Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Naxçıvan Muxtar Respublikasında



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   ...   18   19   20   21   22   23   24   25   26
Naxçıvan Muxtar Respublikasında

hər yeni il başlayarkən həyata ke-

çiriləcək  tədbirlərin  xarakterinə

uyğun olaraq, konkret məqsədlər

də müəyyənləşdirilir. 2012-ci ildə

milli-mənəvi  dəyərlər  sahəsində

tədbirlərə diqqət artırılacaq, milli

dəyərlərin  bərpası,  qorunması  və

gələcək  nəsillərə  çatdırılması  ilə

bağlı əvvəlki illərdə başlanmış təd-

birlər 2012-ci ildə daha geniş miq-

yasda  davam  etdiriləcəkdir.  Hər

birimiz bu sahədə fəaliyyətimizin

nəticəli  olmasına  çalışmalı,  milli

dəyərlər  ilində  muxtar  respubli-

kamızın  inkişafına  öz  töhfəmizi

verməliyik”.

    Bu bir həqiqətdir ki, dili olmayan

xalq ölümə məhkumdur. Qədim za-

manlarda 5 mindən artıq canlı dil

mövcud olub, amma zaman ötdükcə

bu  dillərin  sayı  xeyli  azalıb.  Biz

azərbaycanlılar fəxr edirik ki, milli

mədəniyyətimiz,  təhsilimiz,  xalq

musiqimiz  və  xalq  mahnılarımız,

ən başlıcası, milli dilimiz vardır.

    Xalqımızın daha parlaq gələcəyi

uşaqların  və  gənclərin  düzgün  tə-

lim-tərbiyəsindən  və  mükəmməl

formalaşmasından asılıdır. Vətənə,

torpağa, el-obaya, dövlət bayrağına,

insanlara, milli adət-ənənələrə mə-

həbbət ailədən və məktəbdən baş-

layır.  Uşaqlarımız  nə  qədər  geniş

dünyagörüşlü  olsalar,  milli  dəyər-

lərimizə  düzgün  yanaşar,  onların

qədrini bilər və qoruyub saxlayarlar.

Bu baxımdan müəllimlərin də üzə-

rinə böyük məsuliyyət düşür. Dərs

prosesində  və  əlavə  məşğələlərdə

mütəmadi olaraq milli dəyərlərimiz,

gözəl  adət-ənənələrimiz  yada  sa-

lınmalı,  bunların  əhəmiyyətindən

söhbətlər aparılmalıdır.

    Bu ilin muxtar respublikada “Mil-

li dəyərlər ili” elan edilməsini  biz

ziyalılar və ağsaqqallar da alqışlayır,

bunu ürəkdən dəstəkləyirik.

    Bu  mühüm  tədbirin  təbliğində

və həyata keçirilməsində ziyalıları-

mızın da rolu böyük olmalıdır. Öndə

ziyalılar olmaqla, hər bir azərbaycanlı

çalışmalıdır ki, milli dilimizi, mahnı

və rəqslərimizi, musiqimizi, musiqi

alətlərimizi,  milli  yeməklərimizi,

geyimlərimizi, mərasimlərimizi ol-

duğu  kimi  qoruyub  saxlasın.  Min

illər boyu süzgəclərdən keçmiş və

öz  varlığını  təsdiq  etmiş  milli  də-

yərlərimizə  ona  yaraşmayan  don

geydirmək olmaz. Yalnız xalqımızın

mentalitetinə  uyğun  müəyyən  əla-

vələr etməklə onu zənginləşdirmək

və inkişaf etdirmək olar. Buna görə

hər bir azərbaycanlının şərəfli bor-

cudur  ki,  milli  dəyərlərimizə  hör-

mətlə yanaşsın, onu göz bəbəyi kimi

qorusun, yaşatsın və gələcək nəsillərə

ərməğan etsin.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin