Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Partiyası bundan sonra da xalqımızın ən



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   2   3   4   5   6   7   8   9   ...   26
Abadlaşan ucqar dağ kəndi – Ləkətağ

Muxtar respublikada yeni istehsal, 

emal və xidmət sahələrinin yaradılması

davam etdirilir

    Cari  ilin  ilk  10  ayı  ərzində  muxtar  respublikamızda

yaradılması başa çatdırılmış müəssisələr hesabına 477 iş yeri

açılıb. Qurulması davam etdirilən müəssisələrdə isə 931 yeni

iş  yerinin  açılması  nəzərdə  tutulub.  Bu  barədə  qəzetimizə

Naxçıvan  Muxtar  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin

mətbuat  xidmətindən  məlumat  verilib.  Məlumatda  bildirilir

ki, bu müəssisələrin əksəriyyəti dövlət maliyyə dəstəyi hesabına

yaradılıb.  İlin  ilk  10  ayında  yaradılmış  müəssisələrin  çoxu

əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasına xidmət

edir.  Belə  ki,  bu  il  Naxçıvan  şəhərində  “Araz-3”  MMC

tərəfindən ətlik istiqamətində damazlıq yumurta istehsalı sa-

həsinin, “Pircüvar” Kooperativi tərəfindən konserv taraları is-

tehsalı sahəsinin, müxtəlif inzibati vahidlərdə fiziki şəxslərə

məxsus quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd emalı

sexlərinin yaradılması bunu deməyə əsas verir. Qeyd edək ki,

bəhs olunan dövrdə muxtar respublikanın bütün rayonları üzrə

24 bağçılıq təsərrüfatı yaradılıb. 

    Naxçıvan  şəhərində  “Dizayn  Sənaye  Kompleksi”  MMC

tərəfindən yaradılan güzgü və şüşə üzərində dekorasiya mə-

mulatları, zərbəyə davamlı şüşə istehsalı, penoplast lövhələr

və izolyasiya məmulatları istehsalı sahələri, “Cahan Holdinq”

Kommersiya Şirkətlər İttifaqı tərəfindən yaradılan beton mə-

mulatları sahəsi nisbətən daha əməktutumlu müəssisələrdir və

iş yerlərinin çoxsaylı olması ilə seçilir. 

    Nəticə  etibarilə,  müxtəlif  sahələr  üzrə  yeni  müəssisələrin

yaradılması iş yerlərinin sayı ilə yanaşı, daxili bazarda yerli

istehsalın  çəkisinin  də  xeyli  artmasına  səbəb  olub.  Hazırda

muxtar  respublikada  fəaliyyəti  bərpa  edilən  və  ya  yenidən

qurulan  istehsal  müəssisələrində  318  növdə  məhsul  istehsal

olunur  ki,  onun  da  114  növü  ərzaq,  204  növü  qeyri-ərzaq

məhsullarıdır. 

    İqtisadi  İnkişaf  Nazirliyindən  verilən  məlumatda  o  da

bildirilir ki, 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq olmaqla,

ümumilikdə, 304 növdə məhsula olan tələbatın tamamilə yerli

istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə

azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödə-

nilməsinə şərait yaradıb.   

    Xidmət  sektorunda  da  irəliləyişlər  müşahidə  olunub.  İlin

ilk 10 ayında, ümumilikdə, iş yerlərinin sayı 167 ədəd olan 3

iri  xidmət  müəssisəsi  fəaliyyətə  başlayıb.  Bunlar    Naxçıvan

şəhərində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının

“Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən

yaradılmış  avtomobillərə  texniki  xidmət  müəssisəsi,  ərzaq

məhsullarının  saxlanılması  üçün  yaradılmış  soyuducu  anbar

və “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən

istehsal  olunan  məhsulların  satışı  üçün  yaradılmış  “Firma

Mağaza”sıdır. 

    30  oktyabr  2012-ci  il  tarixə  olan  məlumata  görə,  hazırda

Naxçıvan Muxtar Respublikasında 28 istehsal və xidmət sa-

həsinin yaradılması və ya fəaliyyətinin genişləndirilməsi davam

etdirilir ki, bunlardan da yalnız 2-si müəssisə vəsaiti hesabına

həyata keçirilir. Dövlət maliyyə dəstəyi ilə Naxçıvan şəhərində

“Cahan Sənaye Kompleksi” ASC-nin ikinci fazasının yaradılması

nəticəsində  500  yeni  iş  yeri  yaradılacaq.  Qeyd  edək  ki,

müəssisə, əsasən, şəkər, çay və tütün məhsullarının istehsalı

və paketlənməsi üzrə ixtisaslaşacaq. 

    Yaradılan  müəssisələrin,  əsasən,  muxtar  respublikamızın

əhalisinin sayı çox olan rayonlarında yerləşdirilməsi bölgələrdə

əhalinin məşğulluq səviyyəsinin və sosial rifahının yüksəldil-

məsinə xidmət edir. Belə ki, yaradılması və ya fəaliyyətinin

genişləndirilməsi davam etdirilən 28 istehsal və xidmət müəs-

sisəsindən 8-i Babək, 3-ü Şərur, 4-ü Culfa, 2-si Kəngərli, 1-i

isə Ordubad rayonlarının payına düşür.  




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin