə 1-2 dəfədən artıq rast-

laşma  halları  olmur.  Bəbirlərin  qidasını

dağ keçiləri və muflonlardan başqa, həmin

ərazidə yaşayan oxlu kirpi, kəkliklər, Xəzər

uları və digər canlılar da təşkil edir. 

    Qafqazda  cütləşmənin  yanvarda  baş

verdiyi  güman  edilir,  balalar  isə  aprel-

may aylarında doğulur. Bir nəsildə, adətən,

2-3 bala olur. Yegerlərin məlumatına görə,

Kotam  vadisində  yanında  2  balası  olan

bəbir sübh tezdən su içmək üçün Kotam-

çaya  enmişdir.  Bəbir  keçmiş  SSRİ-nin

(1984), Azərbaycanın (1989), o cümlədən

Azərbaycan  Respublikasının  ayrılmaz

tərkib hissəsi olan  Naxçıvan Muxtar Res-

publikasının (2006) “Qırmızı Kitab”larına

salınmış və yarımnövü göstərilmədən ov-

lanılması qadağan olunmuşdur. Zəruri qo-

runma tədbiri kimi qeyd edilən zonalarda

mühafizə işi daha da gücləndirilməli, əra-

zimizin incisi kimi bu növ qorunmalıdır.

    Çöl pişiyi (Felis libyca forster) – Pişik

cinsinə  daxil  olan  növlər  içərisində  çöl

pişiyi ev pişiyindən böyük, meşə pişiyindən

isə  bir  qədər  kiçik  olub,  nəzərəçarpacaq

dərəcədə  uzun  quyruqludur.  Respublika-

mızın ərazisində çöl pişiyinə nadir hallarda

Muğan  və  Salyan  düzündə,  Hacınohur

çöllərində və Naxçıvan Muxtar Respubli-

kasının Araz çayı vadisində təsadüf edilir.

Başlıca olaraq, ərazinin  düzənlik və orta

dağlıq zonasının çöl, meşə-çöl və qamışlıq

sahələrində yaşayır. Növün  yaşadığı yer-

lərdə rastgəlmə intensivliyinin xeyli aşağı

düşdüyü  müşahidə  olunmuşdur.  Əsas  li-

mitləşdirici faktorları antropogen amillər

və qida çatışmazlığı hesab edilir.

    Çox nadir hallarda görünən, demək olar

ki, gizli həyat tərzi keçirən pişik növüdür.

Bədəninin  uzunluğu  53-70,  quyruğunun

uzunluğu  isə  23-25  santimetrdir.  Çəkisi

5,3 kiloqrama qədərdir. Quyruğu uzun və

nazikdir.  Boyun  nahiyəsində  4  uzunsov

tutqun zolaq, bel və qarın tərəflərində isə

seyrək dairəvi qara ləkələr vardır. Bütün

sutka ərzində, xüsusilə axşam və sübhçağı

fəal olur. Əsas etibarilə, gəmiricilərlə (si-

çanlarla), bəzi hallarda isə dovşan və quş-

larla qidalanırlar. Əsasən, porsuq və tülkü

yuvalarından istifadə edir, bəzən də kol-

luqların arasında yuva qururlar. Çöl pişi-

yinin  cütləşməsi  yanvar-fevral  aylarında

olur.  2  ay  sonra  doğulan  balalar  avqust

ayının ortalarından sərbəst yaşamağa baş-

layırlar. Tükdəyişmə prosesi ildə iki dəfə

– mart-may və sentyabr-oktyabr aylarında

olur. Sayı az olduğundan ovlanması qəti

qadağan  edilmişdir.  Bəzi  heyvanat  park-

larında  saxlanılmasına  baxmayaraq,  ço-

xaldılması  haqda  məlumat  yoxdur.  Qo-

runması üçün Azərbaycanın, o cümlədən

Naxçıvan Muxtar Respublikasının “Qırmızı

Kitab”larına salınaraq ovlanılması qadağan

edilmişdir. Ordubad və Arazboyu Dövlət

Təbiət yasaqlıqlarında ciddi mühafizə olu-

nur. Böyük  maraq doğurmasının bir səbəbi

də çöl pişiyinin ev pişiyinin birbaşa əcdadı

hesab  edilməsidir.  İnsan  fəaliyyəti  və  ya

digər  abiotik  amillərin  təsirindən  arealı

qısalan, biologiyası zəif öyrənilən bu növün

Azərbaycanda  ilk  dəfə  olaraq  Dərəşam

ərazisində  fototələ  vasitəsi  ilə  bir  neçə

fərdinin fotoşəklini çəkə bilmişik. 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin