Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   34

 *

 

 

u kitabda toplanılan məqalələrin böyük əksəriyyəti, xati-



rələrin isə hamısı partiyanın XX qurultayından sonrakı 

dövrdə qələmə alınmışdır.  

Hüseyn Cavidin sağlığında onun yaradıcılığı haqqında uzun 

illər boyu mətbuatda çıxan külli miqdarda ədəbi-tənqidi məqa-

lələrin, demək olar ki, çoxu Cavidi ədalətsiz tənqidlərdən, yersiz 

ittihamlardan ibarət olmuşdur. Buna görə kitabın müqəddimə-

sində də deyildiyi kimi, indi də onları ortalığa çıxartmaq qətiyyən 

mümkün deyildir. Ona görə ki, bu məqalələrdə Cavidin yaradı-

cılığı, onun ayrı-ayrı  əsərləri, pyeslərinin səhnə  təcəssümü birtə-

rəfli  şərh olunmuşdur. Bu, bir tərəfdən vulqar sosiologiyanın 

hökm sürdüyü, meydan suladığı dövrün ziddiyyətləri ilə bağlıdır-

sa, digər tərəfdən, tənqidin özünün zamanın təlbləri ilə ayaqlaşa 

bilməməsi ilə əlaqədardır. Buna görə şairin sağlığında onun yara-

dıcılığı haqqında yazılan məqalələrin çoxunu, yuxarıda deyildiyi 

kimi, kitaba daxil etmək mümkün olmadı. 

Beləliklə, 1920-30-cu illərdə Hüseyn Cavidin şeirləri, dram 

əsərləri, pyeslərinin səhnə taleyi haqqında tənqid tərəfindən deyi-

lən fikirlərin, demək olar ki, hamısı kitabdan kənarda qalmışdır. 

Əlbəttə, bütün böyük söz sənətkarları kimi, Cavidin də hər bir 

yeni əsəri, öz zəmanəsində mübahisələrə, müzakirələrə səbəb ol-

muş, onların haqqında mətbuatda bir-birinə zidd fikirlər söylən-

mişdir. Ancaq təəssüflə qeyd edilməlidir ki, söylənilən tənqidi 

fikirlərin böyük əksəriyyətində Cavid sənəti layiqincə qiymət-

ləndirilməmişdir, hətta bir çoxları açıqdan-açığa qərəzli mahiy-

yətdə olmuşdur. 

                                                 

*

 1982-ci ildə kitabı nəşr etmiş “Gənclik” nəşriyyatı nəzərdə tutulur. – Tərtibçi. 





Úàâèäè õàòûðëàðêÿí 

71 


Nəticə etibarilə  şairin yazıb-yaratdığı dövrün tənqidi fikri, 

Cavid sənətinin sirlərini aça bilməmişdir. Lakin o zaman Cavid 

yaradıcılığını düzgün şərh etməyə, müasir dövrlə  və tarixlə 

əlaqələndirib, elmi-metodoloji cəhətdən düzgün qiymətləndirmə-

yə can atan münəqqidlər də olmuşdur. Belələrindən – Abdulla 

Şaiqin və nisbətən Hənəfi Zeynallının adını  çəkmək olar. Məhz 

buna görə  tərtibçi və redaktorlar Cavidin müasirlərinin tənqidlə-

rindən nümunə olaraq Abdulla Şaiqin “Cavidin “İblis” nam hailə-

si haqqında duyğularım” (1925), Hənəfi Zeynallının “Hüseyn 

Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizələrim” (1926), 

“Şeyx Sənan” haqqında mülahizələrim” (1926) adlı  məqalələrini 

kitaba daxil etməyi lazım bilmişlər. 

Məlumdur ki, bu məqalələr müasirlərinin Cavidə münasibəti, 

həmçinin o zamankı  tənqidin sviyyəsi haqqında oxucularda 

müəyyən təsəvvür doğuracaqdır. Məsələn, Cavidin “İblis” faciəsi 

haqqında görkəmli ədib Abdulla Şaiqin  kitabda verilən məqalə-

sində  “İblis” təhlil edilmiş, faciə haqqında maraqlı elmi fikirlər 

söylənilmişdir.  Şəksiz ki, oxucular bu məqalə ilə tanış olarkən 

əsərin məziyyətləri, sənətkarlıq xüsusiyyətləri haqqında müəyyən 

məlumat əxz edəcəklər. 

Lakin eyni sözləri Hənəfi Zeynallının yuxarıda adları çəkilən 

məqalələri haqqında demək çətindir. Doğrudur, iyirminci illərin 

nüfuzlu tənqidçilərindən olan Hənəfi Zeynallının bu məqalələrini 

oxuyarkən inanırsan ki, o, bədii yaradıcılıqda tarixilik və müasir-

lik problemini nisbətən düzgün başa düşür, Cavid yaradıcılığının 

mahiyyətini, ideya-bədii  əsaslarını açmaq üçün maraqlı müqa-

yisələr aparır, bəzən inandırıcı elmi fikirlər söyləməyə can atır, 

fəqət buna həmişə müvəffəq ola bilmir, dolaşıqlığa, bir-birinə 

zidd mülahizələrə yol verir, bəzən Cavidin əsərlərindən süni nəti-

cələr çıxarır,  əsassız, tənqidi fikirlər söyləyir. Məsələn, onun 

“Aktiv, passiv millətçilik” haqqındakı anlayışları tamamilə yan-

lışdır. O, bəzən  əllaməliyə keçərək Cavid yaradıcılığına dair 

düzgün olmayan fikirlər uydurur, lakin öz təhlilləri və sübutları 

ilə oxucunu heç də qənaətləndirə bilmir. 



Úàâèäè õàòûðëàðêÿí 

72 


Məlumdur ki, kitabın müqəddiməsində

*

 və kitabın sonundakı 



izahlarında da göstərildiyi kimi, bütün bunlar Hənəfi Zeynallının 

şəxsi ziddiyyətləri kimi deyil, iyirminci illərin  ədəbi prosesinin, 

xüsusən o zamankı ədəbi tənqidin məlum ziddiyyətlərindən doğan 

bir haldır.  

Hənəfi Zeynallının məqalələrinin yazı üslubu da bu gün üçün 

köhnəlmişdir. Ancaq bunlara baxmayaraq 58 il bundan əvvəl 

yazılmış bu məqalələrin Cavid irsinin öyrənilməsində müəyyən 

tarixi əhəmiyyəti vardır. Çünki müasir oxucu bu məqalələrlə tanış 

olduqda iyirminci illərin  ədəbi-bədii fikrinin səviyyəsi və o za-

mankı  tənqidin Cavid yaradıcılığına münasibəti haqqında müəy-

yən təsəvvür qazana biləcəkdir. Aydındır ki, bu da hər hansı bir 

sənətkarın yaradıcılıq yolunu tənqid edib öyrənərkən vacib olan 

elmi  şərtlərdən biridir. Əgər bu şərt nəzərə alınmazsa sənətkarın 

yaradıcılıq yolu haqqındakı  təsəvvür tam təsir bağışlaya bilməz. 

Elə buna görə  də onların kitaba daxil edilməsi məqsədə uyğun 

hesab edilmişdir.  

Müasir müəlliflərimizin kitaba daxil edilən məqalələri bir 

tərəfdən tənqidimizin inkişafı haqqında xoş təsir bağışlayır, digər 

tərəfdən Cavidin ayrı-ayrı əsərləri, Cavid teatrının tarixçəsi, inki-

şaf yolları haqqında oxucuda düzgün təsəvvür yaradır. Əlbəttə, bu 

da oxuculara təqdim edilən kitabın məziyyətlərindən biridir.  

Kitabda verilən xatirələr də maraqlıdır. Bu xatirələrdə oxucu 

Cavidin həyatı, məişəti, pedaqoji fəaliyyəti,  şəxsiyyəti, sənət və 

ədəbiyyat qarşısındakı  vəzifəsini yerinə yetirərkən göstərdiyi 

mətanət, əzm və prinsipiallıq haqqında qiymətli epizodlarla tanış 

olacaq, Cavidin obrazı haqqında təsəvvürü daha da geniş-

lənəcəkdir. 

Cavidin anadan olmasının 100 illik yubileyi münasibəti ilə 

nəşr edilən bu kitab oxuculara gözəl hədiyyədir. 

 

                                                 

*

 Ön sözündə. İ.A. 



Úàâèäè õàòûðëàðêÿí 

73 


 

̠ߠàÀ Ë ß Ë ß Ð  

 

Hənəfi Zeynallı 

Ùöñåéí Úàâèäèí éàçäûüû “Ïåéüÿì-

áÿð” ùàããûíäà ìöëàùèçÿëÿðèì

 *

 

 

BAŞLAMAZDAN ƏVVƏL 

 

əlum ki, qüvvətli  ədib və 



şairlərin meydana gəlməsi 

müqtədir qələmli tənqidçilərin də vü-

cuda gəlməsini istilzam etdiyi kimi, öv-

raqi-ədəbiyyələrin kəskin bir surətdə 

ədəbiyyat həvəskarları tərəfindən tənqid 

və  təqriz edilməsi də  məharətli bir 

mühərririn, mədid-əlbəsər bir münəqqi-

din və yüksək zövqlü və  şümullu, gör-

külü bir şairin də doğmasına xadim 

olur.  Şimdilik isə bizdə tamamilə  ədə-

biyyat namını daşımağa  əsərlər olmadığı kimi bənim göstər-

diklərim dəxi bir tənqidçi nəzəriyyələri olmağa qabil deyildir. 

Bunlar bəlkə adi bir lisan və  ədəbiyyat müəllimlərinin gözlərinə 

çarpan nöqtələrdən daha zəif, daha bəlirsiz cəhətlər sayıla bilər. 

Məəttəəssüf övraqi-ədəbiyyəmizin layiqli bir müntəqidi füqdanı 

dolasıyilə ədəbiyyatda ixtisas kəsb etmədən belə Cavid kibi ümu-

min sevgilisi olan bir şairimizin hələ mürəkkəbi qurumamış 

“Peyğəmbər”i haqqında tənqidçilər misalı mülahizələr yürüt-

                                                 

*

 1923-cü ildə “Peyğəmbər”in təb edilməsi münasibətilə yoldaş Zeynallının 



Maarif evində aprelin sonunda verdiyi məruzəsinin eynidir. İDARƏ. 



Úàâèäè õàòûðëàðêÿí 

74 


məyə cəsarət etməyə məcbur olduq, zatən bən əvvəlcədən bu 

fikirdə deyildim. Bəlkə böylə iqdamata məcbur edildim. Fərq 

etməz; bizlər həpmiz sağlam bir gələcəyin təməl quranlarından 

olsaq da şükürlər edəriz. 

 

HƏQİQİ ƏDƏBİYYAT 

 

Hər hansı bir elin və ölkənin ədəbiyyatı və lisanı araşdırılsa o 



millətin və məmlkətin tərəqqi və inhitat dövrlərini görmək elm və 

fənn nöqteyi-nəzərindən çox da güc deyildir. Hətta bir millətin 

digər bir millətə az-çox icra edə bildiyi nüfuzu, onun lisan və 

ədəbiyyatından seçmək qabildir (Netəkim ruslarda türk sözləri, 

farslarda  ərəb və biz azərbaycanlılarda bir çox rusca ləfz və 

kəlmələrin mövcud olması kibi). Lisan və  ədəbiyyat yekdigərin-

dən ayrılmadığı kibi, tarix və ədəbiyyat dəxi toəm olataq getmək-

dədir. Yunan ədəbiyyatının isgəndəriyyə dövrilə Homerus

1

 za-


manları; Fransa və Almaniyanın XVII-XIX əsrləri ədəbiyyatı ilə 

ondan daha əvvəlki dövrlərin hankısını götürmüş olsaq ədəbiy-

yatın tarix kölgəsində gəzdiyini, bəzən bir inqilabın barometrosu, 

bəzən  əksinqilab təranələrilə malamal olaraq qaldığı görülür; 

ölkənin tərəqqisinə yüksələn və tədənni etməsilə düşən ədəbiyyat 

tamamilə hyati-ictimaiyyə güzgüsü olmamış nə ola bilər. İştə bu 

ədəbiyyatın hər hankı millət içində olsa onun təsvirləri, tərkibləri, 

təşbihləri, istiarələri, tamamilə o millətin, o cəmiyyətin malı ola-

cağı bədihidir. Yalnız bu zaman, o ədəbiyyat həqiqi bir ədəbiyyat 

namını almağa müstəid olur. 

Həqiqi ədəbiyyat; mövzunu əksər ovqat təsvir etmək istədiyi 

cəmiyyətin ruhunu tamamilə  kəndində inikas edəcək, o cəmiy-

yətin hər bir əzasi yaşadığı mühiti büsbütün bu əsərdə görmüş 

olduğu için hər bir tip ola biləcək fərdi  digərindən təşxis və təfriq 

edə bilər. 

İştə ona görədir ki, həqiqi ədəbiyyat tərəfdarları bir əsəri hə-

yat və həqiqət nöqteyi-nəzərindən araşdırmaq istədikdə onda gös-

tərilmiş zaman və məkan cəhətlərindən başlıca tipləri öyrənməyə 



Úàâèäè õàòûðëàðêÿí 

75 


başlar. Və bir tənqidçi dəxi əsərdə təsvir edilən həyat və simaların 

nə  dərəcədə müvəffəqiyyətlə meydana sürüldüyündən mütləqa 

bəhs edəcəkdir. Bundan əlavə, orada görülən həyat ilə simaların 

təsvirilə bu əsər cəmiyyətin hankı sınıfına, tarixinin hankı dövrünə 

və ya bir dövrün hankı zamanlarına isabət etdiyini qeyd edəcəkdir. 

Lakin talesiz türk ədəbiyyatı (bilxassə Azəri  ədəbiyyatı) ta 

bidayətdən bu ana kibi öz cəmiyyətini təsvirdən aciz qaldığı 

cəhətdən gərək fars, ərəb, rus və bəlkə də bir çox nüfuzlar altına 

düşməyə məruz qalmışdır

2

. Və bu gün xəlqin əksəriyyətini təşkil 



edən zəhmətkeşlər böylə dursun, kübaranə yaşayanların belə bir 

ədəbiyyatı yoxluğunu hər kəs hiss etmədədir

3



 



ŞAİR VƏ ƏDİBLƏRİMİZ 

 

Azərbaycan və bilümum türk ədəbiyyatına baxdıqda hər tə-

rəfdə əşarın mündəmic olduğunu, şairlərin göbələk misalı çoxal-

dığını görürsünüz və  hər  əlinə  qələm alan yalnız bir-üç qəzəlilə, 

üç-beş  təxmis yazmaqdan başqa bir şey bilməz. Sabir kibi bir 

qüvvətlisi meydana gəldikdə  əsrimizin üzərində hökmüran olan 

ədəbi konservatizm o qədər ağır zəncirlə bizi sarmış ki, içindən 

çıxamağa və yenilik tərəfdarlarını sevdirməyə və xəlqə tanıtmağa 

belə uzun bir müddət lazım gəlir. Qəzəl və  təxmislərin qübarı 

altında məxmər olan ruhlar əski cinas, lütf və ədalara o qədər aşiq 

olmuşlar ki, ondan ayrılmaqda ağır bir əziyyət görürlər. Böylə bir 

halda mövzun və müqəffa lisana və ədasına öyrənmişlər, sadə bir 

dil ilə mənsur bir əsər yazmağı heç bir zaman qəbul edəməyəcəyi 

aydındır. Və yazdığı ən gözəl bir parçanın cümlələrin nəhayətini 

təxfiyə edərcəsinə yazmağı özü için vəzifə ədd edər. 

Bərəkət versin ki, bir parça səhnələrin meydana gəlməsi və 

mətbuatın iləriləməsi nəsr ilə  əsər yazmağı  ədiblərimizə öyrətdi. 

Fəqət burasında da bir ibtilayə uğrandı. O da yazıçılıramızın əski 

dahilərdən bir taqım qaydalar alması və onun üzərində yazı yaz-

maq istəməsi və yaxud məşhur bir əcnəbi  əsərini təbdil və  tər-

cümə ilə səhnəyə atması və ən nəhayət, yaratdıqları əsərlərdə yerli 


Úàâèäè õàòûðëàðêÿí 

76 


xəlqin, nə həyatını, nə ruhunu, nə də adət və ənənəsini tamamilə 

göstərməməsindədir ki, aciz qaldıqları için xəyal xanələrinə rücu 

etmək ehtiyacı hiss etdilər. Böylə  əsərlərin heç birisi xəlqimizin 

ruhuna da uyğun olmadı, cəmiyyət əfradımızın da simasını yarat-

madı, hankı sinfə  mənsub və  nə yolun saliki olduğu da ortaya 

çıxarılmamış qaldı. Bu surətlə mənsur ədəbiyyatımızdan da geniş 

xəlqimiz istifadə edəmədi. Ona görə də şair və ədib namını daşı-

yanlarımız da əcnəbilər qədər məşhur və calibi-diqqət olmadan 

söndülər. 

 

ƏDƏBİYYATDAKI HƏYATİ DÖVRLƏR 

 

Hər hankı bir millətin ədəbiyyatı tədqiq edilsə onun xəvas və 



avam ədəbiyyatından mürəkkəb olduğu görüləcəkdir. O ədəbiyya-

tın mənsub olduğu xəlq nə qədər ibtidai hyat keçirirsə ədəbiyyatı 

da o qədər bayağı, o qədər sadə, o qədər adi bir tağım şeylərdən 

bəhs edəcəkdir. O xəlqin həyatı irəlilədikcə iqtisadən tərəqqi et-

dikcə, cəmiyyət arasındakı qruplar artmağa və yekdigərindən ay-

rılmağa başladıqca lisanı da, adabı da, düşüncəsi də,nəhayət ədə-

biyyatı da başqalaşmağa yüz qoyacaqdır, o zaman artıq əvam ədə-

biyyat ilə xəvas ədəbiyyatı bir növ uc-uca gəlməyəcəyi bədihidir. 

Hələ keşməkeşlər içində bulunub tamamilə mövqelərini ayır-

mamış  cəmiyyət qrupları  məlum ki, zehniyyətcə yekdigərinə 

yaxın olur. Biri-birinin dilini anlar və biri-birinin ədəbiyyatına o 

qədər də yabançı olmaz. 

Böylə bir dövrdə, Fransada truverlər Trouverlər, provansda 

trubadur Troubadourlar, Almaniyada minnezinger Minnizinqerlər, 

İngiltərədə minstrel Minstrellər, farslarda dastan şairləri doğduğu 

kibi bizdə də saz şairləri, bayatı söyləyən AŞIQLAR doğmuşdur. 

Bu zamanın  şeirləri,  əksəriyyətilə  bədahətən söylər,  əsrinin 

məşhur ən səxavətli bir ağasına mədhiyyələr, bayatılar ithaf edər; 

sevgilisini gördüyü yerdə mühitlə bərabər təsvir edər; sevgilisini 

gördüyü yerdə mühitlə bərabər təsvie edər. Kəndi yarına məxsus 

söylənilən sözlər nə qədər içindən gəlirdisə o qədər mədhiyyələri 


Úàâèäè õàòûðëàðêÿí 

77 


lütf və  kərəm qazanmaq için deyilirdi. Bunların ardınca gələn 

klassik  şairlər isə  qəsidələr, rübailər, dübeytlər yaratmağa giriş-

dilər. Lakin ümumiyyərlə ruh o qədər də iləriləmədi, çünki təbiət 

ilə mübarizədən aciz qalan insan öz iradəsi xaricində ummadığı 

bir yerdən imdad arzu etdiyi için daim gözlərini səmalara çevirər, 

oradan yardım istərdi. Bu zehniyyət ümumxəlqin zehniyyəti, hələ 



möcüzələrə inanan cəmiyyət əfradının dimağından doğan ləmə-

lər idi. Ona görədir ki, tanrı, peyğımbər və övliya (imamlar) fikir-

ləri, onların mömin və saf qəlbli  insanlar ilə ruhən yaxın olduq-

ları, haqqı daima müdafiə etdikləri qafalardan çıxmazdı, netəkim: 

möcüzə qəbilindən olmaq üzrə Aşıq Qəribdə: 

 

Mövlam qanad verdi uçdum da gəldim 



Üç aylıq yolları üç gündə gəldim. 

 

Kibi xəyali bir şeyə  xəlq iman edir; Kərbəla xüsusundakı 



mərsiyələrdə cin Cəfərin imam Hüseynə yardım etmək istəməsi, 

quşların səmalarda mələklərin və  həp kainatın, aşura günü göz 

yaşları tökdüyünü qeyd etmədən keçməyirlər. Bundan əlavə gərək 

xəlq içində, gərək  ədəbiyyatda  xülyapərəstlik, röyaya inanmaq, 

bəzən bir röya tamamilə bir fərdin, bir cəmiyyətin, bir ölkənin 

müqəddəratını  təyin və  təqdir etməyə qabil olduğunu görmək 

olur. Hətta bu günə qədər analarımızın röyada ölüdən axirət məsə-

lələrini öyrənmək istədikləri mövcuddur. İştə daima təvəkkül və 



pənah ilə yaşayanlar cahanı gördükləri kibi tələqqi etməz, bunun 

arxasında başqa aləm, başqa bir zat, başqa bir qüvvət bulundu-

ğunu nəzərə alaraq hər şeyə birər simvol, birər rəmz kibi baxarlar 

və bunların həpsini  xaliqi-kainatın cilvələri nümunələrindən 

sayırlar. 

Bunların düşüncələrini təsvir etdikdən sonra adi həyatların-

dakı yekdikərilə olan münasibata baxalım. Erkəklərin qarşılığını 

təşkil edən qadınlar bu zamanlarda tamamilə erkəklərin yədi-

təsərrüfündə bir məta misalı olduqları için ən gözəllərinə qiymət 

verir; şahənələrə qədər çıxarılır, çirkinlərinə daima xor baxarlar. 



Úàâèäè õàòûðëàðêÿí 

78 


Kəndini idarə etməkdən belə aciz olan ata-ana, bir qızın vü-

cuda gəlməsindən o qədər də  məmnun olmaz. Kim bilir, bu qız 

həddi-bülüğə  gələnə  qədər gözəlmi, çirkinmi olacaq, başına nə 

müsibətlər gələcək, təbiətin və ətraf ellərin hücum və axıntılarına 

qarşı durmaq, elinə-əqdabasına yardım edə biləcək yalnız oğlan, 

yenə  də  oğlan ola bilər: böylə isə bir qızın nə  əhəmiyyəti var, 

onun içindir ki, daima bir qızı ərə verəndə: 

 

“Yeddi oğlan istərəm 



Bircə dənə qız, gəlin!” 

 

diyorlar. İştə onun içindir ki, “Qız yükü, duz yükü” zərbül-məsəli 



mövcuddur. 

Böylə olan surətdə  qız və qadının mövqeyi iki nöqtədə 

duracaqdır: 

1 – Qadın bir oyuncaq. 

2 – Qadın bir ehtiras, bir şeytənət mənbəyi. 

İştə onun içindir ki: 

Həp cinayət!.. Qadın cinayatı! 

Həp qadın cürmi-ehtirasatı! 

Qadın insanı haqdan ayrı salır, 

Həm qadınlar başa bəla sayılır.

*

 

 



Kibi fikrini bir şeyxin ağzından eşidirsiz. Böylə bir zehniyyə-

tin qadına xor baxacağı aşkardır. Madam ki, insanın yeganə imid-

gahı tanrıdır. Qadın da insanı ondan ayrı salırmış, demək ki, o qa-

dına yaxlaşan, ona məczub olan zatdı. Ona görə də həqiqətə var-

maq istəyənlər, gözəl qadından qaçmalı, işvəkara aldanmamalıdır. 

Cəmiyyətin bundan başqa tələbləri də var: ailənini övladı 

oldu, cəsur, dilavər, cəngavər olsun. Qəhrəmanlıq, pəhləvanlıq ərz 

edən gənc cəmiyyətin  ən sevimli, ən möhtərəm bir fərdi sayıla-

caqdır.  Əksər ovqat böylə  gənclər az bir zamanda cəmiyyətin 

                                                 

*

 Şeir parçası “Şeyx Sənan” faciəsindəndir. İ.O. 



Úàâèäè õàòûðëàðêÿí 

79 


rüəsasına  əqraba ola bilər. Ona görə  də  gələcəyi  əmindir denilir 

(Avropada XI əsrdən əvvəldə tibqi böylə idi). 

Bir tərəfdən əşraf, rüəsa, üməra əlində (xan, sultan, padşah), 

digər tərəfdən də gündən-günə qüvvətlənməkdə olan ruhaniyyət 

əlində çarmıxa çəkilmiş  xəlq özünün talesizliyini layənşüur bir 

surətdə anlamağa başladıqca həyatda münfəil (Passiv) olur. 

Burasını eyni anlamış ruhanilər dəxi dünyanın faniliyindən axirət 

için çalışmaq lazım olduğundan bəhs edər və əvam xəlqi bir az da 

qəflətə daldırmağa səy və qeyrət edərlər. 

Müstəsna bir kitlə isə saraylar, xanədanlar  ətrafında eyş  və 

işrətlə gün keçirməkdən başqa bir şey bilməzlər. 

Bu ruh tamamilə dərəbəylik cəmiyyətinin ruhu və bu üsu-

li həyatdan hala çıxmamış Şərq millətlərinin həyati ruhudur

Məlum ki, böylə zamanlarda ən çox bəyənilən nəzm və yüksək 



üslublu  ədəbiyyat olmalıdır. Böylə olmazsa nə  şahanə böyük-

lərə, nə də kübaranə yaşayan müstəsna kütləyə yaxışmaz olur. 

Böylə bir əsrin fəlsəfəsi nə olmalıdır? Mütləqa  təsəvvüf – 

M i s t i s i z m. 

Bunun ardınca gələn  ədəbiyyat isə yuxarıda söylədiyim 

ədəbiyyati həqiqidən Reálité olur. 

Keçmiş  dərəbəylər  ədəbiyyatı  nəsil və  pədərlə  fəxr etməyi 

tərcih edərdisə, bu ədəbiyyat şəxsi qüdrət və istedada, qabiliyyətə, 

zəkavətə diqqət edər. İstiarələrdən, rəmzlərdən qaçar, həyatı sev-

məyə, dini şeylərdən uşaqlaşmağa çalışar. Sevgi və əşqi-ilahi bir 

şəkildə olmaz və onun nəhayəti Leyli və  Məcnunda olduğu kibi 

bir Zeydin uyqusilə aydınlaşmaz, bəlkə mübarizələrlə  aşiqlər 

məşuqələrinə vasil olurlar. Eşqi-bəşəri başlar. 

Bunun ardınca həyatda daha nə təbəddülat olur? İnsanlar daha 

fəal, daha uzaqları görmək və bilmək iştiyaqilə qalxar. Bu dəfə 

bütün civarını bir az daha günəşin yolu ilə gedərək hər tərəfi 

təsərrüfünə almaq istər. Bu zamanlarda dünya səyahətləri başlar. 

Mİllətlərin bir yerdən digər bir yerə köç nidası  eşidilər. Dinlərə 

rəxnə düşər; insanlar əski bütlərdən vaz keçməyə çalışar; özünün, 

bütün dünyaya hakim olmaq fikri, onun başı üzərində öylə  də 



Úàâèäè õàòûðëàðêÿí 

80 


böyük qüvvət bulunbduğunu təqdiq edər. Məbədlər bütlərdən xi-

las olmağa yol arar. Və üzərində gözə görünməyən və bütün-bü-

tünə bir qayə (ide) şəklinə girmiş tanrı istər. Təbiətə  qələbə çal-

mağa başladıqca, yenə də ruhaniyyət və tüccar təbəqələrinin sınfı 

zehniyyəti təsirində qalan geniş kütlələr tanrıya da inanmağa 

başlar. 


Buraya qədər ərz etdiyimiz mülahizələr ümum millətlərin ba-

şına gələn hallardır. Bizim ədəbiyyatımız isə bunların hərəsindən 

bir nəbzə göstərə bilmişdir. Dünya ədəbiyyatının ölməz nümunə-

lərinə diqqət edilmiş olsa hər böylə əsərlərdə təsvir edilə bilən əsr 

tamamilə inikas etdiyi kibi o əsrin bariz simalarının cəziyyələri – 

характерные черты – xarakter cizgiləri layəmut bir surətdə mey-

dana qoyulmuşdur. Məlum ki, müəyyən əsrə aid bir əsər yazmaq 

istəyən şair və ədib dəxi əvvəla mövcud olduğu mühitin qüvvətli 

nüfuzundan sonra mənsub olduğu məktəbin, cəmiyyətin və zeh-

niyyətin təsirlərindən xaricə bəzən çıxar, bəzən də çabalar, lakin 

çıxamaz. 

 

HÜSEYN CAVİD VƏ “PEYĞƏMBƏR”İ 

 

İştə biz də Hüseyn Cavidi tədqiq etdikdə  ərz edə bildiyim 



nöqtələrdə nə qədər müvəffəqiyyətli olduğunu öyrənmək istəriz. 

Hüseyn Cavid bir osmanlı ədəbiyyatı dəstpərvərdəsi, bir azər-

baycanlı balası olduğu için ədəbiyyatımızda göstərdiyimiz dairə 

xaricinə  çıxamamış qalmışdır. Kim bilir, bəlkə bu hal müvəqqət 

bir zaman içindir. Bəlkə də biz burada işbu sətirləri mütaliə edər-

kən möhtərəm  şairimiz nə kimi möhtəşəm və böyük bir mövzu 

düşünüb durur ki, birdən-birə parlasın və  əsrinin mafövqünə 

çıxmış olsun. 

Böyük mövzu dedik ya! İştə Cavidin ən zəif nöqtələrindən 

biri də böyük mövzuları alıb üzərində çox çalışmamasıdır. Ona 

görədir ki, ondan gözətlədiyimiz qədər meydana böyük bir  əsər 

atmaz. 


Úàâèäè õàòûðëàðêÿí 

81 


Cavid bir Şeyx Sənan yazar, bir Uçurum açar, bir Afət doğu-

rar, bir İblis rəqs etdirər, bir Peyğəmbəri yaratmağa qeyrət edər, 

bəlkə  də  şimdi bir Çingiz, yarın bir İsgəndər, ertəsi gündə bir 

Lenin diriltməyə can atacaqdır. 

Bu gün Cavid bu yolu tutub getməkdədir. Və böylə simalar 

yaradırkən Cavid onları qarşısına çağırıb adam əqilli tədqiq və 

təhlil etməz, yalnız meydanda əşxas çox görünsün deyə  qələmi 

ucuna gələn bir ismi təsvir etdiyi əfradım içərisinə atar və sonra-

dan bu novzadələrə – siz neçin buraya soxuldunuz – deyə bir dəfə 

də sormaz. Bəzən birisini olduqca qüvvətli təsvir etmək istərkən 

dodaqlarına verdiyi sözlər son dərəcə  zəif və biçimsiz bir hala 

qoyar və təcəlli etdirdiyi simaların  nə hərəkatını, nə də sözlərini 

təsadüf və kontrol altına alar. İştə bu nöqtələrdə Cavidin əsəri Ha-

midanədir. Fəqət Hamidin əsərlərilə Cavidinkində böyük fərq 

vardır. 

Cavid əşkal cəhətdən nə qədər Hamidanə isə üslub cəhətdən 

Fikrətanə və fəlsəfə cəhətdən Tofiqanə bir əsər yaratmaq istəmiş-

dir. Bəlkə yazarkən bu üç şairin heç birini düşünməmiş, fəqət 

bunların cızdığı dairə xaricinə də çıxmağa müvəffəq olmamışdır. 

Məsələn, Peyğəmbərin ağzına vermiş sözlərə baxınız, nə sufiya-

nədir. 

Anlamam bir şu ölçüsüz, şu dərin, 

Şu qaranlıq, çiçəkli pərdə neçin? 

Bəni yalnız düşündürən şu məal. 

Həp bu, yalnız bu, daima bu sual. 

Şu siyah çarşaf ən böyük əngəl, 

Uça bilsəydim, iştə ən əvvəl 

Onu yırtar da, parçalar da həmən. 

Qavuşurdum o hüsni-mütləqə bən. 

 

Parla, yüksəl vücudi-mütləqə sən! 

Mərdivənlər yapıb könüllərdən 

Öylə bir əsr içindiyəm ki, cahan 

Zülmü vəhşətlə qavrulub yanıyor. 


Úàâèäè õàòûðëàðêÿí 

82 


Yüş çevirmiş də tanrıdan insan 

Küfri haqq, cəhli mərifət sanıyor. 

Dinləməz kimsə qəlbi, vicdani 

Məhv edən haqlı, məhv olan haqsız… 

Başçıdır xəlqə bir yığın cani, 

Həp münafiq, şərəfsiz, əxlaqsız. 

 

Yaxud: 



Onu duymaq, duyurmaq istərkən, 

Gəririm hər bəlaya köksümü bən. 

Daş, tikən, ox, qılınc, tokat, yumruq 

Həpsi xoş, hər nə gəlsə dönmək yoq. 

 

Yuxarıda göstərdiyimiz 4 parça Cavidin şeirləri yanına Tofiq 

Fikrətin: 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin