Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Şahbuzda toxunan xalçalar



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
Şahbuzda toxunan xalçalar

xüsusi keyfiyyəti ilə seçilib

...Yolumuz Aşağı Qışlağadır

    Naxçıvan  qədim  el  sənəti  nü-

munələrinin yaşadılması baxımın-

dan diqqətçəkən regionlardandır.

Nəsildən-nəslə  ötürülərək,  qoru-

naraq, sevilərək günümüzə qədər

gəlib  çatan  xalçaçılıq  sənətinin

unudulmaması faktı burada el sə-

nətinə göstərilən dövlət qayğısının,

naxçıvanlı qadınların xalq sənətinin

nümunələrini  uzun  illərdən  bəri

nəsillərdən-nəsillərə ötürmək ənə-

nəsinin təzahürüdür. Ələlxüsus da

muxtar  respublikamızda  xalçaçı-

lığın  yaşadılması  istiqamətində

həyata keçirilən tədbirlər bu qədim

el sənətinin yaşayacağına və heç

bir zaman unudulmayacağına zə-

manət verir. Milli dəyərimiz olan

bu el sənətini yaşatmaq, gənc nəslə

ötürmək, həmçinin milli naxış və

çeşnilərimizi yeni toxunan xalça-

larda  əks  etdirmək  üçün  muxtar

respublikamızda emalatxana, sex

və  dərnəklər  fəaliyyət  göstərir.

Aşağı  Qışlağa  üz  tutmağımızın

səbəbi  də  burada  2009-cu  ildən

yaradılan  xalçaçılıq  dərnəyi  ilə

tanış olmaq və xalçaçı qadınlarla

görüşmək idi. 

    Yuxarıda  da  qeyd  etdiyimiz

kimi,  Şahbuzun  bir  sıra  kəndlə-

rində xalçaçılıq sənəti ilə məşğul

olunub və bu gün də həmin sahə-

nin peşəkarları vardır. Aşağı Qış-

laqda yaşayan yaşlı və orta nəsil

qadınların,  demək  olar  ki,  əksə-

riyyəti  xalçaçılığın  sirlərinə  bə-

ləddir.  Kənd  mədəniyyət  evində

qurulan hana və sərgilənən toxucu -

luq nümunələri diqqətimizi çəkir.

Mədəniyyət evinin müdiri Mətanət

Məhərrəmova bizi maraqlandıran

sualları cavablandıraraq qeyd edir

ki,  Aşağı  Qışlaq  kəndi  tarixən

xalçaçılığın  ünvanı  kimi  tanın-

mışdır.  Bir  zamanlar  bu  kənddə

xalçaçılıqla  geniş  məşğul  olun-

muşdur. Əvvəllər gəlinlərə verilən

cehizin  əsasını  milli  naxış  ele-

mentləri  ilə  seçilən  qalın,  yun

xalçalar  təşkil  etmişdir.  Bir  çox

ailələrdə  belə  xalçaların  nümu-

nələri  və  xalçaçılıq  alətləri  qal-

maqdadır.  Bu  ənənəni  qorumaq

və yaşatmaq istiqamətində biz də

mədəniyyət işçiləri olaraq üzəri-

mizə düşən vəzifəni yerinə yetir-

məyə çalışır, məktəbli qızları dər-

nəyə  cəlb  edirik.  Sevinirik  ki,

gənclərə  bu  qədim  el  sənətinin

öyrədilməsində az da olsa, bizim

də əməyimiz olur. 60 yaşlı Sədaqət

Məmmədova da söhbətə qoşulur.

Bildirir  ki,  gözünü  açandan  bəri

evdə nənəsinin, sonra anasının bu

işlə məşğul olduğunu görüb, uşaq-

lıqdan bu zərif sənəti öyrənməyə

başlayıb. “Xalça Azərbaycan xal-

qının  milli-mədəni  sərvətlərin-

dəndir və bu sərvəti qoruyub, in-

kişaf  elətdirib  gələcək  nəsillərə

çatdırmaq  bizim  borcumuzdur”,

– deyir. 

    Vüsalə  Bayramovanın  isə

toxucu luq  sahəsində  yaxşı  qabi-

liyyəti var. Onun əl işləri sərgilərdə

nümayiş  etdirilir.  O,  bu  sahədəki

bacarığını həvəslə gənclərə aşılayır.   


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin