Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Alimin 60 illik yubileyi



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   ...   18   19   20   21   22   23   24   25   26
4

Alimin 60 illik yubileyi 

qeyd оlunub

   Dünən  AMEA  Naxçıvan  Bölməsində  böl-

mənin Təbii Ehtiyatlar İnstitutunun direktoru,

kimya  elmləri  doktoru  Əliəddin  Abbasovun

anadan olmasının 60 illik yubileyinə həsr olun-

muş tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə açan bölmənin sədri, aka-

demik İsmayıl Hacıyev alimin muxtar respublikada

kimya elminin tətbiqi məsələlərindəki fəaliyyətindən

danışıb. Naxçıvanda kimya elminin inkişafındakı

fəaliyyətinə görə yubilyara AMEA Naxçıvan Böl-

məsi  Rəyasət  Heyətinin  Fəxri  Fərmanı  təqdim

edilib. 


    Sonra Təbii Ehtiyatlar İnstitutunun böyük elmi

işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmməd -

ovanın “Kimya elmləri doktoru Əliəddin Abbasovun

ömür yolu, elmi və təşkilati fəaliyyəti” mövzusunda

məruzəsi dinlənilib. 

    Qeyd olunub ki, alimin sorbsiya proseslərinin

nəzəri  və  praktik  aspektlərinin  işlənib  hazırlan-

masına, bu proseslərdə tarazlıq, kinetik və termo-

dinamik qanunauyğunluqların öyrənilməsi və riyazi

modellərin  yaradılmasına  istiqamətlənmiş  elmi

fəaliyyəti fundamental elmi nailiyyətlərlə nəticələnib.

Bu nəticələr müəllifin 110-dan artıq elmi əsərində

öz əksini tapıb. Elmi axtarışlarını bu gün də uğurla

davam etdirən istedadlı alim 2011-ci ildə Azərbaycan

Respublikası  Prezidenti  yanında  Elmin  İnkişaf

Fondunun maliyyə dəstəyi ilə “Gümüşlü polimetallik

yatağı filizinin kompleks emalının elmi və praktik

əsaslarının işlənib hazırlanması” mövzusunda qrant

layihəsinin qalibi olub.

    Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölmə-

sinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun

elmi  işlər  üzrə  direktor  müavini,  AMEA-nın

müxbir üzvü Hacı Qadir Qədirzadə, Təbii Ehtiyatlar

İnstitutunun  elmi  işlər  üzrə  direktor  müavini,

kimya elmləri doktoru Bayram Rzayev, İncəsənət,

Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filo-

logiya elmləri doktoru Adil Bağırov, Bioresurslar

İnstitutunun  direktоru, AMEA-nın  müxbir  üzvü

Tariyel Talıbоv və həmin institutun şöbə müdiri,

biologiya üzrə fəlsəfə doktoru, dosent Varis Quliyev

görkəmli alimin nailiyyətlərindən, elmi kadrların

yetişdirilməsindəki əməyindən danışıb, yubilyarı

təbrik ediblər.

    Əliəddin  Abbasov  muxtar  respublikada  elm

adamlarına göstərilən diqqət və qayğıya görə min-

nətdarlığını bildirib.

    Sonda tədbir iştirakçıları yubilyarın əsərlərinin

nümayiş etdirildiyi sərgiyə baxıblar.




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin