Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
Kolanı Kənd Uşaq Musiqi 

Məktəbində saz ifaçıları 

yetişdirilir

    2008-ci  ildə  kənddə  aparılan

genişmiqyaslı  quruculuq  tədbir-

lərindən  bu  mədəniyyət  müəssi-

səsinə  də  pay  düşmüş,  məktəb

yeni  binaya  köçürülmüşdür.  Ya-

radılmış müasir şəraitdə fəaliyyə-

tini davam etdirən musiqi məktə-

bində musiqi sədaları dəhlizi bü-

rümüşdü. Məktəbin direktoru Akif

Məmmədovla birgə əksər siniflərə

daxil olub şagirdlərin ifasını din-

lədik. Şagirdlərin ifaları bizdə xoş

təəssürat  yaratdı.  Buraya  musiqi

təhsili almaq üçün Aşağı və Yuxarı

Qışlaq, Ağbulaq və Gömür kənd -

lərindən də gəlirlər. Öyrəndik ki,

1989-cu  ildən  fəaliyyət  göstərən

məktəbin  Biçənək  filialı  da  var.

Kolanı  Kənd  Uşaq  Musiqi  Mək-

təbində hazırda 226 şagirdin təhsili

ilə 49 müəllim məşğul olur. Ötən

il  məktəbi  bitirən  30  məzundan

3-ü ixtisasları üzrə musiqi təhsil-

lərini  davam etdirir. Milli musiqi

alətlərinin  tədrisinə  gəlincə  isə,

onu demək olar ki, musiqi məktə-

bində saz və balabana olan maraq

daha çoxdur. Belə ki, saz ixtisası

üzrə 35, balaban ixtisası üzrə 11

şagird təhsil alır. 

    “Bu kənddə musiqiyə marağın

olması təəccüblü deyil. Buralarda

yaşayan,  kəndin  təmiz  havasını

udan,  dumduru  bulaq  sularından

içən, səfalı mənzərələrini seyr edən

adamda daim ruh yüksəkliyi olar,

yazıb-yaratmaq, oxumaq eşqi olar”.

Bu sözləri kəndə gəlişimizdən xəbər

tutub  bizimlə  həmsöhbət  olmağa

gələn  sinəsi  dolu  86  yaşlı  Cəbi

Əhmədov  deyir.  O,  tulum  ustası

kimi  tanınır.  Hər  kəs  bu  kənddə

ona  hörmətlə  yanaşır. Yaşının  bu

çağında hələ də kənd meydanında

gənclərə milli musiqi alətlərimizdən

tulumun, qara zurnanın, balabanın

sehrindən  şövqlə  danışmaqdan

usanmır. Cəbi Əhmədov milliliyi-

mizi yaşadan və təbliğ edən canlı

örnəkdir.  


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin