Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   34

     “PEYĞƏMBƏR”İN İCTİMAİ  

VƏ ƏXLAQİ CƏHƏTLƏRİ 

 

Söylədiyimiz üzrə pyesin ən qüvvətli və başlıca tipləri Şəmsa 



və Peyğəmbər özüdür. Onların  ətrafındakılar isə Cavidi o qədər 

düşündürməmiş. Olsun ki, bir çoxları bi xüsusda Cavidə nöqsan 

dutacaqlar; bizcə o qədər ötəsinə varmaq tənqid nöqteyi-nəzə-

rindən doğru olmasa gərək. Ona görə də biz əsas etibarilə məzkur 

iki tipin təhlilinə çalışaraq digərlərindən vaz keçdik. Bu təhlildə 

daha mühüm bir nöqtə var. O da pyesin ictimai əhəmiyyətidir. 

İctimai cəhətdən Peyğəmbərin mənası az deyildir. Bir dəfə 

qayədən bəhs edərkən bizim anladığımıza görə, Cavid, sarsılmaz 

bir tip yaratmağa çalışmış dedik. Böylə bir ruhun, Şəmsa təhlililə 

məşğul olurkən görüldüyü inkar edilməz zənindəyəm. Ondan 

maəda Cavid “Peyğəmbər” pyesi yaratmasilə hazırkı əsrin həqiqi 

bir oğlu olduğunu isbat etdi. O, hər kəsin düşüncəsində əlçatmaz 

bir dərəcədə yüksəklərə çıxarılmış bir dühanın adi bir insan, fəqət 

düşünüldüyünə inanan, idealına qoşan bir insan olduğunu gös-

tərmiş oldu. 


Úàâèäè õàòûðëàðêÿí 

101 


Vaxtilə “Kərbəla” nam faciənin sabiq Tağıyev, imdiki Bün-

yadzadə namına teatroda mövqeyi-tamaşaya qonulacağını  eşidən 

hər kəs təlaş etməyə başlamışdı. Qara cəmaət namını daşıyan, o 

zamankı  qırmızısaqqal güruhi-layəfləhuni təlaş edir; üləma  kis-

vəsinə girmiş ağ sarıqlı ehtikarçılar təlaş edir. Rus şapqalı, Avro-

pa qiyafəli, orta əsr qafalı ziyalılarımız təlaş edir; inqilabçı ruhlu, 

dindən bezmiş, öz qəlbində tanrıyı da, Peyğəmbəri də, Həsən-

Hüseynləri də çeynəmiş münəvvərlərimiz təlaş edirdi. Bunların 

hər biri bir cəhətdən məsələyəı yaxlaşdığı  məlum idi. O zaman 

aburlu, həyalı bir surətdə  ədəblə oturmuş  həzəratın qarşısında 

“İmam Hüseynin səhnəyə çıxmasına” razı olmayanlar, küçələrdə 

min cür ləhvü-ləəblə dolu “şəbihlər” göstərilməsibə razı olurdu-

lar. Arxadaşlar xatırlayırlar. Bunun için bıçaqlar, xəncərlər bilöv-

lənmiş, tapançalar yağlanmış bir halda müəllifə hücumlar göz-

lənilirdi. 

Məlum ki, bu dəfə Cavidə böylə bir hücum olmazdı. Çünki 

Cavidin pyesindən üç il əvvəl Azərbaycana yerləşmiş fəhlə-kəndli 

hakimiyyəti böylə boyunduruqları çoxdan qırmış və xəlqi Kərbə-

layə “baş bağlamaqdan” qurtarmışdı. Bu ümumi bir vəziyyət 

içərisində yenə də din və allah ilə bərabər Peyğəmbərə “itaət” ara-

dan götürülməmişdi. Bunun üçün Cavidin pyesi əlbəttə ki, lazım 

idi. Peyğəmbəri təsəvvür edilən mənziləsindən düşürüb adi bir 

insan şəklinə salmaq gərək idi. Bir dəfə göstərilməliydi ki: “Pey-

ğəmbər” dediyimiz adam, başqa palçıqdan yoğrulmamış, o da bi-

zim kibi adi bir fərd olmuş, bəlkə  əsrinin, zamanın  ən sadiq, ən 

bariz kibi adi bir fərd olmuşdur və bunlardan əlavə onun nə kibi 

bir  şəxs olmasını bilmək istədikdə özündən, dost-aşnasından, tə-

rəfdarlarından sormaq əbəsdir. Çünki bunlar, onun ancaq yaxşı 

cəhətlərini göstərəcək, onu tanımaq istəyən, onun əsrindəki yağı-

lardan əhval bilməlidir. O zaman tarixi-Təbərinin göstərdiyi kibi 

Məhəmmədim bir şəhvətpərəst erkək, “bəyəndiyi qadınlarla zöv-

qə, cünbüşə” dalan, “həftədə bir taza qadın alan” birisi olduğu, 

onun altunu təhqir edəcəyi bir zamanda “yaşı keçmiş dul 

Xədicə”nin parasilə  ətrafına bir çox biətçilər toplaya bilən bir 



Úàâèäè õàòûðëàðêÿí 

102 


siyasətçi olduğu; hər kəsi köhnə bütlərdən küsdürmək, anlamaz, 

sarsaq kahinlərdən iyrəndirmək istədiyi halda yerinə yenilərini 

hazırlayan olduğu, “gözəl Aişənin” işlədiyi bir xəta dolayasilə 

“həp qadın aləmi”ni yasa batıran, bütün cahan qadınlarını ona 

fəda etmək istəyən olduğu tamamilə anlaşılır və Peyğəmbərin 

yeni götürmüş olduğu din əskisindən çox az fərqli olduğu görülür. 

Bədəvi  ərəblərin bir pınayır yanında bir ticarət mərkəzi sayılan 

Məkkəyi “ümum” dünyaya hökmüran etmək və  əski isimlər ye-

rinə başqa isimlər qollanaraq hər bir şeyi əvvəlki halında saxlamış 

olduğu aydın olur. Netəkim Baş Rəisin ağzilə Peyğəmbərə uyacaq 

kor millətləri nasıl cəlb ediləcəyi də göstərilir: 

 

“Qonacaqdır qara daş bütün yerinə 



Büt də bir daş, o da, adlar başqa... 

Dünkü bütxanə bu gün beyti-xuda. 

Ərəbin var-yoxu dün nəyisə bu gün 

Olacaqdır daha yüz qat üstün. 

Bir Hicaz əhli deyil, hər millət, 

Tökəcək Kəbəyə altun, sərvət, 

Buraxıb yurdunu həp ac, çılpaq, 

Sizə kor, duyğusuz ellər qoşacaq... 

Şimdi kərtənkələ yerkən bir ərəb, 

Sürəcək ömrünü püreyşü tərəb, 

Yurdumuz başqa səadət bulacaq, 

Səbəb ancaq şu böyük din olacaq...” 

 

İştə Cavidin adi kişilər dərəcəsinə endirdiyi Peyğəmbər bun-



dan başqa bir şey deyil, fəqət onun yucalıqlara çıxmasındakı siir 

ancaq mühitini tanımaq, qorxmazlıq və sarsılmazlıqdadır. Cavid 

bunu da açıq göstərmiş və bunlarla da bir şey demək istəmiş: gər 

bir padşah müstəbid, hər hakim zülmkar olduğu kibi, hər bir dahi 

də adi bir fərd ola bilər. “İctimai vəziyyət avand və uyğun dü-

şərsə, hər bir bu günkü çoban yarın bütün bir ölkəyə deyil, böyük 

bir qitəyə  rəhbər ola bilər. Yalnız mətanət, səbat və  məqsədinə 


Úàâèäè õàòûðëàðêÿí 

103 


düzgünlük və əyilməz bir xətt istər. Heç bir dahi, özü özlüyündən 

dahi olmamış  və  bəlkə onun bir çox yardımçısı, tarix boyu onu 

hazırlayan amilləri olmuşdur. Zatən tarixin göstərdiyi heç bir 

filosof, heç bir siyasiyun, heç bir din rəhbəri yoxdur ki, özündən 

əvvəlkilərin qurduğu pillələrdən keçməsin, onların keçdiyi mərhə-

lələri aşmasın və onlardan xəbər almadıqda, onların müvəffəqiy-

yət və nisyanlarını nəzərə almayaraq, mühitini tanımayaraq, onun 

qüvvətlərini ölçməyərək dahilik iddiasına düşənlərin  əlindən heç 

bir  şey gəlməyəcəyi açıqdır. Ona görə  də bu vaxta qədər gəlib 

getmiş “dahiləri” heç də fövqəlbəşər saymamalı, çünki onlarda da 

ümidsizlik, ruh düşkünlüyü olur. Fəqət onların ruh düşkünlüyü 

adi insanlar kimi qüvvəti-qəlbi qırmayır. Mədd-cəzr misalı bir 

ümidsizlik arxasınca gələcəyə ümid doğur. O zaman: 

 

Qorxma söylə? Şəfəq sökər 



Bir gün gəlir, qaranlıq sıyrılır 

Hər kəs qarşısında diz çökər 

Xain silahları qırılır. 

kibi və yaxud: 

İmidsizlik sana heç yaraşmayır 

İnan imiddir qayələr qayəsi 

Acıdır imidsizliyin meyvəsi 

İmidsiz bir insan, imidsiz bir millət 

Səfil və bədbəxt olur nəhayət. 

 

Fikirləri onları yenidən ruhlandırır və əzm-səbatını toplayaraq 



axan selin, yüyürən kütlənin cərəyanına qarşı getməyə sövq edir. 

Bununla bu adamlar tarixdə böyük ad və san sahibi olur. Cavid 

əsmin başlanmasını qeyd etmədən də keçməyir: 

Düşün nə əhd etdin Həra

10

 dağında 



Deməklə  şair iki nöqtəyə birdən daş atır. Onlardan birisi: 

Xədicənin iştirakilə  bərabər altı adam arasında Məhəmməd bir 

əhd etdi ki, bəni-həşim və bəni-üməyyə mübarizəsinin nəticəsində 

Ərəbistanı öz əlinə toplasın.  İkincisi: heç bir dahi birdən-birə 



Úàâèäè õàòûðëàðêÿí 

104 


parlayamaz, onun üçün yuxarıda söylədiyimiz nöqtələri əvvəldən 

sezmək, düşünmək və sonra da əhdini hər zaman gözü önündə 

dutmalıdır. Böylə taleləri oynatdıqdan sonra, Cavid fərdin tarixdə 

oynayacağı rol məsələsinə yaxlaşaraq böylə bir nəticəyə gəlir: 

Ey böyük yalavac, inan ki, sussan 

Bəs bəlli tarix görür böyük ziyan. 

Yəni özünü tanrı elçisi sayan Peyğəmbər bütün tarixi simalara 

müxtəs olan iradəsi ilə qarşısındakı  əngəlləri qırmaq, atmaq və 

məqsədinə irmək istəyir:  Əcəba, Peyğəmbərin susmasilə tarix 

ziyan görəcəkmi idi? Bəlkə də yox! 

Plexanovun riyazi bir şəklə qoymuş olduğu fikrə baxalım: 

“A” hadisatın vücuda gəlməsi üçün müəyyən bir zaman içəri-

sində, dutalım məlum bir fərdin “B” taqəti də lazımdı. Bu olduqda 

bütün tarixi hadisələr məcmuəsi “S” əldə edilmiş olacaqdı. Yox, 

məzkur fərd dəqiqəsi gəlmiş ikən öz iqtidarını göstərmiş olmazsa 

o zaman “S” məcmuəsində bir “B” nöqsan olacaq, onun için də 

olsun ki, lazım olan səbəblərin hamısı mövcud olmamasilə tələb 

edilən hadisə meydana gəlməmiş olacaq. Ona görədir ki, bəzən 

bir fərd  ən böyük ictimai bir qüvvət ola bilir”. Lakin burada bir 

şəxsin əhəmiyyəti o qədər böyük görünməməlidir. 

Çünki tarixi simaları meydana gətirən qeyd etdiyimiz bütün 

ümumi ictimai səbəblərdir. Onlar olmasa, onlar axıb bir məcraya 

gəlməsə mlum ki, cəmiyyət içində heç bir dəyişiklik olmaz. Hetə-

kim Böyük Oktyabr inqilabının başında duran şəxsiyyətlər min 

doqquz yüz on yeddinci ildə olan kibi min doqquz yüz beşinci 

ildə də var idilər, fəqət ictimai hazırlıq o zaman meydanda olma-

dığı üçün bu gün bütün proletar rəhbərləri sayılan fərdlər o zaman 

böylə bir inqilab yapmaqdan aciz idilər. 

Zatən tarixdəki bütün inqilablar böylə olmuşdur. Şəxsiyyətin 

əhəmiyyəti olduğu kimi ictimai cərəyanların da bir məcraya 

tökülməsi də şərtdir. Bu cərəyanlar müxtəlif cəhətcə axmış olsa, o 

zaman məzkur şəxsiyyət heç bir böyük qüvvə göstərməyəcək və 

zəif düşəcəkdir. Yuxarıda göstərdiyimiz nöqtələrdən Cavid boş 

keçməyir. Bir tərəfdən ictimai qüvvələrin bir yerə toplanması 



Úàâèäè õàòûðëàðêÿí 

105 


üçün bütün müxalif qüvvələrin, müxalif axıntıların darmadağın 

edilməsi keyfiyyətini göstərməkdən qaçmayır. Və eyni zamanda 

bir məqsədə irmək üçün daima ox kibi doğru uçub dağa-daşa 

çarpmaqda bəzən lüzumsuz olduğu nəzərdə dutulmalıdır. Müm-

künat nə ola bilərdi: 

Məkkə kibi müxalif cərəyanlara qarşı  zəif düşdükdə ya o 

mühitin içindəki qüvvələri ayrı-ayrı olaraq qırmaq. Bunun üçün 

də Peyğəmbərin  əlində sarsılmaz məntiqdən başqa bir çarə yox-

dur. Ya tamamilə məyus olub hələ vaxt yetişməmiş deməklə məz-

kur qüvvələrə qarşı boyun əymək və yaxud qarşısında bulunan 

əngəlləri qırıb atmağa çalışmaq gərəkdi. 

İştə hər bir “tarix yaratmaq istəyən” simaların trajedisi də bu 

nöqtədədir və  C a v i d i n: 

 

...Qopuyor ta içimdə bir tufan 



Beynim atəş saçıb durur hər an; 

Yanıyor bənliyim, düşüncələrim, 

Çarə bul, yoxsa məhv olub gedirəm. 

 

Sözlərilə sənətkaranə təsvir etdiyi bir hal Peyğəmbəri qurmuş 



olduğu plan ilə mühitin uyğunsuzluğundan vücudə  gələn bir 

xələcan nidasıdır. Bir tərəfdən. 

 

...Bən iştə bir aciz 

Yolçuyam, kimsəsiz, təsəllisiz, 

Çevrəm issız mağaralar, yalçın 

Qayalar, sarp enişlər... 

 

Deməkdə öhdəsinə aldığı vəzifədə tamamilə yalqız, digər tə-



rəfdən mühitin sapqın, azğın,  ənənədar, laübalı olmasilə  bərabər 

yolun yeniliyinə qarşı büsbütün inadlı  və ipəyatmaz olması 

meydana çıxır.  

Burada bir tərəfdən Mələk sifətində göstərilmiş əqli  

- Əzm və səbat... 


Úàâèäè õàòûðëàðêÿí 

106 


Deyə dönməməzliyi tələb edir. Fəqət bununla bütün məsələlər 

bitmiş olmayır. Mühiti hazırlamaq, onun (mühitin) yaşayışındakı 

nöqsanları ona göstərməklə ayrı-ayrı  fərdlərin özünə  tərəfdar ol-

masa da mövcud haldan iyrənci bir vəziyyətə soxmalıdır, ona 

görə də Topal ilə İxtiyar bütçinin qızğın bir qavğa yapdığı sırada 

Peyğəmbər həm ağulu, həm də  təbliğ  və  təşviqedici bir dil ilə 

deyir: 

...Yalançı kahinlər sizi məhv edər, 

Əcdadınız doğru yoldan sapmışlar, 

Daşdan, taxtadan büt yapıb tapmışlar... 

O mənasız yolu həp unutmalı 

Unutmalı, həqq yolunu dutmalı. 

 

Vaxt gəlmişkən bir nöqtəni də unutmayalım ki, Peyğəmbərin 



fəsahət və bəlağətlə danışması bütün ona inanarlar tərəfindən qə-

bul edilmişdi. Hətta Xəttab oğlundan qorxan bacısı Səidi tələsdirir 

və Peyğəmbərə xəbər verməklə onu ölümdən qurtarmaq istədikdə 

Səid mətin bir iman ilə: 

 

Şaşırma, ey Xəttab qızı! 

Qardaşın gərçi qəhrəman 

Peyğəmbər o imansızı 

Bir sözlə susdurur inan. 

 

deyir. Zatən bütün mühitin təşviq və  təbliğə hazırlamaq istəyən 



hər bir zatda sarsılmaz bir məntiq olmazsa, öz mühitinə  təsir 

edəməz. Cavid dəxi bu nöqteyi də sezmiş və başqalarının dililə də 

olsa Peyğəmbərin bu cəhətini gözə çapdırmaq istəmiş. Bir çox 

yerdə qeyd etdiyimiz kibi burada da Cavidin zəif bir nöqtəsinə 

işarə elədim. Cavidin əsərlərində ümumi  bir nöqsan, qüvvətli bir 

fikrin felən deyil söz ilə göstərilməsindədir. Uzun-uzun söyləmə-

lərdən isə qısa bir fəaliyyət əsəri qat-qat yüksəldə biləcəyi halda 

Hamlet tipində olan Cavid özü əsərlərini “fəlsəfəçiliyə” soxur. 

Burasında böylə çalışırkın  Şəmsa və  Rəisə ilə yürüdülən məntiq 


Úàâèäè õàòûðëàðêÿí 

107 


də, onu tamamilə zəif buraxmaq da Cavidin nöqsanı sayılmalıdır. 

Buna görə  də  məqaləmizin “Hüseyn Cavid və “Peyğəmbər”i 

qismində böyük simaları yaradırkən, Cavid onları qarşısına çağı-

rıb adam əqilli tədqiq və  təhlil etməz demişdik. Bununla biz 

Cavidi istedadsız göstərmək istəməyirik,bəlkə onun tələsməsini 

vəqələrlə qeyd edirik. 

Məlum ki, Peyğəmbər  əskiyi bəyənməyib keçmişləri təhqir-

edici və hazırkıları əzici bir fəsahət və məntiq yürütməkdə özünə 

zəminə hazırladı. Onu eşidənlərdə  də  ənənəyə qarşı bir şübhə 

oyandırdı. Köhnə yolları buraxmağa və doğru yol dutmağa 

çalışdı.  

Bu doğru yol hankısıdır? – deyə sormağa hazırlaşan dinləyi-

cilərə Peyğəmbərin idealizm ilə suvarılmış icadı, aldadıcı şirin və 

müşfiq bir dili: 



Bütün məbudların fövqündə parlar 

Yalnız gözə görünməz bir tanrı var. 

 

Özü də necə? 



Peyğəmbərin dimağından doğmuş, onun duyğularilə  bəzən-

miş, onun fəlsəfəsindən ayrılmış: 

 

Əfv edər; onun lütfi çox 

Peşiman olan qullara... 

 

Onun şəfəqlərdən qoparılmış bir tanrısı var. 



Peyğəmbər  ənənənin qırılması üçün kahinlərin nüfuzunu 

qıracağı kibi Kəbənin də hörmətini əskildəcək: 

 

...Şu öydüyün məbəd 

Bir panayır qaynağıdır; 

 

Deməklə sarsıdıcı, fəqət hər kəsin gözünə soxulan həqiqətləri 



göstərəcək və ona qızmışlar ilə birdən-birə qavğaya atılmayacaq. 

Hər dəqiqədən istifadə etdiyi kibi cəmiyyətin hər bir vəziyyətin-



Úàâèäè õàòûðëàðêÿí 

108 


dən də istifadə etməyə çalışacaq; o zamankı  cəmiyyətin  əxlaqi 

səciyyələrinin son dərəcə düşkün olduğunu göstərəcək, cəmiyyə-

tin içində olan əzilən və istismar edilən sınıflardan da istifadə 

edəcək.  Əvvəlcə  cəmiyyətin tərəfindən təhqir edilən qadınlıq, 

sonra qullar (kölələr) və daha sonra yoxsul ərəblər, bunlar həp 

peyğəmbərin imidgahıdır. Bunları qabartmaq ilə o işini görə 

biləcəkdir. 

Canavar kibi öz qızının ölümünə susamış ərəbin beş-altı yaşı-

na varmış qızını məzarlıqda gömürkən: 

 

Sən də bacın kibi gəbər! 



Qızlar məhkumdur heçliyə 

...Artıq yox fəzlə ətməyim. 

Deməsinin zatən vaxtı keçmişdir.  

Çünki Kəbə özü  

Yoxsul ərəbçin məbəd 

Bir ticarət ocağı... olmuşdu. 

 

Və bunun nəticəsində daha əvvəlki işrət həyatı qalmamış, bəl-



kə qulları istismar etməklə varlanmış “köləlik cəmiyyəti” o qədər 

irəliləmişdi ki, inqrazə yüz qoymaq zamanı gəlmişdi. Kübarlar və 

rəislər təbəqəsi artıq “cəhl və inaddan” başqa bir şey bilməyir-

dilər. Sərxoşluq, zövq və  səfadən nəşələnmək onların bütün hə-

yatını qaplamışdı. Odur ki, böylə eyş və işrət ilə keçinənlərə baxıb 

həsrət çəkən  ərəbləri  bir  az  da  qızdırmaq və  əvvəlcədən təbliğ 

etdiyi üsulu yenə də sınamaq üçün Peyğəmbər: 

 

“Yetişir zövqü səfa, çəngü rübab 



Bu qədər uydunuz İblisə, yetər 

Yetişir içdiyiniz qanlı şərab 

Ayılın bir baxın aləmdə nə var? 

Sizi həp məhv edəcək şürbü qumar, 

Sonu heçdir, uçurumdur bu yolun”. 

 


Úàâèäè õàòûðëàðêÿí 

109 


Deyir və bununla balalarını acından gömən ərəblərə və səfalət 

içərisində boğulan rəisləri təxti-rəvan üzərində daşıyan kölələrə 

apaçıq bir psixoloji təsir yapmaq istəyir: 

 

Bilməm atıb heyvanları, 



Omuzlarda gəzmək neçin? 

Şu zavallı insanları 

Yük altında əzmək neçin? 

Halbuki zənginlə yoxsul 

Bir torpaqdan yaradılmış, 

Bir sultanla bir qara qul 

Eyni çamurdan yapılmış. 

deyir. 


Burada Peyğəmbər tamamilə öz gücünə etimad etməyir. O, 

bütün-bütünə özünə mühit hazırlamağa sarılmış.  İşbu nöqtədə 

Peyğəmbərin yürütdüyü siyasət həp mahiyyətlə marksistlərin 

“afəti-təbiyyəni insan ağlı intizama salar”, yəni tarixin mülahizə-

siz, düşüncəsiz hadisələr yığını  nəticəsində meydana gələn cərə-

yanına gərəkli bir şəkil, yol vermək olar, fikri doğrudan da özü-

özlüyündə isbat edilir. Peyğəmbər əvvəlcə: 

 

Həqqi təbliğ için sənin ancaq 



Rəhbərin sənəti-kəlam olacaq 

təbliğat yapan: 

Bəhs edər busədən, məhəbbətdən 

İncilər sərpər elmü hikmətdən  

 

olmuşdu. Fəqət bunun ardınca bir doğru və hər bir əsrə müvafiq 



olan fikri vardı ki, Hüseyn Cavid də  həyatın fəlsəfəsini bunda 

görür və Peyğəmbərin ağzına da 

 

Şu qılınc! Bir də şu mənalı kitab 

 

sözlərini verir. 



Úàâèäè õàòûðëàðêÿí 

110 


Zəif olduqca Peyğəmbər qayət sərt və cəngavər olan Əbutalib 

oğluna müharibədən çəkinməyi öylə təlqin etmiş ki, Xəttab oğlu-

nun Peyğəmbəri öldürəcəyini eşidərkən: 

 

...Qan tökməyi 



Böyük tanrı mən ediyor 

 

Deməyə məcbur edir. Və hətta sonradan özü də öylə qızır ki, 



sinirli bir surətdə: 

 

“Ah Peyğəmbərin şu helmi 



Həp düşmanları güldürür”. 

 

deyir. Lakin bu helm ilə  təbliğ üsulu yalnız müəyyən bir 



zamana qədər davam edir. Xəttab oğlunun yeni dini qəbul etməsi 

və  Xəttab qızilə  Səid kibi bir çoxlarını artıq hazır olması bir 

məqamədək lazım idi. Bu zamanə  qədər ayələr söyləmək həp 

bədihəpərdazlıq, hikmətşünaslıq ilə tərəfdarlar qazanmaq istəyən 

Peyğəmbər bu dəfə, yeni bir üsula keçmək,  əski cəmiyyəti yıx-

maq, təərrüzə başlamaya hazırlaşır. Buna görə də iki yol qarşısın-

da bulunur. Biri məzkur mühitin içində bulunub təbliğdən təşviqə 

keçmək və birdən-birə xəlqin bir təbəqəsini – yoxsul sınıfını – bu 

əyyaşlar; “tülkü”lər və  rəqqasə düşkünləri üzərinə hücum etdir-

mək və yaxud bunların arasından çəkilib xaricdən bir az da 

qüvvətli və ağır zərbələrlə bu cəmiyyəti büsbütün məhv etmək idi. 

Məlum ki, bunların birincisi doğru olmazdı. Çünki bəlkə 

üsullar həm daim əvvəldə olduğu kibi avand (müvəffəqiyyətli) 

olmayacaqdı, bəlkə  də Peyğəmbərin tərəfdarları içinə bir taqım 

ünsürlər soxulmaq ilə onun bütün planlarını  bərbad edəcək idi. 

Bəlkə də açıq “vətəndaş” döyüşü və müharibəsi meydana gələcəyi 

nəticəsində  əbdilik zəif düşmüş olacaqdı. Ona görə  də  ən doğru 

bir yol: buradan köçmək və Mədinə kibi daha zəngin bir mühitə 

atılmaqdı, sonra mədinəlilər ilə  məkəllilər arasındakı yağılıqdan 

istifadə edərək bu cəmiyyəti büsbütün ələ keçirmək məsələsi 



Úàâèäè õàòûðëàðêÿí 

111 


meydana çıxardı. Burada Peyğəmbərə bir şey dəxi yardım edə-

cəkdi ki, anası Mədinədən olduğu için orada çox-çox əqrabası var 

idi. Ona görə Peyğəmbər oraya atılır və yenidən Məkkəyi yədi-

təsərrüfünə salmaqa müvəffəq olur.  

Bu qədər yürütdüyümüz mülahizədə biz tarixin gedişini təhlil 

etmək deyil, bəlkə Cavidin böylə tarixi və ictimai incəliklərdən 

bacarıqlı bir qələmlə pyesində kompozision yaratmasıdır.  

O böylə  əsaslı  cəhətləri unutmayaraq bir quş baxışıyla  əsrə 

göz gəzdirə və qaba taslaq bir rəsm yapan sənətkar kibi fırçasilə 

iri-iri ləkələr və cizgilər ataraq, böyük bir ictimai müəmmayı 

təsvir etmiş olur. O, qarışqa addımı ilə yürüyüb incədən-incəyə 

xətlər cızanlardan deyildir.  

Qısa deyilsə Cavidin bəzi ictimai görüşləri qəbul ediləcək 

dərəcədə ola bilir. Təsvir etdiyi ictimai axıntılarda ictimai bir 

hazırlıq olmadıqda bir quru fərdin və yaxud yüz, iki yüz adamın 

nə  əhəmiyyəti olacağını bir az da hiss edir, fəqət dərindən ayırd 

etməyir. Burada Cavidin tarix fəlsəfəsinə diqqət etməməsi 

meydana çıxır. Onu qeyd edəlim ki, müəyyən tarixi bir vəqəyi hər 

ədib öz məsləkinə müvafiq bir nöqtədən görmək istər. Cavid dəxi 

öz əsrinin, öz mühitinin gizlin bir surətdə tələb etdiyi cəhəti mey-

dana qoyur. O, gözlüklə Peyğəmbərə baxır. Onu bir adi bəşər ha-

lına endirir. Fəqət burada Cavid yenə də tərbiyəsi xaricinə, ata-ba-

basının ona buraxmış irsi mülahizələri ilə düşünüşü bir dürlü bu-

raxmayır. Bu nöqtəyi şair özü “Bahar şəbnəmləri”ndə daha gözəl 

təqdir edir: 

 

Hər kim əvvəldən inanmış hər nəyə, 



Bir də ram olmaz o dugər bir şeyə. 

Haqq təcəssüm etsə birdən həpsinə, 

Tutduğundan kimsə vaz keçməz yenə. 

Çünki pək gücdür unutmaq keçmişi 

Həm düşünmək istəməz bir çox kişi. 

 


Úàâèäè õàòûðëàðêÿí 

112 


Daha sonra fikrini bir az da aydınlatır və guya Leninin fikrini 

nəzmə çəkibmiş kibi: 

 

Hökm edər “mazi” bütün vicdanlara, 

“Əskilik” eylər nüfuz izanlara 

Əski adətlər birər zəncir olub, 

Dəmbədəm etməkdə təsxiri-qülub. 

Sorsalar: dünyada kimdir hökmdar? 

Bən derim: ölmüşlər, ölmüş duyğular. 

 

Burada görüldüyü kibi Cavid dəxi ata-babasının görüşilə 



yaşayır. Realist olmağa çalışsa da olmayır. Digər tərəfdən Cavid 

özü xəyalpərvər olduğu üçün Peyğəmbəri də bir parça romantik 

və xəyalpərvər görmək istəyir.  

Bununla bərabər tarixin vəqələri qarşısında çabalamağa məc-

bur olur. Cavid öz qəhrəmanını tamamilə ictimai axınlardan ayır-

mağa çalışır; onu bir əsr dahisi görmək istəyir. Peyğəmbərin ətra-

fındakıları, Peyğəmbərin kimlər ilə  hərəkət etdiyi, o mühitin nə 

yolla hazırlandığını ictimai baxışdan görməyir. Onların hamısı bir 

pərdeyi-nisyan içində solub qalır.  

Kitlənin qızması, kitlənin qımıldanması,  kitlənin coşub yürü-

məsi və qarşısına çıxan hər bir əngəli basıb keçməsi Cavid üçün 

bilirsiz qalır. Müəllif ancaq və yenə də ancaq Peyğəmbərin siması 

ilıə  məşğul olmuşdur. Peyğəmbərin heykəli Cavidin gözündə o 

qədər böyümüş ki, onun arxasında yürüyən ictimai seli görməyir; 

onu da qeyd edəlim ki, Peyğəmbər tip deyil, öylə də bir İsgəndəri-

Kəbir və yaxud bir Çingiz tip olmamışlardır, bəlkə onlar müəyyən 

bir dövrün indifai bir qüvvəsi olmuşlar. Məzkur dövr içində  hər 

kəs özünü onlara oxşatmaq istər, lakin o, ola bilməz. Kitlənin 

ayrı-ayrı fərdi öylə müstəsna simaya qarşı son dərəcə zəif qaldığı 

üçün bunlara da dahi adını vermişdilər. 

 

Bu dühalar Cavidcə 

...Hər biri bir qəhrəman, 


Úàâèäè õàòûðëàðêÿí 

113 


Həp çalışmış durmadan, sarsılmadan, 

Bir dügün... onlarca hər bir təhlükə

Həpsi olmuşlar fəda bir məsləkə. 

 

İştə bu məslək fədası nəticəsidir ki, bu adamlar hər bir əziy-



yətə, azara dözür, ölənə  qədər mübarizədən çəkilmək istəməyir. 

Bu da səbəbsiz deyil, çünki: 

 

Həpsinin qəlbində bir sevdası var,  

Həpsi Məcnun... Həpsinin Leylası var. 

Həpsinin ruhində bir cənnət gülər, 

Həpsi şəfəq bəslər, ülviyyət dilər. 

Ağlamışlar həpsi insaniyyətə, 

Xadim olmuşlar bütün bir niyyətə. 

 

İştə bu nöqtələri araşdıran Cavid şəxsiyyətlər üzərində daha 



çox durur; bəzən fəlsəfi müəmmaların həllinə atılır, lakin onları 

ətrafı ilə möhkəm iplər vasitəsilə bağlamayır. 

Cavid kitlədən qaçır, onun içərisinə girib dərdlərini araşdır-

mayır, onların hisslərilə yaşamayır, ona görə  də uzaqlığı  hər 

şeydən artıq sevir. Çünki 

 

...Uzaqda səadət var, eşqə hörmət var 



Yaxın zəhərlidir, əmma uzaqda cənnət var 

Uzaqda var əbədiyyət ki, başqa nemətdir. 

 

Həmin bu uzaqlığı sevən Cavid romantikdir. O,həyatın 



zəhərli neştərini görmək, onu duymaq istəməyir, o müvəqqət də 

olsa aldanmaq istəyir və aldandığını da anlayır. 

Cavid nə istəyir? Bütün həyatı bir gözəllik bürüsün; şəfəqlərlə 

çiçəklər açsın, həp insanlar mələyə dönmüş olsa da yenə  ən 

müstəsna bir gözəl qıza bütün kainat əyilmiş olsun.  

Çünki mələk də, gözəl də, gözəllik də “ulu dahilərin nədimə-

sidir”, ona görədir ki, Şəmsanın ağzına: 


Úàâèäè õàòûðëàðêÿí 

114 


Bən istərəm, həp nə var uzaq və yaxın 

Böyük dahilərin, qəhrəmanların 

Bütün ruhi bir çöhrədə parlasın 

O da bənim pərəstişkarım olsun. 

 

Sözlərini verir. Bu surətlə Cavid nə yaratmaq istəsə yalnız 



incəlik və gözəllik xatirəsinə, yalnız bir gözəlin “süzgün” baxış-

larına, “canlar alan” gülüşünə xidmət etmək xatirəsinə yaradır. 

Gözəllik və sevgi Cavidin bütün varlığını qaplamışdır. 

Hətta:  


 

Bənim tanrım gözəllikdir, sevgidir 

 

Deməsi Cavid için ən səciyyəvi bir cəhətdir. Filhəqiqə Cavi-



din bundan yüksək bir tanrısı yoxdur, demiş olsaq yanılmayız 

zənindəyiz. 

Cavid - əsərində heç bir əxlaq dərsi vermək istəməyir, bəlkə 

bir az da Oskar Uayld kibi hüsn peyvərisi olaraq qalmaq istəyir. 

Əsərlərini təlqin fikrilə  də yazmamış. Bu nöqtədə Cavid sənəti 

sənət için sevənlərdən olmamış nə olur? 

Lakin Cavid əxlaq məsələlərilə  məşğul olmaya bilər. Onun 

qəhrəmanı Peyğəmbər isə  ən birinci addımını  əxlaq təshihindən 

başlamış, ətrafındakıların “İblisə uyaraq fəna yollara sapdıqlarını” 

görüncə onları doğru yola çağırmaq istəmiş  və yalnız Sokrat 

misal xocalıq ilə bir ömür keçirmək istəməmiş. Kitlə içərisinə gir-

miş, çarpışmış, əzilmiş, döyülmüş, fəqət məsləkindən dönməmiş. 

Peyğəmbər yeni din gətirmək istəmiş. Əski ənənələrə tabe olmaq-

la “gözə görünməz tanrıdan” yüz döndərməkdə  hər kəsi ittiham 

etmiş, hər kəsə azğın, sapqın  deməklə ətrafına bir vəlvələ salmış. 

Deməli meydanə kitlə  həyatı, kitlə  rəhbərliyi, ictimai mübarizə 

gəlmiş din boyası ilə qarışmış yeni, bir qədər də həyati bir fəlsəfə 

məsələsi ortaya fırlanmışdır. Cavid dəxi bütün bu “etilalara” çıxıb 

əvvəlcə  məsələni özü üçün həll etməliydi. Görülür ki, bunların 

heç birisini yapmamış. Bəlkə  də özü anlatdığı kibi bir təsadüf 



Úàâèäè õàòûðëàðêÿí 

115 


dolayısilə bir ilham ucu görmüş, haman qələmi almış “bir şey 

yazayım” diyə bu əsəri qaralamış. Yox əsəri mükəmməl yazmaq 

istəsəydi Cavid yaza bilərdi. Peyğəmbərin əxlaq üzərində yapdığı 

təshihə göz yumub keçməzdi. Burasında bir ləhzə durmalıdır. 

Peyğəmbər baş qaldırarkən  əşirətin inqirazi üstündə qurulan 

bir köləlik mədəniyyəti dövri idi. Məkkə  xəlqi iki qismə ayrıl-

mışdı. Bir ucda bütün səfalətilə rəislər təbəqəsinə ayrılmışdı. Bir 

ucda bütün səfalətilə  rəislər təbəqəsi, digər ucda da yoxsulluq, 

aclıqdan balalarını torpağa gömən canavarlar təbəqəsilə  ərəblərə 

əsir olanlardı. Bunlar axın və  məcralar arayır, ta cəhalətdən 

“səadət” dövrünə varıncaya qədər fütuhal için can atar və günün 

birində yıldırımvari bir itiliklə dünya tarixinə soxulduqları kibi bir 

elektrik sürətilə də çəkilə bilirlər. 

Tarixçilərin göstərdiyinə baxılsa ərəblər həp zatında xülyapə-

rəst deyildilər. Onlar tamam mənasilə  təbiətin balaları idilər. 

Peyğəmbər  də bunların arasından çıxmış müstərib də olsa belə 

yenə də bir Ərəbistan səmərəsidir. 

Ona görə də Cavidin təsvir etdiyi qədər də romatik olmazdı.  

Digər tərəfdən onun yeni əxlaqi tamamilə əskisindən ayrılma-

lıydı, əsərdə buna bir işarə varmı? Baxalım Peyğəmbər nə deyir? 

 

O, ən əvvəl öz əsrindən şikayət edir: 

Məhv edən həqli, məhv olan həqsiz... 

Həp münafiq, şərəfsiz, əxlaqsız... 

 

Deyə qaba qüvvətin hökmfərma olduğunu göstərir. Onun 



yerinə  İsa məsihdən məlhəm olaraq yeni bir əxlaq sistemi təklif 

edir və bunların hamısını da yığıb bir məvhum nöqtəyə bağlayır. 

Əski bütləri dağıdır, onun yerinə qara daşı ibadətgaha qoyur. 

Kahinləri təlin edərkən 

 

Vətəndaşlar! Yetər sapqınlıq, yetər, 

Yalançı kahinlər sizi məhv edər 

Əcdadınız doğru yoldan sapmışlar 

Daşdan, taxtadan büt yapıb tapmışlar... 


Úàâèäè õàòûðëàðêÿí 

116 


deyir və eyni zamanda özünün hərəkətlərini müxtəlif cəhət nə 

qədər qüvvətli bir surətdə tənqid edir: 

 

Sizi qorxutdumu Peyğəmbər adı? 

O da əlbət şu vətən övladı. 

Burda heç bir yeni şey varmı? Yenə  

Qonacaqdır qara daş büt yerinə 

Büt də bir daş, o da adlar başqa... 

 

Diqqət edilsə Peyğəmbərin üzərinə və onun yeni gətirmiş ol-



duğu dinə qarşı söylənilən bu sözlər tamamilə  həqlidir. Çünki 

Peyğəmbər nə  qədər dəvətində  eşqdən-məhəbbətdən başladısa 

nəticədə ondan qaçdı.  İnsanları sadə haqq yola dəvətlə qalmadı. 

Bəlkə bir “əldə silah, bir əldə kitab” təərrüzə başladı. 

Din yolu ilə ictimai əxlaqi düzəltmək istəyənlərin vəziyyəti 

daima böylə olur: onlar ya Budda

1

 kibi  şahzadə olur, siyasi nü-



fuzu və iqtisadi qüvvəti sayəsində ətrafına böyük mürid dəstələri 

toplar; ya “İsa” kibi Roma imperatorluğunun  ən qatı bir siyasəti 

nəticəsində dara çəkilir və yaxud Məhəmməd kibi əvvəlcə Budda 

ilə  məsihdən ilham alıb  ətrafındakılara cənnətlər vədə vermək, 

qiyamət  əzabilə qorxutmaq kibi manevrələr yapsa da nəhayət 

siyasi və iqtisadi qüvvə beytülmalları öz əlinə toplamaqla qarşı-

sında olan əngəllərlə mübarizə edir. 

Peyğəmbərin “yeni əxlaqı” tamamilə Musa və  İsanın “qoy-

muş” olduqlarını təsdiq etmək, onları tanımaq və nəhayət bəzi tə-

dilat ilə özünü göstərməkdən, bunu yapmağa onu vadar edən yenə 

də ondan əvvəl mühitdə qüvvətli kök salmış olan din və  əxlaqa 

sadiq qalanları müstəqim duşmanlardan ayırmaq məqsədi idi. 

Demək mövcud olan ictimai qüvvələr münasibətini Pey-

ğəmbər nəzərə alırdı. Bu nöqtədə Peyğəmbər ən böyük realist idi.  

                                                 

1

 Xədicənin mal-dövlətini verib özünə müridlər hazırlamaqda Peyğəmbər də 



tamamilə Buddanın rolunu oynamışdı. – H.Z. 

Úàâèäè õàòûðëàðêÿí 

117 


Peyğəmbərin ehtiyatla davranmasına daha başqa yerdə  təsa-

düf olunur: o, altun, varlılıq,  şərəf iqbalının hamısını müvəqqət 

sayır, onlara təərüzlə deyir: 

 

Sən nəsin? İştə bir ovuc torpaq! 

Bax, düşün, kibri at, qüruru burax!.. 

Var, səninçin də böylə bir gün var 

(

məzarlara işarə



Bir gün əldən çıxar şu altunlar, 

Həp susar tapdığın səmənlər əvət. 

Həp sönər duyduğun şərəf, iqbal 

Tanrıdan başqa hər nə varsa, xəyal... 

 

Və onun özünə “altun, rəyasət, gözəl” verməyə hazır olduq-



larını anlatdıqda Peyğəmbər: 

 

Yoxsulluq ən böyük sərvət 



Qarşımda heçdir rəyasət, 

Xayır, istəməm gözəl qız 

Sevgilim tanrıdır yalnız. 

 

deyə quru-quru iftixar və göz “qamaşdıracaq” cilvələr göstərir. 



Çünki bir qul ilə bir sultanın, tanrının qarşısında fərqi yox kibi bir 

fikri bir tərəfdən meydana atdığı halda, yoxsulluq ilə iftixar etdiyi 

halda o zamankı cəmiyyətin iqtisadi sistemini pozmaq istəməyir. 

Mülkiyyət əsasını devirməyir, “Mallarınızdan əl çəkin!” deməyir. 

Rəyasət, gözəl və altundan əl çəkən bir məntiq cəsarətlə sona 

qədər davam etsə mütləqa məmləkətin aradan qaldırılmasını tələb 

etmək nəticəsinə gəlməlidi. Lakin Peyğəmbər Baş Rəisin 

 

Söylyor: həp bir imiş şahü gəda... 



Bu səbəbdən uyaraq həp füqəra 

Həp zəiflər, kölələr, cariyələr 

Onu dinlər, ona hörmət bəslər 

Úàâèäè õàòûðëàðêÿí 

118 


Ah bir gün düşünüb yol bulacaq 

Bizə qalib və müsəllət olacaq... 

 

sözünü eşidirdi. Və gözəlcə anlayırdı ki, onun “əl vurulmaz yeni 



tanrısı” mühit üçün o qədər qorxulu olmayacaqdır.  Əvvəldə  sər-

səmlik kibi tələqqi edilsə də axırda ona boyun əyməyə məcbur ola 

bilirlər. Yalnız mülkiyyətə toxunmamaq, hər kəsi tutduğu ictimai 

möğvqedə buraxmaq şərtilə öz təlqinatına davam edə biləçəkdi. 

Görünür ki, Peyğəmbər yenə  də mövcud ictimai quruluşu da-

ğıtmaq istəməyir. 

Hətta mülkiyyət sistemini xüms və zəkat kibi vergilər ilə bir 

az da möhkəmlətmək və iki çarpışmadan olan varlı-yoxsul təbə-

qələrini barışdırmaq istəyir; “əğniyalər allahın vəkili, yoxsullar da 

əyalıdır” deyir. Bu nə demək? Öz vicdanilə alver yapmaq deyil-

mi; yoxsulların susması için zəkat özü onlara bir rüşvət məqa-

mında təklif edilməyirmi? Bundan görülür ki, Peyğəmbər bu kibi 

ictimai məsələləri anlamamış deyildi. Bəlkə anlayaraq altun və 

sərvət adamlarını da özünə yağı etməməyə çalışırdı. Deməli öz 

sözündə sadiq deyildi. Peyğəmbərin təbliğ etdiyi sistemdəki böylə 

təzadlara iki səbəb vardı. 

 

Onlardan birincisi: 

...Əbu Talibin geniş çadırı... 

Orada: alim, həkim, ədib və zərif 

Ən böyük şair, ən dərin arif... –  

 

lərin toplanması, ikinci də altun və sərvətlərə yiyə olan Xədicənin 



təsiri idi. 

Böylə tellərə toxunduqca Peyğəmbərin “ən təmiz” sanıla 

biləcək hesablaşdıldığını görürüz. 

Peyğəmbərin miad məsələsinə diqqət edilsə, “Əddünya məz-

rəətül-axirə” fəlsəfəsi araşdırılsa nə görüləcək? Bu dünya kimlərin 

isə axirət də onların olacaqdır. Bu dünyada çoxlu sədəqə verən 

əvvəlcə  səlamət olacaq və sonra bu dünyada əkdiyini axirətdə 


Úàâèäè õàòûðëàðêÿí 

119 


biçəcəkdir. Yəni kim bu dünyada malından versə o dünyada onun 

üçün köşklər hazırlanacaqdır. Behişt bağında istədiyi hurilərlə 

yaşayacaqdır. Burada bir tərəfdən varlılara boyun əymək üçün 

xəlqi hazırlamaq, o biri tərəfdən də varlıların səxavəti qarşısında 

onları ümidsiz buraxmamaq mülahizəsi vardır. “Budda”nın fəl-

səfə sistemi – nirvan məsələsi, xristianlığın göylərdə yaşamaq 

ruhi tamamilə bu nöqtədə birləşir və cavidani bir həyat arzusilə 

daimi  şadlıq təmənnasilə tanrı tanımaz  ərəbdə bir xudbinlik 

(eqoizm) fikri qabardır. 

Peyğəmbərin təkcə axirət

1

 məsələsi deyil, bəlkə bütün allah 



və metafizik fəlsəfə ünsürləri tamamilə ya Buddanın fəlsəfəsindən 

və yaxud Hindustanda məşhur altı fəlsəfə məktəbinin birini təşkil 

edən sufi ruhlu “Vedanta”dan alınmışdır. Buddaçıların təsvirincə 

nirvan – Nirvani sönmək, məhv olmaq, günahdan qurtarmaq və 

feyzlərə çatmaqdır. Zatən Məhəmmədin öldükdən sonra dirilmək 

məsələsində yenə də Buddanın maranı, yəni ölüm qorxusunu ona 

inananlar arasından qaldırmaq fəlsəfəsi gizlənmişdir, hər kəs 

ölümü özü üçün ən böyük bir səadət zənn edər və mömin şəxslər 

darifənadən dari-bəqayə köçməyə sevinərlər. 

Yeri gəlmişkən Cavidin və onunla da bir çox ondan əvvəlki 

şair və  ədiblərimizin  əsərlərində görünən və bu gün bir çox 

peyrəviləri olan Şərq sufiliyi yenə  də  məzkur “Veda”dan, yəni 

Hindustan metafizik fəlfəsindən alınmasını göstərəlim. Peyğəm-

bər özü fəlsəfənin bir qismini aldısa onun ardınca gedənlər, işbu 

fəlsəfənin mütəbaqi qismini aldılar və bütün Şərqə yaydılar. Mət-

ləbin anlaşılması və sözümüzün müdəlləl olması üçün “Vedanta”

2

 

da həqqin, həqiqətin bulunması ən yüksək bir dərəcə kibi tələqqi 



edilir. Burada “mərifət” insanların aləmi-mənadə tanrı ilə qavuş-

masından ibarətdir. 

                                                 

1

 Axirət sözü hinduscadan alınmış Sanskritcə  də axirət: inananlar üçün 4-cü 



ticarət dərəcəsidir. – H.Z. 

2

Brahman (Brahma nam) da bunun izahnaməsi və əlavəsidir. Brahmanın hind 



əsatirindən ən ülvi zatıdır. 

Úàâèäè õàòûðëàðêÿí 

120 


Burada “arif” ilə “məruf” arasında tam bir eyniyyət  əmələ 

gəlir.  İştə buradan Peyğəmbərin merac məsələsi haradan gəldiyi 

də anlaşılır, zənnindəyiz. Bir az da ötəyə gedəlim. 

Bu həqiqət elmi üç formul ilə “Vedanta”da göstərilir

1

. Bir 


(mövcud olan yalnızdır – şəriki yoxdur). İki (O – sən özünsən 

(Tat-tuamasi). Üç (Bən özüm – Brahmanam (Brahman) (ahm 

brahmanasini) mövcudatın ayrı-ayrı görünməsi insanların məri-

fətdən uzaq olması nəticəsidir. 

 

Çünke bir əngi əsiri-rəng şod 

Musiyi ba musiyi dər cəng şod

2

 –  

 

demək “irənlər”in ən yüksəyi fənafillahə yetişənlər olacaqdır. 



İmdi bütün Peyğəmbərin din, tanrı, axirət və metafizik fəlsə-

fəsini alınız, onun ardınca da islamda vücudə gələn sufilik fəlsə-

fəsini bunun yanına qoyunuz; tamamilə Budda ilə Hindustan 

“Vedanta” fəlsəfələrindən kopya edildiyinə qail olacaqsınız. Bun-

lar ilə  bərabər  ərəbin sə xülyapərəst olmadığını  nəzərə aldıqda, 

Peyğəmbərin yaratmış olduğu din fəlsəfəsinin öz mühiti için nə 

qədər yapma, nə qədər qondarma olduğunu görəcəksiniz. 

Lakin Peyğəmbərin bu kibi xəyalxanasına yerləşmiş mütə-

zadd fikirlərin heç birisi həyati deyildir. Bunlar ancaq müəyyən 

bir müddət üçün, xəlqin beynini qızdırmaq üçün lazımdı. Pey-

ğəmbər də öz məqsədinə çatdı. Ərəbistanda istədiyi kibi bir ərəb 

ittihadi yapmağa çabaladı. Fəqət cəmiyyət həyatı iqtisadi inkişafı 

və ictimai təzadlar öylə bir sarsılmaz yolda idilər ki, xülyapə-

rəstlik ilə heç bir zaman onları  dəyişmək olmazdı. Nəticədə ki, 

get-gedə din təbliğatı sönməyə başladı, kitlə isə öz iqtisadi quru-

luşuna baxdı. Siniflər arasındakı uçurum daha da qorxunc bir 

şəkil aldı. Ona görə də din və etiqad üzərinə qurulmuş ümumfəl-

səfə sistemləri iqtisadiyyat yanında şam kibi əriməyə başladılar. 

                                                 

1

 Böyük ensiklopediya. Beşinci A. cildi. 694 səhifə. – H.Z. 



2

 Rəngsizlik rəngə  əsir olduğundan, Musa (ümməti) Musa (ümməti) ilə 

vuruşdu. Beyt Cəlaləddin Ruminindir – Həmid Məmmədzadə. 


Úàâèäè õàòûðëàðêÿí 

121 


Bundan bir nəticə çıxara bilərik: ictimai əxlaqı devirmək istə-

yənlər əvvəlcə iqtisadi quruluşu və ictimai qüvvələrin yekdigərilə 

olan münasibətini dəyişdirməlidir.  Əks-halda heç bir əsaslı 

inqilab yaratmaq olmayacaq. Cavidin yaratmış olduğu Peyğəmbər 

dəxi  Ərəbistana bir qasırğa kibi gəldi, bir tərəfi titrətdi və  hətta 

tarixi-bəşəriyyətə də bir parça soxuldu və yenə Ərəbistanın qum-

sallığında ümumi məmləkəti ilə yox oldu, getdi. Tarixin təsadüfi 

qüvvətli simalarından sayılan Napalyon, Teymurləng,  həp bu 

qismidəndir. Bunlar tarixin mexanizməsini bilmədikləri üçün 

müvəqqətən bir tufan qoparmışlar. Fəqət hər tufan söndüyü kibi 

bunlar da sönüb getməyə məcbur olmuşlardır. 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin